Zəfər Qurbanovu DURDURAN OLACAQMI? .....                     “Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı .....                     “Əhali məhsulun bahalaşmasını payızda hiss edəcək” .....                     Müdafiə Nazirliyi ÜSTÜÖRTÜLÜ DANIŞMADI... NET DEDİ... .....                     Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb .....                     “YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” .....                     "Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir... .....                     Ölkədaxili, regional və qlobal şərtlər dəyişir, amma... .....                     Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir .....                     Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb .....                     Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? .....                     Naftalanı yarıtmışdı ki... .....                     3 uşaq anası FƏRYAD EDİR... .....                     Avropa Azərbaycanla milyardlıq layihələrin izində .....                     SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır .....                     Göyçayın başçısı nə dərd dinləyir, nə də ki... .....                     “Bizim yüksəlişimizin Trampla əlaqəsi yoxdur” .....                     Çox pul qazansınlar deyə... QİYMƏTİ QALDIRIRLAR! .....                     Ağcabədi sakini ACINACAQLI DURUMDA... .....                     ƏDV ödənişi ilə bağlı açılan saxta saytlar vətəndaşın cibini "deşir" .....                     Bu məmurlar İSTEFA VERƏCƏK .....                     İrəvanı “dizə gətirmək” üçün... .....                     Paşinyan Bakıya “səfəri”ndən şou düzəldir .....                     Polad Bülbüloğlunu KİM ƏVƏZ EDƏCƏK? .....                     Ermənilərin Hindistandan aldığı silahlar təkcə bizəmi qarşıdır? .....                     İşçilər bildirirlər ki... .....                     İmişlidə 5 ədəd sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb .....                     Rusiyadakı repressiyalar: müharibənin qaçılmaz davamı .....                     Bakının Kremlin təklifinə müsbət reaksiyası… .....                     "Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam" .....                     “Ermənistan Konstitusiyası dəyişdirilməsə...” .....                     “Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib .....                     "Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" .....                     Bu şirkət dərman satışından 3 milyon qazanacaq .....                     Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? .....                     İrəvan sülh prosesindən daha da uzaqlaşacaq .....                     İlginc pensiya sistemi: .....                     Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək .....                     "Ermənistanın iç üzü budur" .....                     YAP-ın 1 sentyabr TAKTİKASI... .....                 

“Ceyms Obrayenin İrəvana növbəti səfərindən yaxşı heç nə gözləmək olmaz” - Sahib Məmmədov
Tarix: 11-06-2024, 09:04 | Çap et
“Ceyms Obrayenin İrəvana növbəti səfərindən yaxşı heç nə gözləmək olmaz”
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin iyunun 10-12-də Ermənistana səfəri planlaşdırılıb. Onun ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin İrəvan və Bakı arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə edəcəyi bildirilir.

Rəsmi məlumatda Obrayenin “ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsinə dəstəyini, o cümlədən Almatı Bəyannaməsindən sərhədin demarkasiyası üçün əsas kimi istifadəsini müzakirə edəcəyi” də qeyd edilib.

Xatırladaq ki, az öncə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bono bölgəyə səfər etmiş, Bakı və İrəvanda olmuşdu. Odur ki, təbii olaraq suallar yaranır: belə səfərlərin ümumi sülh prosesinə hansı faydası var? Amerikalı emissarların regiona səfərləri niyə intensivləşib? Obrayen Bakıya da gələcəkmi?

Bu arada, “S & P Global Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri Azərbaycan və Ermənistan arasında sülh sazişinin 2024-cü ilin noyabrına, yəni BMT-nin COP-29 tədbirinədək imzalanmasını mümkün hesab ediblər. Bildirilir ki, regionda dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir. Hər iki tərəfin Avropanın və MDB-nin bir sıra paytaxtlarında keçirilən ikitərəfli danışıqları intensivləşdirdiyi vurğulanır. İntensivləşən səfərlər nə ilə bağlıdır və sülh prosesinə xidmət edirmi?

Yeri gəlmişkən, son vaxtlar ABŞ-ın aktivliyini görən Rusiya da proseslə bağlı təşəbbüs göstərir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ötən həftə deyib ki, rəsmi Moskva Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir. Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir. “Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb”, - Qaluzin vurğulayıb. O qeyd edib ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib. Rusiya bundan sonra da ona iki qardaş xalqın barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həllərin axtarışına kömək etməyə hazırdır.

Eyni zamanda rusiyalı diplomat Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları topladığını da deyib. “Əgər 2022-ci ildə İrəvan KTMT-nin Azərbaycanla sərhəddə vəziyyətin sabitləşdirilməsi üzrə kompleks tədbirlərlə bağlı təklifini qəbul etsəydi, hazırda Ermənistanın üzləşdiyi risklərin çoxunun qarşısını almaq olardı. Təəssüf ki, rəsmi İrəvan Avropa İttifaqının "monitorinq" adı altında sərhədlərin qorunması ilə deyil, Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan missiyasını dəvət etməyi üstün tutdu". Göründüyü kimi, Rusiya Qərbin bölgədə mövcudluğundan narahatdır. Üstəlik, belə bir ərəfədə İrəvana nota verilməsi də sıradan məsələ deyil. Ümumilikdə Qafqaz qalası uğrunda “yarış”ı müşahidə etməkdəyik. Təsadüfi deyil ki, Rusiyadan təlimat və dəstək alan Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksiyalar məhz bazar günündən etibarən növbəti mərhələni elan etdi, kütləvi itaətsizliyə başladı. Bu etirazlar isə birmənalı şəkildə sülhü pozmağı hədəfləyib. ABŞ-ın bu aksiyalara reaksiyasızlığı da təəccüb doğurur. Hər halda, sülhü istəyən bu aksiyaların genişlənməsini arzulamazdı. Qərb-Rusiya yarışması fonunda cərəyan edən hadisələr sülh prosesinə nə vəd edir?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, söhbət hərtərəfli sülh müqaviləsindən gedirsə, onun COP29 tədbiri başlayanadək imzalanması o qədər də real görünmür: “Hərtərəfli sülh müqaviləsində mütləq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıyan müddəa olmalıdır. Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası qalırsa, sülh müqaviləsində bu müddəanın əks olunmasının mənası yoxdur. Həm də bu halda həmin müddəa Ermənistan konstitusiyasına zidd olduğu üçün hüquqi əhəmiyyət kəsb etməyəcək. Çünki beynəlxalq normalar - konkret halda Azərbaycanla bağlanacaq sülh müqaviləsinin - Ermənistanın qanunvericilik sistemində konstitusiyadan aşağı hüquqi qüvvəyə malik sənəddir. Azərbaycanla başlanmış delimitasiya və demarkasiya prosesləri, o cümlədən 4 kəndin geri qaytarılması Ermənistanda yeni bir etiraz hərəkatı yaradıb və bu etiraz dalğası hələ sönməyib. Bu halda Ermənistanın siyasi rəhbərliyinin konstitusiya islahatına tezliklə gedəcəyi bir qədər real görünmür. Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyasında müvafiq dəyişiklik olmadan isə hərtərəfli sülh müqaviləsinin bağlanması mümkün deyil. Bununla bağlı Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə “Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil” fikrini söyləyib. Kifayət qədər aydın və dəqiq. Ona görə də hansısa çərçivə sənədinin, yaxud sülh müqaviləsi adlanmayan, yalnız müəyyən razılaşmaları özündə ehtiva edən sənədin imzalanması baş verə bilər. Əlbəttə, bunun özü də sonrakı proseslərin, o cümlədən hərtərəfli sülh müqaviləsinin bağlanması üçün proseslərin sürətlənməsinə gətirə bilər. Amma bu sənəddə sərhədlərin delimitasiyası və ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsi açıq qalacaq. Ona görə də biz Ermənistanın sonrakı hərəkətlərini, o cümlədən bizim beynəlxalq hüququn prinsiplərinə söykənən tələblərimizi, konstitusiya səviyyəsində mövcud olan ərazi iddasına dair müddəaların çıxarılması tələbinin yerinə yetirilməsini gözləməliyik". S.Məmmədov qeyd etdi ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin İrəvana növbəti səfərindən yaxşı heç nə gözləmək olmaz: “ABŞ-ın uzağagedən məqsədi başqadır və sülh müqaviləsinin yaxın vaxtda imzalanması, münasibətlərin tənzimlənməsi onların maraqlarına uyğun görünmür. Ermənistanın Rusiyanın təsir dairəsindən tam çıxarılmasından sonra ABŞ sülh müqaviləsinin bağlanmasında maraqlı ola bilər. O da yaxın gələcəkdə baş verməyəcək. Ermənistanın bütün demarşlarına baxmayaraq, o, Rusiyadan həyati baxımdan asılı vəziyyətdə qalmaqdadır. Daha bir məsələ Prezident İlham Əliyevin Ermənistanı ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi bəyanat vermək çağırışına İrəvandan olan reaksiyadır. Prinsipcə, Ermənistan təklifi inkar etmir, amma bunun bəri başdan deyil, sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacağına işarə edir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın qənaətinə görə, "sülh sazişi imzalanandan sonra Minsk Qrupunun mənası itəcək və bu məsələ də öz-özünə həll olunacaq".

Yəni heç müraciətə ehtiyac da qalmayacaq. Bu yanaşma da bizi qane edə bilməz. Ona görə də “S & P Global Ratings” beynəlxalq reytinq agentliyinin və başqa qurumların optimizmini bölüşmək mümkün deyil. Onu da bir daha qeyd edim ki, hərtərəfli sülh müqaviləsi ilk növbədə Ermənistan üçün lazımdır. Bizim tələsən yerimiz yoxdur".

Məsələyə fərqli kontekstdən yanaşan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun da mövzu ilə bağlı olduqca maraqlı yanaşmaları və təhlili var: “ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononun, o cümlədən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Azərbaycana və Ermənistana səfəri Vaşinqtonun Bakı və İrəvan arasında aparılan danışıqların mahiyyəti ilə əlaqəlidir. Birincisi, Vaşinqton Azərbaycanla Ermənistan arasında qısa zamanda sülh sazişinin imzalanmasını istəyir. Cənubi Qafqazda sülh Amerika Birləşmiş Ştatlarına ona görə lazımdır ki, bölgə ölkələri arasında əməkdaşlıq başlasın, Ermənistan regional layihələrə qoşula bilsin. İkincisi, Vaşinqton Rusiyanın Cənubi Qafqaza təsirinin azalmasını istəyir. Azərbaycan Qarabağda separatizmə son qoyub və Rusiya hərbçiləri Azərbaycanın ərazisini tərk ediblər. Bu, o deməkdir ki, Kremlin Azərbaycana təzyiq alətləri minimuma enib. Kremlin Ermənistana təzyiq etmək üçün isə əlində hələ kifayət qədər aləti var. Ona görə də amerikalı diplomatlar İrəvandakı görüşlərdə məhz Ermənistanın Rusiyadan asılılığının azalması mövzularını müzakirə edirlər”. Analitik hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın erməni cəmiyyətində mövqeləri hələ möhkəmdir: “Ancaq bunun uzun zaman davam edəcəyini söyləmək də çətindir. Rusiyanın Ermənistanda dəstək verdiyi qüvvələr fəallıqlarını artırmağa çalışırlar. Ona görə də Vaşinqton Ermənistan hökumətini Rusiyanın təzyiqindən qorumaq imkanlarını artırmağa çalışır. Bu arada, "S & P Global Ratings" beynəlxalq reytinq agentliyinin analitiklərinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin 2024-cü ilin noyabrına, yəni BMT-nin COP29 tədbirinədək imzalanmasını mümkün hesab etmələri Vaşinqtonun istəyinə cavab verir. Bu, mötəbər beynəlxalq təşkilatın Bakıya və İrəvana mesajıdır ki, sülh sazişinin mümkün qədər tez imzalanması hamı üçün faydalıdır. Azərbaycanın da istəyi budur, önəmli olan Ermənistan hökumətinin qərar verməsidir. Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün Ermənistan hökumətinin iki addım atmasının gərəkliyini bildirib. Birincisi, Ermənistan konstitusiyasında ərazi iddialarını əks etdirən bəndlər oradan çıxarılmalı, ikincisi rəsmi İrəvan fəaliyyət göstərməyən ATƏT-in Minsk Qrupundan rəsmən imtinasını bəyan etməlidir. Əslində bu, baş nazir Nikol Paşinyan üçün mürəkkəb məsələlər deyil. Paşinyan özü də bir neçə dəfə bəyan edib ki, yeni konstitusiya qəbul edilməlidir. Paşinyan Minsk Qrupunun adının qalmasının da mənasız olduğu anlayır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəfər Qurbanovu DURDURAN OLACAQMI? - ADAU adlı BAZAR...
Bu gün, 10:08
“Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı - İYRƏNCLİK
Bu gün, 10:00
“Əhali məhsulun bahalaşmasını payızda hiss edəcək” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Müdafiə Nazirliyi ÜSTÜÖRTÜLÜ DANIŞMADI... NET DEDİ... - SAVAŞ QAPIDADIR!
Bu gün, 09:48
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Bu gün, 09:44
“YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” – Bərdə sakini işdən şərlənərək çıxarıldığını deyir
Bu gün, 09:41
"Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir... - Adil Əliyevin MENYUSUNA...
Bu gün, 09:38
Ölkədaxili, regional və qlobal şərtlər dəyişir, amma... - İNCƏLƏMƏ
Bu gün, 09:36
Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir - AZAL
Bu gün, 09:30
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
Bu gün, 09:28
Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? - Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib
Bu gün, 09:27
Naftalanı yarıtmışdı ki... - İTTİHAM VAR...
Bu gün, 09:25
3 uşaq anası FƏRYAD EDİR... - "Nə gəlib yoxlayırlar..."
Bu gün, 09:22
Avropa Azərbaycanla milyardlıq layihələrin izində - ARAŞDIRMA
Bu gün, 09:15
SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır - NƏ ETMƏLİ?
Bu gün, 09:14
Göyçayın başçısı nə dərd dinləyir, nə də ki... - Hansı günə orda oturub?
Bu gün, 09:12
“Bizim yüksəlişimizin Trampla əlaqəsi yoxdur” - Ziya Məmmədovun qardaşından İLGİNC AÇIQLAMALAR
Bu gün, 09:06
Çox pul qazansınlar deyə... QİYMƏTİ QALDIRIRLAR! - BU FAKTDIR!
Bu gün, 09:05
Ağcabədi sakini ACINACAQLI DURUMDA... - "4-cü uşağa necə baxacağıq bilmirəm..."
Bu gün, 09:03
ƏDV ödənişi ilə bağlı açılan saxta saytlar vətəndaşın cibini "deşir" - "Pulsuz pendir siçan tələsində olur"...
Bu gün, 09:00
Bu məmurlar İSTEFA VERƏCƏK - Onların sırasında baş nazirin müavini də var...
Bu gün, 08:59
İrəvanı “dizə gətirmək” üçün... - ”Azərbaycan şərtləri sərtləşdirməlidir”
Bu gün, 08:58
Paşinyan Bakıya “səfəri”ndən şou düzəldir - Vasadze
Bu gün, 08:56
Polad Bülbüloğlunu KİM ƏVƏZ EDƏCƏK? - Təyinat seçkidən sonrayadır...
Bu gün, 08:55
Ermənilərin Hindistandan aldığı silahlar təkcə bizəmi qarşıdır? - AKTUAL
Bu gün, 08:52
İşçilər bildirirlər ki... - Ekspert danışır...
Bu gün, 08:51
İmişlidə 5 ədəd sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb
Bu gün, 08:46
Rusiyadakı repressiyalar: müharibənin qaçılmaz davamı - GƏLİŞMƏ
Bu gün, 07:27
Bakının Kremlin təklifinə müsbət reaksiyası… - Rus ekspert
Bu gün, 07:25
"Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam"
Bu gün, 07:20
“Ermənistan Konstitusiyası dəyişdirilməsə...” - İşxan Verdyan
Bu gün, 07:18
“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib
Bu gün, 07:14
"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" - Partiya sədri
Bu gün, 00:05
Bu şirkət dərman satışından 3 milyon qazanacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 19:02
İrəvan sülh prosesindən daha da uzaqlaşacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 19:00
İlginc pensiya sistemi: - 60 manat üçün 25 il işləməliyik
Dünən, 18:56
Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək
Dünən, 18:10
"Ermənistanın iç üzü budur" - Ekspert danışır...
Dünən, 18:08
YAP-ın 1 sentyabr TAKTİKASI... - Nələr və kimlər dəyişəcək?
Dünən, 18:07
"Bu qədər boşboğazlığa necə qiymət verəsən?" - deputat
Dünən, 17:56
Ukraynanın dövlət borcu daha 1 milyard dollar artdı
Dünən, 17:55
Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır
Dünən, 17:52
DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır - HANSI MƏNTİQLƏ?..
Dünən, 17:43
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi - QƏRAR
Dünən, 17:29
Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib - FOTO
Dünən, 17:27
Sülh sazişi REAL DEYİL... - Yeni savaş isə...
Dünən, 17:24
Razi Nurullayevin namizədliyi təsdiqləndi
Dünən, 17:19
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
Dünən, 17:11
AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı - FOTO
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru