Əsas Səhifə > Sosial, Manşet > `Sağlam yuxu ərazisi` olan `Askona` yuxuları NECƏ ƏRŞƏ ÇƏKİR...

`Sağlam yuxu ərazisi` olan `Askona` yuxuları NECƏ ƏRŞƏ ÇƏKİR...


4-04-2024, 09:20
`Sağlam yuxu ərazisi` olan `Askona` yuxuları NECƏ ƏRŞƏ ÇƏKİR...
"Şikayətim "Askona Azerbaijan" şirkətindərdir. Avqust ayında həm yataq, həm də matras almışdım. Alarkən mənə yataq dəstinin necə dözümlü olması ilə bağlı "şou" da göstərildi. 10 il zəmanət verildi...." Dia-az.info bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rəsul Hüseynli adlı istifadəçi qeyd edib.

`Sağlam yuxu ərazisi` olan `Askona` yuxuları NECƏ ƏRŞƏ ÇƏKİR...

Narazı vətəndaş daha sonra bildirir: "Dekabr ayında isə aldığım çarpayı aşağıda təqdim etdiyim şəkildəki hala düşdü.

`Sağlam yuxu ərazisi` olan `Askona` yuxuları NECƏ ƏRŞƏ ÇƏKİR...
`Sağlam yuxu ərazisi` olan `Askona` yuxuları NECƏ ƏRŞƏ ÇƏKİR...
`Sağlam yuxu ərazisi` olan `Askona` yuxuları NECƏ ƏRŞƏ ÇƏKİR...
`Sağlam yuxu ərazisi` olan `Askona` yuxuları NECƏ ƏRŞƏ ÇƏKİR...

Zəng etdim, gəldilər... şəkil çəkdilər... dönə-dönə bildirirdi ki, zəmanətə daxildir, biz həll edəcəyik. 1 həftə sonra özüm zəng etdim ki, nə xəbər var. Şirkətdən bildirirdi ki ofis Rusiyada yerləşdiyi üçün ora məktub yazılıb və cavab olaraq guya çarpayını mən özüm bu hala saldığım üçün təmir olunmayacaq.

Təmir olunmayacaqsa, niyə çarpayı üstündə şou göstərib 10 il zəmanət vədi verərək satırsınız? Mən çarpayının ayağını necə qıra bilərəm? Əgər 6 ay üstündə yatandan sonra orta dəmiri əyiləcəksə niyə buna bu qədər pul verilir?

Adamlar hər cür söhbəti fırladırlar ki, bizlik deyil, baş ofis nə desə, odur. Baş ofis Rusiyadadır və çarpayının şəkili ilə müəyyən edib ki, mən sındırmışam.
Qəti şəkildə "10 il zəmanət" sözünə aldanmayın..."


Geri qayıt