Fuad Nəcəflini kim devirir: Talıbovmu? - İLGİNC İDDİALAR...
Tarix: 22-04-2024, 10:00 |
Çap et
Dia-az.info olaraq az əvvəl Naxçıvan Muxtar Respublikasında Prezidentin Xüsusi Nümayəndəsi Fuad Nəcəflinin vəziyyətinin gərgin olması ilə bağlı xəbər paylaşmışdıq. Qeyd edək ki, qısa müddət ərzində böyük rezonansa nədən olan bu xəbərlə bağlı müxtəliv versiyalr səslənməkdədir.
VERSİYA 1:
Bu versiyaya görə, Fuad Nəcəfli özünü bi yarıtmaz kadr kimi təsbit etdiyindən onun gedişi ilə bağlı qərar verilib.
VERSİYA 2:
Bu versiyada isə iddia olunur ki, Fuad Nəcəfli keçmiş MR rəhbərliyi - yəni Vasif Talıbovun yaxın çevrəsi və hələ də görəvdə qalan tərfədarları tərəfindən nüfuzdan salınır, hədəfdədə saxlanılır ki, bu da nəhayətdə onların qələbəsinə gətirib çıxarıb.
VERSİYA 3:
Ümumiyyətlə, bütün ölkədə bir islahat gözlənilir və Naxçıvanın statusu da dəyişdiriləcək. MR-nın ləğv olunması da barəsində danışılan ümumrespublika referendumunda təqdim oluna bilər. Yəni bir prosesdir və Fuad Nəcəfli də burada hansısa hesablanası, nəzərə alınası bir əhəmiyyətli fiqur olmadığından onun gedişi da hadisəyə çevrilməməlidir.
VERSİYA 4:
Bu versiya əslində 2-ci versiyaya daha yaxındır. Amma burada iddia olunur ki, Fuad Nəcəflinin gedişi ilə bağlı proseslər Vasif Talıbovun şəxsinin yenidən MR-nın rəhbərliyinə gətiriləcəyi fonunda baş tutacaq. Yəni Fuad Nəcəfli məhz Vasif Talıbovun qayıdışı səbəbindən gedir...
Hər halda bütün bunlar versiyadır. Ammadiqqətçəkəni odur ki, GEDİŞ məsələsi yetərincə aktual və gözləniləndir....