Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                 

7 saylı Notariat Kontoru niyə bağlanıb? - Yaxud, kimin və nəyin güdazına getdi?
Tarix: 20-04-2016, 08:45 | Çap et
7 saylı Notariat Kontoru niyə bağlanıb?
Xəzər rayonunda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin 7 saylı Notariat Kontorunun qapıları artıq 15 gündür ki, vətəndaşların üzünə qapalıdır. Kontorun qapısına yazılmış elanda buna səbəb kimi heç nə göstərilməyib, yalnız vətəndaşlara notariat əməliyyatları ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.

Notariat kontoruna baş çəkərkən bunun bir daha şahidi olduq. Qeyd edək ki, notariat kontorunu yaxın günlərdə fəaliyyət göstərəcəyi xəbəri yayılsa da, məlumat özünü doğrultmadı. Odur ki, notariat kontorunun qapısı bağlı olduğundan suallarımıza cavab verəcək bir səlahiyyətli şəxs tapa bilmədik. Yalnız onun şahidi olduq ki, notariat əməliyyatları ilə bağlı bura gələn vətəndaşlar qapıdakı elanı oxuduqdan sonra "ASAN xidmət" mərkəzlərinə üz tuturdular.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Ancaq telefon zənglərimiz cavabsız qaldı.
Notariat Kontorunun bağlanmasına rəsmi səbəb öyrənə bilməsək də, xatırlayırsınızsa, ötən saylarımızda burada notariat əməliyyatları zamanı yol verilən qanunsuzluqlardan bəhs etmişdik… Həmin yazını ixtisarla təqdim edirik:

7 saylı Notariat Kontorunun rəisinin saxta əməli?

Əməkdaşımızı Mətbuat Şurası ilə hədələyən 7 saylı Notariat Kontorunun rəisi Nadir Vədətov sonradan necə pis vəziyyətə düşüb?

Xəzər rayonunda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin 7 saylı Notariat Kontorunun rəisi Nadir Vədətovun vətəndaşın xəbəri olmadan, ona məxsus olmayan torpaq sahəsinə dair saxta etibarnamə ilə olmayan mülkünün dövlət ehtiyacları üçün alınmasına dair sənəd tərtib edib...
N.Vədətov Buzovna qəsəbə bələdiyyəsinin işçisi Mətanət Əkbərova ilə əlbir olaraq külli miqdarda pulun ələ keçirilməsində ittiham olunur. Bu barədə “Təzadlar”a Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 16-da qeydiyyatda olan, lakin hazırda Seroqin 12, mənzil 21 ünvanında yaşayan Hüseynova Şəfiqə Əlibaba qızı video müsahibə verib, şok sübutlar və sənədlər təqdim edib.

“Mətanət Əkbərova 7 saylı Notariat Kontorunda Sarvan Abbasov adlı şəxsə mənim adımdan saxta etibarnamə tərtib etdirib”

Qeyd etdiyimiz kimi, Ş.Hüseynova Xəzər rayonunda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin 7 saylı Notariat Kontorunun rəisi Nadir Vədətovdan şikayətçidir. Şikayətçinin Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə, Azərbaycan Respublikasının Baş prokuroru cənab Z.Qaralova, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyevə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi cənab M.Səlimzadəyə və surəti “Təzadlar” qəzetinə ünvanladığı müraciətdə bildirilir:
“Möhtərəm cənab Prezident!
Hörmətli cənab Baş prokuror!
Hörmətli cənablar!
Bildirirəm ki, 2003-cü ildə həyat yoldaşım məlum olmayan səbəbdən evimizi satdı. Mən iki uşaqla küçədə qaldım. Elə o vaxtdan xəstə qızımla kirayələrdə yaşayırıq. Həmin ərəfədə Buzovna qəsəbəsində ev alğı-satqısı ilə məşğul olan Mətanət Əkbərova adlı qadınla tanış oldum. O, mənə ev almaqda kömək edəcəyini bildirdi. Mən 2005-ci ildən işləyərək qazındığım pulların hamısını Mətanət Əkbərovaya verməyə başladım. Lakin sonra M.Əkbərova nə mənə ev aldı, nə də pulumu geri qaytardı. Mətanət Əkbərova hal-hazırda Buzovana qəsəbə bələdiyyəsində işləyir. Uzun müddətdir Mətanət Əkbərovadan pulumu geri qaytarmasını tələb edirəm. Lakin o, müxtəlif bəhanələr gətirərək pulumu geri qaytarmır. Onun bu haqsızlığından əsəblərim korlanıb. Bu müddətdə məni üç dəfə maşın vurub. Üçüncü qəzada sidik kisəmi tamam itirdim. İndi mən sidik ifraz edən orqansız gəzirəm. Bütün bunlara baxmayaraq, M.Əkbərova mənim pulumu geri qaytamaq istəmir. M.Əkbərovanın dediyinə görə, hal-hazırda onda 16500 manat pulum var. Həm də sonradan öyrəndim ki, Mətanət Əkbərova xəbərim olmadan Bakı şəhəri 7 saylı Notariat Kontorunda qanunsuz olaraq Sarvan Abbasov adlı şəxsə mənim adımdan saxta etibarnamə tərtib etdirib. Həmin etibarnamə əsasında bankdan mənim adıma plana düşmüş torpaq sahəsi adı ilə kompensasiya alıblar. Halbuki nə mənim torpağım var, nə də plana düşüb. Eləcə də başqasının adına etibarnamə vermək üçün Bakı şəhəri 7 saylı Notariat Kontorunda olmamışam. Bir gün M.Əkbərova Buzovna qəsəbə bələdiyyəsindən sosial yardım almaq adı ilə mənə boş vərəqə imza atdırdı. Səhəri gün isə dedi ki, yardım alınmadı.
Qeyd etdiyim kimi, hazırda xəstə qızımla kirayədə yaşayırıq.
Möhtərəm cənab Prezident!
Hörmətli cənab Baş prokuror!
Hörmətli cənablar!
Xahiş edirəm, Mətənat Əkbərovadan 16500 manat pulumun geri alınmasına kömək edəsiniz. Həmçinin Bakı şəhəri 7 saylı Notariat Kontorunda qanunsuz olaraq adımdan Sarvan Abbasov adlı şəxsə verilən saxta etibarnamə araşdırılsın və günahkarlar məsuliyyətə cəlb edilsinlər”.

7 saylı Notariat Kontorunun xüsusi notariusu Nadir Vədətov bizi Mətbuat Şurası ilə hədələdi

Məsələ ilə bağlı müraciətdə adı hallandırılan Bakı şəhəri 7 saylı Notariat Kontorunun xüsusi notariusu Nadir Vədətovla telefon əlaqəsi saxladıq. Suallarımızın bir qismini cavablandıran N.Vədətov şikayətin yerində araşdırılması üçün əməkdaşımızı kontora dəvət etdi.
Xəzər rayonu A.İldırım küçəsi 39 ünvanında yerləşən 7 saylı Notariat Kontorunda olduq. Şikayətin məzmunu ilə tanış olan xüsusi notarius Nadir Vədətov ittihamlarla razılaşmadı və rəhbərlik etdiyi 7 saylı Notariat Kontorunun heç bir qanunsuzluğa yol vermədiyini bildirdi. Şikayətçinin isə iddiasında haqlı olduğunu söylədiyini N.Vədətova bildirdikdə, o, bizi Mətbuat Şurası ilə hədələdi. Biz isə ondan Mətbuat Şurasına zəng edərək bura gəlişimiz barədə məlumat verməyini istədik. Bu gözlənilməz və qəfil təklifdən çaşan N.Vədətov Mətbuat Şurası mövzusundan vaz keçdi. Lakin əvvəlki möqeyində qalan N.Vədətov rəhbərlik etdiyi 7 saylı Notariat Kontoruna qarşı irəli sürülən ittihamların qondarma olduğunu, ona böhtan atıldığını dedi... Bu məqamda şikayətçi Ş.Hüseynova bizimlə telefon əlaqəsi saxlayaraq araşdırmada onun da iştirakının təmin edilməsini xahiş etdi... Az sonra Ş.Hüseynova hüquqi nümayəndəsi ilə birlikdə 7 saylı Notariat Kontoruna gəldi. N.Vədətovun otağında şikayətçi və onun numayəndəsinin iştirakı ilə bəzi detallara aydınlıq gətirdik.

“Bu imzalar mənim deyil”

Nadir Vədətovun təqdim etdiyi sənədlərdəki imzaların ona aid olmadığını deyən Şəfiqə Hüseynova əsəblərini saxlaya bilmədi...
Nadir Vədətov:
- Bu imzalar sənin deyil?
Şəfiqə Hüseynova:
- Xeyr, bu imzalar mənim deyil. Mən bu Notariat Kotorunu heç tanımıram, birinci dəfədir bura gəlirəm. Mən heç sizin özünüzü də tanımıram.
N.V:
- Raya Musayeva, Şakir Musayev və sən birlikdə gəlib bu sənədlərə qol çəkməmisiniz?
Ş.H:
- Raya Musayeva, Şakir Musayev kimdir? Mən onları tanımıram.
N.V:
- Üçünüz bir yerdə gəlib bu sənədlərə qol çəkməmisiniz?
Ş.H:
- Xeyr! Nadir müəllim, Allaha and olsun, mən bura gəlməmişəm. Kiməsə etibarnamə vermək üçün sizə müraciət etməmişəm. Bu imzalar saxtadır. Ona görə ki, bu sənədlərə Mətanət Əkbərova özü qol çəkib.
N.V:
- Mətanət kimdir?

“Mətanət Əkbərova mənim kimi çox adamları aldadıb pulunu mənimsəyib”

Ş.H:
- Guya siz Mətanət Əkbərovanı tanımırsınız? Buzovana qəsəbə Bələdiyyəsində işləyir. Mətanət Əkbərova mənim kimi çox adamları aldadıb pulunu mənimsəyib. Mənə ev almaq adı ilə 16500 manatımı alıb, indi vermir.
N.V:
- Pulunu vermir, get, ver məhkəməyə.
Ş.H:
- Onsuz da işi məhkəmədədir...
N.V:
- Bu imza da sənin deyil?
Ş.H:
- Xeyr, mənim imzam deyil. Mən burda olmamışam və heç bir sənədə qol çəkməmişəm.
N.V:
- Axı şəxsiyyət vəsiqənin surəti bu sənədlərin içərisindədir...
Ş.H:
- Mətanət Əkbərova mənim də, qızımın da şəxsiyyət vəsiqəsini almışdı ki, bələdiyyə yardım verəcək. O adla şəxsiyyət vəsiqələrimizi alıb, surətlərini də gətirib sizə verib, siz də saxta etibarnamə vermisiniz. Nadir müəllim, mənim nə torpağım var, nə də evim. Mən mülkiyyətçi necə ola bilərəm? Adımdan saxta etibarnamə verilən Sarvandır, kimdir, onu da tanımıram.

“Əşi, mən nə bilim eee kimin imzasıdır, araşdırıb öyrənərik kimin olduğunu...”

N.V:
- Diqqətlə baxanda, imzalar bir-birinə oxşayır axı.
Ş.H:
- Nadir müəllim, imzalar bir-birinə oxşayar eee, amma sizdəki sənədlərdə olan imza mənim deyil. Məgər siz bilmirsiniz kimindir?
N.V:
- Əşi, mən nə bilim eee kimin imzasıdır, araşdırıb öyrənərik kimin olduğunu... İndi məni bağışlayın, yas yerinə getməliyəm, tələsirəm...
***
Bu da son. Əslində son deyil. Çünki Nadir müəllim saxta olduğu iddia edilən imzaları araşdıraraq kimə məxsus olduğunu müəyyənləşdirəcək və nəticəsi barədə bizi də xəbərdar edəcək.

Mətanət Əkbərova şikayətçinin evinə niyə basqın edib?

Şəfiqə Hüseynovanın hüquqi nümayəndəsi redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, bizim araşdırmamızdan sonra Ş.Hüseynova barəsində şikayət etdiyi Buzovana qəsəbə bələdiyyəsinin işçisi Mətanət Əkbərova tərəfindən basqına məruz qalıb. Hüquqi nümayəndənin sözlərinə görə, Ş.Hüseynova xəstə qızı ilə birlikdə qorxu və vahimə içində qalıblar: “Şəfiqə Hüseynovanı həbs etdirəcəyi ilə hədələyən Mətanət Əkbərova ondan şikayətini geri götürməsini tələb edib. Övladı ilə stress, qorxu və həyəcan içində qalan Şəfiqə Hüseynova isə Mətanət Əkbərovaya prezidentinə, dövlətinə güvəndiyini və üzləşdiyi haqsızlığa qarşı mübarizəsini davam etdirəcəyini bildirib. Çarəsiz halda olan Ş.Hüseynova bütün gecəni xof içində keçirib”.
Redaksiyamızla əlaqə saxlayan Ş.Hüseynovanın sözlərinə görə, bu barədə Bakı şəhər Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
***
Məsələyə münasibət öyrənmək üçün Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinin rəis müavini Mehman Sultanovla əlaqə saxladıq. M.Sultanov məsələyə münasibət bildirərkən qeyd etdi ki, Nadir Vədətov dediyimiz qanunsuzluğa yol verə bilməz: “Özüm də bu barədə araşdırma aparıb, sizə məlumat verərəm”.
Bir müddət sonra M.Sultanov bildirdi ki, deyilənlər düz deyil: “Şikayətçi qadının orada olduğunu və sənədlərin özünün imzaladığını təsdiq edən video görüntü var. Bu barədə Nadir Vədətov özü də sizə məlumat verəcək”.
Redaksiyamızla əlaqə saxlayan 7 saylı Notariat Kontorunun rəisi Nadir Vədətov şikayətçi Şəfiqə Hüseynovanın ittihamlarının əsassız olduğunu və bu barədə onda sənəd-sübutlar və video görüntülər olduğunu bildirdi. N.Vədətov həmin sənədləri və video görüntünü redaksiyamıza təqdim edəcəyini söylədi. Xüsusi notariusun qəzetmizin əməkdaşını Mətbuat Şurası ilə hədələməsinə gəlincə, N.Vədətov “Təzadlar”ın adının Mətbuat Şurasının “qara siyahısı”nda olduğunu əsas gətirərək, açıqlama vermək istəmədiyini bildirmişdir. Biz isə Mətbuat Şurasının katibi Rəhim Hüseynovla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməsini istədik. R.Hüseynov “Təzadlar” qəzetinin Mətbuat Şurasının “qara siyahısı”nda olmadığını telefonla N.Vədətova bildirdi.
***
Qeyd etdiyimiz kimi, Ş.Hüseynova üzləşdiyi problemlə bağlı Bakı şəhər Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir.
Lakin Ş.Hüseynovanın şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ancaq Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Rövşən Cavadovun cinayət işinin başlanmasının rədd edilməsi haqqındakı qərarından şikayət edilib və Xəzər rayon prokurorluğu sözügedən qərarı ləğv edib.
Mətanət Əkbər qızı Əkbərova isə Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndinə əsasən, 31.03.2016-cı il tarixində 10/k saylı əmrlə Buzovna qəsəbə bələdiyyəsində tutduğu vergi müfəttişi vəzifəsindən azad olunub.
Buzovna qəsəbə bələdiyyəsindən Ş.Hüseynovaya göndərilən 1 aprel 2016-cı il tarixli, 186 saylı məktubda bildirilir: «Bildiririk ki, sizin 14.03.2016-cı il tarixində Buzovna bələdiyyəsinə daxil olmuş ərizənizə baxılmışdır.
Nəzərinizə çatdırmaq istəyirik ki, ərizənizdə Mətanət Əkbər qızı Əkbərova ilə bağlı qeyd etdikləriniz barəsində hüquq-mühafizə orqanlarına müvafiq qaydada məlumat verilmiş və vətəndaş Mətanət Əkbər qızı Əlbərova ilə bağlı Xəzər RPİ-nin İŞ-də cinayət işi başlanmışdır.
Qeyd etmək istəyirik ki, Mətanət Əkbər qızı Əkbərova Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndinə əsasən, 31.03.2016-cı il tarixində 10/k saylı əmrlə Buzovna bələdiyyəsində tutduğu vergi müfəttişi vəzifəsindən azad olunmuşdur».
Bir daha qeyd edirik ki, 7 saylı Notariat Kontorunun rəisi Nadir Vədətov şikayətçi Şəfiqə Hüseynovanın ittihamlarının əsassız olduğunu və bu barədə onda sənəd-sübutlar və video görüntülər olduğunu bildirmişdi. N.Vədətov həmin sənədləri və video görüntünü redaksiyamıza təqdim edəcəyini söyləsə də, o gündən bu günə qədər nə N.Vədətovdan, nə sənəd-sübutlardan, nə də video görüntüdən xəbər var. Kontor rəisinin bu vədi elə vəd olaraq qaldı…
\\tezadlar.az\\

7 saylı Notariat Kontoru niyə bağlanıb?
7 saylı Notariat Kontoru niyə bağlanıb?
7 saylı Notariat Kontoru niyə bağlanıb?
7 saylı Notariat Kontoru niyə bağlanıb?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru