
Bolqarıstanda yaşayan və proqnozları ilə ölümündən sonra belə danışılmağa davam edən Vanqanın 2018-ci il üçün təxminləri beynəlxalq mətbuatın gündəminə gəlib.
İngiltərənin çox satılan qəzetlərindən The Sun, Vanqanın qarşıdan gələn it ili üçün iki önəmli proqnoz verdiyini qeyd edib.
Balkanların Nostradamusunun 2018-ci il üçün proqnozları isə xeyli təəccüblü və reallaşma ehtimalı yüksəkdir.
Vanqanın 2018 üçün ilk proqnozu Çin ilə əlaqədardır. O, Çinin ABŞ-ı keçərək Dünyanın “Yeni super gücü” olacağını iddia edib.
Onun ikinci proqnozu isə kosmosla bağlı olub. Ekspertlərə görə Vanqa 2018-ci ildə Venera ilə bağlı bir hadisə baş verəcəyini bildirib. Venerada yeni bir enerji növünün kəşf ediləcəyini nəzərdə tutan Vanqanın bu proqnozunun də gerçəkləşmə ehtimalı var.
The Sun-da yer alan xəbərə görə, günəş ətrafındakı maqnetik sahənin strukturunu araşdırmağı qarşısına məqsəd qoyan mütəxəssislər burada yeni bir kəşf etməyi ümid edirlər.
