Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                 

90-100 min nəfər sakinə bir ədəd təcili-tibbi yardım maşını... - ETİRAZ VAR...
Tarix: 2-04-2024, 09:02 | Çap et
90-100 min nəfər sakinə bir ədəd təcili-tibbi yardım maşını...
Uzun müddətdir ki, Tovuz rayonunun səhiyyə müəssisələrində yaşanan problemlərin, baş verən çoxsaylı qanunsuzluqların, olmazın həngamələrin və s. nə həddi, nə də ki, hüdudu bilinir.

Yəni, rayon sakinlərinin tam əksəriyyəti o halın varlığına narazılıq edirlər ki, nəyə görə qəbul olunmuş qanunlar Tovuz səhiyyəsində kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, əksər ixtiyarlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur?. Adicə bir faktı qeyd edək ki, 1971-ci ildə istifadəyə verildiyi bildirilən və Qovlar şəhəri, Şəhriyar küçəsi-13 ünvanında yerləşən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanası, hal-hazırda ölkəmizin ən bərbad, ən biabırçı səhiyyə müəssisələrindən biri hesab olunur. Bütün bunlar haqda Qerar.az-ın redaksiyasına Tovuz rayonu, Qovlar şəhəri, Mehdi Hüseyn küçəsi, ev-29 ünvanında yaşayan Abbasova Şəlfinaz Qəzənfər qızının, həmçinin adı çəkilən bu küçədə yaşayan Qarabağ müharibəsi qaziləri Hüseynov Rəfayıl Musa oğlunun, Orucov Ruslan Eldar oğlunun və diğər sakinlərin çatdırdıqları məlumatlarda bildirilir ki, təqribən 30 min nəfər şəxsin yaşadığı Qovlar şəhəri ərazisində fəaliyyət göstərən bu xəstəxanada adicə rentgen aparatı yoxdur.

Verilən statistik məlumatlarda qeyd olunur ki, bu gün Tovuz rayonunda əhalinin sayı 187 min nəfər təşkil edir və bu qədər əhalinin təqribən 90-100 min nəfərindən çoxu Qovlar şəhərində və ətraf kəndlərdə yaşayırlar. Yəni, hal-hazırda Qovlar şəhərinə yaxın ərazilərdə, o cümlədən Zəyəm çayı boyunca və Əsrik dərəsində, hətta Şəmkir rayonunun Tovuz rayonuna yaxın kəndlərində yaşayan sakinlər də, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasından istifadə etməyə məcbur olurlar. Faciə odur ki, hal-hazırda 21-ci əsrin olmasına baxmayaraq, bu xəstəxananın ümumi görkəmi və burada olan dözülməz şəraitin varlığı, sanki Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasını ötən əsrin 60-cı, 70-ci illərinin səhiyyə müəssisələrinə bənzədir. Bir sözlə, adamın bu səhiyyə müəssisəsinə xəstəxana deməyə dili gəlmir.

Qeyd edək ki, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasının birinci mərtəbəsini, bir müddət bundan əvvəl bu səhiyyə müəssisəsinin baş həkimi Tofiq Hüseynov, texniki işçilər, tibb bacıları, həkimlər şəxsi vəsaitləri hesabına bir qədər təmir etdirirlər. Bundan əlavə, hər həkim öz iş otağını da şəxsi vəsaiti hesabına müəyyən qədər qaydaya saldırır. Bütün bunlara baxmayaraq, adı çəkilən bu səhiyyə müəssisəsinin divarları, tavan hissələri, döşəmələri, qapıları, pəncərələri və s. olduqca yararsız vəziyyətdədir. Xəstəxananın ikinci mərtəbəsi isə, böyük bir klidlə bağlanıb və həmin klidi açmaq qeyri-mümkündür. Diqqət yetirmək lazımdır ki, təqribən 90-100 min nəfər sakinə bu gün cəmi bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir. Əslində, belə bir halın varlığı bənzəri olmayan biabırçılıqdır. Çünki, bu qədər əhaliyə cəmi bir ədəd təcili-tibbi yardım maşınının xidmət göstərməsi, əhalinin bugünkü tələbatını heç cür ödəyə bilmir. Buna əsas səbəb, ərazinin olduqca böyük və əhalinin sayca çox olmasıdır.

Əgər hansısa şəxsin səhhətində müəyyən problem yaşanarsa, o halda həkimlər vaxtında çağırış üzrə ünvana çata bilmirlər. Tovuz MRX-da isə cəmi altı ədəd təcili-tibbi yardım maşınının olduğu bildirilir. Elə hallar da olub ki, həkim bir çağırışdan çıxıb digər çağırışa çata bilməyib və belə bir səbəbdən də, xəstə kömək göstərilmədiyindən rəhmətə gedib. Sonda da xəstənin sahibləri hirsləndiklərindən həkimi döyməli olublar. Ümumiyyətlə, bu cür halların təkrar baş verməməsi üçün Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzinə əlavə üç-dörd ədəd təcili-tibbi yardım maşını verilməlidir ki, təqribən 90-100 min nəfər sakinin bu yöndə tələbatını ödəmək mümkün olsun. Əgər yaxın vaxtlarda lazımi addımlar atılmazsa, yəqin ki, o halda ərazidə baş verən ölüm hallarının sayı çox olacaq. Diqqət yetirmək lazımdır ki, istər Qovlar şəhərində, istərsə də ətraf kəndlərdə səhhətində ciddi problemləri olan yaşlı insanlar yaşayırlar, Qarabağ müharibəsində iştirak edib travma alan neçə-neçə qazilər, əlillər və s. var. Bir sözlə, həmin şəxslərin səhhətindəki problemlər özünü göstərməyə başlayarkən, onların həkim köməyinə ehtiyacı yaranır. Sual oluna bilər ki, belə olan halda bir ədəd təcili-tibbi yardım maşını bu qədər insanın ehtiyacını ödəyə bilərmi? Əlbəttə ki, yox! Ümumiyyətlə, Qovlar Şəhər Xəstəxanası bu gün elə bərbad, yarasız haldadır ki, bu səhiyyə müəssisəsində hansısa xəstənin müayinə, yaxud da müalicə olunmasının özü müşkül məsələdir. Çünki, bu xəstəxanada hər cür antisanitariya, hər cür natəmizlik halları hökm sürür. O halda ortaya belə bir sual çıxır ki, görəsən ötən yarım əsr ərzində bu xəstəxananın təmirinə büdcədən pul vəsaitləri ayrılmayıbmı ki, Qovlar Şəhər Xəstəxanası belə bir durumdadır? Ayrılıbsa, niyə təmir olunmayıb? Yaxud da, ayrılmış vəsaitlər hara “qeybə çəkilib?”. Deməli, bunların araşdırılmasına ciddi ehtiyac var.

Diqqəti cəlb edən hallardan biri də odur ki, Qovlar Şəhər Xəstəxanasının digər şöbələrində olduğu kimi, doğum şöbəsində də olduqca acınacaqlı vəziyyət hökm sürməkdədir. Yəni çatdırılan məlumatlara görə, bu şöbədə bir nəfər olsun belə ginekoloq həkim çalışmır. Ona görə də, doğum şöbəsinin otaqlarında hansısa xəstəni tapmaq mümkün deyil. Təəssüflər olsun ki, bu cür halların varlığı, hələ də MRX-nın rəhbər şəxslərini heç də narahat etmir. Bu xəstəxanaya məxsus binaların və iş otaqlarının bərbad halda olması, divarların uçub-dağılması, qapı-pəncərələrin sınıq-salxaq vəziyyətə düşməsi, həyət-bacanın natəmiz saxlanması və s. onu göstərir ki, ötən illər ərzində Tovuz səhiyyəsinə rəhbərlik edənləri Qovlar şəhərində və ətraf ərazilərdə yaşayan sakinlərin taleyi heç də maraqlandırmayıb.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Tovuzun səhiyyə şöbəsinə rəhbərlik edənlərin əməllərinə hüquqi qiymət verməyin zamanı çoxdan çatıb. Düşünürük ki, əgər bu yöndə lazımi araşdırmalar aparılarsa və müəyyən həqiqətlər ortaya çıxarılarsa, o halda hər kəs, o cümlədən TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanov da, Tovuzun səhiyyə müəssisələrində, ələlxüsus Qovlar Şəhər Xəstəxanasında yaşanan acınacaqlı durumun varlığından lazımınca xəbərdar olacaq.

Bu yöndə araşdırmalarımız davam edəcək. Bizi izləyin.

Nyus.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru