KTMT buna görə bizi məyus edib .....                     Rusiya televiziyaları Suriyadakı uğursuzluğa görə günahkarı tapdılar .....                     Putin Əsədi Suriyanın yeni hakimiyyətinə sata bilər .....                     Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Ermənilərlə işləmək asan məsələ deyil... .....                     "Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanda .....                     Azərbaycanda 2 min manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb .....                     General və polkovniklərin müsadirə olunan əmlakları .....                     Təbrizdə türkcə “Qarı nənə” uşaq tamaşası nümayiş olundu .....                     Repetitorluq qadağan olunarsa... .....                     Ermənistanın Suriya siyasətində durğunluq dövrü olacaq .....                     "İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər" .....                     Kreml Suriyadakı hərbi bazalarını qorumaq üçün tərəfdaş axtarır .....                     Suriyanın müvəqqəti hökumətinin rəhbəri vəzifəsinə Məhəmməd əl Bəşiri seçiləcək .....                     Mirqiyas Kazımov məhkəməyə .....                     Almaniya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı .....                     “Vialon”un rəhbəri deyir ki, dilinizi boğazınızdan çıxararam... .....                     Paşinyanın dediyi absurddur, Parisdə Trampla... .....                     “Azercell Telekom”da kommersiya üzrə yeni baş direktor təyin edilib .....                     Suriyanın bərpası neçəyə başa gələcək? .....                     Aynur Dadaşova ərinin xəyanətindən DANIŞDI .....                     Ukrayna və ABŞ Müdafiə nazirləri cəbhədə mövcud vəziyyəti müzakirə edib .....                     “Suriya Türkiyəyönlü silahlı dövlətə çevriləcək” .....                     "Ermənistan-Azərbaycan arasında davamlı sülh olmadan .....                     BDU-nun 6 tələbəsi qalib oldu .....                     Sabahdan bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır .....                     "Onlara demək istəyirəm ki... .....                     Salyanda "Dollar Rüstəm"in evinə hücum .....                     Mənbic şəhərində Azərbaycan bayrağı, Qarabağ yazısı görünüb .....                     İndiyə qədər 1531 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb .....                     10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi məktəbdə BATIB .....                     "20 Yanvar" yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq? .....                     Əməkdar artist kliniki ölüm keçiribmiş .....                     İki dairədə yeni seçki məntəqələri yaradılıb .....                     "Pul verməmək üçün hər şey edirlər" .....                     Ərdoğanın “bir Putin, bir mən” sözlərinin açması: Ankaradan Moskvaya kritik təklif .....                     Nazirlik qanunsuz çalışan plastik cərrahlara sertifiaktların verilməsində əməkdaşlarının .....                     ABŞ-nin NATO-dan çıxması onun azalan nüfuzuna daha böyük zərbə vura bilər .....                     Əsəddən sonrakı Suriya: .....                     Trampın xüsusi nümayəndəsi HƏMAS-ı girovları azad etməyə çağırıb .....                 

"Bu gün hər birimiz qürur hissi keçirir və fəxr edirik ki..." - Çingiz Qənizadə
Tarix: 31-03-2024, 11:26 | Çap et
"Bu gün hər birimiz qürur hissi keçirir və fəxr edirik ki..."
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərində bütün cəbhə boyu təxribatlara başlayanda və bunu müharibəyə çevirəndə düşünürdülər ki, yəqin, bu dəfə də havadarlarının köməyi ilə digər ərazilərimizi işğal edəcəklər. Ancaq bu dəfə xəbis niyyətlərinə çata bilmədilər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz işğalçı Ermənistanı cəmi 44 gün ərzində diz çökdürdü və tarixi Qələbə qazandı. Bununla da Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Şanlı Zəfərdən üç il sonra yenilməz ordumuzun Qarabağda apardığı bir günlük lokal xarakterli antiterror tədbirlər ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu.

Bu fikirləri Teleqraf.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarından söhbət açaraq deyib ki, faşist xislətlilər dinc əhaliyə qarşı amansız cinayətlər edib, qəddarcasına soyqırımı törədiblər. O, 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisinin kütləvi surətdə qətlə yetirildiyini xatırladaraq deyib ki, Bakı şəhərində, habelə digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, insanlar işgəncələrə məruz qalıb. Ermənilərin törətdikləri cinayətlərin miqyası ölçüyə gəlməz dərəcədə olub. Həmin vaxt Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə soydaşımızı dədə-baba torpaqlarından qovub. Bu faciə tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır. Çünki həmin dəhşətli hadisələrdə yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Ç.Qənizadə erməni cəlladlarının uşaq, qoca, qadın demədən, dinc əhalini kütləvi surətdə qətlə yetirdiyini vurğulayaraq deyib ki, qatillər on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar. Yerli tədqiqatçılar tərəfindən Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılıb, Quba qırğınları barədə də faktları üzə çıxarıblar. Bütün bunlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımını tarixi faktlarla sübut edib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. 1998-ci ildən başlayaraq hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün ölkəmizin bütün ərazisində soyqırımı qurbanlarının anım tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur.

Hüquq müdafiəçisi Ulu Öndərin bu Fərmanından sonra yeni faktları aşkar edən araşdırmalara start verildiyini xatırladaraq deyib ki, sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Ç.Qənizadə deyib ki, Prezident İlham Əliyevin həqiqətləri ifşa edən prinsipial mövqe nümayiş etdirməsi erməni faşizminin törətdiyi cinayətləri üzə çıxartdı. Dövlət başçımızın 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında mühüm rol oynadı.

“Bu gün hər birimiz qürur hissi keçirir və fəxr edirik ki, artıq Azərbaycan dünyada bütöv, suveren qalib ölkə kimi tanınır. Ermənistan üzərindəki şanlı qələbəmiz həm soyqırımı qurbanlarının, həm də şəhidlərimizin qisasının alındığını dünyaya bəyan etdi”, – deyə hüquq müdafiəçisi bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
KTMT buna görə bizi məyus edib - Mirzoyan
Bu gün, 20:58
Rusiya televiziyaları Suriyadakı uğursuzluğa görə günahkarı tapdılar
Bu gün, 20:56
Putin Əsədi Suriyanın yeni hakimiyyətinə sata bilər - Sensasion iddia
Bu gün, 19:23
Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib - Bu MADDƏ İLƏ....
Bu gün, 19:19
Ermənilərlə işləmək asan məsələ deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02
"Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanda Putinin həbsi ilə bağlı qərar icra oluna bilməz"
Bu gün, 19:00
Azərbaycanda 2 min manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 18:58
General və polkovniklərin müsadirə olunan əmlakları - SİYAHI
Bu gün, 18:47
Təbrizdə türkcə “Qarı nənə” uşaq tamaşası nümayiş olundu - BUNA DA ŞÜKÜR...
Bu gün, 18:06
Repetitorluq qadağan olunarsa... - “Ali məktəblər boş qalacaq”
Bu gün, 18:04
Ermənistanın Suriya siyasətində durğunluq dövrü olacaq - İrəvan üçün böyük itki
Bu gün, 17:58
"İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər" - deputat
Bu gün, 17:56
Kreml Suriyadakı hərbi bazalarını qorumaq üçün tərəfdaş axtarır
Bu gün, 17:54
Suriyanın müvəqqəti hökumətinin rəhbəri vəzifəsinə Məhəmməd əl Bəşiri seçiləcək - "Al Jazeera'
Bu gün, 17:41
Mirqiyas Kazımov məhkəməyə ÜZ TUTDU
Bu gün, 17:39
Almaniya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı
Bu gün, 17:36
“Vialon”un rəhbəri deyir ki, dilinizi boğazınızdan çıxararam... - ÖZBAŞINALIQ!
Bu gün, 17:34
Paşinyanın dediyi absurddur, Parisdə Trampla... - Voskanyan
Bu gün, 17:28
“Azercell Telekom”da kommersiya üzrə yeni baş direktor təyin edilib - buna qədər isə...
Bu gün, 17:23
Suriyanın bərpası neçəyə başa gələcək?
Bu gün, 17:16
Aynur Dadaşova ərinin xəyanətindən DANIŞDI - "Hər şeyə qulaq asdım"
Bu gün, 17:14
Ukrayna və ABŞ Müdafiə nazirləri cəbhədə mövcud vəziyyəti müzakirə edib
Bu gün, 17:04
“Suriya Türkiyəyönlü silahlı dövlətə çevriləcək”
Bu gün, 16:55
"Ermənistan-Azərbaycan arasında davamlı sülh olmadan Qərbi Azərbaycana dinc qayıdış mümkün deyil"
Bu gün, 16:52
BDU-nun 6 tələbəsi qalib oldu
Bu gün, 16:48
Sabahdan bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır - DİQQƏT!
Bu gün, 16:47
"Onlara demək istəyirəm ki... sizin gördüyünüz kimi deyil"
Bu gün, 16:45
Salyanda "Dollar Rüstəm"in evinə hücum - "Porsche"də 50 min dollar var...
Bu gün, 16:42
Mənbic şəhərində Azərbaycan bayrağı, Qarabağ yazısı görünüb - FOTO
Bu gün, 16:37
İndiyə qədər 1531 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb
Bu gün, 16:36
10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi məktəbdə BATIB – Hadisənin TƏFƏRRÜATI
Bu gün, 16:23
"20 Yanvar" yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq? - "Heç bir sənəd mövcud deyil..."
Bu gün, 16:21
Əməkdar artist kliniki ölüm keçiribmiş - AÇIQLAMA
Bu gün, 16:16
İki dairədə yeni seçki məntəqələri yaradılıb
Bu gün, 16:13
"Pul verməmək üçün hər şey edirlər" - Hüquqşünasdan "Meqa Sığorta" ilə bağlı şikayət
Bu gün, 16:11
Ərdoğanın “bir Putin, bir mən” sözlərinin açması: Ankaradan Moskvaya kritik təklif – Dörd bölgə…
Bu gün, 16:05
Nazirlik qanunsuz çalışan plastik cərrahlara sertifiaktların verilməsində əməkdaşlarının adlarının çəkilməsinə münasibət bildirib
Bu gün, 15:49
ABŞ-nin NATO-dan çıxması onun azalan nüfuzuna daha böyük zərbə vura bilər -ŞƏRH
Bu gün, 15:44
Əsəddən sonrakı Suriya: - “Yeni və daha mürəkkəb dövr başlayır”
Bu gün, 15:41
Trampın xüsusi nümayəndəsi HƏMAS-ı girovları azad etməyə çağırıb
Bu gün, 15:40
Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb
Bu gün, 15:34
Ömrülük məhbusun anasından rəsmi qurumlara MÜRACİƏT - “Oğlumu türmədə ölümə təhrik edirlər”
Bu gün, 15:32
Gürcüstan Aİ-yə inteqrasiyası dayandırılmayıb - Kobaxidze
Bu gün, 15:16
Səhiyyə sisemində TENDER YEYİNTİSİ... - İcazə verin şübhələnək...
Bu gün, 15:14
Yeni ili bölgələrdəki hotellərdə qarşılamaq neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 15:11
Putin Əsədlə nə vaxt görüşəcək? - Peskovdan açıqlama
Bu gün, 15:09
Məşhur plastik cərrahların sertifikatları ləğv olunur... - Ağır cəza gözlənilir
Bu gün, 15:07
Suriyanın müvəqqəti rəhbəri o oldu - BƏLLİ OLDU
Bu gün, 15:00
Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib - FOTO
Bu gün, 14:51
Suriyada qadınların hicab taxmağa məcbur edilməsi qadağan olunub - "Al-Watan"
Bu gün, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru