“Ekol Mühəndislik Xidmətləri” QSC-də qanunsuzluqlara yol verən vəzifəli şəxslər kimə arxalanır - AÇIQ ÖZBAŞINALIQ...
Tarix: 4-09-2024, 11:40 | Çap et
Aktualinfo.org hələ iyul ayının əvvəllərində “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı geniş məqalə yaymışdı. Məqalədə sözügedən ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sifarişləri əsasında həyata keçirildiyini qeyd etmişdik.
Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq paytaxtımızda “Bakı Ağ Şəhər” layihəsinin icrasına qoşulub. Bu nəhəng layihənin iştirakçısı olaraq QSC “Yaşıl ada” ərazisinin köhnəlmiş neft sənaye obyektlərindən neft şlamının çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini yerinə yetirir. QSC ərazidə neftlə çirklənmiş torpağın çıxarılaraq poliqona daşınmasını, yerinə münbit torpaq doldurub yaşıllıqların salınmasını indi də təmin edir.
Qeyd edək ki, ötən yazılarda keçən il QSC-nin Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyətinə verdiyini qeyd etmişdik. MMC-nin sözügedən işləri tenderdə udduğunu da yazmışdıq. Lakin dövlət satınalmalarının vahid internet portalında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sözügedən tenderlə bağlı heç bir məlumat olmadığı da tərəfimizdən aşkarlanmışdı.
Qeyd edək ki, “EL-85” MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. MMC-nin maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lisenziyaların və icazələrin vahid reyestri məlumatlarında MMC-nin tələb olunan lisenziya və icazələri haqqında da heç bir məlumat yoxdu.
Yalnız Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-85 Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, 2-Cİ ZEYTUN SOVXOZU , ev 143, m. 2, qanuni təmsilçisi kimi isə Qasımov Elqayıt Nurəddin oğlu qeyd olunub.
Göründüyü kimi “Ekol Mühəndislik Xidmətləri” QSC 2023-cü ildə bir əvvəl dövlət qeydiyyatına alınmış bir MMC-yə milyonlarla manat dəyəri olan dövlət sifarişi verib ki, bu da qanunla yolverilməzdir. “Ekol Mühəndislik Xidmətləri” QSC satınalma prosedurunda “EL-85” MMC-nin son 5 ildə analoji işlərdəki təcrübəsini, maliyyə və texniki imkanlarını nəzərə almadan müqavilə bağlamışdır ki, nəticəsi göz önündədir.
Redaksiyanın əldə etdiyi məlumata görə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirməyib. Hazırda MMC-nin təmizləyərək üstünü torpaqla örtdüyü yerlərdən yenidən neft tullantıları çıxır ki, bu da məcburən dənizə axıdılır. Bu isə ərazidə çirklənmiş torpaqların yenidən təmizlənməsini tələb edir. Bütün bunları Ağ şəhərdə, Bakı Mariott Hotelin ətrafında həyata keçirilmiş işlərdən görmək olar. Redaksiyamıza yeni verilən fotofaktlarda isə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmədiyini bir daha sübut edir.
Verilən məlumatlarda həmçinin bildirilir ki, “EL-85” MMC nin heç bir texnikası yoxdur. MMC ağır tonnajlı yük avtomobillərini icarəyə götürür ki, bu da artıq vəsaitin xərclənməsinə gətirib çıxarır. Bundan əlavə avtomobillər çox vaxt məqsədli şəkildə yükü az doldurur ki, bu da gün ərzində 5 reys əvəzinə 10 reys etməsinə gətirib çıxarır ki, buradan da əlavə pullar yazılır. Göründüyü kimi “Ekol Mühəndislik Xidmətləri” QSC ilə “EL-85” MMC-nin bu işbirliyinin arxasında külli miqdarda dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması dayanır. Redaksiyamıza yeni verilən fotofaktlarda isə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmədiyini bir daha sübut edir Buna baxmayaraq“Ekol Mühəndislik Xidmətləri” QSC Pirallahı rayonunda 45 hektar neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri üzrə keçirdiyi tenderdə yenidən “EL-85” MMC-ni qalib seçib və 3 milyon manatdan çox dəyəri olan müqavilə bağlayıb. Sual yaranır. Əgər bu MMC Ağ şəhərdə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirə bilməyibsə belə böyük həcmili bir işi bir daha sözügedən şirkətə həvale etmək nə dərəcədə doğrudur? Qeyd edək ki, artıq “EL-85” MMC-nin Pirallahıda gördüyü işlərlə bağlı redaksiyamıza video və foto faktlar daxil olub. Bu fotofaktlar bir daha sübut edir ki, “Ekol Mühəndislik Xidmətləri” QSC “EL-85” MMC-ni heç də neftlə çirklənmiş torpaqların yenidən təmizlənməsinə işlərinə deyil, tamamilə başqa işlərə cəlb edib. Qeyd edək ki, 2023-cü ilin oktyabr ayına qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev olub. Sözügedən tarixdən şirkətə rəhbərlik müvəqqəti olaraq Rəşad Mustafayevə həvalə olunub. O, bundan əvvəl “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini olub və “Ekol Mühəndislik Xidmətləri”ndə hələ ki, Baş direktorun müşaviri vəzifəsinə gətirilib. Amma əldə etdiyimiz məlumata görə “Ekol Mühəndislik Xidmətləri” QSC-də bütün layihələrin həyata keçirilməsində son söz Daxili Nəzarət İdarəsinin rəisi Orxan Ələkbərovdadır. Çünki Orxan Ələkbərovun arxasıda ötən ilin iyulunda SOCAR-ın vitse-prezidenti təyin olunmuş Əfqan İsayevin dayandığı bildirilir. Qeyd edək ki, Əfqan İsayev buna qədər “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru olub. SOCAR-da vitse-prezidenti təyin olunduqdan sonra “Cənub Qaz Dəhlizi” QSC- də müavini olmuş Rəşad Mustafayevi “Ekol Mühəndislik Xidmətləri” QSC-yə müşavir təyin edib. Göründüyü kimi Əfqan İsayevin kadrları, Rəşad Mustafayev və Orxan Ələkbərov “Ekol Mühəndislik Xidmətləri” QSC-də özbaşınalıqlar edir, istədiyi kimi tenderlər keçirir, istədikləri şirkəti qalib çıxarırlar. Əfqan İsayev isə ekoloji idarəetmə sistemimizin yenilənməsi ilə bağlı açıqlamalar verir. Araşdırmalarımız davam edir və bir sıra aidiyyatı qurumlardan “EL-85” MMC-nin fəaliyyəti ilə bağlı münasibət öyrənib mövzuya daha ətraflı bir daha qayıdacağıq. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dillər Universitetində vəzifələr SATILIR? - Professordan növbəti İTTİHAM
Bu gün, 12:22 |
|
|
|
• İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 12:18 |
|
|
|
• Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? - Ukrayna müharibəsi, qapalı sərhədlər...
Bu gün, 12:14 |
|
|
|
• ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsaiti təsdiq edib
Bu gün, 12:08 |
|
|
|
• 327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib - AY MAŞALLAH...
Bu gün, 12:04 |
|
|
|
• “Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi
Bu gün, 12:02 |
|
|
|
• Özünü şəhidin xanımı kimi təqdim etdi - Həbs olundu
Bu gün, 12:00 |
|
|
|
• “İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53 |
|
|
|
• Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib - FOTO
Bu gün, 11:51 |
|
|
|
• İrəvandan müəmmalı gediş: bir addım irəli, iki addım geri - NƏ BAŞ VERİR?
Bu gün, 11:49 |
|
|
|
• “O vaxt kanallar bəstəkarı dinləyirdi, indi isə bəstəkarların əksəriyyəti müğənnilərin əlinə baxır..”
Bu gün, 11:48 |
|
|
|
• Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr... - Ekspert danışır...
Bu gün, 11:44 |
|
|
|
• Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır - İLGİNC İDDİALAR...
Bu gün, 11:42 |
|
|
|
• Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı... - "Kavkazskiy uzel"
Bu gün, 11:37 |
|
|
|
• Yeni rəhbərlik gələndən AZƏRİQAZ daha da korlanıb? - Görünəni odur ki...
Bu gün, 11:35 |
|
|
|
• Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? - AXI NİYƏ?
Bu gün, 11:28 |
|
|
|
• Naxçıvanda YENİ BÖHRAN: Bu dəfə həkim qıtlığı... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:21 |
|
|
|
• Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne
Bu gün, 11:12 |
|
|
|
• Fuad Əsgərov məhkəmə zalında HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 11:11 |
|
|
|
• Qərb Cənubi Qafqazda ciddi səhvlər edir - FAKT BUDUR!
Bu gün, 11:10 |
|
|
|
• “Sülh sazişini günü sabah imzalamağa hazırıq” - Mirzoyan
Bu gün, 11:08 |
|
|
|
• İrəvanla razılaşmanın sirri açıldı - Bakı sərhədi necə müəyyən edəcək?
Bu gün, 11:07 |
|
|
|
• Paris İrəvana vəd verdi: Sizi Rusiyadan qoruyacağıq! - GƏLİŞMƏ
Bu gün, 11:05 |
|
|
|
• "Aztelekom" internetdən imtina edənləri cərimələyir? - AKTUAL
Bu gün, 11:04 |
|
|
|
• Mərkəzi Bank faiz dərəcəsinə dair qərar verir - MÜHÜM
Bu gün, 11:01 |
|
|
|
• “Aqrarkredit” bəzi aktivlərini satışa çıxardı
Bu gün, 11:00 |
|
|
|
• Separatizmə son qoyan əməliyyat - MƏQALƏ
Bu gün, 10:57 |
|
|
|
• Ağadadaş Ağayevin başı yeni qalmaqalda - BU DƏFƏ BANK ONU MƏHKƏMƏYƏ VERDİ
Bu gün, 10:55 |
|
|
|
• "İndi bizim üçün hər kəs pozğun və qatildir"
Bu gün, 10:52 |
|
|
|
• İranlı deputatdan Rusiyaya Zəngəzur ittihamı - “Mehr”
Bu gün, 10:45 |
|
|
|
• Bakıda 22 min dollarlıq DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bu gün, 10:43 |
|
|
|
• İki mühüm postda DƏYİŞİKLİK ANONSU... - İDDİA
Bu gün, 10:42 |
|
|
|
• “Sülhpərvərlik” vətənpərvərliyə antonim olanda... – Xəyanətin yeni adı
Bu gün, 10:35 |
|
|
|
• Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:32 |
|
|
|
• Naxçıvan sakinləri CƏLİLOVUN ƏSARƏTİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:31 |
|
|
|
• Sərhədin uzanması bu ölkənin əsas strategiyasıdır - GƏLİŞMƏ
Bu gün, 10:26 |
|
|
|
• İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan tələbə: - "Bu təcrübələrin də böyük təsiri olduğuna inanıram"
Bu gün, 10:24 |
|
|
|
• Qarabağda antiterror tədbirlərinin aparılması vacib və labüd idi - İsrafil Kərimovun yazısı
Bu gün, 10:20 |
|
|
|
• Dövlət tıxaclara MÜDAXİLƏ ETMƏLİDİR... - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
• Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulacaq
Bu gün, 10:17 |
|
|
|
• Qərbi qorxudan nüvə şantajı: “Putin blef edir” - GƏLİŞMƏ
Bu gün, 00:15 |
|
|
|
• Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək
Bu gün, 00:11 |
|
|
|
• "Babam sağ olsaydı heç vaxt müğənni olmağımı istəməzdi..."
Dünən, 12:07 |
|
|
|
• Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar
Dünən, 12:04 |
|
|
|
• Qərbi Azərbaycana qayıdış siyasəti NİYƏ MÜHÜMDÜR... - İNCƏLƏMƏ
Dünən, 10:37 |
|
|
|
• Göygöldə ilk dəfə olaraq “Moruq Festivalı” keçirilir
Dünən, 10:13 |
|
|
|
• Sülh müqaviləsi imzalanarsa... - "Kalininqrad variantı"
Dünən, 10:09 |
|
|
|
• “Zəngəzur dəhlizinə qarşı çıxmaq üçün heç bir hüquqi və beynəlxalq əsas yoxdur” - Keçmiş səfir belə deyir...
Dünən, 10:06 |
|
|
|
• Dəqiq mina xəritələri Ermənistanda var, amma... - NƏ ETMƏLİ?
Dünən, 10:02 |
|
|
|
• “Bu gün 1677 yaşım oldu”
Dünən, 09:46 |
|
|
|
|