“Heç parlamentdə təmsil olunan partiyaların aldığı vəsait belə onların dərdinə çarə olmur” - ETİRAZ
Tarix: 5-09-2024, 08:59 | Çap et
Azərbaycanda növbədənkənar parlament seçkiləri başa çatıb və partiyaların, demək olar ki, hamısı müxtəlif sayda namizədlərlə seçkidə iştirak edib. Seçkilərdə iştirak edən siyasi partiyalar maliyyə yardımı alacaq. Ötən il qüvvəyə minən “Siyasi partiyalar haqqında” qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı qaydalar da qüvvəyə minib. Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsaitin 40 faizi parlamentə düşən partiyalar arasında bərabər bölünür. 50 faiz deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. Yerdə qalan vəsaitin 5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər və proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür. Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3 faiz səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq. Beləliklə, parlamentdə təmsil olunmayan aşağıdakı siyasi partiyalar dövlətdən maliyyə yardımı alacaqlar. Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsində partiyalar üçün 5 milyon manat vəsait ayrılıb. Vəsait bölünərkən 13 siyasi partiyanın hərəsinə 1500 manat civarında maddi yardım göstəriləcəyi deyilir.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az”a deyib ki, söhbət çox cüzi məbləğdən gedir:
"Demək olar ki, dilənçi pulu kimi bir şeydir. Burada hansısa ciddi məbləğdən, maddi yardımdan söhbət getmir. Ayrılan vəsait partiyanın heç bir problemini həll etmir. Heç parlamentdə təmsil olunan partiyaların aldığı vəsait belə onların dərdinə çarə olmur. Ona görə nəzərdə tutulan vəsaiti ciddi irəliləyiş hesab etmirəm. Bu, baş aldatmaqdır. Biz maliyyə vəsaiti almaq üçün seçkilərə qatılmırıq. Seçkilərdə iştirak etməyimizin məqsədi Azərbaycanda müsbət yöndə dəyişikliyə nail olmaqdır". Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov da vurğulayıb ki, siyasi partiyaların maliyyə vəsaiti olmadan fəaliyyətini davam etdirməsi qeyri-mümkündür. Partiya təmsilçisinin fikrincə, partiya üzvlərinin və tərəfdarlarının ianəsi ilə bu məsələni hətta minimal tələblərə uyğun həll etmək real deyil:
"Azərbaycan reallığında ölkədəki orta statistik insanın siyasi təşkilatlara maliyyə yardımı etməsi həm onun aşağı iqtisadi imkanları, həm də yüksək səviyyələrə hələlik çatmayan siyasi iştirakçılıq şüuru səbəbindən qeyri-mümkündür. Ona görə də çoxpartiyalı siyasi sistemin dövlət tərəfindən maddi baxımdan dəstəklənməsi vacibdir və sözügedən qanun bu baxımdan ədalətlidir. Təəssüf ki, normal seçki keçirilmir və bu səbəbdən dövlətin partiyalara ayırdığı vəsait son nəticədə ədalətlə bölünmür. Dövlətin ayırdığı vəsait əsas məqsədə - ölkədə çoxpartiyalı siyasi sistemin möhkəmlənməsinə müsbət təsir etmir".
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da qeyd edib ki, heç şübhəsiz, belə halın olması partiyaların sağlamlaşması, dirçəlməsi və maddi baxımdan müstəqil olması ilə nəticələnə bilər:
"Əslində mən hesab edirəm ki, dövlət qeydiyyatından keçmiş və seçki prosesində iştirak etmiş bütün partiyalara da parlamentdə yer qazanmış partiyalar kimi ayrıca vəsait ayrılmalıdır. Çünki ölkənin siyasi sisteminin güclənməsi üçün bu çox vacibdir. Məsələn, parlament partiyalarına 6 milyon manat ayrılırsa, parlamentdən kənar qalmış partiyalara da bu məbləğin yarısı ayrılmalıdır ki, partiya institutu inkişaf edə bilsin. Eyni zamanda partiyaların seçkilərdə aktiv iştirakına stimul olsun. Dövlət qeydiyyatından keçmiş hər bir partiyanın 5 mindən artıq üzvü var. Bu üzvlər dövlət büdcəsinə vergi ödəyirlər. Mütləq ki, bu vergilərdən onların da ideoloji baxışına maliyyə dəstəyi göstərilməlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• MSK növbədənkənar parlament seçkilərinə YEKUN VURDU
Bu gün, 13:48 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər növbəti dəfə Ədliyyə Nazirliyi önünə toplaşır - AÇIQLAMA
Bu gün, 13:46 |
|
|
|
• TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi
Bu gün, 13:38 |
|
|
|
• Xatirənin paylaşımı QARŞIDURMA YARATDI: - “Elə ona bənzəyirsən”
Bu gün, 13:34 |
|
|
|
• BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub - FOTO
Bu gün, 13:24 |
|
|
|
• Azərbaycanlıların aldığı 1200 maşını Rusiya buraxmır - ÇİN YOLU BAĞLANIR?
Bu gün, 13:22 |
|
|
|
• Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq - AÇIQLAMA
Bu gün, 13:20 |
|
|
|
• Paşinyan Gürcüstana işgüzar səfərə gedib
Bu gün, 13:17 |
|
|
|
• Ermənistandan savaş açıqlaması: - “Plan qururuq, bütün sərhəd boyunca...”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq, səmərəli danışıqlar davam edəcək - The Economist
Bu gün, 13:04 |
|
|
|
• Antalyada istirahət edənlərin əziyyətini niyə naxçıvanlılar çəkməlidir? - ETİRAZ VAR...
Bu gün, 13:02 |
|
|
|
• Ermənistan iki ittifaq arasında tarazlıq axtarır - “Nezavisimaya qazeta”
Bu gün, 13:01 |
|
|
|
• Azərbaycanda həyəcan təbili: - Ailələrdə uşaqların sayı azalır
Bu gün, 12:58 |
|
|
|
• Zaur Kamal verilişi oğlu ilə birgə aparacaq
Bu gün, 12:56 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 12:50 |
|
|
|
• "Məmurlar biz vətəndaşları SAYA SALMIR..." - GİLEY
Bu gün, 12:42 |
|
|
|
• Mamicanyan Paşinyanı yerdən-yerə vurdu
Bu gün, 12:35 |
|
|
|
• Tərtərdə korrupsiya həbslərinin YENİ DALĞASI - içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə ƏLƏ KEÇDİ
Bu gün, 12:33 |
|
|
|
• Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq tezdir - Paşinyanın partiyası
Bu gün, 12:29 |
|
|
|
• Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək - The Economist
Bu gün, 12:25 |
|
|
|
• Dillər Universitetində vəzifələr SATILIR? - Professordan növbəti İTTİHAM
Bu gün, 12:22 |
|
|
|
• İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 12:18 |
|
|
|
• Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? - Ukrayna müharibəsi, qapalı sərhədlər...
Bu gün, 12:14 |
|
|
|
• ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsaiti təsdiq edib
Bu gün, 12:08 |
|
|
|
• 327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib - AY MAŞALLAH...
Bu gün, 12:04 |
|
|
|
• “Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi
Bu gün, 12:02 |
|
|
|
• Özünü şəhidin xanımı kimi təqdim etdi - Həbs olundu
Bu gün, 12:00 |
|
|
|
• “İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53 |
|
|
|
• Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib - FOTO
Bu gün, 11:51 |
|
|
|
• İrəvandan müəmmalı gediş: bir addım irəli, iki addım geri - NƏ BAŞ VERİR?
Bu gün, 11:49 |
|
|
|
• “O vaxt kanallar bəstəkarı dinləyirdi, indi isə bəstəkarların əksəriyyəti müğənnilərin əlinə baxır..”
Bu gün, 11:48 |
|
|
|
• Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr... - Ekspert danışır...
Bu gün, 11:44 |
|
|
|
• Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır - İLGİNC İDDİALAR...
Bu gün, 11:42 |
|
|
|
• Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı... - "Kavkazskiy uzel"
Bu gün, 11:37 |
|
|
|
• Yeni rəhbərlik gələndən AZƏRİQAZ daha da korlanıb? - Görünəni odur ki...
Bu gün, 11:35 |
|
|
|
• Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? - AXI NİYƏ?
Bu gün, 11:28 |
|
|
|
• Naxçıvanda YENİ BÖHRAN: Bu dəfə həkim qıtlığı... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:21 |
|
|
|
• Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne
Bu gün, 11:12 |
|
|
|
• Fuad Əsgərov məhkəmə zalında HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 11:11 |
|
|
|
• Qərb Cənubi Qafqazda ciddi səhvlər edir - FAKT BUDUR!
Bu gün, 11:10 |
|
|
|
• “Sülh sazişini günü sabah imzalamağa hazırıq” - Mirzoyan
Bu gün, 11:08 |
|
|
|
• İrəvanla razılaşmanın sirri açıldı - Bakı sərhədi necə müəyyən edəcək?
Bu gün, 11:07 |
|
|
|
• Paris İrəvana vəd verdi: Sizi Rusiyadan qoruyacağıq! - GƏLİŞMƏ
Bu gün, 11:05 |
|
|
|
• "Aztelekom" internetdən imtina edənləri cərimələyir? - AKTUAL
Bu gün, 11:04 |
|
|
|
• Mərkəzi Bank faiz dərəcəsinə dair qərar verir - MÜHÜM
Bu gün, 11:01 |
|
|
|
• “Aqrarkredit” bəzi aktivlərini satışa çıxardı
Bu gün, 11:00 |
|
|
|
• Separatizmə son qoyan əməliyyat - MƏQALƏ
Bu gün, 10:57 |
|
|
|
• Ağadadaş Ağayevin başı yeni qalmaqalda - BU DƏFƏ BANK ONU MƏHKƏMƏYƏ VERDİ
Bu gün, 10:55 |
|
|
|
• "İndi bizim üçün hər kəs pozğun və qatildir"
Bu gün, 10:52 |
|
|
|
• İranlı deputatdan Rusiyaya Zəngəzur ittihamı - “Mehr”
Bu gün, 10:45 |
|
|
|
|