AQTA deputatın şirkətindən NİYƏ QORXUR? - İLGİNC
Tarix: 25-03-2024, 11:06 |
Çap et
Deputat Elnur Allahverdiyevin "Kontakt Home" şirkəti yenə də narazılıq yaratması səbəbindən ÖN sırada yer almaqdadır. Lakin bu fakta rəğmən sözügedən şirkət və onun rəhbərliyi üçün vətəndaş gileyi heç bir önəm daşımır. dia-az.space bildirir ki, bu həm şikayətlərin artmasından, həm də şikayətlərdəki etirazların kəskinliyindən görünməkdədir.
dia-az.space bildirir ki, Murad Məmmədov "Şikayətim Var" sosial qrupundakı paylaşımında etirazını belə ifadə edir:
"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nə vaxta kimi "Kontakt Home"dan rüşvət alıb onlardan daxil olan şikayətlərə göz yumacaqsınız?
Ayıb deyil?!
Başa düşürük utanmırsınız, bəs heç qızarmırsınız?"