“Kafe işlətmək pornofilmə bənzəyir” - Taleh Yüzbəyov
Tarix: 9-09-2024, 17:08 | Çap et
"Axırıncı statusumda "Kafe faciəsi" sözü işlətdim, çox adam kafe haqqında suallar verməyə başladı, dedim bir status da "YüzCafe"yə həsr eləyim. Əvvəla bütün kafe açmaq istəyənlərə ilk və əsas məsləhətim odur ki: Açmayın! Əgər bu işdə təcrübəniz, böyük təcrübəsi olan dostunuz və ya işçiniz, kafeyə yatıracaq puldan başqa çoxlu pulunuz yoxdusa, açmayın!"
Lent.az xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov sosial media hesabında yazıb. O, sahibi olduğu kafeylə bağlı yaşadığı çətinliklərdən söz açıb: "Kafe işlətmək bilirsiniz nəyə oxşayır?! Porno filmlərdə "Bukeke" adlı bir janr var. Bir qız mərkəzdə yerdə oturur, ətrafında çılpaq 10, 15, 20 kişi lüt dayanır və Şəhriyar demişkən: "Hər kəs şalın bir bacadan soxurdu..." Kafe işlətmək də bax belə bir şeydir. Qonşular, işçilər, işıq idarəsi, vergilər, qida təhlükəsizliyi, icra hakimiyyəti, obyekt yiyəsi, reklam agentliyi, fövqəladə hallar, müştərilər, sanepidemstansiya, borclu olduğunuz şirkətlər və başqa-başqa qurumlar və şəxslər sizi dövrəyə alırlar. Və pornodakı o qız sizin yanınızda yalan olur.
Bizim ən böyük səhvimiz əvvəllər kafe olmayan obyekti götürüb, kafe eləmək idi. Pulumuzun böyük hissəsi təmirə getdi. Təmir isə Dünyada heç vaxt bitməyən bir prossesdir. Yəqin aylarla təmir gedən yerlərdə: "Müvəqqəti narahatlığa görə üzr istəyirik!" sözünü görmüsünüz. Müvəqqəti kimi daimi heç nə yoxdur bu həyatda.
"YüzCafe "dövründə olanları çəksəm kino yox, serial alınar. 10 ay ərzində üstümüzə bir kometa düşməyi qaldı. Çox ziyan elədik. Borcun nə olduğunu anladım. Əvvəl müəllim deyən adamın borca görə "pulumu çatdırın ə" deyənindən, Torqovuda qabağımı kəsib "sizin kafe bizə 300 manat borcludur" deyəninə qədər gördüm. "Eybi yox, yavaş-yavaş ödəyərsiz" deyənlər oldu sağolsunlar. Bir şeyi gördüm ki, sahibkar olmaq zülmdür. Çünki nə güzəşt var, nə dəstək. Heç kəs yeni biznesdir deyib, yazığı gəlmədi. Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, "Azərişıq"ın hörmət elədiyi anlar az olmadı. Yalan deyə bilmərəm. "Tayqa" şirkətinin borcunu hələ də ödəyirik. Çox sağ olsunlar ki, bu qədər gözləyirlər. Bir ilimi aldı kafe. İki ildir keçib, amma hələ özümə gələ bilməmişəm. Amma başıma-gözümə döymürəm. Öz istəyim idi. Özü yıxılan ağlamaz. Deyirlər, biznesdə itirən olmur. Ya pul qazanırsan, ya təcrübə. İndi mənə harada lazım olacağını bilmədiyim bir kafe təcrübəm var. Sizə o təcrübədən sadəcə bir məsləhət verə bilərəm: Bildiyiniz işlə məşğul olun və ya yatırımı bildiyiniz işə edin!".
Taleh bildirib ki, kafenin fəaliyyət göstərdiyi qısa müddət ərzində xeyli miqdarda borcu yaranıb. O, kafeni bağlamaq məcburiyyətində qaldığını açıqlayıb: "İlk aylar yeməklərin maliyyətini hesablamadan menyuya saldıq, ziyan elədik, borclanma yarandı. Hər bina altında yerləşən kafedə olduğu kimi bir demaqoq qonşu hər yerə bizi şikayət elədi, cərimələndik. Dərdimiz azmış kimi, üstəlik cərimə də ödəməyə məcbur olduq, maaşlar gecikdi. Dövriyyə istədiyimizdən az olduğuna görə bazara borclu qaldıq, bəzi qida məhsullarını almağa çətinlik çəkdik, müştəri narazı qaldı. Kafeni ayaqda saxlaya bilmək üçün bütün dost-tanışlarımızdan borc aldıq, Torqovuda işıq xətti partladı. Bu problemdən 4-5 obyekt əziyyət çəkdi, onun biri də biz olduq, işığa görə neçə müddət normal işləyə bilmədik, dövriyyəmiz azaldı, borclarımız bir az da artdı. İşıqlar düzəldi, kondisioner xarab oldu. Onu düzəltdik, mətbəxi su basdı. Onu həll elədik, işıq şitində yanğın oldu. Yanğını söndürdük, arendanın vaxtı çatdı. Arendanı borc alıb ödədik, maaşların vaxtı yetişdi. Yenə borc tapıb, maaşları ödədik, əvvəl aldığımız borcun vaxtı çatdı. Borcları qaytara bilmək üçün var güclə işlədik, yay sezonu gəldi, işçilər dəniz kənarında işləməyə qaçdı. Təcrübəli işçi tapana qədər xidmətdə problemlər yarandı, yenə müştərilər narazı qaldı. Xidməti düzəltdik, mətbəx gecikən maaşlara görə tətil elədi. Mətbəxi sakitləşdirdik, arendanın vaxtı çatdı. Obyekt yiyəsinə yalvardıq, işıq pulunun vaxtı gəldi. İşıq idarəsinə yalvardıq, işığımızı kəsdilər. Yenə borc tapıb, işıq pulunu ödədik, maaşlara çatmadı, bir çox işçi işdən çıxdı.
Yenilərini tapdıq, növbəti arendanın vaxtı çatdı. Başımız problemlərə elə qarışdı ki, işə gələn və gedən işçiləri sistemə vurmaq yadımızdan çıxdı, cərimələndik. 18.000 manat! Vallah vergidən yayınmaq fikrimiz yox idi. Sadəcə başımızı itirmişdik. 18 min manat! Bu artıq "Fatality" idi. Borca görə hesabımız bloklandı, kartla ödənişlər borca getməyə başladı. Daha çox müştəri cəlb eləmək üçün reklama güc verdik, tarixi binadır deyib, adımızı binadan sökdülər. İşçilər yenə mitinq elədi, arendanın yenə vaxtı çatdı, işıq pulu yenə gəldi, bazara borcumuz daha da şişdi, digər borc sahibləri də bizi divara dirədi və dırmaşdırmağa başladı, kafeni bağladıq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı metropolitenində platformalarda təhlükəsizlik qapıları quraşdırıla bilər?
Bu gün, 15:00 |
|
|
|
• Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib - Aran Qarabağın açarı
Bu gün, 14:49 |
|
|
|
• Paşinyan yenə yolların açılmasından danışır, amma...
Bu gün, 14:47 |
|
|
|
• "Anamı, oğlumu, qardaşımı itirmişəm..." - AzTV-nin ilk ali dərəcəli qadın rejissoru
Bu gün, 14:39 |
|
|
|
• "Cəmi 24 saatdan az müddətdə..." - deputat
Bu gün, 14:10 |
|
|
|
• Köçəryan və Sərkisyan Bakıya verilir? – Karapetyandan sensasiya
Bu gün, 14:01 |
|
|
|
• İrəvan təhlükəli oyunun içindədir və bu onlara ağır başa gələcək - ŞƏRH
Bu gün, 13:59 |
|
|
|
• Vilayət Quliyev 2-ci ordu korpusuna komandir təyin olundu - ƏMR
Bu gün, 13:57 |
|
|
|
• Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər - deputat
Bu gün, 13:45 |
|
|
|
• "İşlədiyim müddət ərzində çoxlu dostlar qazandım..."
Bu gün, 13:17 |
|
|
|
• "Bu kimi rəzilləri öz adı ilə çağırmaq lazımdır!" - Mirşahin OD PÜSKÜRDÜ
Bu gün, 13:14 |
|
|
|
• Dərslər başlayıb, amma dərslik problemi hələ də qalır... - "Əgər məktəblərimizdə ixtisaslı müəllim çatışmırsa..."
Bu gün, 13:09 |
|
|
|
• Sahibkarlar bir aydan çoxdur ki, evlərinə çörək apara bilmirlər - NARAZILIQ VAR
Bu gün, 13:05 |
|
|
|
• Naxçıvan Təhsil Nazirliyində Talıbov ənənələri - Haqsızlığa etiraz edən müəllimə “xan” qaydası cəzalandırıldı
Bu gün, 12:40 |
|
|
|
• İsrail SEPAH-ın hücumunu gözləyir - Cavab hazırlanıb
Bu gün, 12:25 |
|
|
|
• “Dini qurumlarla iş mənə daha uyğun sahədir” - Fazil Mustafa
Bu gün, 12:23 |
|
|
|
• Samirəynən Əli oynamaq üstündə dava edib
Bu gün, 12:20 |
|
|
|
• Azərbaycan üçün təhlükəli xəstəliklər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:17 |
|
|
|
• Zəfər Günü ilə bağlı bu qərar verilərsə... - AKTUAL
Bu gün, 12:12 |
|
|
|
• "Ay millət, oxumaq zildən qışqırmaq deyil" - ETİRAZ
Bu gün, 11:38 |
|
|
|
• Vaşinqtonun məkrli planı: Bakıdan İrəvana “təslim olmasını” istəyirlər - FAKT BUDUR!
Bu gün, 11:34 |
|
|
|
• Naxçıvan səhiyyəsində nə işlər çevrilir? - İLGİNC FAKTLAR
Bu gün, 11:28 |
|
|
|
• Dünyada ucuzlaşma, bizdə bahalaşma yaşanır - NƏ BAŞ VERİR?
Bu gün, 11:16 |
|
|
|
• Baba Rzayevlə bağlı nə baş verir? – Şiddətli töhmətin arxasındakı sensasion məqam
Bu gün, 10:27 |
|
|
|
• Paşinyan əgər Bakıya gələrsə... - Ermənistan qarışacaq?
Bu gün, 10:21 |
|
|
|
• “Mossad” peycerləri partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırıb? - KİV
Bu gün, 10:17 |
|
|
|
• "Hər dəfə mənim malım gələndə bütün Azərbaycan bilir..." - Bakı gömrüyü qarşısında ETİRAZ
Bu gün, 10:15 |
|
|
|
• "Atamın üzünə ağ olmamışam..."
Bu gün, 10:10 |
|
|
|
• Tanınmış erməni jurnalistdən SENSASİON AÇIQLAMALAR - "Əliyevə və Paşinyana müraciət edirəm..."
Bu gün, 10:04 |
|
|
|
• İrəvanın qaçacaq YERİ YOXDUR... - ÇÜNKİ...
Bu gün, 08:02 |
|
|
|
• Ermənilər hər vəchlə Qərbi Azərbaycana qayıdışa mane olsa da... - İNCƏLƏMƏ
Bu gün, 07:58 |
|
|
|
• Yuxarı qiymətə aşağı keyfiyyət... - NƏ ETMƏLİ?
Bu gün, 07:51 |
|
|
|
• Azərbaycan Pezeşkiana hələ də ümidlə baxır? - Görünəni odur ki...
Bu gün, 07:40 |
|
|
|
• Gəlir səviyyəsinə görə Cənubi Qafqazda niyə ən geridəyik? - "Bank sektorumuz..."
Bu gün, 07:32 |
|
|
|
• "Bu efir söhbətləri deyil"
Bu gün, 07:28 |
|
|
|
• Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? - AKTUAL
Bu gün, 07:24 |
|
|
|
• "Qərbin addımları dağıdıcılığa xidmət edir” - Azərbaycana qarşı qarayaxma
Bu gün, 00:28 |
|
|
|
• “Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
Bu gün, 00:22 |
|
|
|
• “Gürcü arzusu”nun Gürcüstanı və ya yenidən Rusiyanın orbitinə qayıdış - GƏLİŞMƏ
Bu gün, 00:17 |
|
|
|
• Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər - MÜRACİƏT
Dünən, 20:40 |
|
|
|
• "Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." - FOTOFAKT
Dünən, 15:07 |
|
|
|
• Fransanın silahlandırdığı Ermənistan... - rəsmən SAVAŞI KÖRÜKLƏYİRLƏR...
Dünən, 15:05 |
|
|
|
• Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Dünən, 14:52 |
|
|
|
• Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Dünən, 14:51 |
|
|
|
• Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Dünən, 14:43 |
|
|
|
• "Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Dünən, 14:42 |
|
|
|
• Elgiz Elməddinin təklifini geri çevirib
Dünən, 14:30 |
|
|
|
• Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Dünən, 14:27 |
|
|
|
• Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Dünən, 14:23 |
|
|
|
• Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Dünən, 14:14 |
|
|
|
|