![Xaçmazda iki qardaş Qarabağ Qaziləri ÇƏTİN DURUMDA... Xaçmazda iki qardaş Qarabağ Qaziləri ÇƏTİN DURUMDA...](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1715750932_0001.jpg)
"Vətən Savaşında iştirak etmiş, iki qardaş, iki veteran və ya iki Qazimizin təcili xalqa - Sizə, bizə, vicdanlı bacı-qardaşlara ehtiyacı var..." Dia-az.info xəbər verir ki, bu Xaçmaz sakinlərinin etdiyi müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Onlar iki qardaşdır və ikisi də Qarabağ döyüşçüsü olub. Qardaşın biri ayağın itirib, birinin isə qabırğası sınıb. Ayaqlari yanıb və o da 2 kilodan artıq yük götürə bilməz.
Buna baxmayaraq o məcburən fəhlə işləyir və o pulnan borclarını bağlama, serebral iflici xəstəsi balasını sağaltmaq istəyir. Amma onlar bunu bacara bilmir. Çunki həm borc yiyələri pulunu istəyir, həm də xəstəliyi buna imkan vermir..."
![Xaçmazda iki qardaş Qarabağ Qaziləri ÇƏTİN DURUMDA... Xaçmazda iki qardaş Qarabağ Qaziləri ÇƏTİN DURUMDA...](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1715750899_01.jpg)
Müraciət müəllifləri qardaşların çətin durumda olduqlarını qeyd etməklə yanaşı onların təcili dəstəyə ehtiyaclarının olduğunu da vurğulayırlar. Hər halda rəsmilərimiz bu faktı mütləq nəzərə almalıdır...