Əsas Səhifə > Cəmiyyət, Manşet > "29000 abonentə bir işçi necə xidmət edə bilər?.."

"29000 abonentə bir işçi necə xidmət edə bilər?.."


27-03-2024, 11:06
"29000 abonentə bir işçi necə xidmət edə bilər?.."
" "Azəriqaz" İB regional idarələrindən çalışan işçilər bilmək istəyirlər ki, niyə işçi personalı ilə əlaqadar regionlar, o cümlədən işçilər arasında ayrı seçkilik salınır? Səbəb isə izah olunmur. Onlar düşünürlər ki, həddən artıq işlə yüklənmək həm də onların sağlamlığına təsir edir..." Dia-az.info bildirir ki, narazı işçilər ilginc faktları da təqdim ediblər. Belə ki:

✅ Salyan XS Sayğacların qəbulu və istismarı xidməti Salyan rayonunun abonent sayi- 28 364 nəfər, işşi personalı isə 1 xidmətin rəisi ,2 mühəndisi və 2 cilingəri var.
✅ Imişli XS Sayğacların qəbulu və istismarı xidməti İmişli rayonunun abonent sayi 28 971 nəfər, işşi personalı isə 1 mühəndisi və 1 cilingəri var.
✅ Şirvan XS Sayğacların qəbulu və istismarı xidməti Şirvan şəhərinin abonent sayi- 21 283 nəfər, işçi personalı isə 1 xidmətin rəisi 2 mühəndisi və 2 cilingəri var.
✅ Haciqabul XS Sayğacların qəbulu və istismarı xidməti Hacıqabul şəhərinin abonent sayi- 14.802 nəfər, işçi personalı isə 1 xidmətin rəisi 2 mühəndisi və 2 cilingəri var.
✅ Neftçala XS Sayğacların qəbulu və istismarı xidməti Hacıqabul rayonunun abonent sayi- 16 509 nəfər, işçi personalı isə 1 xidmətin rəisi 2 mühəndisi və 2 cilingəri var.
✅ Sabirabad XS Sayğacların qəbulu və istismarı xidməti Sabirabad şəhərinin abonent sayi- təqribən 34 397nəfər, işçi personalı isə 1 xidmətin rəisi 1 mühəndisi və 2 cilingəri var.
✅ Saatlı XS Sayğacların qəbulu və istismarı xidməti Saatlı şəhərinin abonent sayi- 17.029 nəfər, işçi personalı isə 1 mühəndis. 1 çilingər və s.

İmişlidə 29000 abonentə 1 mühəndis 1 cilingər, amma eyni sayda olan abonenti olan Salyanda 5 isçi gündəlikdə 70-80 saygac əvəz etməli olur, İmişlidə isə bir işçi 70 sayğac dəyişməli olur.

"29000 abonentə bir işçi necə xidmət edə bilər?.." deyə sual edən işçilər rəhbərlikdən izahat gözləyirlər...

Geri qayıt