"Lazım gələndə hansısa ifaçının məclisində pulsuz oxumuşam"
Tarix: 2-03-2024, 08:34 |
Çap et
Müğənni Əminə Şirinov meyxanaçı Vüqar Əbdülov arasında məclislərdən birində dava düşüb.
dia-az.media axşam.az-a istinadən xəbər verir ki, bu haqda Əminə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, yaranan mübahisə böyük davaya gədər çatıb:
"Onlar kişi-qadın bilmir. Mən danışanda, deyirlər danışır. Lazım gələndə hansısa ifaçının məclisində pulsuz oxumuşam. Ölkədə vokalçı kimi yaxşı ifa edə bilən iki müğənni var: biri Natavan Həbibi, digəri mən. Bilirlər ki, Natavana yığsalar getməyəcək. Mən isə hamıda pulsuz oxumuşam. Məndən nəsə istəməzdən əvvəl arada yığın ki, necəsən?
Zəng vurdu, dedim ki, nəsə istəməzdən əvvəl hal soruş. Kimsə deyə bilməz vokalçı kimi oxuyanda pul almışam. Bircə mənə Röya Ayxan dəstək olub. Vüqar zəng etdi ki, dur gəl oxu. Getmədim.
Sonra anamla bir məclisə getmişdik. Ondan böyük hörmətsizlik gördüm. Beş qat artıq cavabını aldı. Olmaz bunu etmək. Mübahisə davaya gəlib çıxdı".