"Onun türk olması və türklüyünü açıq şəkildə vurğulaması..." - İrandan Güney Azərbaycana keçid...
Tarix: 20-07-2024, 08:58 | Çap et
Azərbaycanlılar yeni hökumətin tərkibinə azərbaycanlı mütəxəssislərin cəlb olunması ilə bağlı bu günə kimi olan ayrı-seçkiliklərin aradan qaldırılmasını istəyirlər. Bu sözləri Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədi deyib. O, azərbaycanlıların ölkədə ümumi birliyin qurulmasındakı rolundan danışıb və buna görə də mərkəzi əyalətlərlə fərqin azalması, ədalətli vəziyyətin yaranması üçün Azərbaycan əyalətlərinə diqqət göstərilməsinin vacibliyini deyib. Keçmiş vali Məsud Pezeşkianın prezident seçilməsini azərbaycanlılar üçün tarixi fürsət adlandırıb. Balanslaşdırılmış inkişafın reallaşması üçün səlahiyyətlərin ədalətli bölüşdürülməsini və mərkəzsizləşdirmə siyasətindən imtina etməyi təklif edib. Xatırladaq ki, bir müddət əvvəl Türk Hava Yollarının İrandakı ofisi bağlanılıb. Səbəb kimi məcburi "hicab qaydalarının pozulması" göstərilib. Üstəlik, Urmiyada "Oryiad Moll" kompleksinin mağazalarının fəaliyyətinə də son qoyulub. Buna da səbəb Pezeşkianın qələbəsindən sonra həmin ticarət kompleksində şənlik mərasiminin keçirilməsi olub. Ekspertlər baş verənlərin Pezeşkianın məğlub rəqibi Səid Cəliliyə yaxın radikal mühafizəkarlar tərəfindən məqsədli şəkildə edildiyini deyiblər. Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, seçkidən sonra İranda baş verənlər narahatlığa səbəb olacaq hadisələrdir. Ekspert deyib ki, Məsud Pezeşkian bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, həm Güney Azərbaycanı və İranda, həm də dünya azərbaycanlıları arasında rəğbət görür:
"Onun türk olması və türklüyünü açıq şəkildə vurğulaması yaxşı gələcək haqqında düşünməyə imkan yaradır. Üstəlik, onun Azərbaycan Prezidenti İlham Əliyevlə və Türkiyə lideri ilə telefon danışıqları, onları İrana səfərə dəvət etməsi və iki ölkə ilə yaxşı münasibətlər qurmaq barədə anonsları müsbət məqamlardır. Bunun fonunda İranda söz sahibi olan qüvvələrin Türkiyə hava yollarına məxsus ofisi, yaxud azərbaycanlıların ticarət mərkəzinin bağlaması birbaşa Azərbaycan, Türkiyə və İran türklərinə ismarıcdır. İsmarıc da odur ki, heç nə dəyişməyəcək. Hər şey köhnə qaydada davam edəcək. Bu da nəticə etibarı ilə ona səbəb olacaq ki, İran özünütəcridi davam etdirəcək, qonşularla gərginliyi sürdürəcək. Təbiidir ki, İranın daxilində ayaqlanmaqda olan milli türk qüvvələri daha da irəli getmək məcburiyyətində qalacaq". A.Həsrətin fikrincə, əslində, Pezeşkianın seçilməsi İran üçün xilas yolu ola bilərdi: "Amma görünür ki, İranın xilas olmasını istəməyən qüvvələr hələ də söz sahibidir. Onlar bu əməlləri ilə göstərmək istəyirlər ki, "prezidentin kimliyindən asılı olmayaraq bu ölkədə söz sahibi bizik". Nə deyirik? Biz də Güney Azərbaycan davasını davam etdirəcəyik. Həmişə demişəm ki, Güney Azərbaycan cümhuriyyəti qurulmadıqca İranda türklərin problemləri kökündən həll edilməyəcək. Pezeşkianın seçilməsi bir qədər fərqli düşünməyimizə səbəb ola bilərdi. Amma baş verənlər göstərir ki, vəziyyət olduğu kimi davam edəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
|