Əsas Səhifə > Şou-biznes > Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır

Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır


17-04-2024, 09:27
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır
Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın ailəsindən saytımıza bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

VİDEO - Baxmaq üçün bura tıklayın...


Geri qayıt