Ermənilərin KTMT məyusluğu .....                     “Milk-Pro” şirkəti bölündü .....                     Deputatın oğlunun şirkəti bağlandı .....                     "Bu elə bir qəzadır ki, çox qolları ola bilər" .....                     Yeni iclasda MM .....                     Şabran sakini ADYQCS-nin yerli rəhbərliyindən şikayətçidir .....                     Paris Bakıya təzyiq etməyə çalışır, amma daha da geriləyir .....                     Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarıldı .....                     Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir .....                     Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub .....                     Saatlıq minimum əməkhaqqı neçə manatdan .....                     Suallar çoxdur, 3 versiya var, arqument isə... .....                     Azərbaycanın xam neft ixracı niyə azalır .....                     “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb” .....                     "Bu məsələlər nə qədər tez həll edilsə... .....                     Vəfa Cümşüdlü istefa verdi, Tofiq Yaqublu etiraz edir .....                     Elmira Axundovanın oğlunun şərikini əfvlə türmədən çıxarmaq istəyirlər .....                     Qubad İbadoğlunun cinayət işi üzrə .....                     Azərbaycanda ilin sonuna qədər quru sərhədlər açılır? .....                     Nazir Əliağa Hüseynovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə günahlandırıb .....                     “Bumeranq effekti” .....                     Sakinlər “Pilot Residence” MTK-nı .....                     Ermənilər Qazaxla sərhəddəki Kirantsa yeni yol çəkirlər .....                     Yaxşı (Baqr)at qamçı vurdurmaz… .....                     Ermənistan ordusunu yenidən “qurur” .....                     Müharibə gedən ölkələrlə Azərbaycanın .....                     "Hamısı maşın alverçisi, təhsilsiz insanlardır" .....                     Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     “Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb .....                     Faciəvi şəkildə ölən qadın qazinin xanımı imiş .....                     Azərbaycan beynəlxalq təşkilata .....                     “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar .....                     Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana verilib .....                     Gəncə Dövlət Universitetində yoxlama başlayıb .....                     "Bu cinayətlərə görə cəzalar sərtləşdirilib" .....                     Nizaminin icra başçısı YAŞILLIĞI MƏHV EDƏNLƏRLƏ ƏLBİRDİR? .....                     "İsa Qəmbər deputat mandatı almağa layiq şəxsdir" .....                     Nəsimi rayonunda müsabiqənin qalibləri elan edildi .....                 

Etibar Məmmədov da sədrliyə qayıdır? - GƏLİŞMƏ
Tarix: 1-05-2024, 11:10 | Çap et
Etibar Məmmədov da sədrliyə qayıdır?
Bəlli olduğu kimi, Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər.

1911-ci ildə yaradılan Müsavat Partiyası 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər, altıncı başqanı Arif Hacılıdır.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra bir müddət həbsdə yatıb.

İsa Qəmbər Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib.

Arif Hacılı Müsavata 2014-cü ildən başqanlıq edir.

Müsavatın nizamnaməsinə görə, partiyanın başqanı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası təşkilatlarının, xüsusi statuslu təşkilatların (Müsavatçı Qadınlar Birliyi, Müsavatçı Gənclər Təşkilatı) sədrləri və nəzarət-təftiş komissiyalarının sədrləri ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.

Partiyanın başqanını, sərbəst Məclis üzvlərini və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını qurultay seçir.

Cəmiyyətdə zaman-zaman Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun da partiyanın rəhbər postuna qayıdacağı barədə iddialar səsləndirlir. AMİP funksionerləri dəfələrlə bu mövzuda bildiriblər ki, E.Məmmədovun liderlik statusu sədri vəzifəsindən daha yuxarıdır. Etibar Məmmədovun sədrliyə qayıtması inandırıcı deyil.

Partiyanın qurucusu və uzun illər sədri olmuş Etibar Məmmədovun sədr postundan istefa verməsi ilə AMİP-də yeni dövr başladı. Təbii ki, o zaman AMİP-ə kimin sədr seçiləcəyi ən çox müzakirə olunan məsələlərdən biri idi. Etibar Məmmədovdan sonra AMİP-ə dörd nəfər sədrlik edib.

2005-ci ilin fevral ayında keçirilən qurultayda Əli Əliyev yeni sədr seçildi. Onun AMİP-ə rəhbərliyi uzun sürmədi. 2005-ci ilin dekabr ayında partiya daxilində narazılıq yarandı. 2006-cı ildə keçirilən qurultayda partiya sədri Əli Əliyevə etimadsızlıq göstərilib. Beləliklə, AMİP-də Əli Əliyev erası da bitib. O sonradan AMİP-dən gedən bir qrup tərəfdarı ilə Vətəndaş və İnkişaf Patiyasını təsis edib. Əli Əliyevdən sonra Ayaz Rüstəmovun AMİP-dəki sədrliyi uzun sürməyib. 2010-cu ildə ADP-nin keçmiş üzvü, sabiq deputat Yusif Bağırzadə AMİP-in yeni sədri seçilib. 2015-ci ildə Yusif Bağırzadə gözlənilmədən partiya sədrliyindən və üzvlüyündən istefa verdi. O, istefasına səbəb kimi səhhətində yaranan problemləri göstərib. 2015-ci ilin oktyabr ayından sədr əvəzi Arzuxan Əlizadə təyin edildi. 2020-ci ildə o yenidən AMİP sədri seçildi. Hazırda AMİP-ə Arzuxan Əlizadə sədrlik edir.

Azərbaycan müxalifətinin liderlərindən olan Etibar Məmmədov hələ İsa Qəmbərdən xeyli öncələr partiya sədrliyindən getmiş və digər partiya üzvlərinin, necə deyərlər, yolunu açmışdı. Və aradan keçən uzun müddətdə AMİP-ə qeyd etdiyimiz kimi, 4 şəxs sədrlik edə bildi.

Bəs Etibar Məmmədovun da qarşıdakı dövrdə AMİP sədrliyinə geri dönüşü mümkünmü, gözləniləndirmi? AMİP üzvləri bunu istəyirmi?

AMİP-in qurucu lideri Etibar Məmmədovun köməkçisi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi, heç başqanlıq kabinetini də tərk etməmişdi: "Rəsmi olaraq başqan Arif Hacılı olsa da, faktiki olaraq son 10 ildə də partiyaya rəhbərliyi İsa Qəmbərin özü həyata keçirdi. Partiyanın siyasi kursu da, qərarların qəbulu da onun iradəsindən bilavasitə asılı idi. Müsavatdakı başqanlıq yerdəyişməsi Vladimir Putinlə Dmitri Medvedyevin baş nazir və prezident yerdəyişməsinə bənzədi. Hər bir siyasətçinin idmançı kimi formada olduğu, özünün nüfuzunun kulminasiya nöqtəsinə çatdığı dövr olur. O dövrdən sonra yenidən öz nüfuzunu və gücünü qaytarmaq hər siyasətçiyə nəsib olmur. Məncə, İsa Qəmbər gənc siyasətçilərə meydan versəydi, bəlkə də Müsavat Partiyasının fəaliyyətində ciddi dəyişikliklər baş verə bilərdi. Lakin onun başqanlığa yenidən qayıtmasının yeni dönəm üçün faydalı olacağını düşünmürəm. Azərbaycanda zatən gənc siyasi liderlərin yetişməsində və perspektivli fəaliyyət göstərməsində nə mexanizm mövcuddur, nə münbit şərait var. Ölkədəki partiyalar xarizmatik liderin ətrafında formalaşdığından, həmin lider funksional idarəçilikdən çəkilən kimi partiyalarda gərginliklər və ciddi təlatümlər baş verir. Etiraf edirəm ki, Etibar Məmmədovun sədrlikdən getməsi AMİP-də itkisiz ötüşmədi. Etibar bəyin gedişindən sonra müəyyən problemlər yaşandı. Hazırda da aradan 20 il vaxt ötməsinə baxmayaraq Etibar Məmmədovun yeri və önəmi həmişə çox ciddi şəkildə görünməkdədir”.

Əli Orucov vurğuladı ki, bu baxımdan təkcə AMİP-də yox, ümumilikdə cəmiyyətdə Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtmasını istəyənlər kifayət qədərdir. Hətta bu istək tələb şəklində zamanında ortaya qoyulub: “Etibar Məmmədovun fəal siyasətə qayıtması təbii ki, öz iradəsinə və şəxsi qərarına bağlıdır. Lakin hesab edirəm ki, xalq indiki həssas və tarixi dönəmdə Etibar bəyin zəngin təcrübəsindən və istedadından bəhrənilməsi üçün onun aktiv siyasətdə olmasını tələb etməlidir. İnanıram ki, belə bir tələb olacaq. Bu zaman Etibar Məmmədov aktiv siyasətə qayıdarsa, AMİP sədri kimi qayıdıb-qayıtmayacağı onun öz istəyinə bağlı olacaq. AMİP üzvləri onun qayıdışını hər zaman istəyirlər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərin KTMT məyusluğu - İLGİNC
Bu gün, 15:30
“Milk-Pro” şirkəti bölündü
Bu gün, 15:28
Deputatın oğlunun şirkəti bağlandı - GƏLİŞMƏ
Bu gün, 15:24
"Bu elə bir qəzadır ki, çox qolları ola bilər" - Qulu Məhərrəmli
Bu gün, 15:21
Yeni iclasda MM MÜZAKİRƏ EDƏCƏK
Bu gün, 15:15
Şabran sakini ADYQCS-nin yerli rəhbərliyindən şikayətçidir - NƏ ETSİN?!!
Bu gün, 15:08
Paris Bakıya təzyiq etməyə çalışır, amma daha da geriləyir - FAKT BUDUR!
Bu gün, 15:03
Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarıldı - DİSKOTEKA İŞİ...
Bu gün, 15:01
Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 14:59
Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub - ƏMR
Bu gün, 14:56
Saatlıq minimum əməkhaqqı neçə manatdan HESABLANACAQ?
Bu gün, 14:02
Suallar çoxdur, 3 versiya var, arqument isə... - Tehran variant axtarışında
Bu gün, 14:02
Azərbaycanın xam neft ixracı niyə azalır - Hansı ölkələrə "qara qızıl" satırıq?
Bu gün, 14:00
“Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb” - Lütfiyar İmanovun oğlundan GİLEY
Bu gün, 13:56
"Bu məsələlər nə qədər tez həll edilsə... - Azərbaycan-İran əlaqələri daha çox genişlənər"
Bu gün, 13:09
Vəfa Cümşüdlü istefa verdi, Tofiq Yaqublu etiraz edir – Müsavatda NƏ BAŞ VERİR?
Bu gün, 13:07
Elmira Axundovanın oğlunun şərikini əfvlə türmədən çıxarmaq istəyirlər – KOMİSSİYA ÜZVLƏRİNƏ ŞOK MÜRACİƏT
Bu gün, 13:03
Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti uzadılıb
Bu gün, 12:58
Azərbaycanda ilin sonuna qədər quru sərhədlər açılır? - AÇIQLAMA
Bu gün, 12:53
Nazir Əliağa Hüseynovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 12:49
Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə günahlandırıb
Bu gün, 12:43
“Bumeranq effekti” - Fransaya bir dərs olsun...
Bu gün, 12:41
Sakinlər “Pilot Residence” MTK-nı MƏHKƏMƏYƏ VERDİ
Bu gün, 12:38
Ermənilər Qazaxla sərhəddəki Kirantsa yeni yol çəkirlər
Bu gün, 12:37
Yaxşı (Baqr)at qamçı vurdurmaz… - Ədalət Verdiyevin yazısı
Bu gün, 12:34
Ermənistan ordusunu yenidən “qurur” - Arutyunyan
Bu gün, 12:31
Müharibə gedən ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi açıqlanıb
Bu gün, 12:25
"Hamısı maşın alverçisi, təhsilsiz insanlardır" - deputat
Bu gün, 12:21
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq - imza toplanılmasına başlanılıb
Bu gün, 12:19
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:17
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb - FOTO
Bu gün, 12:16
Faciəvi şəkildə ölən qadın qazinin xanımı imiş - FOTO
Bu gün, 12:12
Azərbaycan beynəlxalq təşkilata 1,7 milyon manat üzvlük haqqı ödəyəcək
Bu gün, 12:09
“Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR
Bu gün, 12:04
Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana verilib - FOTO
Bu gün, 11:59
Gəncə Dövlət Universitetində yoxlama başlayıb - İDDİA
Bu gün, 11:57
"Bu cinayətlərə görə cəzalar sərtləşdirilib" - General
Bu gün, 11:51
Nizaminin icra başçısı YAŞILLIĞI MƏHV EDƏNLƏRLƏ ƏLBİRDİR? - İTTİHAM VAR...
Bu gün, 11:43
"İsa Qəmbər deputat mandatı almağa layiq şəxsdir" - Novella Cəfəroğlu
Bu gün, 11:37
Nəsimi rayonunda müsabiqənin qalibləri elan edildi - FOTO
Bu gün, 11:32
Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun... - YENİ HEYƏTDƏ OLACAQLARMI?
Bu gün, 11:28
“Helikopter qəzasından sonra Azərbaycanla...” – İranlı diplomat
Bu gün, 11:22
BMCMİ əməliyyatlar keçirib, 46 kq narkotik, 3 silah aşkarlanıb - VİDEO
Bu gün, 11:20
"Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim" - Keçmiş deputat Hacı Salayevin məhkəməsi
Bu gün, 11:19
Naxçıvanda Su Ehtiyatları Agentliyi YARADILDI
Bu gün, 11:17
Mərkəzi Bank “PSG Finans” BOKT-nin vəzifəli şəxsini 50 min manat cərimələdi
Bu gün, 11:15
Rəisiyə görə Bakıya qarşı bu zibillər... - Verdyan
Bu gün, 11:15
Azərbaycan Sahibkarlar Konfederasiyasının Belarus üzrə nümayəndəsi - TƏYİN OLUNDU
Bu gün, 11:14
Mərkəzi Bank “Finca Azerbaijan”ın vəzifəli şəxsini inzibati xətaya görə cərimələdi
Bu gün, 11:10
BU NƏDİ BELƏ: Bir ildə 74 min ABORT... - Səhiyyə sistemində DƏYİŞİKLİKLƏR EDİLSİN
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru