Əsas Səhifə > Şou-biznes > Əməkdar artistin virtual gözəlliyi...

Əməkdar artistin virtual gözəlliyi...


30-03-2024, 09:14
Əməkdar artistin virtual gözəlliyi...
Əməkdar artist Sevda Əliqızı paylaşımı ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi öz şəklini “fotoşop” proqramı ilə tanınmaz hala salıb.

Belə ki, Əliqızı saçının rəngindən tutmuş üz cizgilərinə kimi hər şeyi dəyişib. Sevda sözügedən proqram vasitəsi ilə daha çox gözünün quruluşunu dəyişərək “badam” formasına salıb.

Müğənni bu şəkili ilə görənləri heyrətləndirib.

Qeyd edək ki, ötən ilin sonunda süd vəzinin onkoloji xəstəliyindən əziyyət çəkən müğənni Sevda Əliqızı əməliyyat olunmuşdu.

Əməkdar artistin virtual gözəlliyi...

Geri qayıt