“365 tourism” şirkəti 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib... - DƏLƏDUZLUQ...
Tarix: 31-08-2024, 12:47 | Çap et
 “365 tourism” şirkəti mən də daxil, ümumilikdə 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib”.
Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Əbilhəsən Babayev müraciət edib.
Onun sözlərinə görə, şirkət vətəndaşlara müəyyən məbləğ qarşılığında Serbiyada işlə təminata dair vəd verib: “Mən pulları yığıb şirkətin işçisi Mehrab Xələfov adlı şəxsə verdim. Məni aldadaraq 2500 manatlıq müqavilə imzalatdılar. “Tempo trips” və “365 tourism” şirkətləri hər ikisi eyni adama məxsusdur. Müqaviləni də digər şirkətin adı ilə həyata keçirdilər. Daha sonra bizə məlum oldu ki, bunlar dələduzdur. 30-dan çox adam xaricə yollansa da, mənimlə birlikdə 15 nəfər getmədi. Lakin nə mənim, nə də digər vətəndaşların pulu qaytarılır”.
Ə.Babayev deyir ki, şirkət tərəfindən göndərilən şəxslər də digər ölkədə küçədə qalıb: “Gedənlər Serbiyada küçələrdə qalıb, heç bir işlə təmin olunmayıb. Bəziləri evlərindən bilet aldıraraq geri qayıdıb, qalanı isə hələ də orada müəyyən tikinti işlərində məcburiyyətdən işləyirlər. Lakin həmin insanlara heç bir əməkhaqqı verilmir, geri qayıtmağa da pulları yoxdur. Mehrab Xələfov isə yalandan deyir ki, pulları Əbilhəsənə, yəni mənə veriblər. Lakin mən pulları yığıb şirkətə vermişəm, elə mənə də 3 min manat ziyan dəyib”.
Şikayətçi sözügedən şirkətin Ağsu rayonundan deputatlıga namizəd olan Nəcəfov Ruslan İlyas oğluna məxsus olduğunu iddia edir: “Şirkətin baş direktoru, Nəcəfov Ruslandır, biz pulları Mehraba vermişik. İndi isə Sədaqət adlı bir qadın özünü direktor olaraq təqdim edir və deyir ki, pullarınız qayıtmayacaq. Ruslan Nəcəfov isə mənə xarici bir nömrəylə zəng vuraraq bildirdi ki, hara şikayət etsəniz də, nəticəsiz qalacaq. Buna görə də biz iyulun 18-də Şamaxı Rayon Polis Şöbəsinə müraciət etdik”.
50 vətəndaşın pulunun mənimsənilməsi iddiaları ilə bağlı şirkətin işçisi Mehrab Xələfovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında iddiaların əsassız olduğunu bildirib: “Biz heç kəsi aldatmamışıq. 50 nəfər şəxs olmayıb. Xaricə göndərdiklərimiz hər biri işlə təmin olunub. Sözügedən 50 nəfər bizim şirkətlə müqavilə imzalamayıb. Onlar başqa şirkətlə müqavilə imzalayıb. Şirkətin direktoru isə Ruslan Nəcəfov deyil, Sədaqət xanımdır”.
Məsələni aydınlaşdırmaq üçün baş direktor olduğu deyilən Ruslan Nəcəfovla da əlaqə saxlamağa çalışdıq. Lakin iddialara R. Nəcəfov yox, onun işçisi cavab verdi: “Ruslan bəy “365 tourism” şirkətinin rəhbəridir. Hazırda da bu vəzifəni icra edir. İddialar absurddur. Bu məsələnin bizim şirkətə aidiyyəti yoxdur”.
Vətəndaşlara qarşı edilmiş dələduzluq iddiaları ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov sorğuya cavab olaraq bildirib ki, iyulun 18-də Şamaxı Rayon Polis Şöbəsinə bu barədə müraciət daxil olub: “Bir qrup şəxs turizm şirkətlərindən birinin əməkdaşının onları xarici ölkəyə apararaq orada işlə təmin edəcəyi adı ilə 132 700 manat pulu ələ keçirdiyini bildirib. Araşdırma zamanı tərəflərin bir neçə dəfə görüşdükləri və şirkət tərəfindən həmin şəxslərin xarici ölkəyə göndərilərək orada işlə təmin ediləcəkləri barədə aralarında razılaşdıqları məlum olub.
Avqustun ayının əvvəllərində isə şirkət tərəfindən verilən vəd yerinə yetirilərək vətəndaşların 34 nəfəri işləmək üçün həmin ölkəyə göndərilib. Ancaq bəziləri getməkdən imtina edərək şirkətdən ödənilən maddi vəsaitin geri qaytarılmasını tələb ediblər. İstintaq araşdırmaları zamanı əməldə dələduzluq faktı aşkarlanmadığından həmin şəxslərə qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmələri izah olunub”.
Məlumat üçün bildirək ki, Mehrab Xələfov Ruslan Nəcəfovun şirkətin rəhbəri olduğunu təkzib etsə də, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında da namizədin iş yeri kimi “365 tourism” MMC-nin direktoru olduğu qeyd edilib.



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... - NARAZILIQ VAR...
Bu gün, 11:53 |
|
|
|
• Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur - ETİRAZ VAR...
Bu gün, 11:44 |
|
|
|
• Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? – “Bu halda bankı məhkəməyə vermək olar”
Bu gün, 11:40 |
|
|
|
• “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” - ÇAĞIRIŞ
Bu gün, 11:37 |
|
|
|
• 55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu - TƏFƏRRÜAT
Bu gün, 11:32 |
|
|
|
• "Azəriqaz" daha bir məhkəməni uduzdu - 57 min manatı geri qaytaracaq
Bu gün, 11:27 |
|
|
|
• Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"
Bu gün, 11:24 |
|
|
|
• „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ - Naxçıvandan SUAL EDİRLƏR...
Bu gün, 11:19 |
|
|
|
• Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - “Hayeli Armenia”
Bu gün, 11:14 |
|
|
|
• "Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" - İlyas İsmayılovun oğlu danışdı
Bu gün, 11:12 |
|
|
|
• Azərbaycanda QSC yenidən təşkil ediləcək - TOPLANTI
Bu gün, 11:06 |
|
|
|
• ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO
Bu gün, 11:03 |
|
|
|
• Bakı səfərindən paylaşım etdi - FOTO
Bu gün, 11:00 |
|
|
|
• Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:57 |
|
|
|
• Avarçəkmə yenidən Qarabağda - Füzulidə! (FOTO)
Bu gün, 10:44 |
|
|
|
• Nazir rəisi təqaüdə göndərdi - FOTO
Bu gün, 10:38 |
|
|
|
• “Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir"
Bu gün, 10:34 |
|
|
|
• Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?
Bu gün, 10:32 |
|
|
|
• TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
Bu gün, 10:28 |
|
|
|
• Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
Bu gün, 10:13 |
|
|
|
• Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, biri məhkəmə zalından həbs olunub
Bu gün, 10:08 |
|
|
|
• Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... - İÇMƏLİ SU DƏRDİ...
Bu gün, 10:06 |
|
|
|
• Azərbaycan-Çin münasibətləri yeni mərhələdə - MƏQALƏ
Bu gün, 09:57 |
|
|
|
• Xalq artisti arxivini tökdü ortaya... - FOTO
Bu gün, 09:54 |
|
|
|
• İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Bu gün, 09:51 |
|
|
|
• “NORM”a yaxın şirkət yaradıldı - DETALLAR
Bu gün, 09:51 |
|
|
|
• “PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• 44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... - tert.am
Bu gün, 09:47 |
|
|
|
• "Neftqazmaş" ASC kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU
Bu gün, 09:44 |
|
|
|
• "Bakıtikişsənaye" ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 09:39 |
|
|
|
• Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
Bu gün, 09:36 |
|
|
|
• İlham Əliyev regionda MEYDAN SULAYIR... - FAKT BUDUR!
Bu gün, 09:33 |
|
|
|
• ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"
Bu gün, 09:29 |
|
|
|
• Gəncədə icra hakimiyyətinin yaxınlığında QƏTL
Bu gün, 09:24 |
|
|
|
• “Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - RƏSMƏN ÖZBAŞINALIQDIR...
Bu gün, 09:20 |
|
|
|
• "Kiçik məmurlar qudurğanlıq etməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 09:17 |
|
|
|
• Əmək şəraiti ağır.. zərərli olan işlərdə... - Ekspert danışır...
Bu gün, 09:14 |
|
|
|
• Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar - MƏQALƏ
Bu gün, 09:10 |
|
|
|
• Dərin köklərə malik münasibətlər - İsrafil Kərimovun yazısı
Bu gün, 09:09 |
|
|
|
• Ermənistan NƏ İSTƏYİR? - ƏGƏR...
Bu gün, 08:57 |
|
|
|
• “Xalq Bank”ın rəhbərinə ağır itki üz verib
Bu gün, 07:24 |
|
|
|
• ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək? - GƏLİŞMƏ
Bu gün, 07:17 |
|
|
|
• Arazın o tayının və bu tayının görüşü… - replika
Bu gün, 06:35 |
|
|
|
• Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
Bu gün, 06:31 |
|
|
|
• BAŞ(ÇI)SIZ Nəsimidə daha bir özbaşınalıq - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• Raketi Hindistandan, onun mərmisini isə Fransadan alırıq - Köçəryan
Bu gün, 06:20 |
|
|
|
• ATƏT-in Minsk qrupu: ÖLÜNÜ DİRİLDİRLƏR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:17 |
|
|
|
• Gözdən əlilin pensiyası NİYƏ KƏSİLİB? - GİLEY
Bu gün, 06:14 |
|
|
|
• Pensiyaların verilmə tarixi NİYƏ OYNAQDIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:07 |
|
|
|
• “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR! - BU NƏDİ BELƏ?
Bu gün, 06:05 |
|
|
|
|