Əsas Səhifə > Ölkə, Manşet > 10 şəhidi olan kəndin 1001 dərdi...

10 şəhidi olan kəndin 1001 dərdi...


14-03-2024, 10:25
10 şəhidi olan kəndin 1001 dərdi...
Lerikin Soru kəndinin sakinləri "DogruXeber.az"a müraciət edərək, rayonunun, xüsusilə də 10 şəhid vermiş, 50-dən çox qəhrəman oğlu müharibədə döyüşmüş Soru kəndinin problemlər içində aciz qaldığından gileylənirlər.

Onlar bildirirlər ki, "qaz xətti kəndimizin içindən keçir, amma bizə bu dövrdə hələ də mavi yanacaq verilmir. Yollarımız da ki, bərbad vəziyyətdə. Biraz da yağış yağan kimi keçilməz olur".

10 şəhidi olan kəndin 1001 dərdi...

Maraqlıdır ki, "əcnəbinin seyrə balonlarla çıxdığı" (M.Ə.Sabir) bir dövrdə Lerikin 36 yaşlı gənc icra başçısı Əkbər Abbasov da tabeliyində olan rayonun bu cür bərbad vəziyyətinə biganə qalır. Sakinlər bildirirlər ki, mövcud durumları ilə bağlı müraciət etmədikləri qurum qalmayıb, hətta şəhid Zahir Əliyevin 9 yaşlı qızı Nilay da ölkə başçısı ilə görüşərkən, problemlər içində sürətlə böyüyən körpə ürəyi ilə birinci növbədə kəndin problemlərinin aradan qaldırılmasını xahiş edib.

Bütün bunlara rəğmən aidiyyatı qurumlar da, Rayon rəhbərliyi də hələ ki, seyirçi mövqeyində dayanıblar.

Güman edirik ki, qısa zamanda Lerik rayonunun Soru kəndinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində ən azından ilkin addımlar atılacaq.




Geri qayıt