Kolonna ermənilərə görə sevincini gizlədə bilmədi .....                     “Azər Türk Bank” ASC səhmdarlarının Ümumi Yığıncağının tarixi dəyişdirildi .....                     “Kişi tezdən işə getsin, evdə olanda adam əsəbiləşir” .....                     Kürdəmirdə vəzifəli şəxs faciəli şəkildə ÖLDÜ .....                     Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi .....                     “Ermənistan sülh yox, yeni əməliyyatlara köklənib” .....                     Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? .....                     “Cəmiyyətə gül atıblar, gülüş atıblar, balta yox!” .....                     "Bir dəfə mənim dostlarım yenilik etsin, mən oğurlayım" .....                     Ermənistana münasibətdə İranla Qərbin sinxron siyasəti .....                     "Açılışa baxmaq fikrində deyildim..." .....                     Azərbaycanda qəbiristanlıqdakı mənzərə görənləri heyrətə gətirdi .....                     Ermənistanın “E”si də qalmayacaq, əgər... .....                     Zərdüşt Əlizadə Sərdar Cəlaloğlunu ittiham etdi: .....                     Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır .....                     “Yelo Bank”ın depozitləri azalıb .....                     "Hələ seçkiqabağı təşviqat başlamayıb..." .....                     “Azercell” yenə də öz ampluasındadır... .....                     "Təhükəsizliklə bağlı Parisin sadə qaydaları təmin etməməsi heç bir məntiqə uyğun deyil" .....                     “Səba” mənfəətdən zərərə keçdi .....                     Ukraynaya qarşı döyüşən azərbaycanlı əsir düşüb .....                     İndi də “Yarım gilə”mizi oğurladılar… .....                     Azərbaycanla Ermənistan arasında yeni müharibə: .....                     "Allah haqqı düzəlmir..." .....                     Bizdə TURİZM NİYƏ YOXDUR... .....                     Yaşa görə pensiya verməmək missiyası davam edir .....                     “Ermənilər noyabrda Bakıya gəlməsələr, “öz ayaqlarına güllə atmış” olacaqlar” .....                     Bu şirkət dərman satışı ilə bağlı 2 milyonluq .....                     Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub .....                     Ərdoğan bu tarixdə Əsədlə görüşəcək .....                     III Qarabağ savaşı başlayır? .....                     Qafqaz üçün məkrli plan... .....                     Onların dəqiqəsi qızıl imiş... .....                     İranda "dil problemi" aradan qalxır? .....                     "Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?” .....                     Saxta məhsul satmaları bir yana... .....                     Paytaxt ərazisində ahıl vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir şəxs saxlanılıb .....                     Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib .....                     Rusiya şirkətinin erməni rəhbəri saxlanıldı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                 

"106 illik soyqırım, xalqımızın qan yaddaşıdır" - deputat
Tarix: 31-03-2024, 00:10 | Çap et
"106 illik soyqırım, xalqımızın qan yaddaşıdır"
31 mart- Azərbaycan xalqına qarşı törədilmiş soyqırım tarixinin ən qanlı səhifələrindən biridir. Xüsusi qəddarlıqla törədilmiş bu soyqırım hadisəsindən 106 il ötür. Hər il olduğu kimi bu il də Azərbaycan xalqı soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edir.
Əlbəttə, bu qanlı hadisəni xatırlamaq və erməni faşizminin nə qədər təhlükəli olduğunu unutmamaq üçün hadisələrin baş verdiyi tarixi şəraiti və siyasi prosesləri dəqiq analiz etməkdə fayda var. Bu baxımdan qeyd etməliyik ki, həmin dövrdə ermənilər, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində “erməni dövləti” qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdı.
Bu barədə 31 Mart soyqırımının 106-cı ildönümü ilə əlaqədar Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Millət vəkili bildirib ki, baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-ə qədər Bakıda davam etmiş və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalmışdır. Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaymışdılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
Həmin vaxt Şamaxıda törədilmiş kütləvi qırğınlara xüsusilə diqqət çəkən millət vəkili bildirib ki, hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün və tədqiqat işləri hələ də davam etdirildiyinə görə erməni cinayətlərinin tam mənzərəsi formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
“Mart soyqırımı”na siyasi qiymətin ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verildiyini deyən Tamam Cəfərova bildirib ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Qeyd edək ki, bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında böyük rolu və əhəmiyyəti vardır.
Həmçinin, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur. Məhz bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına sərəncam vermişdir. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”
Millət vəkili ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyev erməni-bolşevik silahlı dəstələrinin 106 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 28-də Sərəncam imzaladığını vurğuladı:
" Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kolonna ermənilərə görə sevincini gizlədə bilmədi
Bu gün, 17:01
“Azər Türk Bank” ASC səhmdarlarının Ümumi Yığıncağının tarixi dəyişdirildi
Bu gün, 16:59
“Kişi tezdən işə getsin, evdə olanda adam əsəbiləşir” - VİDEO
Bu gün, 16:56
Kürdəmirdə vəzifəli şəxs faciəli şəkildə ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 16:54
Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi - FOTO
Bu gün, 16:46
“Ermənistan sülh yox, yeni əməliyyatlara köklənib” - deputat
Bu gün, 16:42
Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? - İLGİNC İDDİALAR...
Bu gün, 16:16
“Cəmiyyətə gül atıblar, gülüş atıblar, balta yox!” - Fazil Mustafa
Bu gün, 16:15
"Bir dəfə mənim dostlarım yenilik etsin, mən oğurlayım" - ATMACA
Bu gün, 16:09
Ermənistana münasibətdə İranla Qərbin sinxron siyasəti - İNCƏLƏMƏ
Bu gün, 16:07
"Açılışa baxmaq fikrində deyildim..." - AMMA...
Bu gün, 15:59
Azərbaycanda qəbiristanlıqdakı mənzərə görənləri heyrətə gətirdi - ŞOK İDDİA
Bu gün, 15:51
Ermənistanın “E”si də qalmayacaq, əgər... - Kritik payız
Bu gün, 15:30
Zərdüşt Əlizadə Sərdar Cəlaloğlunu ittiham etdi: - "Heç kim onun sədaqətinə inanmır"
Bu gün, 15:26
Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır
Bu gün, 15:16
“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib
Bu gün, 15:05
"Hələ seçkiqabağı təşviqat başlamayıb..." - MSK sədri UYARDI
Bu gün, 15:03
“Azercell” yenə də öz ampluasındadır... - "Borc yazırlar..."
Bu gün, 15:01
"Təhükəsizliklə bağlı Parisin sadə qaydaları təmin etməməsi heç bir məntiqə uyğun deyil" - deputat
Bu gün, 14:56
“Səba” mənfəətdən zərərə keçdi - HESABAT
Bu gün, 14:49
Ukraynaya qarşı döyüşən azərbaycanlı əsir düşüb - VİDEO
Bu gün, 14:32
İndi də “Yarım gilə”mizi oğurladılar… - AÇIQLAMA
Bu gün, 14:27
Azərbaycanla Ermənistan arasında yeni müharibə: - Blef, yoxsa reallıq?
Bu gün, 14:19
"Allah haqqı düzəlmir..." - GİLEY
Bu gün, 14:18
Bizdə TURİZM NİYƏ YOXDUR... - REPLİKA
Bu gün, 14:10
Yaşa görə pensiya verməmək missiyası davam edir - Pensiya yaşı artdıqca, pensiyaçı sayı azalır...
Bu gün, 14:02
“Ermənilər noyabrda Bakıya gəlməsələr, “öz ayaqlarına güllə atmış” olacaqlar” - FAKT BUDUR!
Bu gün, 14:00
Bu şirkət dərman satışı ilə bağlı 2 milyonluq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 13:56
Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub
Bu gün, 13:53
Ərdoğan bu tarixdə Əsədlə görüşəcək - Görüşün sürprüz məkanı...
Bu gün, 13:01
III Qarabağ savaşı başlayır? - "Bu cür silahlanmaya dözə bilmərik"
Bu gün, 12:58
Qafqaz üçün məkrli plan... - “Qərb Rusiyanın yerini tutmaq istəyir”
Bu gün, 12:54
Onların dəqiqəsi qızıl imiş... - SORĞU
Bu gün, 12:52
İranda "dil problemi" aradan qalxır? - AKTUAL
Bu gün, 12:41
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?” - Leyla Şıxlinskaya
Bu gün, 12:35
Saxta məhsul satmaları bir yana... - İSTEHLAKÇI HÜQUQU HARDA QALDI?
Bu gün, 12:33
Paytaxt ərazisində ahıl vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir şəxs saxlanılıb - VİDEO
Bu gün, 12:29
Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib - FOTO
Bu gün, 12:21
Rusiya şirkətinin erməni rəhbəri saxlanıldı
Bu gün, 12:17
Arabir güclənən şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:15
Rusiya izi araşdırılır: - Fransadakı təxribatın arxasında aşpaz Kiril dayanır?
Bu gün, 12:14
İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın - ÇAĞIRIŞ
Bu gün, 12:12
Ağcabədidə son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
Bu gün, 12:10
"Bütün toylarda bu səslənəcək" - VİDEO
Bu gün, 11:40
Ermənistan-Azərbaycan genişmiqyaslı müharibəsi gözlənilmir - “Fitch Ratings”
Bu gün, 11:30
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
Bu gün, 11:27
Ağadadaş Ağayevin son durumu açıqlandı: - “Əgər səhhəti əl versə...”
Bu gün, 11:20
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
Bu gün, 11:16
Tramp prezident seçilərsə… - ARAŞDIRMA
Bu gün, 11:08
Nexus ASEAN-nı gücləndirəcək - GƏLİŞMƏ
Bu gün, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru