Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                     Bu son olmayacaq... .....                     Dəfələrlə izah etməyə çalışsaq da... .....                     Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? .....                     İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib .....                     Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                     Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... .....                     Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... .....                     İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib .....                     "COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." .....                     “Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” .....                     Qərbin Rusiya və Azərbaycan planı .....                     Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? .....                     "İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                 

Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində YARIM MİLYONLUQ MƏNİMSƏMƏ... - Mətləb Hüseynov NƏZARƏTSİZ QALIB?
Tarix: 25-06-2024, 11:08 | Çap et
Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində YARIM MİLYONLUQ MƏNİMSƏMƏ...
Azərbaycanda peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Sözügedən Agentliyin yaradılmasında əsas məqsəd peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək olub. Həmçinin əmək bazarının tələblərinə uyğun müasir tədrisin təşkilinə nail olmaq və bu istiqamətdə ölkəmizdəki peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etmək, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsini həyata keçirmək olub. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük ehtiyac var və bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir.

Bəs görəsən ölkəmizdə peşə-ixtisas təhsilinin inkişaf etdirilməsinə cavabdeh olan qurum, Peşə Təhsili üzrə Dövlət Agentliyi üzərinə düşən öhdəlikləri yerinə yetirə bilirmi? Agentliyin rəsmi internet portalına yerləşdirilmiş xəbərlərdə 2023-2024-cü tədris ili ərzində təhsil müəssisələri tərəfindən şagirdlərin, valideynlərin və bütün maraqlı tərəflərin peşə təhsili pilləsi və onun yaratdığı imkanlar haqqında məlumatlandırılması məqsədilə infotur və “açıq qapı” tədbirləri keçirilib. Cari tədris ili ərzində təşkil olunmuş tədbirlərdə ümumilikdə 39,544 şagirdə peşə təhsil pilləsi haqqında məlumat verilib. Agentliyin keçirdiyi bu kimi tədbirlər barədə məlumatlar çoxdu. Agentliyin may ayında yaydığı bir məlumatda isə bildirilir ki, bu il ərzində keçirilən monitorinqlərin nəticəsi əsasında vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən 11 şəxslə bağlı tədbir görülüb. Belə ki, 1 nəfərə şiddətli töhmət, 4 nəfərə töhmət verilib. 2 nəfərə şifahi, 3 nəfərə yazılı xəbərdarlıq edilib. 1 nəfərin məsələsi isə hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.

Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində YARIM MİLYONLUQ MƏNİMSƏMƏ...

Qeyd edək ki, Aktualinfo.org hələ ötən il Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəssisələrindən birində, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində baş verən bir çox qanunsuzluqlarla bağlı məlumat yaymışdı. Xatırladaq ki, Bakıda, Sabunçu rayonundakı Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi bir neçə peşə məktəbinin bazasında yaradılıb. 1996-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Bakı Peşə Liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyi 02 sentyabr 1996-ci il tarixli, 440 saylı əmrinə əsasən 84 saylı Texniki Peşə Məktəbi Bakı Texniki Liseyi ilə birləşdirilərək 12 saylı Bakı Peşə Liseyi adlandırılmışdır. Nazirlər Kabinetinin 405 saylı, 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi və 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi yaradılmışdır.

Ötən yazıda 2019-cu ildə 4 peşə məktəbini özündə birləşdirən Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə Mətləb Hüseynovun direktor təyin olunmasından sonra orada ciddi dəyişikliklərin baş verdiyini yazmışdıq. Belə ki, Təhsil Mərkəzinin direktoru olduqdan sonra Mətləb Hüseynov bütün peşəkar kadrları işdən çıxararaq və öz komandasını yığmağa başladığını bildirmişdik. Həmin məlumatlarda ilkin olaraq peşə mərkəzinin 40 ilə yaxın peşə təhsili üzrə ixtasaslı kadrının müxtəlif bəhanələrlə işdən çıxarıldığı göstərilirdi. İndi məlum olur ki, Mətləb Hüseynov bütün bunları heç də peşə məktəblərinin inkişaf etdirilməsi üçün etməyibmiş. Bu barədə az sonra.

Qeyd edək ki, gənc olmasına baxmayaraq Mətləb Hüseynov peşə təhsili sahəsində çoxdan çalışır. Onun 9 saylı Bakı Peşə Liseyinə direktoru olduğu dövrdə törətdiyi qanunsuz əməllərindən elektron media resurslarında kifayət qədər geniş məlumatlar yayılıb. Mətbuatlarda yazılanlara görə Mətləb Hüseynov vaxtı ilə Təhsil naziri olmuş, hazırda isə iqtisadiyyat naziri olan Mikayıl Cabbarovun kadrıdır. Amma bizə verilən məlumatlara görə bu heç də belə deyil. Onu vəzifəyə keçmək üçün pulunu verdiyi şəxslər sabiq təhsil nazirinin adından istifadə ediblər. Amma əslində isə Mikayıl Cabbarov onu bəlkə də heç görməyib.

Mətbuatın yaydığı məlumatlara belə aydın olur ki, Mətləb Hüseynov karyerası boyu işlədiyi bütün vəzifələrdə dövlətin malını talamaqla məşğul olub. İstər Bakı Sənaye-Pedoqoji Kollecində çalışanda, istər 9 saylı Bakı Peşə Liseyinin direktoru olduğu dövrdə, istərsə də Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə rəhbərliyi dövründə ancaq qanunsuz işlərlə məşğul olub. Əvvəlki iş yerlərindən fərqli olaraq Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində Mətləb Hüseynov qanunsuz əməllərinin üstü açılıb. Bu ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalardan sonra məlum olub.

Xatırladaq ki, ötən yazıda Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində aparılan yoxlamadan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyi mərkəzin baş mühasibini işdən çxardığını qeyd etmişdik. Səbəb isə Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzindəki maliyyə pozuntu hallarını güya baş mühasib özbaşına törətdiyi bildirilirdi.

Amma bizə verilən ən son məlumatlara görə bu heç də belə olmayıb. Dövlət Maliyyə Nəzarəti Xidmətinin apardığı yoxlamada məlum olub ki, Mətləb Hüseynov Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə rəhbərli etdiyi dövrdə, yəni 2019-2023-cü illərdə beş yüz min manat dövlət vəsaitini mənimsəyib. O bunu hansı yollarla edib? Qeyd etdiyimiz kimi, Mətləb Hüseynov vəzifə başına keçən kimi sözügedən Təhsil Mərkəzinə öz kadrlarını yerləşdirməyə başlayıb. Sonra da həmin müəllimlərin adına ildə bir neçə dəfə min manat mükafat, yardım yazıb onlardan geri alaraq mənimsəyib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti yoxlamaların nəticələrini Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edib. Hazırdsa Korupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində yol verilən maliyyə pozuntularla bağlı Cinayət Məcəlləsinin bir neçə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, rüşvət alma maddələri ilə cinayət işi başlanılıb və istintaq işi aparılır. Adına min manat mükafat yazılmış müəllimlərin hər birindən izahat alınır. Digər müəllimlər də bir -bir istintaqa çağırılır. İstintaqın gedişindən asılı olmayaraq mövzuya daha ətraflı bir daha qayıdacağıq.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovdur. O, bu vəzifəyə Təhsil naziri Emin Əmrullayevin əmri ilə ötən ilin oktyabrında təyin olunub. Buna qədər Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edib.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Dünən, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Dünən, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Dünən, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Dünən, 16:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru