![Seyran onlarla bir səhnəni bölüşəcək Seyran onlarla bir səhnəni bölüşəcək](https://dia-az.info/uploads/posts/2024-02/1707706124_endirme-1.jpeg)
Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov Köln şəhərində növbəti konsert verməyə hazırlaşır.
Dia-az.info xəbər verir ki, ifaçının musiqili gecəsi 9 mart tarixində baş tutacaq.
Pop ulduz sevənləri ilə görüşdə sevilən nəğmələrini ifa edəcək.
Seyran ilə yanaşı səhnədə Azərbaycanın məşhur müğənniləri Günay İbrahimli və Çingiz Mustafayev də olacaq.