Əsas Səhifə > Hadisə, Manşet > Fuad Nəcəfli Vasif Talıbova ŞÜKÜR OXUTDURUR

Fuad Nəcəfli Vasif Talıbova ŞÜKÜR OXUTDURUR


18-03-2024, 08:16
Fuad Nəcəfli Vasif Talıbova ŞÜKÜR OXUTDURUR
“2016-cı ilin mart ayında keçmiş icra başçısı Vüqar Səfərovun vəzifədə olduğu müddətdə bizi şəhərin mərkəzində yerləşən Heydər Əliyev prospektində yaşadığımız binadan əvvəlcədən heç bir yazılı rəsmi məlumat vermədən, məhkəmə qərarı olmadan zorla çıxarıb başqa ünvana sürgün etdilər.”
Dia-az.info-ya şikayət məktubu göndərən Naxçıvan sakini Quliyev Elşən Malik oğlu bu barədə bildirir.
Onun iddiasına görə, ailəcə sürgün olunduqları mənzil öz evlərindən xeyli aralıda yerləşir. Üstəlik, sökülən mənzilləri də ideal təmirli idi. Vətəndaşa zorla verilən mənzilin isə heç bir təmiri olmayıb.
Təbii ki, vətəndaş bu durumla razılaşmayıb. Bunun əvəzində isə Naxçıvanın o dövrdəki hakimiyyətindən təzyiq və təhqirə məruz qalıb:
“Dəfələrlə biz icra hakimiyyətinə aparılaraq kobud şəkildə, icra başçısına yaraşmaz danışıq tərzi ilə hədələndik. Bizə “ya evinizdən çıxacaqsınız ya da sizinlə başqa cür danışarıq” deyə təzyiq göstərirdilər. Sökülmüş evin yerində yeni bina tikiləcəyini sabiq icra basçısının ağzından qaçırmışdı. Biz də o binadan mənzil istəyirdik. Vəziyyətdən çıxmaq üçün əgər “tikilərsə narahat olmayın, həmin ünvanda evlə təmin ediləcəksiniz”, - deyə bizi yola verirdilər”.
2021-2022-ci ildə həmin ünvanda bina ucaldıldığını və son hazırlıq işləri başa çatmaq üzrə olduğunu görüb icra hakimiyyətinə dəfələrlə məktubla müraciət edən şiakayətçnin bu tələbinə məhəl qoyulmayıb. “Naxçıvan şəhərinin yeni icra başçısı (artıq o da sabiqlər arasına qarışıb) Mirsənani Seyidov məktublara cavab olaraq məni məsələni həll etmək adı ilə yanna çağırıb idarəçilik prinsiplərinə yaraşmayacaq tərzdə məni otaqdan təhqir və alçaldıcı ifadələrlə qovaraq dedi: “Sənə mən ev vermiyəcəm, biz sənə yeni mənzil məsləhət görmüşük, xoşun gəlir, get, orda yaşa, xoşun gəlmir, get hara isdəyirsən şikayət et. Sayanmadan icra hakimmiyətinə və Ali məclis sədrinə teleqram vurub bizi bezdirmə”.
Vasif Talıbovun hakimiyyətinin laxladığını hiss edən vətəndaş 2023-cü ilin sonlarında məhkəməyə müraciət edib və hal hazırda işi məhkəmədədir. Dərd burasındadır ki, indi də ona təzyiqlər davam edir. “İcra başçısı və onun Pəncalı Hüseynov adlı muavini mənə “zorla ev təklif edirik, sən qəbul etmirsən niyə gedib qonşularınla birgə yaşamırsan” kimi əsassız və qanuna uyğun gəlməyən ifadələrlə hədə qorxu gələrək məqsədimdən yayındırmağa çalışıb”.
Şikayətçinin dediyinə görə, icra başçısı ona bir dəfə “sənin evin Vasif Talıbovdadır, get, Ali Məclisdən tələb et” deyərək otağından qovub.
“2024 cü ilin mart ayındayıq və məni 8 ildi evsiz eşiksiz qoyaraq get gələ salırlar. İllərdir, qazandığım kirayələrə gedir, əşyalarım ora bura köçməkdən məhv olub, mənə 8 ildə dəyən ziyan saymaqla bitməz”, - yazan şikayətçi onu da bildirir ki, son 1 ayda 2 dəfə yeni icra başçısı əvəzi təyin olunmuş Əhməd Vəliyev də onu qəbul edib və o da kobudluğu ilə sələflərindən fərqlənməyib: “Mən pozulmuş olan mulkiyyət hüququmun bərpasını tələb edirəm. Öz evimdə yaşaya-yaşaya işığımı, qazımı, suyumu kəsərək zorla məni evimdən çıxarıblar. Binanın yarısını söküb toz-torpağını başıma ələyənlərin bu özbaşınalığına susa bilmərəm”.

Fuad Nəcəfli Vasif Talıbova ŞÜKÜR OXUTDURUR
Fuad Nəcəfli Vasif Talıbova ŞÜKÜR OXUTDURUR
Fuad Nəcəfli Vasif Talıbova ŞÜKÜR OXUTDURUR
Fuad Nəcəfli Vasif Talıbova ŞÜKÜR OXUTDURUR

Geri qayıt