Əsas Səhifə > Şou-biznes > Ramin Hacıyev Murad Dadaşovdan pulunu tələb edir

Ramin Hacıyev Murad Dadaşovdan pulunu tələb edir


18-04-2024, 09:17
Ramin Hacıyev Murad Dadaşovdan pulunu tələb edir
Tanınmış rejissor, aktyor Ramin Hacıyevin rəhbərlik etdiyi “Reji” MMC (VÖEN -3103470821) Xəzər TV-yə qarşı məhkəmə iddiası qaldırıb.
Dia-az.info xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.
Məhkəmə iddiasının müqavilədən gələn öhdəliklərlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “Reji” MMC 08 iyul 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Masazır, İstiqaliyyət, ev 58, m. 24-də yerləşir.

Dia-az.info xatırladır ki, bir müddət əvvəl yerli KİV-ə açıqlama verən rejissor Ramin Hacıyev Xəzər Media Mərkəzinin rəhbəri Murad Dadaşovdan incik olduğunu açıqlayıb.

O, əvvəlcə Xalq artisti ilə serial üçün müqavilə bağladığını, buna görə evini satdığını qeyd edib. R. Hacıyev iddia edib ki, buna baxmayaraq Dadaşov layihəni qəbul etməyib:

“2020-ci ildə Xəzər TV ilə yollarını ayırdım. Yeni rəhbərlik Murad Dadaşov söylədi ki, işlərini bəyənirəm. İki müqavilə bağlamışdıq. Biri dram, ikincisi komediya serialı idi. Komediya serialını bir bölüm çəkdim. Çox bəyəndilər. Amma tizerdə olan aktyorları dəyişdirdilər. 10 nəfər aktyordan üçü qaldı. Bir seriyanı göstərdim, əlavələr etdim. Üstəgəl 10 bölüm çəkdim.

Daha sonra Murad Dadaşov dedi ki, serialı götürmürəm, pulum yoxdu, aktyorlar zəif oynayıb. Halbuki onun dediyi aktyorları əlavə etmişdik. Hər şeyi bəhanə gətirdi. 32 bölüm sifariş vermişdi. Hər bölüm üçün 1500 manat təklif etdi. Mən evimi satıb o layihəyə qoydum. Canla, başla işlədim. Amma çox qırıldım. 50 min manat pulu itirdim, işimdən ayrıldım, səhhətim pisləşdi. Çəkdiyim bayağı bir iş deyildi. Bir il işləyə bilmədim. O müddətdə dostlarım yardım etdi”.

Geri qayıt