Əsas Səhifə > Partiya, Güney Press > “Buna görə xüsusi xidmət orqanlarımıza, hüquq-mühafizə orqanlarımıza minnətdarıq”

“Buna görə xüsusi xidmət orqanlarımıza, hüquq-mühafizə orqanlarımıza minnətdarıq”


30-03-2024, 00:05
“Buna görə xüsusi xidmət orqanlarımıza, hüquq-mühafizə orqanlarımıza minnətdarıq”
“Ötən həftə Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş dəhşətli terror aktı bütün dünyanı dərindən sarsıtdı. Baş verən hücum nəticəsində 130 -dan artıq insan həlak oldu,180 dən artıq insan yaralandı. Bu dəhşətli faciə Rusiya tarixində baş verən ən böyük terror aktlarından biri kimi qeydə alındı. Baş verən bu hadisə terrorun çirkin xislətini göstərməklə yanaşı, milli və regional təhlükəsizlik məsələlərinin önəmini bir daha ortaya qoydu”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. O, qeyd edib ki,Prezident İlham Əliyevin formalaşdırdığı təhlükəsizlik sistemi Azərbaycana bu cür terror aktlarının, təhdid və təhlükələrinq arşısını vaxtında almağa imkan verir:

“Dövlətin milli təhlükəsizliyinin səviyyəsi onun suverenliyinin qarantıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan təhlükəsizlik sistemi Azərbaycana yönəldilən təxribat xarakterli əməllərin qarşısını hər zaman vaxtında almaqdadır. Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları çox yüksək peşəkarlıq nümunəsi göstərərək milli təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayırlar. Biz bunun İkinci Qarabağ müharibəsi, eləcə də postmüharibə dövründə bir daha şahidi olduq. Təsadüfi deyil ki, DTX-nın və hüquq mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində qeyd olunan dövrlər ərzində ölkəmizdə bir dəfə də olsun terror aktı baş vermədi. Moskvada baş verən dəhşətli terror hücumundan sonra, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələr də aktivlik göstərməyə başladı. Lənkəranın rayon İcra Hakimiyyətinin başçısına, eləcə də Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi hədəfləyən dəstə DTX-nın operativ tədbirləri sayəsində vaxtında zərərsizləşdirildi.

Tarixən qonşu Ermənistan tərəfindən vaxtaşırı terror hücumlarına məruz qalan Azərbaycan regional təhlükəsizlik məsələsinə də çox həssaslıqla yanaşır. Qarabağda keçirilən antiterror əməliyyatları zamanı 24 saatdan az müddət ərzində öz suverenliyini bərpa edən Azərbaycan, erməni terrorçularını qısa müddətdə diz çökdürdü. Keçirilən əməliyyatlar lokal xarakterli olmasına baxmayaraq , regional təhlükəsizliyin təmin olunması baxımından mühüm önəmə malik idi.Suverenliyimizin bərpa olunmasından və antiterror əməliyyatlarından xeyli zaman keçməsinə baxmayaraq, Ermənistan hələ də, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçıraraq, regionu qarışdırmaq cəhdlərinə davam edir. Aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa Komissiyasının prezidenti Fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü nəzərdə tutulub. Görüşdə, Avropa İttifaqı və ABŞ-ın Ermənistana təhlükəsizlik zəmanəti vermək üçün pakt imzalacağı ehtimal olunsa da, mövcud geosiyasi reallığı reallığı nəzərə alarsaq, bu real görünmür. Ermənistanın bu düşünülməmiş addımı onun İkinci Ukrayna aqibəti yaşamasına gətirib çıxara bilər. Hesab edirəm ki, region dövlətləri mövcud geosiyasi vəziyyəti düzgün analiz edərək regiondakı sabitliyi pozabiləcək hər hansı bir addımın vaxtında qarşısını almalı və bunun üçün konkret addımlar atmalıdır. Ermənistan anlamalıdır ki, regiondan kənar qüvvələr Cənubi Qafqaza sülh və sabitlik gətirə bilməz”.

Geri qayıt