Rusiyadakı SƏFİR POSTU: Hələ ki boşdur... AMMA... - YENİ İDDİA...
Tarix: 31-08-2024, 11:14 | Çap et
Siyasi cameənin tanımadığı, daha çox “uğurlu iş adamı” kimi cəmiyyətdə mövqe tutan Elnur Allahverdiyevin onu qoruyan deputat mandatını “yeniləmək” planının baş tutmamasından sonra daha böyük iddiaya düşdüyü bildirilir.
Azərbaycanda müştəri məmnunluğu məsələsi istehlak bazarının ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Ölkədə istehlakçı hüquqlarının qorunmasına yönəlik çox sayda qanunvericilik aktlarının qəbul edilməsinə baxmayaraq, bu sahədə vətəndaş şikayətlərinin azalmaq əvəzinə artması acınacaqlı gerçəklikdir.
Çox maraqlıdır ki, istehlakçıların hüquqlarının pozulması “yarış”ında radio və telekanallarda, o cümlədən, elektron və çap mediasında, həmçinin küçə lövhələrində reklamları ilə gözləri qabar edən geniş ticarət şəbəkələri öndə gəlir. Yayımladıqları reklam materiallarında potensial alıcılar üçün cazibədar, ilk baxışda son dərəcə “sərfəli” görünən şərtlər əsasında fərqli məişət texnikaları və texnoloji cihazlar təklif edən bu satış şəbəkələri yekunda istehlakçını çıxılmaz borc quyusuna yuvarladır.
Yaxşı, vətəndaşın ailəsinin boğazından kəsib öncə sərfəli görünən şərtlərlə aldığı məişət əşyasının qalaqlanan borcunu birtəhər ödəyib tamamlayacağı düşünülsə də, problemlər bununla yekunlaşmır. İş ondadır ki, nəzərdə tutulan ticarət mərkəzlərinin bəh-bəhlə tərifini göyə qaldırdıqları bu və ya başqa məişət əşyasının ömrü alıcının evinə aparılana qədər olur. Bundan sonra o əşyanı alaraq, başına bəla açan vətəndaş haqqını bərpa etmək üçün sonu görünməyən, ucunda ədalətin olduğu təxmin belə edilməyən yola çıxır. Sonucda pulu gedən, əsəbləri korlanan, bunların qarşılığında isə əlində qalan tək şey ona sırınan keyfiyyətsiz əşya olan vətəndaş çarəsiz vəziyyətdə küncə sıxışır.
Bəli, bu ümumi qeydlər bəlkə də hər gün yaşanan mənzərinin yüngül, “böyük tablo”da diqqəti çox da cəlb etməyən, həmçinin artıq yetərincə adiləşən solğun ştrixlərdir. Çünki dəyişən heç nə yoxdur. Konkretliyə gəldikdə, yuxarıda istehlakçıların ümumiləşdirilmiş problemlərinin əsas mənbələrindən biri qismində “Kontakt Home” mağazalar şəbəkəsinin çıxış etdiyi aksiom kimi ortadadır.
Mediada və sosial şəbəkələrdə bu qəbildən olan şikayətləri təsnifatlaşdırdıqda, bu yanaşmanın tamamilə əsaslı olduğu ortaya çıxar. Hər halda, alınan məişət texnikasının, başqa cihazların və əşyaların zay çıxması, buna baxmayaraq, keyfiyyətsiz məhsulun geri qaytarılması, yaxud da yenisi ilə əvəzlənməsi “Kontakt Home”un dəyişməz kredosuna çevrilib. Bu iddiada qərəz axtaranların diqqətini ən yeni “nümunə”lərdən birinə yönəltmək istəyirik.
Yayılan məlumata əsasən, haqqında danışılan mağazalar şəbəkəsindən soyuducu alaraq özünü işə salan vətəndaşların sırasına Bakı sakini Rüfət Dadaşov da qoşulub. Bildirilir ki, aldığı təzə soyuducunu evə aparıb onun işləmədiyinə əmin olan Dadaşovun “Kontakt Home”la apardığı müzakirələr nəticəsiz qalıb. Mağazadan ona bildiriblər ki, ən yaxşı halda soyuducunu təmir edə bilərlər, əşyanın yenisi ilə əvəzlənməsindən isə söhbət gedə bilməz. Təbii, pulunu çöldən tapmayan Dadaşov bu şərtlə razılaşmayıb və özünün pozulmuş istehlakçı hüquqlarını məhkəmə vasitəsilə bərpa etməyə qərar verib.
Yenicag.az müştərinin iddiası ilə bağlı “Konatkt Home”nin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.
Qeyd edək ki, “Kontakt Home”nin sahibi olaraq illərdir ki, Milli Məclisin deputatı Elnur Allahverdiyevin adı hallanır. Onun 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı ilə deputat seçilməsi ilə bu yöndə məlumatların intensivliyi daha da artdı. Allahverdiyevin parlament üzvü statusu əldə etdikdən sonra sahibkarlıq fəaliyyətinə son qoymasına dair verdiyi açıqlamalar da bu iddiaları dövriyyədən çıxarmadı. Azərbaycan reallığında bu kimi “hüquqi prosedur”ların formallığını bilən insanları Allahverdiyevin “Kontakt Home”la bütün bağlarını qopardığına inandırmaq nəinki çətin, hətta mümkünsüzdür.
Digər tərəfdən, adı sahibkarlıq fəaliyyətində hallanan, lakin özlərinin bunu qətiyyətlə inkar etdiyi bir sıra başqa deputatların xarici mediada “biznes qəhrəman” olaraq tanıdılması, böyük məbləğdə pullarına məhkəmə qərarı ilə əl qoyulması cəmiyyətdə möhkəm “immunitet” yaradıb. O baxımdan, Allahverdiyevin biznesdən çəkildiyi barədə bəyanatlarının etimadla qarşılanmaması təəccüblü deyil.
Yeri gəlmişkən, 2020-ci il seçkiləri dönəmində onun Sloveniyanın Azərbaycandakı fəxri konsulu olmasına dair informasiyaların yayılmasından sonra Allahverdiyevin vətəndaşlıq məsələsi də bir müddət geniş müzakirəyə çıxarılmışdı. Lakin Milli Məclisin ardıcıl ikinci dəfə vaxtından əvvəl buraxılması VI çağırış parlamentin hakim partiyadan olan bir çox üzvləri kimi Elnur Allahverdiyevin də narahatlığını artırması əsassız deyilmiş.
O baxımdan, 2020-ci il seçkilərində daxil edildiyi YAP-ın namizədlər siyahısında Allahverdiyevin adının olmaması çox da təəccüb doğurmadı. Xatırladaq ki, 2020-ci il seçkiləri qlobal pandemiyanın ilkin əlamətlərinin baş qaldırdığı dövrə təsadüf etmişdi. Eyni zamanda, Milli Məclisin tərkibinin yenilənməsi zərurəti və digər faktorlar Allahverdiyevin şansına təkan verərək, ona deputat mandatı qazandırmışdı.
Ancaq indi vəziyyət kökündən dəyişib. İlk növbədə onu qeyd etməliyik ki, bu seçkilər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması, o cümlədən, regionda yeni reallığın formalaşması şəraitində keçirilir. Belə bir gerçəklikdə adı vətəndaşların istehlakçı hüquqlarının pozulmasında davamlı hallanan “Kontakt Home”un sahibi kimi tanınan – ictimai rəy çox inadkardır – Elnur Allahverdiyevin, o cümlədən, digərlərinin deputat mandatdan məhrum qalması qanunauyğun nəticə sayıla bilər.
Ancaq vəziyyət fərqli də ola bilərdi. Bunun üçün heç olmasa, “Kontakt Home”un müştərilərinə münasibətdə sayğılı olmaq gərəkirdi. Çünki ortada təsadüfən başlayan karyeranın inkişaf perspektivi vardı.
Bununla belə, Milli Məclisə düşmək şansını itirən Elnur Allahverdiyevin “yüksəliş” cəhdini artıq başqa bir müstəvidə sınadığına dair yenə də media və sosial şəbəklərdə müxtəlif iddialar dolaşır. Bildirilir ki, deputat mandatı itirildikdən sonra rəsmi status əldə etmək planını dəyişməyən Allahverdiyev bu dəfə gözünü daha strateji bir posta dikib. İddialara əsasən, Polad Bülbüloğlunun deputatlığa namizəd olması səbəbindən Azərbaycanın Rusiyadakı səfiri postunun boşalması “Kontakt Home” sahibi üçün göydəndüymə fürsət kimi qarşılanıb. Başqa sözlə, Sloveniyanın Bakıdakı fəxri konsulu olan Allahverdiyevin bu dəfə gerçək səfir qismində Azərbaycanın Rusiyadakı diplomatik təmsilçisi olmağa can atdığı deyilir. Lakin bir dəfə təsadüfən deputat mandat qazanmaq, mağazalar şəbəkəsinə sahib olmaq, yaxud Balkan ölkələrindən birinin fəxri konsulu təyin edilmək belə bir strateji vəzifə iddiasına düşmək üçün əsas yaradırmı?
Normalda yaratmamalıdır və hər halda, “Kontakt Home” sahibi də bunun fərqindədir. O zaman Allahverdiyev kimə və nəyə güvənir? Bəhs olunan məsələ aktuallaşarsa, bu sualın cavabına da aydınlıq gələcək.
Mövzunu diqqətdə saxlayacağıq.
www.yenicag.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi
Bu gün, 13:38 |
|
|
|
• Xatirənin paylaşımı QARŞIDURMA YARATDI: - “Elə ona bənzəyirsən”
Bu gün, 13:34 |
|
|
|
• BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub - FOTO
Bu gün, 13:24 |
|
|
|
• Azərbaycanlıların aldığı 1200 maşını Rusiya buraxmır - ÇİN YOLU BAĞLANIR?
Bu gün, 13:22 |
|
|
|
• Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq - AÇIQLAMA
Bu gün, 13:20 |
|
|
|
• Paşinyan Gürcüstana işgüzar səfərə gedib
Bu gün, 13:17 |
|
|
|
• Ermənistandan savaş açıqlaması: - “Plan qururuq, bütün sərhəd boyunca...”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq, səmərəli danışıqlar davam edəcək - The Economist
Bu gün, 13:04 |
|
|
|
• Antalyada istirahət edənlərin əziyyətini niyə naxçıvanlılar çəkməlidir? - ETİRAZ VAR...
Bu gün, 13:02 |
|
|
|
• Ermənistan iki ittifaq arasında tarazlıq axtarır - “Nezavisimaya qazeta”
Bu gün, 13:01 |
|
|
|
• Azərbaycanda həyəcan təbili: - Ailələrdə uşaqların sayı azalır
Bu gün, 12:58 |
|
|
|
• Zaur Kamal verilişi oğlu ilə birgə aparacaq
Bu gün, 12:56 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 12:50 |
|
|
|
• "Məmurlar biz vətəndaşları SAYA SALMIR..." - GİLEY
Bu gün, 12:42 |
|
|
|
• Mamicanyan Paşinyanı yerdən-yerə vurdu
Bu gün, 12:35 |
|
|
|
• Tərtərdə korrupsiya həbslərinin YENİ DALĞASI - içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə ƏLƏ KEÇDİ
Bu gün, 12:33 |
|
|
|
• Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq tezdir - Paşinyanın partiyası
Bu gün, 12:29 |
|
|
|
• Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək - The Economist
Bu gün, 12:25 |
|
|
|
• Dillər Universitetində vəzifələr SATILIR? - Professordan növbəti İTTİHAM
Bu gün, 12:22 |
|
|
|
• İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 12:18 |
|
|
|
• Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? - Ukrayna müharibəsi, qapalı sərhədlər...
Bu gün, 12:14 |
|
|
|
• ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsaiti təsdiq edib
Bu gün, 12:08 |
|
|
|
• 327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib - AY MAŞALLAH...
Bu gün, 12:04 |
|
|
|
• “Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi
Bu gün, 12:02 |
|
|
|
• Özünü şəhidin xanımı kimi təqdim etdi - Həbs olundu
Bu gün, 12:00 |
|
|
|
• “İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53 |
|
|
|
• Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib - FOTO
Bu gün, 11:51 |
|
|
|
• İrəvandan müəmmalı gediş: bir addım irəli, iki addım geri - NƏ BAŞ VERİR?
Bu gün, 11:49 |
|
|
|
• “O vaxt kanallar bəstəkarı dinləyirdi, indi isə bəstəkarların əksəriyyəti müğənnilərin əlinə baxır..”
Bu gün, 11:48 |
|
|
|
• Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr... - Ekspert danışır...
Bu gün, 11:44 |
|
|
|
• Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır - İLGİNC İDDİALAR...
Bu gün, 11:42 |
|
|
|
• Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı... - "Kavkazskiy uzel"
Bu gün, 11:37 |
|
|
|
• Yeni rəhbərlik gələndən AZƏRİQAZ daha da korlanıb? - Görünəni odur ki...
Bu gün, 11:35 |
|
|
|
• Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? - AXI NİYƏ?
Bu gün, 11:28 |
|
|
|
• Naxçıvanda YENİ BÖHRAN: Bu dəfə həkim qıtlığı... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:21 |
|
|
|
• Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne
Bu gün, 11:12 |
|
|
|
• Fuad Əsgərov məhkəmə zalında HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 11:11 |
|
|
|
• Qərb Cənubi Qafqazda ciddi səhvlər edir - FAKT BUDUR!
Bu gün, 11:10 |
|
|
|
• “Sülh sazişini günü sabah imzalamağa hazırıq” - Mirzoyan
Bu gün, 11:08 |
|
|
|
• İrəvanla razılaşmanın sirri açıldı - Bakı sərhədi necə müəyyən edəcək?
Bu gün, 11:07 |
|
|
|
• Paris İrəvana vəd verdi: Sizi Rusiyadan qoruyacağıq! - GƏLİŞMƏ
Bu gün, 11:05 |
|
|
|
• "Aztelekom" internetdən imtina edənləri cərimələyir? - AKTUAL
Bu gün, 11:04 |
|
|
|
• Mərkəzi Bank faiz dərəcəsinə dair qərar verir - MÜHÜM
Bu gün, 11:01 |
|
|
|
• “Aqrarkredit” bəzi aktivlərini satışa çıxardı
Bu gün, 11:00 |
|
|
|
• Separatizmə son qoyan əməliyyat - MƏQALƏ
Bu gün, 10:57 |
|
|
|
• Ağadadaş Ağayevin başı yeni qalmaqalda - BU DƏFƏ BANK ONU MƏHKƏMƏYƏ VERDİ
Bu gün, 10:55 |
|
|
|
• "İndi bizim üçün hər kəs pozğun və qatildir"
Bu gün, 10:52 |
|
|
|
• İranlı deputatdan Rusiyaya Zəngəzur ittihamı - “Mehr”
Bu gün, 10:45 |
|
|
|
• Bakıda 22 min dollarlıq DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bu gün, 10:43 |
|
|
|
• İki mühüm postda DƏYİŞİKLİK ANONSU... - İDDİA
Bu gün, 10:42 |
|
|
|
|