Fransanın Cənubi Qafqazla bağlı planları nə vəd edir .....                     “TikTok” Azərbaycanda bağlansın? .....                     Düşünülmüş, balanslaşdırılmış və uzaqgörən siyasət... .....                     Diplomatik qələbə, yoxsa öhdəlik əsasında razılaşma: .....                     Paytaxtda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub .....                     Azərbaycanlı gənc parkinqə görə adam öldürdü .....                     “Qazax Şərab-1”ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     “Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” .....                     Məcburi köçkünlərin geri qayıdışı üçün .....                     Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq .....                     “Artıq tək olmaq istəmirəm, gəncəm” .....                     Xəzər bir necə ildən sonra “dəniz” kimi qalmaya bilər? .....                     “İranın dini ortaqlığa yaraşmayan mövqeyini .....                     Ruslar bizim .....                     ABŞ-nin Ermənistandakı hərbi attaşesi Gümrüyə gedib .....                     Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında .....                     Sühməramlılarının Qarabağdan getməsinə qarşı tənqid: .....                     Türkiyənin Azərbaycandakı bu şirkəti bağlandı .....                     Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb .....                     Əfv olunanlar arasında niyə qadınların sayı az olur? .....                     Nazirlik 1,8 milyon manatlıq yeni dərsliklərin hazırlanmasını sifariş edib .....                     "Nə zəngə cavab verirlər, nə də..." .....                     Laçın sakini evinə sevinərək dönsə də... .....                     “Ancaq toyda oxuyub, indi fəxri ad istəyir” .....                     Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” .....                     “İlin, günün bu vaxtında belə bir açıqlamanın məqsədi nədir?” .....                     Rusiya Qarabağdan niyə çıxır, risklər və çıxış yolları... .....                     Tanınmış iş adamı xəstəxanaya yerləşdirilib .....                     Ermənilər demarkasiya əleyhinə aksiya keçirdilər .....                     Ağcəbədi sakini “Azəriqaz”ın ona qanunsuz olaraq 2 851 manat borc yazdığını İDDİA EDİR .....                     Kənd təsərrüfatı naziri İnam Kərimovun kadrını vəzifədən azad edib .....                     Həbs gördü... hələ də qanun tanımır... MƏHKƏMƏSƏ QƏRAR VERİB! .....                     Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir .....                     Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir .....                     Qubad İbadoğluya yekun ittiham elan edilib .....                     İsrailə dəstək, Ukraynaya vəd .....                     "Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" .....                     “Bankların sayı azaldılmalıdır, çünki əhali borc içində, faizlər yüksək…” .....                     285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı .....                     Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: .....                 

Fuad Nəcəfli Naxçıvanın dizini necı yerə gətirdi... - İFLASIN XRONOLOGİYASI
Tarix: 31-03-2024, 12:56 | Çap et
Fuad Nəcəfli Naxçıvanın dizini necı yerə gətirdi...
Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbovun vəzifədən kənarlaşdırılmasını onun yaxın ətrafından başqa, bütün naxçıvanlılar arzulayırdı. Muxtar respublika sakinləri, ölkəmizin və dünyanın müxtəlif yerlərində məskunlaşan naxçıvanlılar uzun müddət idi ki, həmin günü səbirsizliklə gözləyirdi. Nəhayət, 2022-ci ilin dekabr ayında Talıbov istefa verdi. Naxçıvanlılar ümid edirdi ki, bundan sonra hər şey daha yaxşı olacaq. Bunun üçün onların kifayət qədər əsasları vardı. Onlar bilirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvana xüsusi diqqət və qayğı göstərir, bölgənin sürətli inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin rifah halının yaxşılaşıdırlması üçün ardıcıl tapşırıqlar verir. Prezidentin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə 2023-2027-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi bölgənin hərtərəfli inkişafına təkan verməli idi. Ancaq təəssüf ki, zəif idarəçilik, Vasif Talıbov sayağı atılan addımlar, heç bir rəsmi səlahiyyəti olmayan şəxslərin muxtar respublikada dövlət işlərinə qarışdırılması ölkə başçısının Naxçıvanla bağlı qarşıya qoyduğu vəzifə və tapşırıqların uğurlu icrasına mane olur. Əgər Naxçıvanın inkişaf proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ayrılan vəsait layihələrin icrasının gecikdirilməsi səbəbindən büdcəyə geri qaytarılırsa, deməli, dövlət lazım olan edir, sadəcə, muxtar respublikaya rəhbərlik edənlər bacarmır.

Bu faktdır ki, son bir ildə Naxçıvanda tikinti sektoru iflic vəziyyətinə salınıb. Kimlərinsə şəxsi ambisiyaları, hər şeyi əvvəlki dövrün üstünə atmaq, uzun illərdir, bölgədə fəaliyyət göstərən tikinti şirkətlərini Naxçıvandan sıxışdırıb çıxarmaq cəhdləri vaxtilə bu sahədə çalışan 20 min nəfərə yaxın insanı işsiz qoyub. Əvvəllər bu sahədə nələrinsə yanlış olduğunu, sənədləşdirmə işlərinin düzgün aparılmadığını, tenderlərin keçirilmədiyini, dövlət orqanlarına həddindən çox səlahiyyətlər verildiyini biz də qəbul edirik. Ancaq bu işin yeni tikintilərin başlanmasına nə aidiyyəti var? Naxçıvanda keçirilən tenderlərin nəticələrini Azərbaycanın aidiyyatı dövlət orqanları niyə ləğv edir? Bəlkə prosesə hansısa dövlət orqanları mane olur? Yoxsa Vasif Talıbov dövründən qalan məmurlar sabotajla məşğuldur? Bu suallara cavab tapılanda bütün gerçəklər ortaya çıxacaq.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublıikası Prezidentinin səlahiyəli nümayəndəsi Fuad Nəcəfli ötən dövrdə müsahibə və açıqlamalarında qısa zaman ərzində bölgədə geniş quruculuq işlərinin başlanacağını bildirib. Amma hələ ki, heç bir nəticə yoxdur.

Məsələn, Fuad Nəcəfli ötən ilin may ayında Naxçıvan televiziyasına müsahibəsində deyib: “Bizim məqsədimiz Naxçıvanda dövlət sifarişləri ilə bərabər, özəl sifarişlərin artırılması və bu özəl sifarişlərin bazarın tələbinə əsasən formalaşdırılmasından ibarətdir. Bu sahədə ciddi sıçrayışlar olacaq. Yaxın 2-3 ay ərzində Naxçıvan şəhərinin özündə çox böyük tikinti-inşaat sənayesi ilə bağlı işlər görüləcək. Özəl şirkətlərin güzəştli mənzillərin, sosial evlərin tikintisi ilə bağlı böyük bir layihəsi qarşımızdadır. Hesablamalarımıza əsasən, bu proses 3 minə yaxın yeni iş yerinin açılması ilə yekunlaşacaqdır”.

Bu fikirlərin səsləndirilməsindən 2-3 ay yox, düz 8 ay keçdi, ancaq Naxçıvanda geniş tikinti-quruculuq işlərinə start verilmədi. Cənab Nəcəfli ötən ilin dekabr ayında mediaya açıqlamasında həmin vədini vaxtı uzadaraq yenidən təkrarladı: “2024-cü ilin mart-aprel aylarından başlayaraq, Naxçıvan Muxtar Respublikasında tikinti işləri geniş vüsət alacaq və olduqca böyük infrastruktur layihələri icra olunacaq”.

Mart ayı bitdi. Fuad Nəcəflinin bu vədinə əməl etməsinə bir gün qalır. Etibarlı mənbələrdən aldığımız məlumata görə, nəinki aprel, heç may ayında da Naxçıvanda tikinti işlərinə başlanılacağı gözlənilmir. Mühüm dövlət postlarında çalışan vəzifəli şəxslər açıqlama verərkən yüz ölçüb, bir biçməli, verdikləri vədlərə əməl etməlidirlər. Əks təqdirdə əhali arasında nüfuzlarını və sözlərinin kəsərini itirərlər. Vəzifəli şəxslər bu sahədə Azərbaycan Prezidentindən nümunə götürməlidirlər. Dövlətimizin başçısı indiyədək edə bilmədiyi heç nəyi deməyib, verdiyi bütün sözlərə və vədlərə əməl edib. Ona görə də bütün dünyada Prezident İlham Əliyevin sözü imzası qədər keçərlidir.

Muxtar respublikada geniş tikinti işlərinə o vaxt başlanacaq ki, yuxarıdakı suallara cavab tapılacaq.

Fuad Nəcəfli 3 min yeni iş yerinin açılacağı vədini vermişdi. Ancaq ötən il Naxçıvanda 51 min iş yeri bağlandı.

İndi isə keçək digər sahələrə.

Səlahiyyətli nümayəndə Fuad Nəcəflinin dünən “X” hesabında paylaşdığı bir video diqqətimizi cəlb etdi. Naxçıvan televiziyasının hazırladığı süjetdə 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin yanvar-fevral aylarında Naxçıvanın inkişafından bəhs olunur. Xub, ötən ilin müvafiq dövrü ilə müayisədə bu il bütün sahələrdə artım var. Ancaq real nəticələr 2023-cü illə deyil, 2022-ci illə müqayisə olunanda ortaya çıxır. Bu zaman anlaşılır ki, Fuad Nəcəflinin Naxçıvanda fəaliyyətə başlamasından sonra nəinki artım olub, həttə muxtar respublika iqtisadiyyatı xeyli geriləyib.

Gəlin əlahəzrət faktlara nəzər salaq.

Cari ilin yanvar-fevral aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 200 milyon 800 min 700 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,7 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 428,3 manat olub.

Muxtar respublikada 2022-ci ilin yanvar-fevral aylarında isə 379 milyon 91 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdu. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox idi. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 818,6 manata çatmışdı.

2024-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 91 milyon 684 min 100 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 27 faiz üstələyib.

Naxçıvan 2022-ci illə müqayisədə bu sahədə də xeyli geriləyib. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin təkcə yanvar ayında sənaye üzrə 97 milyon 916 min 700 manat dəyərində məhsul istehsal edilib. 2022-ci ilin yanvar ayında Naxçıvanda istehsal olunan sənaye məhsulu bu ilin 2 ayından daha çoxdur.

Cari ilin yanvar-fevral aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyon 451 min 100 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 45,3 faiz azdır.

Bu sahədə 2022-ci illə müqayisədə fantastik dərəcədə geriləmə var. 2022-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 77 milyon 904 min 700 manat vəsait yönəldilmişdi. Əsas kapitala yönəldilmiş vəsaitin 72 milyon 749 min 600 manatı və ya 93,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdü.

2024-cü ilin yanvar-fevral aylarında 15 milyon 601 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz azdır.

2022-ci ilin müvafiq dövründə isə 17 milyon 508 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdi.

2024-cü ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 5 milyon 401 min 400 manat olub.

Naxçıvan bu sahədə də xeyli geriləyib. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 10 milyon 552 min 100 manat olub. Bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 4,1 faiz çoxdur.

Rəqəmlərdən göründüyü kimi, Naxçıvan iqtisadiyyatı 2022-ci illə müqayisədə son bir ildə xeyli geriləyib. Bunun səbəbləri ciddi şəkildə araşdırılmalı, Naxçıvanın inkişafı ölkə başçısının qarşıya qoyduğu tapşırıq və vəzifələrə uyğun təmin edilməli, iqtisadiyyatın dirçəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün ciddi addımlar atılmalıdır. Bir sözlə, Naxçıvanda görülən işlər ölkəmizin inkişaf dinamikasına uyğunlaşdırılmalıdır. Naxçıvan Muxtar Respublikası ölkəmizin ümumi inkişafından geri qalır.
TNS








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransanın Cənubi Qafqazla bağlı planları nə vəd edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 19:20
“TikTok” Azərbaycanda bağlansın? - “Ordakı qadınlar azadlıqla özbaşınalığı qarışdırıb”
Bu gün, 19:10
Düşünülmüş, balanslaşdırılmış və uzaqgörən siyasət... - hər zaman uğur gətirir
Bu gün, 19:02
Diplomatik qələbə, yoxsa öhdəlik əsasında razılaşma: - Kremlin bəhanələri “işləmədi”
Bu gün, 19:00
Paytaxtda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub - VİDEO
Bu gün, 18:03
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü - FOTO
Bu gün, 17:49
“Qazax Şərab-1”ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 17:44
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
Bu gün, 17:42
Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək
Bu gün, 17:40
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
Bu gün, 17:37
“Artıq tək olmaq istəmirəm, gəncəm” - Aynur Dadaşova
Bu gün, 17:28
Xəzər bir necə ildən sonra “dəniz” kimi qalmaya bilər? - NƏ ETMƏLİ?
Bu gün, 17:26
“İranın dini ortaqlığa yaraşmayan mövqeyini həmişə görmüşük"
Bu gün, 17:20
Ruslar bizim DOSTUMUZDUR?
Bu gün, 17:17
ABŞ-nin Ermənistandakı hərbi attaşesi Gümrüyə gedib
Bu gün, 17:10
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:08
Sühməramlılarının Qarabağdan getməsinə qarşı tənqid: - ABŞ yersiz ittihamlar irəli sürür
Bu gün, 17:04
Türkiyənin Azərbaycandakı bu şirkəti bağlandı
Bu gün, 17:00
Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb
Bu gün, 16:59
Əfv olunanlar arasında niyə qadınların sayı az olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:58
Nazirlik 1,8 milyon manatlıq yeni dərsliklərin hazırlanmasını sifariş edib - DETALLAR
Bu gün, 16:47
"Nə zəngə cavab verirlər, nə də..." - AZAL-dan şikayət
Bu gün, 16:41
Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?
Bu gün, 16:38
“Ancaq toyda oxuyub, indi fəxri ad istəyir” - Xalq artisti
Bu gün, 16:32
Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” - DƏHŞƏTİN İZİ İLƏ...
Bu gün, 16:30
“İlin, günün bu vaxtında belə bir açıqlamanın məqsədi nədir?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:21
Rusiya Qarabağdan niyə çıxır, risklər və çıxış yolları... - Ekspert rəyləri
Bu gün, 16:18
Tanınmış iş adamı xəstəxanaya yerləşdirilib - FOTO
Bu gün, 16:15
Ermənilər demarkasiya əleyhinə aksiya keçirdilər - VİDEO
Bu gün, 16:10
Ağcəbədi sakini “Azəriqaz”ın ona qanunsuz olaraq 2 851 manat borc yazdığını İDDİA EDİR - GİLEY
Bu gün, 16:08
Kənd təsərrüfatı naziri İnam Kərimovun kadrını vəzifədən azad edib - FOTO
Bu gün, 16:06
Həbs gördü... hələ də qanun tanımır... MƏHKƏMƏSƏ QƏRAR VERİB! - GƏLİŞMƏ
Bu gün, 16:03
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir - MƏQALƏ
Bu gün, 15:56
Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir - Rusiyalı ekspert
Bu gün, 15:55
Qubad İbadoğluya yekun ittiham elan edilib
Bu gün, 15:54
İsrailə dəstək, Ukraynaya vəd - Ədalət...?
Bu gün, 14:02
"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - deputat
Bu gün, 14:00
“Bankların sayı azaldılmalıdır, çünki əhali borc içində, faizlər yüksək…” - ÇAĞIRIŞ
Bu gün, 13:56
285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 13:09
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: - İrəvan Ər-Riyadda nə təklif edib?
Bu gün, 13:07
“Heç yaxşı olmayacaq, Qarabağdan çıxan ruslar...” - Ananyan
Bu gün, 13:01
Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT
Bu gün, 12:59
"Bank Respublika" ilə "Qrant" şirkəti arasında məhkəmə çəkişməsi başlayıb
Bu gün, 12:52
İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi
Bu gün, 12:45
Rusiyanın Cənubi Qafqazı tərk etməsi perspektivi doğub - SENSASİON AÇIQLAMALAR
Bu gün, 12:33
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
Bu gün, 12:29
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
Bu gün, 12:25
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:24
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEO
Bu gün, 12:22
Şəhər mərkəzlərinin ən "dolu" və əsas küçələri nəqliyyat vasitələrinin hərəkətinə niyə bağlanır?
Bu gün, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru