Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                 

“Azərbaycanın Ermənistanla apardığı danışıqların heç bir mənası yoxdur” - deputat
Tarix: 15-09-2016, 09:20 | Çap et
“Azərbaycanın Ermənistanla apardığı danışıqların heç bir mənası yoxdur”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında referendum, Dağlıq Qarabağ və gündəmin digər ən aktual mövzuları ilə bağlı sualları cavablandırıb. Qüdrət Həsənquliyevin olduqca maraqlı açıqlamalarla zəngin müsahibəsinin birinci hissəsini təqdim edirik.

- Qüdrət bəy, ölkə üçün ciddi bir mərhələdə sizi dəvət eləmişik və biz inanırıq ki, siz çox məlumatlı bir siyasətçi kimi bizim oxucularımıza faydalı, aydınlatıcı müsahibə verəcəksiniz. Hazırda ölkə gündəmində əsas məsələ referendumdur. Referendumun mahiyyətində nə dayanır, referendum zərurəti nədən doğdu, niyə məhz indi? Referendum sonrası dəyişimlər və seçkilər olacaqmı?

- Əlbəttə, qiymətləndirmələr çox müxtəlifdir. Referendum təyin olunandan dərhal sonra mən öz mülahizələrimi ictimaiyyətlə bölüşmüşdüm. Hətta iqtidardan da bu referendumla bağlı hələ açıqlama verilməmişdi, mən fikirlərimi cəmiyyətə çatdırdım. Ölkədəki və regiondakı ictimai-siyasi vəziyyəti təhlil eləyərək özüm üçün belə qənaətə gəldim ki, hazırda bu referendumu şərtləndirən iki əsas faktor var. Bunlardan birincisi ondan ibarətdir ki, Azərbaycan hazırda çox qanlı proseslərin baş verdiyi və baş vermə ehtimalının güclü olduğu bir regionda yerləşir.

Ona görə də ölkədə davamlı sabitliyi qoruyub saxlamaq üçün hakimiyyətin daha da mərkəzləşməsinə, prezidentlik institutunun daha da gücləndirilməsinə ehtiyac olduğu qənaətinə gəlib iqtidar. İkinci mühüm məsələ isə ondan ibarətdir ki, prezident də dəfələrlə bəyan edib ki, Azərbaycan növbəti 25 il mənasız danışıqlarda iştirak eləməyəcək, Qarabağ məsələsi ilə bağlı konkret nəticələr olmalıdır.

Ya Ermənistan güzəştə getməlidir, ya da Azərbaycan ordusu öz torpaqlarını azad eləməlidir. Müharibə vəziyyətində isə yenə də Azərbaycanda güclü prezidentlik institutuna ehtiyac yaranır. Bu iki faktor referenduma gedilməsini şərtləndirdi...

- Axı hakimiyyət onsuz da çox güclü görünür...

- Hakimiyyət bu addımı atırsa, deməli, hiss eləyib ki, indikindən də güclü olmağa ehtiyac var. Ölkədə davamlı sabitliyi təmin etmədən heç bir ciddi islahatlardan da söhbət gedə bilməz. Çünki hər hansı bir radikal islahat dərhal hakimiyyətin zəifliyi kimi qəbul olunacaq və hakimiyyətdən daha yeni-yeni addımların atılması tələb olunacaq.

Bu da sonda ölkədə xaosa, qarşıdurmalara gətirib çıxaracaq. Azərbaycan yaxın keçmişində bunu yaşayıb. Ona görə də, görünür, hakimiyyət bu qərara gəlib ki, həm islahatları dərinləşdirmək, Azərbaycanı regionda baş verən qanlı hadisələrdən qorumaq, həm də Dağlıq Qarabağ məsələsində radikal addımlar atmaq üçün prezidentlik institutunu gücləndirməyə ehtiyac var.

- Sabitliyə təhlükə və təhdidmi var? Azərbaycanı qarışdırmaq istəyən güclər varmı ki, buna ehtiyac yaranır?

- Əlbəttə var. 2013-cü il prezident seçkilərində biz gördük ki, ölkəni qarışdırmaq istəyənlər var. Seçkidən öncə Rüstəm İbrahimbəyov Azərbaycana göndərildi və burada bir Ziyalılar Hərəkatı formalaşdırıldı və ardınca bütün siyasi qüvvələr Rüstəm İbrahimbəyovun ətrafında səfərbər edildi, Milli Şura yaradıldı. Amma o variant Azərbaycanda keçərli olmadı...

- Niyə olmadı?

- Əvvəla, hakimiyyətin özü çox qətiyyətli mövqe sərgilədi. İkincisi, elə siz və mən özüm də başda olmaqla, bir çox siyasətçilər, ictimai xadimlər Azərbaycanı gözləyəcək təhlükələr barədə ictimaiyyəti məlumatlandırdıq...

- Yəni yad model olduğu üçün tutmadı?

- Bəli.

- Amma ölkə adı çəkmirsiz, kimin modeli idi?

- Hər kəsə bəllidir ki, bu, Rusiyanın layihəsi idi. Baxmayaraq ki, məsələn, mən hər zaman söyləmişəm ki, Dağlıq Qarabağ probleminin həlli üçün Rusiya ilə yaxından əməkdaşlıq eləməliyik, Rusiyanın Azərbaycanda mövcud maraqlarını da təmin edə bilərik, amma o maraqlar ki, Azərbaycanın suverenliyini təhdid etməsin. Hər zaman söyləmişəm ki, sərhədlərin birgə qorunması istisna olmaq şərtilə, biz Rusiyanın vaxtilə Qəbələdə olduğu kimi, bir hərbi bazasının da Azərbaycanda yaradılmasına razı ola bilərik...

- Çox riskli deyilmi?

- Qəbələdə var idi, nə dərəcədə risk təşkil edirdi? Tutaq ki, biz neft-qaz layihələri istiqamətində Rusiya ilə razılaşdırılmış siyasət yürüdə bilərik. Rusiyanın marağını təmin etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola bilərik. 1994-1999-cu illərdə üzv olmuşuq. Avrasiya İttifaqına üzv ola bilərik. Mən bütün bunların hamısını Dağlıq Qarabağ üzərində suverenliyin bərpa olunacağı və Qarabağ münaqişəsinin qansız həlli naminə Azərbaycanın gedə biləcəyi addımlar sayıram.

Bu, mənim şəxsi mövqeyimdir. İqtidar bu məsələlərlə bağlı hələlik konkret bir fikir söyləmir. Yalnız bir dəfə Elmar Məmmədyarov söyləmişdi ki, əgər Dağlıq Qarabağ məsələsində Rusiya tərəfindən hansısa real addımlar atılsa, Azərbaycan Avrasiya İttifaqına üzvlük məsələsini müzakirə edə bilər. Biz hamımız bilirik ki, Qarabağ münaqişəsinin arxasında Rusiya dayanır. Azərbaycanın Ermənistanla apardığı danışıqların heç bir mənası yoxdur. Rusiyanın icazəsi olmadan Ermənistan Azərbaycanla heç bir razılığa gələ bilməz. Ermənistanda heç bir hakimiyyət bunu edə bilməz. Vaxtilə Karen Dəmirçyanın parlamentdə publik, tv-lərdə canlı yayım getdiyi halda güllələnməsi səhnəsi hər kəsin yadındadır. Rusiya ilə razılaşmadan Azərbaycanla razılaşmaya getmək istəyən istənilən ermənini Dəmirçyanın, ən yaxşı halda isə Levon Ter-Petrosyanın taleyi gözləyəcək. Ona görə də danışıqları Rusiya ilə aparmaq lazımdır...

- Rusiya ilə bu cür, məxfi xarakterli danışıqlar gedirmi?

- Mən məlumatsızam. Amma düşünürəm yəqin hansısa danışıqlar var. Hər zaman da hökumətdən istədiyim və tələbim budur ki, Azərbaycan ictimaiyyəti də bu danışıqlar barədə məlumatlandırılmalıdır. Hamı bilir ki, Rusiya ortadan çəkiləcəyi təqdirdə Azərbaycana qısa bir zaman lazımdır ki, Qarabağ münaqişəsini beynəlxalq hüquq əsasında həll eləsin. Əgər Ermənistan dəqiq bilsə ki, Rusiya onu müdafiə eləməyəcək, inanın ki, heç Azərbaycan ordusunun da genişmiqyaslı hərəkətə gətirilməsinə ehtiyac qalmayacaq, problem həllini tapacaq. Bunun üçün də Rusiya ilə danışıb anlaşmaq lazımdır. 11 ildən artıqdır mən NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Çox müxtəlif ölkələrdən müxtəlif parlamentarilərlə Qarabağ münaqişəsi ilə bağlı söhbətlərimiz olub. Bir dəfə qardaş ölkənin müdafiə naziri qoluma girib söylədi ki, Qarabağ problemini çözmək istəyirsinizsə, nə bizdən, nə də NATO-dan yardım gözləməyin, gedin Rusiya ilə danışın, anlaşın. Bu reallığı o da görürdü.

- Rusiya ilə anlaşma şansı varmı?

- Bəli, var. Türkiyə ilə Azərbaycan kimi eyni xalqın dövlətləri olan dövlətlər istisna olmaqla, digər dövlətlər öz maraqları naminə uzun illər müttəfiqlik etdiyi dövlətlərin maraqları əleyhinə gedə bilirlər. Rus ayrı millətdir, erməni ayrı millətdir və Rusiyanın özünün maraqları var. Rusiyanın maraqları onu tələb edir ki, Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanla yaxın olsun. Azərbaycan Rusiya ilə hansısa formada razılığa gələ bilər. Rusiya razılığa gəlmirsə də bu barədə xalq məlumatlandırılmalıdır və Azərbaycan hərbi yolla torpaqlarını azad eləməlidir, nə qədər qan-qada ilə başa gəlsə belə, bunu etməlidir.

- Qarabağ mövzusunu bir daha müzakirəyə çıxaracağıq. Qayıdaq referendum mövzusuna. Siz Rusiyanın projesi olmuş Milli Şura layihəsindən danışdınız və dediniz ki, Azərbaycan o mərhələni adlatdı... Amma Milli Şura hələ də siyasi səhnədədir və referenduma qarşı mitinqi də o keçirdi. Bunun anlamı nədir? Keçirilən mitinq demokratiyanın bir elementidir, yoxsa Azərbaycanı referendum sonrası gözləyəcək proseslərin anonsudur?

- Sonuncu suala cavab olaraq deyim ki, bu, asılı olacaq iqtidarın baş verənlərə necə yanaşmasından. İndiki mərhələdə isə bu mitinq əslində iqtidarın maraqlarına tam uyğundur. Azərbaycana qarşı demokratiya, insan haqları, sərbəst toplaşma azadlığı ilə bağlı böyük hücumlar var. Bu mitinqə razılıq verilməsi, mitinqin dinc keçməsi, heç bir qarşıdurmanın olmaması onu nümayiş etdirir ki, Azərbaycanda hətta ölkənin birinci şəxsini hədəfə alan etiraz aksiyaları keçirilir, buna şərait yaradılır. Beləliklə, Milli Şura əslində 11 sentyabrda hakimiyyətin əlinə oynadı. Çünki bu aksiya iqtidara çox lazım idi...

- Mitinqdən sonra onlar tərəfdə eyforik durum var...

- Ola bilər. Ona görə ki, o düşərgənin lideri Əli Kərimlinin qiymətləndirmələri həmişə yanlış olub. Mən bir epizodu xatırlayıram. Bir dəfə rəhmətlik Əbülfəz Elçibəy, mən və Əli Kərimli Kələkidə Xumar xalagilin evində söhbət edirdik. Əli Kərimli ilə rəhmətlik Əbülfəz bəyin söhbəti alınmadı. Bu zaman Əbülfəz bəy əsəbiləşdi və siqaret yandırmaq istədi. Əbülfəz bəyin əlləri əsəbdən əsməyə başladı. Gördü ki, Əli onun əsən əllərinə baxır, siqareti yandırmadı, qaytardı qutusuna qoydu, ayağa qalxdı və dedi ki, Əli sən artıq mənim üçün dözülməz olmusan. Bunu deyib çıxdı balkona.

Mən Əliyə dedim ki, sən Bəylə bu cür danışmaqda düz eləmirsən. Əli mənə cavab qaytarmadı; çıxdım Əbülfəz bəyin yanına. Dedim, Bəy, Əli gəncdir, çox da ciddi fikir verməyin. Əbülfəz bəy dedi ki, sən Əli ilə yaxınsan, tələbə yoldaşı olmusan, elə bilmə ki, indi Əli barədə deyəcəyimi onunla sözümüz düz gəlmədiyi üçün deyirəm. Əbülfəz bəy dedi ki, insan var anadangəlmə istedadlıdır, insan var oxuyub zəhmətə qatlaşıb savadlıdır, zəhmətkeşdir, amma bir keyfiyyət var ki, insana yaşla gəlir: o da müdriklikdir. Qorxuram bu Əlinin 70 yaşı olsa da, heç vaxt müdrik olmayacaq, uşaq olaraq qalacaq...

- Əsəbi vəziyyətdə deyib, hər halda.

- Amma zaman Əbülfəz bəyin haqlı olduğunu sübut elədi. İndi də hesab edirəm ki, onlar mitinqdən sonra yanlış olaraq eyforiyaya qatılıblar...

- Bəlkə heç özləri də mitinqə bir o qədər adam gələcəyini gözləmirmişlər. Hər halda, 6-7 min adam var idi. Bəlkə də az gözləyirmişlər...

- Əli Kərimlidən zaman-zaman bu iqtidar özü üçün məharətlə istifadə edib. Bu mitinq də iqtidara lazım olan bir mitinq idi. Əli Kərimlidən zaman-zaman Qərb də yararlanıb və yəqin ki, yararlanmaqda davam edəcək. Biz Əli Kərimlinin İrana, Rusiyaya göndərdiyi və indi onun qızğın təbliğatçısı kimi çıxış eləyən adamları da yaxşı tanıyırıq. Dünən Zərdüşt Əlizadənin bir açıqlamasını oxudum. Zərdüşt Əlizadə deyir ki, həmin o düşərgə hakimiyyət üçün şeytanla da əməkdaşlıq etməyə hazırdır. Hesab edirəm ki, 11 sentyabr mitinqində kütləviliyi təmin eləyən əsasən inanclı insanlar idi. Daha çox Nardarandan gələnlər, Tale Bağırzadəyə yaxın adamlar idi. Bu, açıq-aydın görünürdü. Əli Kərimli mitinqdə təsadüfən deməyib ki, indiki iqtidar hicabı qadağan edib, biz hakimiyyətə gəlib hicaba azadlıq verəcəyik. Yəni Əli Kərimli də auditoriyanın əsasən hansı auditoriya olmasının fərqində olub. Amma bu, o demək deyil ki, ora toplaşanların hamısı dindarlar idi. Mitinqdə iş yeri bağlanan, sosial problemi olan insanlar da var idi. Hər halda, mən düşünürəm ki, mitinqə icazə verilməsi çox düzgün qərar idi. Azərbaycanda konstitusiya var və hər kəsin sərbəst toplaşmaq azadlığı mövcuddur. Düşünürəm ki, proseslərin sonrakı gedişi asılı olacaq iqtidarın nə dərəcədə müdrik davranışından. Hakimiyyət baş verənləri təhlil etməli və xalqa nələr baş verdiyini çatdırmalıdır...

- Edə bilirlərmi? Hakimiyyət referendum təşviqatını, təqdimatını yetərli apara bilirmi, iddialara, suallara cavab verə bilirmi?

- İqtidarın tərkibində çox müxtəlif insanlar referendumun əsaslandırılması ilə bağlı öz mülahizələrini ictimaiyyətlə bölüşürlər. Bunların içərisində uğurlu olanı da, uğursuzları da var. Mən hakim Yeni Azərbaycan Partiyasının rəsmi açıqlamasının şahidi olmamışam.

- Əli Kərimli və o çevrə iddia edir ki, hakimiyyətdən və referendumdan narazıların sayı təxminən 90 faizdir. Bu baxımdan, 11 sentyabrda keçirilən mitinqdə say sizə nə dedi?

- O sorğu harada keçirilib ki, bu nəticəyə gəliblər? Azərbaycanın bütün rayonlarından o mitinqə tərəfdarlar səfərbər olunmuşdu. Şəxsən tanıdığım adamlar var idi. Hələ bunları qoyuram kənara. 3 milyonluq bir şəhərdə hətta onların dediyi sayda -10 min adam iştirak edibsə belə, bu kiçik rəqəmdir...

- Niyə bu qədərdir?

- Bizim insanlarımız çox şeyə önəm verir. Birincisi, mitinqi kimin çağırmasının böyük önəmi var. Nəinki Azərbaycan xalqı, heç xarici missiyalar da Əli Kərimliyə inanmırlar. Onlar bilirlər ki, bu adam zaman-zaman ən müxtəlif cinahların oyunlarında yer alıb, ən etibarlı adamını İrana xüsusi missiya ilə göndərib...

- Siz bu İran iddiasında ciddisinizmi?

- Məgər sizin məlumatınız yoxdur, Namiq Abbasovun milli təhlükəsizlik naziri işlədiyi vaxt baş verən hadisədən? Mən həmin şəxsin adını çəkmək istəmirəm. Amma səfərindən öncə həmin adamla mən şəxsən söhbət eləmişdim. Demişdim ki, yəqin sən İrana xüsusi missiya ilə gedirsən, çünki ola bilməz ki, İrana qarşı yazılar yazan adam birdən-birə durub desin gedirəm İrana gəzməyə. Mən ondan heç bir ciddi arqument eşitmədim. Dedim siz oraya gedirsiniz ki, dərhal İran xüsusi xidmət orqanlarının diqqətinə düşəsiniz və orada onlarla əməkdaşlıq qurasınız. Cavab verə bilmədi. Sonra da həmin adam Rusiyaya səfər etdi və Rusiya müdafiə sənayesi kompleksinin bir generalı ilə görüşdü və üstü açıldı... Bunları Qərbdə də çox gözəl bilirlər. Qərbdə də bilirlər ki, Zərdüşt Əlizadənin sözü olmasın, bunlar hakimiyyət naminə şeytanla da əməkdaşlığa hazırdırlar...

- Amma Müsavat Partiyası ilə əməkdaşlığa getmirlər. Müsavat onlarla əməkdaşlığa təşəbbüs göstərdi, mitinqə adamlarını göndərdi, normal qarşılıq verilmədi. Hər dəfə olduğu kimi, yenə də iki böyük təşkilatın birliyinin yaranmaq şansını Əli Kərimi vurub dağıtdı. Sizcə, bunun kökündə nə dayanır?

- ...
(davamı gələn sayımızda)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru