"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" .....                     Bu şirkət dərman satışından 3 milyon qazanacaq .....                     Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? .....                     İrəvan sülh prosesindən daha da uzaqlaşacaq .....                     İlginc pensiya sistemi: .....                     Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək .....                     "Ermənistanın iç üzü budur" .....                     YAP-ın 1 sentyabr TAKTİKASI... .....                     "Bu qədər boşboğazlığa necə qiymət verəsən?" .....                     Ukraynanın dövlət borcu .....                     Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır .....                     DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır .....                     Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi .....                     Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib .....                     Sülh sazişi REAL DEYİL... .....                     Razi Nurullayevin namizədliyi təsdiqləndi .....                     Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı .....                     AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı .....                     Kolleclərə niyə maraq azalıb? .....                     DGK Abid Şərifovun şirkətinə protokol yazdı .....                     "İlham Əliyev dediyini edəcək" .....                     Bağçaların növbə problemi: .....                     Nazirlik 1 milyon manatlıq tenderinin .....                     "Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm" .....                     Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib .....                     Azərbaycan “qara siyahı”nı ləğv etdi .....                     Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti .....                     Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib .....                     "Bu, kasıb təbəqənin başına açılan oyundur" .....                     Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar? .....                     Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? .....                     Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: .....                     Samir Əsədlinin namizədliyi qeydə alındı .....                     “A-Qroup Sığorta Şirkəti”nin yığımları .....                     Bu klinikanın vergi borcu altmış mini ötdü .....                     Bu ölkələr Ermənistanı silahlandırır: .....                     Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: .....                     Geosiyasi çağırış: "Onu burax, bana gəl..." .....                     Kişiləri aqressiv edən nədir? .....                     "Gənc qızların yaşca böyük kişilərə qaçması..." .....                 

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!
Tarix: 4-06-2024, 08:59 | Çap et
Özü olub adı olmayan fövqəladə sığorta şirkəti...
Həmişə maraqlı yazıları ilə diqqət çəkən, Cabbar Məmmədov yenə ənənəsinə sadiq qalaraq redaksiyamıza olduqca aktual bir mövzuda araşdırma yazı göndərib. C.Məmmədov öz yazısında heç kimin diqqət vermədiyi “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında” mövcud qanunvericiliyin digər qanunlarla ziddiyyət təşkil etməsini konkret faktlarla ortaya qoyur. C.Məmmədov bu uyğunsuzluğun əksər hallarda qanunsuzluğa aparıb çıxardığını da araşdırıb, bunun aradan qaldırılması məqsədilə müraciət şəklində bir çox qurumların rəhbərlərinə sorğu da göndərib. Yazının olduqca aktual olduğunu və geniş maraq döğuracağını nəzərə alıb, onu olduğu kimi “Təzadlar”ın oxucularına da təqdim edirik:

XÜSUSİ QEYD: ...Tədbir görülməsi üçün bu yazı “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13 maddəsinin tələblərinə uyğun olaraq barələrində şikayət olunan, şübhə olan, ittiham irəli sürülən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə göndərilə bilməz!

Əvvəlcədən qeyd edim ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin nəticəsi olaraq bu gün Azərbaycanın hər bir vətəndaşı tibbi sığortalıdır. Zahirən müsbət hal kimi görünsə də, əslində, bir çox sahədə olduğu kimi, burada da vacib olan elə zəruri məqamlar “iqnor” edilib ki, nəticədə mürəkkəb bir sistem ortaya çıxıb. Bu da özlüyündə korrupsiyanın olmasına müəyyən şübhələr yaradır. Problem burasındadır ki, ölkənin tibbi sığorta bazarında çoxdan fəaliyyət göstərən onlarla tibbi sığorta şirkəti mövcud olduğu halda (“Paşa Sığorta”, “Ağroup”, “Axa Mbask”, “Atəşgah sığorta”, “Ata sığorta” və s.), bu agentlik ölkənin bütün böyük şirkətlərini məcbur edir ki, öz işçilərini, ancaq bir sığorta şirkətində sığortalamalıdırlar. Bu sığorta şirkətinin də ölkədə çox yüksək bir ranqlı şəxslə bağlı olması barədə mətbuatda çox yazılıb, çox deyilib...

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti...

Qeyd edim ki, “məcbur edir” dedikdə, bunu qanunvericilik, Prezident tərəfindən imzalanmış Əsasnamələr və s. vasitəsilə etdikləri nəzərdə tutulur. Baxmayaraq ki, bu hal AR-nın bir çox qanunvericilik aktları ilə açıq-aşkar ziddir. Buna baxmayaraq, həmin Agentlik adı gedən xidmətləri tender, müsabiqə və kotirovka üsulu ilə bazardan almaqdan qəti imtina edir, tək mənbə üsulu ilə işləməkdə qəti israrlı olduğunu birmənalı olaraq bəyan edir. Nəticədə isə, uduzan ölkə həkimləri, ölkə əhalisi və ölkə iqtisadiyyatı olur.

Ölkə həkimlərinin bu sığorta sistemindən narazılığını istənilən dövlət xəstəxanasının həkimi ilə söhbətdən öyrənə bilərsiniz.

Yeri gəlmişkən, tezadlar.az saytının 18 may 2023-cü il tarixli buraxılışında bu barədə maraqlı yazı dərc olunmuşdur. Həmin yazıdan kiçik bir hissəni yenidən təqdim edirik:

“Tanınmış Professor Aidə Qasımova da bu problemə maraqlı yanaşma ilə diqqəti çəkir. Sitat:”...Müəllim həmkarım deyir ki, icbari tibbi sığortaya verdiyi pul boş-boşuna sığorta şirkətinin kisəsinə gedir. Çünki onun həmişə müraciət etdiyi klinika sığorta ilə işləmir, dövlət klinikalarında isə növbə baş yarır. “Özüm də bilmirəm ki, mən hər ay nəyə görə sığorta şirkətinə 86 azn ödəyirəm? Əgər pulu mən ödəyirəmsə, niyə istədiyim klinikaya gedə bilmərəm?” Həkim rəfiqəm isə şikayətlənib deyir ki, xəstənin kassaya ödədiyi puldan ona cəmi bir-iki faiz, adətən 2-3 manat pul düşür. Ödənişin böyük hissəsi sığorta şirkətinin hesabına gedir. Orada xəstə şikayətçidir, burada həkim, ortada qazanan isə sığorta şirkətləridir. Sivil dünyada işçi öz sığorta hesabının sahibidir və istədiyi klinikada müayinə və müalicə oluna bilər. O istəsə, hətta ailə üzvlərini də öz sığorta kartı ilə müalicə etdirə bilər. Həkimlərə gəlincə, onlar ən yüksək maaşı alırlar. Məs. ABŞ-da bu rəqəm ildə təxminən 160 000 -- 200 000 dollardır. Tibbi sığorta adı ilə insanların cibinə girmək... Vallah, ayıbdır...”.

Bunun əksinə olaraq özəl sığorta şirkətləri ilə işləyən heç bir həkimdən bu narazılığı eşidə bilməzsiniz...

***

...Ölkə əhalisinin isə bu sığorta sistemindən narazılığını sadə bir statistika ilə müəyyən edə bilərsiniz: Yuxarıda dediyim kimi, ölkə əhalisinin hamısı bu gün dövlət tərəfindən sığortalanıb. Amma buna baxmayaraq, öz hesabına özəl tibb müəssisələrində müalicə alanların sayı azalmır ki, azalmır. Məntiqlə eyni xəstəliyin müalicəsi dövlət hesabına pulsuz mümkün olduğu halda, vətəndaşların özəl klinikalarda öz hesabına müalicəsinin statistikası aşağı düşməli idi. Amma bu baş vermirsə və sığortadan əvvəlki durumla indikinin arasında heç bir fərq əmələ gəlməyibsə - deməli, bu sığorta modeli ölkəyə heç bir yenlik gətirməyib. Hər şey necə var idisə, eləcə də yerində qalıb. Sadəcə, formal olaraq sığorta sistemidir, əslində isə, kimlərinsə marağına xidmət edir. Əhalinin bu modeldən tam narazı olduğunu istənilən dövlət xəstəxanasının qarşısında növbə gözləyən pasientlərlə ayaqüstü söhbətdən də aydın görmək olar. Bu modelin ölkə iqtisadiyyatına və tibb sektoruna ağır zərbə vurması dedikdə o məna çıxır ki, bu model Agentliyin Tibbi Sığorta bazarında monopol bir Tibbi Sığorta Şirkəti yaradıb. Ölkənin bütün əhalisinin mütləq olaraq yalnız tək bu sığorta şirkətində icbari tibbi sığorta olunmasını qanunvericilik səviyyəsində təsbit edirlər. Həmin sığorta şirkətinin isə adını heç kimə demək istəmirlər. Niyə? Yəni, istər dövlət büdcəsindən ayrılan, istərsə də əhalidən və işəgötürən müəssisələrdən toplanan icbari tibbi sığorta haqları yalnız bir sığorta şirkətinə ödənilməlidir. Bütün ölkə əhalisi özünü, müəssisələr öz əməkdaşlarını, ancaq bu sığorta şirkətində icbari sığortalaya bilər, hansının ki, arxasında, qeyd etdiyimiz kimi çox yüksək ranqlı bir məmurun dayanması barədə mətbuatda çox yazılıb.

Bütün bu problemlər İcbari Tibbi Sığorta Agentliyinin öz fəaliyyətində AR-nın Qanunlarını kobud surətdə pozması səbəbindən baş verib. Mən aşağıda bu qanun pozuntularının bəzilərini təqdim edirəm. Bunların bilməməzlikdən, yoxsa, qəsdən, maraqsız olaraq, yaxud hansısa maraqlardan irəli gələrək, pozulduğunu müəyyən etməksə, bir başqa qurumların səlahiyyətindədir. Mən isə hələlik Agentliyin fəaliyyətində AR-nın hansı qanunlarının kobud şəkildə pozulması faktlarını sadalayıram.

Beləliklə, bu Agentliyin yaratdığı Tibbi Sığorta sisteminin əsas mərhələləri bunlardır:

1) Dövlət büdcəsindən ayrılan, əhalidən və müəssisələrdən toplanan tibbi sığorta vergiləri bir vahid mənbədə toplanır (buna heç bir etiraz ola bilməz, doğrudur);

2) Bundan sonra həmin vəsait həmin Agentliyin yaratdığı Monopol bir sığorta şirkətinə transfer edilir və bütün ölkə əhalisi, ancaq bu şirkət tərəfindən sığortalanır.

PROBLEM VƏ ELƏ MƏNİM BU ƏRİZƏMİN (ƏSAS MÜDDƏASI DA MƏHZ BU MONOPOL SIĞORTA ŞİRKƏTİ İLƏ, ONUN YARADILMASININ, FƏALİYYƏTİNİN QANUN POZUNTUSU OLMASI İLƏ BAĞLIDIR...).

3) Bundan sonra həmin Sığorta şirkəti xəstəxanalarla işləyir!

Problem bundadır ki, Azərbaycanda indiyə qədər də tibbi sığorta fəaliyyəti ilə məşğul olan onlarla sığorta şirkəti mövcud olub: (“Paşa Sığorta”, “Agroup”, “Axa Mbask”, “Atəşgah sığorta”, “Ata sığorta” və s. Həmçinin indiyə qədər müxtəlif müəssisələr öz işçilərini məhz bunlar vasitəsilə sığortalayırdılar: SOCAR, BP, FHN və s. Hazırkı halda isə, qanunvericilik səviyyəsində bütün müəssisələr məcbur edilir ki, öz işçilərini, ancaq İcbari Tibbi Sığorta Agentliyi ilə TƏBİB-in birgə yaratdığı (və arxasında da kimlərinsə dayandığı) həmin sığorta şirkətində sığortalamalıdırlar, başqalarında yox. Amma bu sahəyə aid qanunlar elə siyasətcil yazılıb ki, orada birbaşa deyilmir ki, başqa sığorta şirkətlərində işçiləri sığortalamaq olmaz. Xeyr! Sadəcə, yazılıb ki, Azərbaycanda fəaliyyət göstərən bütün müəssisələr öz işçiləri üçün icbari tibbi sığortanı yalnız (məcburi olaraq! Qanun qəbul etdiriblər bu barədə) bizim sığorta şirkətimizdən almalıdırlar.

Ondan sonra 2-ci tibbi sığorta almaq istəyən olsa, sərbəst şəkildə bazarda mövcud olan tibbi sığorta şirkətlərindən ala bilərlər. Özünüz düşünün: hansı müəssisə əməkdaşını iki yerdə sığortalayar? Kimə lazımdı iki sığortaya pul ayırmaq? İcbari Tibbi Sığorta Agentliyinin modelində heç kimə “Ya özəl, ya bizimki” seçimi qoyulmur. “Mütləq qaydada bizdə, ondan sonra istəsəniz həm də başqasında!” Prinsip bu cürdür. Bu isə bazarda Monopoliya yaratmaq və aşağıdakı qanunların kobud şəkildə pozulması deməkdir.

I) “ANTİ-İNHİSAR FƏALİYYƏTİ HAQQINDA” AR QANUNU:
“Maddə 5:

5.3) İdarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlər verilməsi (POZUNTU: İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB əllərində olan səlahiyyətlərdən və o cümlədən, qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Tibbi Sığorta bazarında mövcud olan digər sığorta şirkətlərini dövlətin Tibbi Sığorta proqramından kənarda saxlayırlar - RED.);

5.5) Fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati idarəetmə strukturlarının yaradılması (POZUNTU: İcbari Tibbi Sığorta Agentliyinin yaratdığı TƏBİB və onunla bağlı olan Tibbi Sığorta Şirkəti indiyə qədər mövcud olan özəl tibbi sığorta şirkətlərini dövlətin bu proqramından kənar qoymaqla bu bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olur - Red.);

5.6) Əsassız olaraq ayrı-ayrı təsərrüfat subyektlərinə onları eyni bazarın başqa subyektlərinə nisbətən üstün vəziyyətə gətirib çıxaran vergi, kredit güzəştlərinin və başqa güzəştlərin verilməsi (POZUNTU: İcbari Tibbi Sığorta Agentliyinin yaratdığı TƏBİB və onunla bağlı olan Tibbi Sığorta Şirkəti indiyə qədər mövcud olan özəl tibbi sığorta şirkətləri ilə müqayisədə vergi, kredit güzəştlərinə və başqa güzəştlərə malikdir - Red.);

5.7) Kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması (POZUNTU: Dövlət tərəfindən səhiyyəyə ayrılan və əhalidən, müəssisələrdən toplanan tibbi sığorta haqları, ancaq bir sığorta şirkətinə yönləndirilir. Tibbi sığorta xidməti ilə məşğul olan digər şirkətlər bu bazara buraxılmır.Red.);

5.10) Azrentabelli və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı olmayan və sahədaxili rəqabətə ziyan vuran maliyyə güzəştlərinin və digər güzəştlərin verilməsi (POZUNTU: Özəl Sığorta şirkətlərinin Tibbi Sığorta bazarında iştirakı məhdudlaşdırılır. Ölkənin digər xəstəxanaları ilə müqayisədə TƏBİB-in balansında olan xəstəxanalara əsassız üstünlük verilir, prioritetlər müəyyən edilir.Red.);

Maddə 6. Sahə inhisarçılığı

6.5) rəqabətin məhdudlaşdırılması ilə nəticələnən təşkilati idarəetmə strukturlarının, yaxud holdinq şirkətlərinin yaradılması (POZUNTU: İndiyə qədər tibbi sığorta bazarında 10-dan artıq Tibbi Sığorta xidməti göstərən Sığorta Şirkəti mövcud olduğu halda İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-lə bağlı olan İcbari Tibbi Sığortanı həyata keçirən Sığorta şirkətinin yaradılması və ona rəqib sığorta şirkətlərlə müqayisədə xüsusi imtiyazlar verilməsi - bu qanunun təsir dairəsinə düşür - Red.);

Maddə 11. Təbii inhisarçılıq

11.1) Bu və ya digər malların istehsalı və xidmətlər sahəsində özlərinin təbii inhisar mövqeyindən sui-istifadə edərək ölkənin, təsərrüfat subyektlərinin mənafelərinə və istehlakçıların hüquqlarına ziyan vuran idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin fəaliyyəti üzərində antiinhisar nəzarəti xüsusi formada həyata keçirilir (POZUNTU: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB faktiki olaraq Təbii İnhisarçıdırlar, lakin üzərlərində xüsusi formalı antiinhisar nəzarəti həyata keçirilmir - Red.)”.

Qanunlararası süni ziddiyyətlər və barışmazlıqlar...

“Tibbi sığorta haqqında” qanun “Dövlət satınalmaları haqqında”, “Anti-inhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” AR qanunları ilə tam ziddiyyət təşkil edir. “Tibbi sığorta haqqında” AR-nın qanununda yazılır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB heç bir tender keçirmədən istənilən şirkətlə əməkdaşlıq edə bilər. Amma yuxarıda göstərilən digər qanunlarda isə tendersiz heç bir əməliyyat keçirməyə icazə verilmir! Bu tərs-mütənasibliyi necə başa düşək? Belə çıxır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB üçün bir qanun, digərləri üçün isə başqa qanun mövcuddur?

Belə də hərc-mərclik olarmı? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in yol verdiyi bütün qanunsuzluqlar məhz onlar üçün ayrıca bir qanunun yazılmasından qaynaqlanır. Milli Məclis elə qanun qəbul etməlidir ki, hamı bu qanunla işləsin. Hər kəsin əyninə-başına uyğun qanun qəbul etmək olmaz! Tezliklə Milli Məclis bu ziddiyyəti aradan qaldırmalıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB üçün ayrıca qanun qəbul edilməsinin cəzasını sadə insanlar çəkir. Bu quruma məxsus və adı gizli saxlanılan sığorta şirkəti isə qaz vurub, qazan doldurmağındadır. Bu qanunsuzluğa nəhayət, son qoyulmalıdır...

- Bəs həkimlərimizin məvacibi niyə yerində sayır, artmır?

***

II) “DÖVLƏT SATINALMALARI HAQQINDA” AR QANUNU:

Madd ə 16 :

16.1.) Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir.

16.2.) Malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə, digər satınalma metodlarından yalnız bu Qanunun 18, 19, 20 və 21-ci maddələrində nəzərdə tutulmuş şərtlər əsasında istifadə edə bilər.

Maddə 2.1 . Bir mənbədən satınalma metodundan istifadə şərtləri

21.1.) Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər:

21.1.1.) satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda;

21.1.2.) mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar

satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda;

21.1.3.) fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda;

21.1.4.) satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin

malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.

P O Z U N T U : Dövlət orqanı tərəfindən əhali üçün Tibbi sığorta və Tibbi xidmət bazardan tender və müsabiqə yolu ilə alınmayıb, heç bir zərurət və maddə

21-də göstərilən heç bir şərt olmadığı halda təkmənbə əsasında ancaq bir şirkətdən alınır. Ölkədə fəaliyyət göstərən digər tibbi sığorta şirkətlərinin bu prosesdə iştirakı qanunvericilik səviyyəsində məhdudlaşdırılıb;

* * *

III) “HAQSIZ RƏQABƏT HAQQINDA” AR QANUNU

Madd ə 7 .

7 . 4 ) müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması

(P O Z U N T U : Dediyim halda üstünlük ancaq tendersiz-filansız bir sığorta şirkətinə verilir)

Madd ə 10.:

10.1) bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılmasına, o cümlədən əlverişli sazişlərin, kreditlərin, subsidiyaların

verilməsi, güzəştli gömrük rüsumunun və vergi rejiminin müəyyən edilməsi;

10.2) müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin süni surətdə yaxşılaşdırılması;

10.3) rəqibləri ilə müqayisədə bununla müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi.

P O Z U N T U : Adıgedən Agentlik yeganə olaraq ancaq 1 sığorta şirkəti ilə işləyir, ona üstünlük verilir, bazarda mövcud olan digər analoji sığorta şirkətləri iqnor edilir... Bütün bunların fəsadı nədir? İndiyə qədər bazarda mövcud olan və Tibbi Sığorta xidməti ilə məşğul olan demək olar ki, bütün şirkətlər bazardan sıxışdırılıb

çıxarılır və indiyə qədər onlarla işləyən özəl xəstəxana və onların həkimləri pis duruma düşürlər.

Bundan əlavə, bu cür qanunlarla qarşı-qarşıya gəlmək idarəçilikdə də xaos və izafi mürəkkəblik yaradıb. Bu gün səhiyyə sektorunun, onun ayrı-ayrı sektorlarının idarəçiliyi ilə məşğuldurlar: 1. Səhiyyə Nazirliyi, 2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, 3. TƏBİB və 4. onlar üzərində nəzarəti həyata keçirən Müşahidə Şurası (yəni məşhur” prikol”da deyildiyi kimi, «“Nəzarətə nəzarət”

qurumu»). Eləcə də əhali əsassız olaraq ikili-üçlü səhiyyə vergisi ödəyir: (a) Gəlir vergisinin içərisində dövlət büdcəsinə, hansından ki, səhiyyə sektoruna dövlət

hər il 1,5-1,8 mlrd manat vəsait ayırır, (b) Ayrıca olaraq İcbari Tibbi Sığorta vergisi; (c) işlədiyi müəssisə tərəfindən İcbari Tibbi Sığorta vergisi; (d) Vətəndaş 2 yerdə

işləyirsə ikinci maaşından və müəssisə də ona görə yenidən əlavə “səhiyyə vergisi” ödəyir.

Qeyd edim ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bütün bu sadaladıqlarımı ən müxtəlif termin oyunları ilə sığortalayır və “aydan arı, sudan duru” kimi görünür. Bu səbəbdən də etdiyi qanunsuzluqları ört-basdır edə bilir. Baxın, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, tibbi sığorta pullarının toplandığı mənbə Sığorta Şirkəti kimi qeydiyyatdan keçməyib, adı şirkət yox, Fonddur. Odur ki, Tibbi Sığorta fəaliyyəti ilə məşğul olan sığorta şirkətləri ilə bunu qarşı-qarşıya qoymaq düzgün deyil. Necədir sizin üçün? Qanunsuzluğun altından sivişib çıxmaq üçün əcəb üsul tapıblar. Guya Fond olanda dövlət qanunları burada işləmir? Bu iddia başdan-ayağa cəfəngiyatdır. Əgər Sizə də bu bəhanə göstərilərsə, xahiş edirəm adı bir kənara qoyub fəaliyyət istiqamətini əsas götürərək, müqayisə aparın: adı gedən Sığorta Fondu yuxarıda adlarını sadaladığım tibbi sığorta şirkətlərinə (Paşa Sığorta, A-group, Axa Mbask, Atəşgah sığorta, Ata sığorta və s.) rəqibdir, ya yox?!

Problemin həlli nədir və düzgün yanaşma necə olmalı idi?

Düzgün yanaşma, sadaladığım qanunları ayaq altına atıb tapdalamaq yox, onlara ciddi şəkildə də əməl etmək lazım idi. O halda nə baş verərdi:

1) Dövlət büdcəsindən ayrılan, əhalidən və müəssisələrdən toplanan tibbi sığorta vergiləri bir vahid mənbədə toplanmalı (buna heç bir etiraz ola bilməz, doğrudur)

2) Bundan sonra, həmin vəsait hesabına bazarda mövcud olan Tibbi Sığorta Şirkətlərindən Tender üsulu ilə 11 milyon əhalinin hər biri üçün uyğun bir sığorta paketi alıb əhaliyə vermək (qeyd edim ki, bu gün Azərbaycanın Tibbi sığorta bazarında 50 manatdan 5000 manat kimi tibbi sığorta paketləri satılır: bürünc, gümüş, qızıl, almaz, platinium paketləri və s. Bu gün adıgedən Agentlik tərəfindən ölkə əhalisi məhz 150 manata sığortalanıb. Bazarda isə 150 manata daha üstün, daha keyfiyyətli paketlər mövcuddur). Dövlət tibb müəssisələrini isə hərrac yolu ilə satmaq.

Bu halda artıq sadaladığımız o qədər mürəkkəb idarə modelinə də ehtiyac qalmır: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də, TƏBİB də, Müşahidə Şurası da ləğv olunur, Səhiyyə Nazirliyi nəzdində kiçicik bir “Tibbi Sığortaya nəzarət” departamenti yaratmaq tam kifayət edr. Bu halda Bakıda yaşayan vətəndaşla əyalətlərdə yaşayan vətəndaş arasında heç bir fərq yaranmır – hamı xəstəxanaların gözündə eyni dərəcədə, belə desək “yağlı” müştəri olmuş olur, çünki hər birinin hesabında eyni məbləğdə pul var (illik 20-30 min manat).

Beləliklə dövlətin sığorta pulu uğrunda ölkənin sığorta şirkətləri arasında, əhalinin sığorta hesabındakı pullar uğrunda isə xəstəxanalar və həkimlər arasında aqressiv rəqabət formalaşır.Tanınmış xəstəxanalar ən ucqar bölgələrdə də filiallar açmağa maraqlı olur (çünki oradakı pasientlərin hesabında da eynən Bakıdakı pasientlər qədər pul var, 20-30 min manat). Hazırkı halda isə, adıgedən sığorta şirkəti (Agentliyin yaratdığı sığorta şirkəti) öz büdcəsinə qənaət etmək üçün bütün rayonlarda Təcili Yardım məntəqələrini ixtisar edib, ancaq rayon mərkəzində bir Təcili Yardım Mərkəzi saxlayıb (bəzi rayonlarda mərkəzdən ucqar kəndlərə qədər məsafənin 100 km-dən artıq olduğunu nəzərə alsaq, bunun nə demək olduğunu aydın təsəvvür edə bilərik), nəinki Təcili Yardım Mərkəzləri, hətta bahalı avadanlıqlar belə (məsələn MRT) hər rayondan alınıb, region üzrə bir vahid mərkəzə verilib və ərazidəki 4-5 rayon öz pasientlərini MRT üçün qonşu rayona göndərir, orda isə tünlük səbəbindən növbə bəzən ağır xəstəyə 10 gün sonra çatır;

Xəstəxanalarda korpuslar birləşdirilir, məsələn, 1 saylı Şəhər Kliniki Xəstəxaxanası (keçmiş “Semaşko” adına xəstəxana) hələ Sovetlər dönəmindən bəri 3 fərqli yoluxucu xəstəliklər korpusu fəaliyyət göstərirdi.Onlarda hətta hər növ yoluxucu xəstəliyin qəbul otağı da fərqli idi. Həmin xəstəxana TƏBİB-in balansına keçəndən sonra, bütün tibb qanunlarının ziddinə olaraq, onların hamısı birləşdirilərək, 1-ci korpusa verildi (digər korpusların təyinatı da dəyişdirildi). TƏBİB-in bu anormal islahatının nəticəsi nə oldu? Nəticəsi çox “yaxşı” oldu. Çünki bu gün orada Hepatit, Suçuçəyi, SPİD (QİÇS), Qrip, Malyariya, Brüsselyoz, Qızılca, Qara yara, Bağırsaq infeksiyaları, Zoonus, Hava-damcı xəstələri və s. hamısı nəinki bir otaqda qəbul olunur, hətta bir mərtəbədə xoşbəxtcəsinə müalicə alırlar. TƏBİB-in bu islahatının dünyada analoqu varsa, xahiş edirik bizə də deyin.

Stasionar xəstələr sağaldı, ya sağalmadı tezbazar evə yazılır ki, qalan dava dərmanı öz hesabına alsın və bununla da sığortanın büdcəsinə qənaət olunsun.

Bu gün Azərbaycan bazarında mövcud olan digər Tibbi Sığorta Şirkətlərində isə hər şey tərsinədir (hansılar ki, Tender və müsabiqə yolu ilə işləmələri yeganə düzgün yoldur): Sığorta Şirkətlərinin qoyduğu yüksək standartlara cavab verməyən Xəstəxanalarla müqavilə bağlamırlar. Amma müasir tələblərə cavab verən istənilən xəstəxana ilə əməkdaşlıq edirlər; Diaqnoz və müalicələri dəfələrlə səhv çıxan (yəni zəif) həkimlərlə əməkdaşlığı dayandırırlar. Diaqnoz və müalicələri effektli olan həkimə daim müştəri göndərirlər. Nəticədə zəif həkimlər bazardan çıxır, yüksək səviyyəli həkimlər isə ayda hətta 3-5 min manat və hətta daha çox pul qazana bilirlər. Buna nail olmaq üçün də bazarda rəqabət yaranır, həkimlər daim öz üzərlərində işləyirlər. Bu sistemin sonunda gələcəkdə ölkəmizə tibbi turizm axınının yaranmasına səbəb ola bilər (bu gün müalicə üçün bir çox vətəndaşlarımız İrana, Türkiyəyə getdikləri kimi, gələcəkdə də pasientlər bizə xaricdən gələr və burda pul xərcləyə bilərlər).

İcbari Tibbi Sığrta üzrə Dövlət Agentliyinin yaratdığı monopol sistem, bütün bu bazarın və fəaliyyətin öldürülməsinə, sığorta şirkətləri, xəstəxanalar və həkimlər arasında rəqabətliliyin heçə endirilməsi yolu ilə Sovet dövrünə oxşar durğun bir sistem yaratmaqla, ölkə səhiyyəsinə və iqtisadiyyatına geri qaytarılması mümkün

olmayan ağır zərbələr vurur(10 illər ərzində formalaşmış sığorta şirkətlərini bazardan çıxarmaqla və onlarla işləyən xəstəxanaları ağır duruma salmaqla).

Yekunda xüsusi qeyd edim ki, mənim bu iradlarıma, fikirlərimə Səhiyyə Nazirliyinin ən yüksək dairələrində (nazir və nazir müavinləri səviyyəsində) baxılıb, və çox yüksək dəyərləndirilib (Lakin onların ölkə Prezidentinin Fərman və Sərıncamları ilə yaradılan və idarə olunan bu Agentliyin fəaliyyətinə müdaxilə səlahiyyəti yoxdur). Onların təşəbbüsü ilə bu müraciət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində də baxıldı.Onlar 1 sığorta şirkətindən başqa 2-cisi ilə işləməyəcəklərini qəti surətdə bildirdilər və fikirlərini belə əsaslandırdılar:

“Gəlirlərin vahid daxıla toplanması yolu ilə və vahid qurumun nəzarəti altında tətbiq edilir, bu isə öz növbəsində vəsaitlərin daha səmərəli və planlı şəkildə istifadəsinə, sistemin parçalanmasının qarşısının alınmasına, eləcə də müxtəlif sığorta şirkətlərinin cəlb olunması halında yaranacaq inzibati xərclərdən qorunmağa şərait yaradır; həmçinin aparılmış təhlillərin və ekspertlərlə müzakirələrin nəticəsində icbari tibbi sığortanın ayrı-ayrı şirkətlər vasitəsi ilə tətbiq

edilməsi zamanı inzibati xərclərin 7-8%, vahid qurum tərəfindən, icrası zamanı isə 3% təşkil etdiyinin müəyyən edilib; bəzi sosial layihələrin icrasının dövlətin birbaşa müdaxiləsi olmadan bazar iqtisadiyyatının prinsipləri ilə tənzimlənəcəyi halda, həmin layihələrin mənfi nəticələrinin həm əhali, həm də digər iştirakçılar üçün qaçılmaz olması müəyyən edilib” Bu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi cavabıdır.

Bunun tipik monopolist cavabı olub-olmadığını, xahiş edirəm özünüz müəyyən edin! Mən sadəcə öz tərəfimdən deyə bilərəm ki, bu arqumenti monopoliyaya meylli istənilən nazirlik və qurum deyə bilər: “ölkədə hərəsi bir şirkətə məxsus olan çoxlu marketlərin olması iqtisadi baxımdan ziyandır (yüzlərlə müdir, yüzlərlə katibə, yüzlərlə mühasib və s.), ondansa hamısını birləşdirib bir marketlər şəbəkəsinin ixtiyarına vermək daha məqsədəuyğu deyilmi? Ölkədə bu

qədər Tikinti şirkətinin, Sığorta Şirkətinin, Bankın, Mobil Operatorun, Broyler firmasının və s. olması israfçılıq yaradır (yenə yüzlərlə müdir, yüzlərlə katibə, yüzlərlə mühasib və s.). Ondansa, Sovet dövründə olduğu kimi, bir vahid tikinti konserni, sığorta şirkəti, bank, Mobil Operator, Quşçuluq fabriki yaratmaq yüzlərlə rəhbər ştatın ixtisarı hesabına iqtisadi mənfəət əldə olunmasına səbəb olar” və s. Gözəl iqtisadi model deyilmi? Amma görəsən, nəyə görə Dövlət Agentliyinin sadaladığı həmin problemlər (yüzlərlə müdir, yüzlərlə katibə, yüzlərlə mühasib, idarəçilikdə xaos və s.) avtomobil, mənzil və s. sığortasında ortaya çıxmır, təkcə insan sığortasında yaranır?! Fərq nədir? Və indiyə qədər ölkənin əksər böyük şirkətləri (SOCAR, BP, FHN və s.) öz əməkdaşlarını sadaladığım özəl tibbi sığorta şirkətlərində (Paşa Sığortada, Arəşgah Sığrtada və s.) sığortalamışdılar (hansıların ki, təcrübəsini bütün ölkəyə tətbiq etməyi öz müraciətimdə təklif etmişəm).

Görəsən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dediyi həmin xaos, başıpozuqluq indiyə qədər bu şirkətlərdə niyə yaranmamışdı? Və yaxud, Qərb ölkələrində niyə yaranmır o xaos – hansılarda ki, təkmənbə ilə işləmək hətta cinayət hesab olunur? Yuxarıda sadaladığım Qanunlar (hansıların ki, bu qurumun fəaliyyətində pozulduğunu göstərmişdim) niyə hamıya şamil olunur və heç kim ziyan görməyib. Amma niyə bu, Agentliyə şamil olunmamalıdır? Belə çıxır ki, o qanunların hər biri ancaq hansısa 5-6 quruma aiddir, digər hər bir müəssisənin məxsusən özünə aid olan Mülki Məcəllə, Cinayət Məcəlləsi, Antimonopol qanunu və s. olmalıdı?

Belə çıxır ki, “Araz”marketlər şəbəkəsi üçün ayrıca Qanun yazıla bilər ki, bu mağazalar şəbəkəsi işçiləri ilə əmək müqaviləsi bağlamadan da işləyə bilər. “Rahat” qanun yazılar ki, market üçün – kassa aparatı olmadan işləsinlər. OBA-marketlər şəbəkəsi üçün qanun yazılar ki, burada vaxtı ötmüş, köhnə məhsulların satılması cinayət hesab edilmir və s.

"Anti-inhisar fəaliyyəti haqqında", “Dövlət satınalmaları haqqında”, “Haqsız rəqabət haqqında” AR Qanunları universal deyil, kim istəsə onlara riayət edə bilər, kim istəsə yox??? Prinsip belədir? Xaos – məhz qanunlara bu cür selektiv yanaşanda, özünü mövcud qanunlardan üstün, kənar, əlahiddə hesab edəndə yaranır, qanunlara hamı kimi tabe olanda isə, yox. Rəqabətlilik mühitindən indiyə qədər heç vaxt, heç bir ölkə ziyan çəkməyib Əksinə, Sovet dövləti məhz bütün sferalarda rəqabətin boğulmasına görə dağıldı və Azərbaycan dövlətində də bu gün inkişafdan geri qalan bütün sektorlar ancaq və ancaq dövlətin və ya ayrı-ayrı nüfuzlu şəxslərin monopoliyası altında olan sektorlardır (dövlət məktəbləri, dövlət tibb müəssisələri, Dəmir yolu nəqliyyatı, və s.).

Rəqabətin mövcud olduğu bütün sektorlar Avropa səviyyəsində yüksək məhsul və xidmət təklif edirlər: Taksi xidmətləri, Marketlər şəbəkələri, Broyler firmaları, Özəl Liseylər, Özəl Tibb müəssisələri, Özəl Tibbi Sığorta xidmətləri və s. Dövlətin tələbatı üçün də istənilən məhsul və xidməti sıfırdan başlayıb yaratmaqdansa (“yeni velosiped icad etməkdənsə”), bazardan tender, müsabiqə, kotirovka üsulu ilə almaq həm bazarı stimullaşdırar, həm ölkə iqtisadiyyatına fayda verər, həm də dövlət mövcud olanın ən keyfiyyətlisini əldə etmiş olar. Kapitalizm prinsiplərinə, bazar iqtisadiyyatına, rəqabətlilik metoduna alternativ inkişaf modeli hələlik kəşf olunmayıb!

Sonda: “Tibbi Sığorta haqqında” qanunun yuxarıda qeyd etdiyim qanunlarla ziddiyyət təşkil etməsini, yəni bu səhvi aradan qaldırmağın yeganə bir yolu var: Səlahiyyətli qurumlar, həmçinin hüquqşünaslar, o cümlədən qanunuverici orqan olan Milli Məclis Konstitusiya Məhkəməsinə müraciət etməli və möcud ziddiyyəti sübut edərək, həmin qanunun ləğv edilməsinə nail olmaqdır.

Tezadlar.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" - Partiya sədri
Bu gün, 00:05
Bu şirkət dərman satışından 3 milyon qazanacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 19:02
İrəvan sülh prosesindən daha da uzaqlaşacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 19:00
İlginc pensiya sistemi: - 60 manat üçün 25 il işləməliyik
Dünən, 18:56
Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək
Dünən, 18:10
"Ermənistanın iç üzü budur" - Ekspert danışır...
Dünən, 18:08
YAP-ın 1 sentyabr TAKTİKASI... - Nələr və kimlər dəyişəcək?
Dünən, 18:07
"Bu qədər boşboğazlığa necə qiymət verəsən?" - deputat
Dünən, 17:56
Ukraynanın dövlət borcu daha 1 milyard dollar artdı
Dünən, 17:55
Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır
Dünən, 17:52
DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır - HANSI MƏNTİQLƏ?..
Dünən, 17:43
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi - QƏRAR
Dünən, 17:29
Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib - FOTO
Dünən, 17:27
Sülh sazişi REAL DEYİL... - Yeni savaş isə...
Dünən, 17:24
Razi Nurullayevin namizədliyi təsdiqləndi
Dünən, 17:19
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
Dünən, 17:11
AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı - FOTO
Dünən, 17:06
Kolleclərə niyə maraq azalıb? - ŞƏRH
Dünən, 17:01
DGK Abid Şərifovun şirkətinə protokol yazdı
Dünən, 16:59
"İlham Əliyev dediyini edəcək" - Avetisyan
Dünən, 16:54
Bağçaların növbə problemi: - Valideynlər portaldan şikayətlənir
Dünən, 16:48
Nazirlik 1 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 16:41
"Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm"
Dünən, 16:35
Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib
Dünən, 16:32
Azərbaycan “qara siyahı”nı ləğv etdi - Prezidentin imzaladığı o sənəd...
Dünən, 16:31
Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti - "Salam, sağ ol"...
Dünən, 16:29
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib
Dünən, 16:26
"Bu, kasıb təbəqənin başına açılan oyundur" - ETİRAZ VAR...
Dünən, 16:20
Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar? - AÇIQLAMA
Dünən, 16:16
Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? - İLGİNC İDDİALAR...
Dünən, 16:12
Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: - "O, indi xəstəxanada reanimasiyadadır..."
Dünən, 16:08
Samir Əsədlinin namizədliyi qeydə alındı
Dünən, 16:03
“A-Qroup Sığorta Şirkəti”nin yığımları 1 milyon manatdan çox azalıb
Dünən, 16:01
Bu klinikanın vergi borcu altmış mini ötdü - TƏFƏRRÜAT
Dünən, 16:00
Bu ölkələr Ermənistanı silahlandırır: - “Gərginliyin artmasında ABŞ və Rusiyanın əli var”
Dünən, 15:58
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: - "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
Dünən, 15:50
Geosiyasi çağırış: "Onu burax, bana gəl..." - "İki sevda" çəkən dövlətlərin "cəza"sını aydın görürük...
Dünən, 15:47
Kişiləri aqressiv edən nədir? - Psixoloq sirləri açdı
Dünən, 15:41
"Gənc qızların yaşca böyük kişilərə qaçması..." -Psixoloqdan ŞOK İZAH
Dünən, 15:37
Ağadadaş Ağayev mühafizəçi ilə barışığa gedir? - Vəkilindən AÇIQLAMA
Dünən, 15:27
Prorektorun deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
Dünən, 15:25
Məmmədovlar arasındakı qohumluq düşmənçiliyə keçib? - İLGİNC
Dünən, 15:22
Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: - namizəd ərazidən qovula bilər
Dünən, 15:16
“82 yaşlı anamın bu dərmandan istifadə limitinin başa çatdığı bildirilib” - NARAZILIQ VAR...
Dünən, 15:13
“Azərsun Holdinq”in şirkətinin rəhbəri dəyişdirildi - ADLAR
Dünən, 15:11
Tramp prezident seçilsə, Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək - Kreml
Dünən, 15:08
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
Dünən, 14:54
İlqar Məmmədov Asim Mollazadəni YENƏ BİLƏCƏKMİ? - "Mən bu dairədə yaşamışam..."
Dünən, 14:47
BU NƏDİ BELƏ: Şəkinin bu kəndi zibil poliqonuna çevrilib - Rəsmilərsə deyir ki...
Dünən, 14:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru