Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? .....                     “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” .....                     55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu .....                     "Azəriqaz" daha bir məhkəməni uduzdu .....                     Ukrayna münaqişədən parçalanmış halda çıxacaq .....                     „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ .....                     Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır .....                     "Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" .....                     Azərbaycanda QSC yenidən təşkil ediləcək .....                     ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib .....                     Bakı səfərindən paylaşım etdi .....                     Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... .....                     Avarçəkmə yenidən Qarabağda .....                     Nazir rəisi təqaüdə göndərdi .....                     “Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır .....                     Problemli kreditlərdə 32 milyonluq artım .....                     TƏBİB-in ƏRKÖYÜNÜ... .....                     Artilleriya bölmələri ilə döyüş atışları keçirilib .....                     Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, .....                     Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... .....                     Azərbaycan-Çin münasibətləri yeni mərhələdə .....                     Xalq artisti arxivini tökdü ortaya... .....                     İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... .....                     “NORM”a yaxın şirkət yaradıldı .....                     “PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub .....                     44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... .....                     "Neftqazmaş" ASC kiçilib .....                     "Bakıtikişsənaye" ASC səhmdarlarına .....                     Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər .....                     İlham Əliyev regionda MEYDAN SULAYIR... .....                     ABB də boyun qaçırır, qosqoca `Azercell` də... .....                     Gəncədə icra hakimiyyətinin yaxınlığında .....                     “Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir .....                     "Kiçik məmurlar qudurğanlıq etməməlidir" .....                     Əmək şəraiti ağır.. zərərli olan işlərdə... .....                     Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar .....                     Dərin köklərə malik münasibətlər .....                     Ermənistan NƏ İSTƏYİR? .....                     “Xalq Bank”ın rəhbərinə ağır itki üz verib .....                     ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək? .....                 

Milli Şuradan anti-Azərbaycan çağırışı - BU NƏDİ BELƏ?!
Tarix: 4-09-2024, 10:35 | Çap et
Milli Şuradan anti-Azərbaycan çağırışı
Özlərini demokratik qüvvələrin Milli Şurası adlandıran qurum Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı beynəlxalq birliyə müraciət edərək seçkinin nəticələrini tanımamağa çağırıb.

“Turan” xəbər verir ki, Milli Şura bəyanatında növbədənkənar parlament seçkisinin təyin edilməsini konstitusiyaya zidd addım hesab edib. “Konstitusiyanın 98.1-ci maddəsində hansı hallarda növbədənkənar Məclis seçkilərinin təyin edilməsi çox aydın şəkildə ifadə edilib.

Milli Şura hesab edir ki, hazırkı növbədənkənar seçkilərin təyin edilməsi üçün konstitusiyada göstərilən halların heç bir mövcud olmayıb", - deyə bəyanatda bildirilir.

Mili Şura Avropa Şurasının və AŞ PA-nın 76 deputatının Azərbaycana girişinə qadağa qoyulduğu seçkilərdə “real müxalifətin qatılmadığı və rəqabətsiz şəraitdə kecirildiyini” iddia edib: “Beynəlxalq müşahidəçi adı altında hakimiyyət özünün seçib dəvət etdiyi ayrı-ayrı xariciləri müşahidəçilərin verdiyi rəylər saxta xarakter daşıyır və bu rəylərin real gerçəkliklə heç bir əlaqəsi yoxdur”.

Sonda Milli Şura beynəlxalq birliyi Azərbaycana münasibətdə daha prinsipial və obyektiv olmağa səsləyib.

Seçkidə iştirak eləyən və parlament təmsilçiliyi qazanan partiyalar Milli Şuranın iddialarına sərt cavab verib.

Yeni Azərbaycan Partiyasının təmsilçisi Elman Nəsirov bildirdi ki, özlərinə Milli Şura deyən marionet təşkilatın iddiaları ənənəvi böhtan və danosbazlıqdan başqa bir şey deyil: “Milli Şura adlandırılan qondarma təşkilat əslində AXCP-nin azsaylı üzvlərindən ibarətdir. AXCP-dən başqa ölkədəki bütün digər partiyalar 1 sentyabr parlament seçkilərində iştirak ediblər. Bütövlükdə ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i bu seçkiyə qatıldı. Onların içərisində öz səs saylarını artıran partiyalar da var. Seçkidə iştirak edən partiyalardan 11-i parlament təmsilçiliyi qazandı. Bu bir daha Azərbaycan demokratiyasının göstəricisidir. AXCP özü seçkiyə qatılmayıbsa, bu demək deyil ki, seçki konstitusiyaya zidd, demokratik keçirilməyib. Azərbaycan cəmiyyətində nüfuzu olmayan, süquta uğramış bir təşkilat özünü yeganə müxalifət saymaqla və məlum iddiaları irəli sürməklə özünü gülünc vəziyyətə qoyur”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycanda özünü real, əsas müxalifət kimi təqdim elən qüvvələr əslində bir partiyanın nümayəndələrindən ibarət təşkilatdır: “Zaman-zaman parçalanmalara məruz qalıb, özünün yanlış, lazımsız radikal, qeyri-konstruktiv addımları ilə çoxlarını özündən uzaqlaşdıran bu təşkilat indi də birinciliyə iddialıdır. İmkanları isə iddiasından dəfələrlə kiçikdir. "Mən birinciyəm, mən əsas müxalifətəm", - deyə qabağa çıxmaq istəyən qüvvələr bütövlükdə ölkənin siyasi həyatına ziyan veriblər. İndi də yalnız öz fəaliyyətlərini Azərbaycana düşmən mövqeyi sərgiləyən xarici təşkilatlara şikayət etməklə qururlar. Onların fəaliyyətlərinin əsas xəttini bu təşkil edir. Yalnız şikayətlənmək, Azərbaycanda hər şeyin üzərindən qara xətt çəkmək bunların fəaliyyətidir. Bu gün isə parlament seçkilərinin keçirilməsi qərarının konstitusiyaya uyğun olmadığı fikrini bildirməklə özlərini əslində gülünc vəziyyətə qoyurlar. Növbədənkənar parlament seçkilərinə Konstitusiya Məhkəməsinin rəyi alındıqdan sonra gedilib. Mən özüm də hüquqşünasam və istənilən şəxslə bu məsələni müzakirə etməyə hazıram ki, burada heç bir konstitusiya pozma halı yoxdur".

A.Əlizadə qeyd etdi ki, öz dövlətindən digər dövlətlərə, digər beynəlxalq təşkilatlara şikayət etmək öz evində, ailəsinin içində olan məsələləri qonşuya şikayətlənmək kimi bir şeydir: “Ən pisi isə odur ki, dövlətinə, xalqına düşmən olan qüvvələrə öz dövlətindən şikayət edirsənsə, bunun adı başqadır. Biz bu cür mövqeyi qətiyyətlə pisləyirik”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, 1 sentyabr parlament seçkilərinin nəticələrinə münasibət bildirən hər bir siyasi partiya milli maraqlara uyğun mövqedən çıxış etməlidir: “Bəzi partiyalar, təşkilatlar hay-küy salıb hakimiyyətdən nə isə qopartmaq praktikasına son qoymalıdır. Bəzi partiyaların sosial şəbəkələrdə canfəşanlıq edib siyasi dividentlər qazanmaq cəhdləri də məqbul hesab edilməməlidir. COP29 ərəfəsində siyasi qarşıdurmalardan, Azərbaycana düşmən olan dövlətlərin, bəzi mərkəzlərin istifadə edə biləcəyi əməllərdən hər bir siyasi qüvvə, mətbu-internet qurumu çəkinməlidir”.

Ədalət Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, Azərbaycana təzyiq edən bır sıra beynəlxalq təşkilatlar Milli Şuradan hər zaman öz məqsədləri üçün istifadə edir: “Əli Kərimli həmin təşkilatların əlində bir vasitədir. Bizim partiya müxalifət partiyası kimi seçkiyə qatılmışdı. Seçkinin yekunu ilə bağlı bizim partiya - Ədalət, Hüquq, Demokratiya bəyanat qəbul etdi. Bəyanatda seçkiləri ilk dəfə suveren Azərbaycanın bütün ərazisini əhatə etməklə keçirilən seçki kimi qiymətləndirdik. Partiyamız 11 namizədlə iştirak etmiş, namizədlərin hər biri öz dairəsində aktiv seçki kampaniyası aparmış, əhali ilə çoxsaylı kütləvi görüşlər keçirmişdir. Seçici imzalarının toplanmasında, təbliğat işinin aparılması zamanı əhali ilə ünsiyyətdə heç bir maneə ilə rastlaşmayan çoxsaylı partiya üzvlərimiz seçki günü səsverməni də canlı şəkildə izlədilər. ƏHD Partiyasının rəhbərliyi və partiyamızdan olan namizədlər seçkiləri müşahidə edən 7 müxtəlif beynəlxalq və yerli müşahidə missiyalarının təmsilçiləri ilə görüşmüş, seçkilərlə bağlı fikir mübadiləsi aparmışlar. 50-dən çox seçki dairəsinin yüzlərlə məntəqəsində müşahidələr aparan partiya üzvləri proseslə bağlı mütəmadi olaraq partiyanın mərkəzi qərargahını məlumatlandırdılar. Müşahidəçilərin rəylərinə əsasən onların müşahidə apardığı məntəqələrdə yekun nəticələrə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinməyib.

Amma çox təəssüf ki, bəzi namizədlərin müşahidəçiləri bir sıra seçki məntəqələrində səsvermə prosesinə qanunsuz müdaxilə edərək, seçki prosesini pozmağa cəhd göstərib. Bu kimi halları qətiyyətlə pisləyirik.

Demokratik, azad və sərbəst şəkildə keçirilən, namizədlərə və seçicilərə yaradılmış imkanlar baxımından yüksək səviyyədə təşkil olunan bu seçkilər partiyamız üçün də uğurlu hesab oluna bilər. Səsvermənin ilkin nəticələrinə əsasən partiyanın iki namizədi öz rəqiblərindən daha çox səs qazanıb".

N.Orduxanlı deyib ki, Milli Şura Azərbaycana ən ağır sanksiyalar qoyulması üçün çalışır: “Onlar hətta istəyirlər beynəlxalq şirkətlər, xarici ölkələr neft, qaz kimi enerjidaşıyıcılarını da Azərbaycandan almasınlar. Hesab edirlər ki, bütün bunlar baş verərsə, Azərbaycanda sosial gərginlik arta bilər, hətta sosial partlayışlar baş verər. Milli Şuranın bəyanatında guya seçkilərin keçirilməsinin konstitusiyaya zidd olduğu barədə iddia isə gülüncdür, qanunlardan xəbərsizliyin əlamətidir.”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? – “Bu halda bankı məhkəməyə vermək olar”
Bu gün, 11:40
“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” - ÇAĞIRIŞ
Bu gün, 11:37
55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu - TƏFƏRRÜAT
Bu gün, 11:32
"Azəriqaz" daha bir məhkəməni uduzdu - 57 min manatı geri qaytaracaq
Bu gün, 11:27
Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"
Bu gün, 11:24
„Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ - Naxçıvandan SUAL EDİRLƏR...
Bu gün, 11:19
Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - “Hayeli Armenia”
Bu gün, 11:14
"Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" - İlyas İsmayılovun oğlu danışdı
Bu gün, 11:12
Azərbaycanda QSC yenidən təşkil ediləcək - TOPLANTI
Bu gün, 11:06
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO
Bu gün, 11:03
Bakı səfərindən paylaşım etdi - FOTO
Bu gün, 11:00
Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:57
Avarçəkmə yenidən Qarabağda - Füzulidə! (FOTO)
Bu gün, 10:44
Nazir rəisi təqaüdə göndərdi - FOTO
Bu gün, 10:38
“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir"
Bu gün, 10:34
Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?
Bu gün, 10:32
TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
Bu gün, 10:28
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
Bu gün, 10:13
Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, biri məhkəmə zalından həbs olunub
Bu gün, 10:08
Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... - İÇMƏLİ SU DƏRDİ...
Bu gün, 10:06
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə - MƏQALƏ
Bu gün, 09:57
Xalq artisti arxivini tökdü ortaya... - FOTO
Bu gün, 09:54
İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Bu gün, 09:51
“NORM”a yaxın şirkət yaradıldı - DETALLAR
Bu gün, 09:51
“PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 09:50
44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... - tert.am
Bu gün, 09:47
"Neftqazmaş" ASC kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU
Bu gün, 09:44
"Bakıtikişsənaye" ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 09:39
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
Bu gün, 09:36
İlham Əliyev regionda MEYDAN SULAYIR... - FAKT BUDUR!
Bu gün, 09:33
ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"
Bu gün, 09:29
Gəncədə icra hakimiyyətinin yaxınlığında QƏTL
Bu gün, 09:24
“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - RƏSMƏN ÖZBAŞINALIQDIR...
Bu gün, 09:20
"Kiçik məmurlar qudurğanlıq etməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 09:17
Əmək şəraiti ağır.. zərərli olan işlərdə... - Ekspert danışır...
Bu gün, 09:14
Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar - MƏQALƏ
Bu gün, 09:10
Dərin köklərə malik münasibətlər - İsrafil Kərimovun yazısı
Bu gün, 09:09
Ermənistan NƏ İSTƏYİR? - ƏGƏR...
Bu gün, 08:57
“Xalq Bank”ın rəhbərinə ağır itki üz verib
Bu gün, 07:24
ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək? - GƏLİŞMƏ
Bu gün, 07:17
Arazın o tayının və bu tayının görüşü… - replika
Bu gün, 06:35
Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
Bu gün, 06:31
BAŞ(ÇI)SIZ Nəsimidə daha bir özbaşınalıq - AXI NİYƏ?..
Bu gün, 06:26
Raketi Hindistandan, onun mərmisini isə Fransadan alırıq - Köçəryan
Bu gün, 06:20
ATƏT-in Minsk qrupu: ÖLÜNÜ DİRİLDİRLƏR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:17
Gözdən əlilin pensiyası NİYƏ KƏSİLİB? - GİLEY
Bu gün, 06:14
Pensiyaların verilmə tarixi NİYƏ OYNAQDIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:07
“Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR! - BU NƏDİ BELƏ?
Bu gün, 06:05
Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
Bu gün, 05:55
Rusiyada 9 May paradları kütləvi şəkildə ləğv edilir - səbəb nədir?
Bu gün, 05:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru