Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                     "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." .....                     Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? .....                     Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir .....                     Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı .....                     Gürcüstan yenidən ÇALXALANIR .....                     “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” .....                     Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq .....                     Yasamalda “Avant” MTK özbaşınalığı… .....                     Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi .....                     Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır .....                     Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb .....                     Azərbaycanda bu nazirliklərin birləşəcəyi .....                     “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir .....                     Yaslarda ehsan ləğv edilir .....                     Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb .....                 

“Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb” - deputat
Tarix: 20-02-2018, 09:12 | Çap et
“Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb”
“Yeni Müsavat” qəzetinin növbəti qonağı millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir. Qeyd etmək yerinə düşər ki, Elşən bəy media ilə əməkdaşlığa xüsusi önəm verən siyasətçilərdəndir və saytımızda müntəzəm yazıları ilə çıxış edir. Milli Məclisin deputatı müsahibə təklifimizi də geri çevirmədi və ofisimizə təşrif buyurdu. Onunla olan son dərəcə maraqlı söhbəti oxucuların diqqətinə təqdim edirik.

- Elşən bəy, səsiniz tutqundur. Xəstələnmisiz, deyəsən.

- Bəli, son qriplərdən qoruna bilmədim. Məni də haqladı. Ona görə səsim batıb.

- Çörçilin məşhur bir sözü var: “Bir siyasətçinin hətta lazım olmayan məqamda xəstələnməsi belə intizamsızlıqdan xəbər verir”. Ümid edirəm, kobud misal olmadı.

- Kobud-filan deyil. Sadəcə, Çörçilin həyatı haqda azacıq məlumatlı şəxs kimi deyim ki, rəhmətliyin “astma bronxit”i olub. Hər vacib görüşə getmədən öncə də allergiyası baş qaldırırmış, çıxışlarını rahat edə bilmirmiş. Bu fikri də özünə misal olaraq deyib. Yəni məntiqlə intizamsızın yekəsi özü olub. Amma paralel olaraq bir şeyi də dəqiqləşdirək. Niyə lazımsız məqam?

- Ən azından seçki dövrüdür, bir siyasətçi üçün isə aktivlik belə məqamda qaçılmazdır. Ona görə.

- Siyasətçi bir tək seçki dönəmində deyil, hər zaman aktiv olmalıdır. Bu, onun missiyasıdır, emblemidir. Seçkidən-seçkiyə ortalığa çıxıb “mən də varam” havasına girənlərin adı isə siyasətçi deyil, mövsüm kəpənəyidir. Belələri bütün ömürlərini elə kəpənək “kafa”sı ilə də yaşayırlar. Sağa-sola şütüyərək. Mənsə hər zaman meydandayam, mövqeyimi, fikrimi, mülahizələrimi bildirirəm. Passivliyi də sevmirəm.

- Sizi davamlı olaraq müxalifət üzərinə sərt və ağır şəkildə yüklənən biri kimi xarakterizə edirlər. Bu imici qazanmaq diskomfort yaratmır ki?

- Düşünmürəm ki, nə vaxtsa kiminsə üzərinə yüklənmişəm və ya yüklənirəm. Hər kəsin bir fikri var. Amma hamısı da fərdi və fərqlidir. Müxalifətçilər bəzən əsəbiləşəndə mənə “radikal iqtidar” da deyirlər. Ürəklərindən nə keçir desinlər. Düşüncəm isə bundan ibarətdir ki, ən qorxulu adam mövqesiz və düşmənsiz adamdır. Qəti mövqeyin varsa mütləq düşmənin olacaq. Siyasi meydanda o insandan qorxmaq lazımdır ki, hamı ilə dostdur, günorta söydüyünü axşam öpür, səhər tənqid elədiyini sabahsı gün mədh edir. Ya da 20 il canla-başla müdafiə elədiyinə qarşı birdən-birə düşmən kəsilir, yolunu və mövqeyini 180 dərəcə dəyişir. Bilirsiniz, xəyanət ailədə də, dostluqda da, siyasətdə də eynidir. Onu bir dəfə sınaqdan keçirən kəs artıq buna vərdiş, adət edir, özü üçün bu ənənəni adiləşdirir. Amma bütün hallarda siyasi xəyanət həmin kateqoriyaların ən iyrəncidir.

- Belə xəyanətlərdən sığortalanmağın bir üsul-qaydası yoxmu?

- Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb. Bizim içimizdə də belələri olub və hər zaman ola bilər. Məsələn, Gültəkin Hacıbəyli eyni adlı mövzunun ən bariz nümunələrindəndir. 27 yaşından 40 yaşına qədər bir komandada olasan, onun uğurlarından, imtiyazlarından bəhrələnəsən, çıxış eləmək, təbliğ etmək, ucadan danışmaq lazım olan yerdə hamını itələyib qabağa keçəsən ki, mövzu mənlikdi, sonra da bir seçkidə deputat seçilməyən kimi olasan müxalifətin öndə gedəni. Mümkündürmü təbii görünmək? Mümkündürmü kimisə inandırmaq? Yox, təbii. Ya da olsun Cəmil Həsənli. 2005-ci ildə AXCP-nin qərarına qarşı çıxdığı üçün təşkilatdan ayrılmalı oldu. Loru açıqlama da bu idi ki, ideya, müxalif həmrəylik-filan hərləmirəm, mənə mandat lazımdı. Amma həmin mandatı da itirən kimi oldu Silvestr Stallone. Girdi “Rokki” havasına. Gündə də bir seriyasını çəkib facebook üzərindən camaata sırımağa çalışdı. Kim inandı? Yenə heç kim, təbii. Çünki küskünlərin yığıncağında səmimi adam olmur.

- Haqqında danışdığınız kəsimin nümayəndələri seçki ilə bağlı boykot qərarı verib. Bu qərar da qeyri-səmimidir?

- Məndə olan informasiyaya görə - daha doğrusu, bu qənaətə sosial şəbəkədə oxuduqlarımdan sonra gəlmişəm - Milli Şura MSK-ya sənədləri həmin sənədlərin verilmə müddətinin bitməsinə saat yarım qalmış təqdim edəcək. Nə plandı bilmirəm, amma güman ki, iqtidarın növbədənkənar seçki qərarından sonra düşdükləri naqdaunu öz aləmlərində beləcə kompensasiya etmək istəyirlər. Yəni siz bizi şok etdiniz, biz də sizə sürpriz edərik. Ayrıca, onu da qeyd edim ki, boykot qərarı iqtidara deyil, beynəlxalq aləmdəki qəyyumlarına yönəlik mesaj idi. Qayəsi, məzmunu da özündə bu fikri ehtiva edirdi: “Ara qatmaq istəyirsinizsə, pul göndərin qataq. Ən azından əlimizdən gələni əsirgəmərik. Amma pulsuz olmaz. Havayı enerji sərf etmək niyyətimiz yoxdur”. Ordan isə deyəsən, müsbət cavab gəlib. Artıq pulu sızdırırlar. Ortalıqda var-gəl edən yeni-yeni gözəlbayramlıların canı sağ olsun, verirlər pulu Tiflis sərhədində hansısa taksi sürücüsünə, Ağstafada-zadda da üzərindən yüz dollar əskiklə götürürlər. Nə problem var ki? Arif Məmmədov adında xəyanətkarın, buqələmunun düzəltdiyi və ora-bura ötürdüyü saxta sənədlərə istinad edərək xəyallarında icad etdikləri hansısa prosesə “pul yuyan maşın” adı vermişdilər. Oysa, Əli Kərimli nəinki pul yuyan, hətta onu qurudub-ütüləyən maşının da icadını özü şəxsən edib. Hələ güman ki, patentini də alıb, sadəcə xəbərimiz yoxdur.

- Yeri gəlmişkən, Milan məhkəməsi bu ittihamların ən nəzərə çarpanlarından birini rədd etdi.

- Doğru həmişə sonda qalib gəlir. Bir gün ədalət zəfər çalmalı, Xədicənin donosluğu və bayaq adını çəkdiyim Arif Məmmədovun təşkilatçılığı ilə düzənlənən saxta ssenari nə zamansa ifşa olunmalı idi. Sadəcə, zamanı dəqiq bilmirdik. Radikal müxalifət bu oyunu ona görə qurmuşdu ki, cəmiyyətdə seçki öncəsi bir aşınma, iqtidara qarşı antipatiya yaratsın, amma məkrli ssenari özlərinə qarşı işlədi. Biabır oldular. Ən ideal vaxtda da məsələyə aydınlıq gəldi.

- Sizcə, bu məlumatları, dezoları mediaya, sosial şəbəkələrə kim ötürür? Məqsəd nədir?

- Dedim axı, Arif Məmmədovun rəhbərliyi ilə yanındakı çevrəsi. Bu insan uzun illər diplomatiyanın içində olub. Məlumatlı şəxsdir. Sadəcə, o, bildiyi məlumatları düzgün ötürmür. Təhrif edir. Bunların yeni bir təşkilatı var, iqtidara qarşı formalaşıb. Qənimətdən belə hamı o təşkilatdadır. Addım-addım, qapı-qapı gəzirlər. Randevularını da Arif alır. Bir tədbir buraxmırlar. Avropa Şurasından tutmuş ATƏT-ə qədər, hara gedirsən qarşında bitirlər. Olsun. Bizi düşmən bilib, düşmənçiliklərini edirlər. Amma dövlətlə, bayraqla, Azərbaycan adı ilə alıb-verə bilmədikləri, problemləri nədir, bax bunu anlamıram. Təsəvvür edin, Avropa Şurasının plenar iclasında Azərbaycanın əleyhinə, ya da Ermənistanın lehinə bir sənəd qəbul olunan kimi durub ayaq üstdə əl çalırlar. Əsas da o Emin Hüseynov və yanındakı erməni əsilli sarışın rəfiqəsi. Bir dəfə Şuranın bufetində ona dedim ki, yüz dəfə iqtidarı ittiham edəndə bir dəfə də ermənini ittiham elə, Qarabağdan danış. Qayıtdı ki, o məsələlər bizim maraqlarımıza uyğun deyil. Xəttimiz başqadır. Xəttin qırılsın, budur müxalifətçilik? Ya da Milli Şuranın baş prodüseri övladının qulağına niyə bir dəfə pıçıldamır ki, ay bala, xaricdə nə dinləmələrə qatılırsan qatıl, zalda 20 amerikalı, 30 avropalı, 15 ərəb və 1 erməni varsa, gedib özünü o dəqiqə erməninin yanına vermə, atan burada demokratiyadan, milli təəssübkeşlikdən dəm vurur, insan haqlarından “dərs keçir”, heç olmaya kənardan pis görünməsin. Yəni radikal müxalifət imitasiya da eləmir artıq. Deyirlər buyuq, amma bizi bəyənməlisiz. Seçki də gələn kimi hamısı olur qəzəlxan, meyxanaçı. Ancaq deyişmə işinə baxırlar, erməni lobbisinin papağından qafiyə çıxarırlar, ağıllı-ağıllı məsləhətlər verirlər. Boykot edirlərmiş. Dünəndən edin. Mənim qapıbir qonşum Kamandarın 3 yaşlı oğlu da bağçanı boykot edir, ağzına baxanmı var?

- Boykot əsaslandırması budur ki, onsuz da iqtidar hər seçkidə inzibati resursları prosesə cəlb edir, ədalətli seçki keçirmir və hətta guya bunu zamanında foto və videolarla sübut ediblər...

- Bəli, məhz guya! Nəyi sübut ediblər? Heç nəyi! Bir dəfə özünü “onbaşı” və “yüzbaşı” adlandıran xanımdan açıqlama alıblar. Soruşurlar ki, işiniz nədir, deyir insanları seçkiyə - səsverməyə göndərirəm. Bunu ad elədilər ki, saxta seçki keçirilir. Diqqət edin: xanım deyirdi ki, insanları səsverməyə göndərirəm, demirdi ki, filan adama səs verməyə göndərirəm. Desəydi başqa məsələ. Normalda isə bunun adı təşviqatdır. Adı onbaşı ya da yüzbaşı olsun - fərq etməz. Həmin kaseti xarici təşkilatlara da göndərəndə vəkillər, mütəxəssislər gülüb demişdilər ki, adam təşviqatla məşğul olub da, dünyanın hər yerində olduğu kimi. Bu axı fakt deyil. Bunlar da əli ətəyindən uzun, süzülə-süzülə, kasetləri də yanlarında geri dönmüşdülər. Yəni dediyim odur ki, kompromatları da öz başlarının, dərrakələrinin ölçüsündədir.

- Elşən bəy, bəzən namizədləri ittiham edirlər ki, seçkiyə mübarizə üçün deyil, dəstək üçün qatılırlar. Bu fikrə münasibətiniz necədir?

- Tamamilə yanlış fikirdir. Amma paralel olaraq nəzəri mülahizəmi də bölüşüm: 40 min imza toplayan adamın imzaları təsdiqləndikdən sonra könlü istəyər bu fürsətdən, yəni təbliğat imkanından istifadə edib rəqibini tərifləyər, istəyər özünü tərifləyər, istəyər qonşusunu-qohumunu tərifləyər. Bunun kimə nə dəxli? Harda yazılıb ki, seçkiyə girmisənsə mütləq söküb-dağıtmalısan? Fərdin passiv seçki hüququdur, sənədini verir, səslərini toplayır, qeydiyyata alınır. Gerisini özü bilər. Yəni dediyim odur ki, hətta mövzuya nəzəri və hüquqi prizmadan baxsaq belə yenə ortada separat, qeyri-qanuni bir şey yoxdur. Zamanında, konkret olaraq 2003-cü ildə Əli Kərimli Etibar Məmmədovla öncədən bağladığı sazişə əsasən ikincinin namizədliyini müdafiə etməli idi. Amma seçkiyə hər ikisi qatıldı. Onlara deyən oldumu ki, niyə belə edirsiz? Ya da 2009 Referendumundan öncə iqtidarın təbliğatına qarşı iki müxalif təşviqat qrupu yaradılmışdı. Nəsə irad tutuldu? Vəssalam da. Bunlar niyə özünə əl qatıb bəs? Həm də əsas olmadan? Bir daha təkrar edirəm: kökündən yanlış fikirdir! Əvvəla, namizədlərin içində hamının öz mövqeyi var, kimsə bu prosesə müxalifətin iddia etdiyi kimi dəstək üçün qatılmır. İkincisi, ölkədə seçkinin demokratik keçirilməsi üçün tam münbit şərait mövcuddur. Üçüncüsü də... Ən güclü namizəd qalib olacaq. Buna kimsənin şübhəsi olmasın. Şəxsi qənaətim isə odur ki, İlham Əliyev seçkinin açıq favoritidir və ən azı 80 faizin üstündə səs toplayacaq.

- Seçkidən sonra necə, siyasi komandada ciddi dəyişikliklərin olacağını gözləyirsiniz?

(ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Dünən, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Dünən, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Dünən, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Dünən, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Dünən, 11:20
Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Dünən, 11:18
Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Dünən, 11:12
“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Dünən, 11:07
Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Dünən, 11:03
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Dünən, 10:57
Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Dünən, 10:49
Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Dünən, 10:43
Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Dünən, 10:38
Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Dünən, 10:36
Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Dünən, 10:32
Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Dünən, 09:51
Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 09:49
Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Dünən, 09:45
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Dünən, 09:25
Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Dünən, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru