Əsas Səhifə > Partiya, Güney Press > "Hərbi hissələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilib"

"Hərbi hissələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilib"


15-04-2024, 11:24
"Hərbi hissələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilib"
"Ermənistan sülh müqaviləsini imzalamamaq üçün müxtəlif təxribatlara əl atır".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat vurğulayıb ki, son günlər törədilən təxribatlar Ermənistan rəhbərliyinin ikiüzlü siyasət yeritdiyini bir daha sübuta yetirdi:

"Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Təəssüf ki, bunu Ermənistana aid edə bilmirik. Bu illər ərzində Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə sərhəddə müxtəlif təxribatlara əl atır. Ermənistan rəhbərliyinin bu təxribatlara əl atmasının əsas məqsədi vaxt uzatmaq və sülh sazişinin imzalanması prosesini pozmaqdır. Hələ də ermənilər anlamaq istəmir ki, bu yolla vaxt uzatmaq onların əleyhinə işləyir. Ermənilər tərəfindən törədilən bütün təxribatların qarşısı Azərbaycanın Müzəffər Ordusu tərəfindən çox sərt şəkildə alınır. 44 günlük Vətən müharibəsində, eləcə də post-müharibə dövründə Ermənistanın milyard dollar xərcləyərək aldıqları hərbi texnikalar, yaratdıqları hərbi infrastrukturlar və hərbi hissələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilib".

Deputat vurğulayıb ki, yaxşı olardı ki, Ermənistan təxribat xarakterli əməllərinə birdəfəlik son qoymalıdır:

"Münaqişə başa çatdıqdan sonra Azərbaycanın bütün səyləri regionda sülhün, təhlükəsizliyin və sabitliyin əldə olunmasına hesablanıb. Bu gün Ermənistan və havadarlarının əsas məqsədi sülh prosesini ləngitmək, regionda hərtərəfli inkişafa mane olmaqdır. Son bir neçə gündə sərhəddə törədilən təxribatlar Ermənistanın iki dövlət arasında münasibətlərin normallaşdırmaq istəmədiyini sübut edir. Qaldı ki, sülh müqaviləsinin nə zaman imzalanacağına. Bu barədə dəqiq vaxt söyləmək çətindir. Ümid edək ki, bu ilin sonuna qədər Ermənistan sülh müqaviəsini imzalayacaq".

Geri qayıt