Goranboyun icra başçısı da BELƏ YEYİR... - BU DA FAKT!!!
Tarix: 25-04-2022, 11:02 | Çap et
İcra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Və bu proses bir-iki ildən bir təkrarlanıb.
Təxminən 11 il bundan öncə - 27 dekabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” sərəncam imzalanıb. Həmin Sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Belə bir qərarın qəbul edilməsində başlıca məqsəd ölkədəki bağçaların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək olub. DİA.AZ olaraq mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:
Goranboydakı uşaq bağçalarının ümumi vəziyyəti
Amma çox təəssüf ki, bu Sərəncamından irəli gələn tapşırıq və vəzifələr bəzi rayonlarda tam icra olunmayıb. Belə rayonlardan biri də Goranboydur. Bunu isbat etmək üçün adi qaydada icra hakimiyyətinin elektron ünvanına sorğu göndərdik, rayondakı uşaq bağçalarının ümumi vəziyyətini onlardan öyrənmək istədik. Sorğumuza cavab olaraq bildirildi ki, Goranboy rayonunda 32 uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 21 Körpələr evi-uşaq bağçası inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin balansında olan binalarda yerləşir. Goranboy şəhər 2 saylı, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə 1 saylı, Səfikürd, Borsunlu, Tap Qaraqoyunlu, Tap, Muzdurlar, Qarqucaq, Nizami və Todan kənd Körpələr evi-uşaq bağçalarının inzibati binası qəzalı vəziyyətdə olduğu üçün başqa binalarda yerləşdirilib. Bu uşaq bağçaları üçün yeni binaların tikintisinə ehtiyacı var. İcra hakimiyyətindən o da bildirildi ki, Kələk, Xınalı və Şəfəq kənd Körpələr evi uşaq bağçaları son illərdə tikilib. İndiyə qədər Goranboy şəhər 1 və 3 saylı, Qızılhacılı qəsəbə 3 saylı, Balakürd, Xoylu, Sarov, Qaradağlı və Boluslu kənd Körpələr evi-uşaq bağçaları dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilib. Bununla yanaşı, Qızılhacılı qəsəbə 2 və 3 saylı, Zeyvə və Şəfəq kənd Körpələr evi-uşaq bağçalarının təmir olunması üçün işlər aparılır. Qazanbulaq qəsəbə, Fəxralı, Xan Qərvənd, Veyisli, Qaraçinar, Hazırəhmədli, Tatarlı və Düzqışlaq kənd Körpələr evi-uşaq bağçalarının isə təmirə ehtiyacı var.
Üzü bəzək, içi təzək
İlk baxışda icra hakimiyyətinin sorğumuza verdiyi cavabda qeyri-adi heç nə yoxdur. Amma Qaradağlı kəndindəki uşaq bağçasının real vəziyyəti məsələyə fərqli yanaşmanı tələb edir. Belə ki, icra hakimiyyətinin verdiyi məlumatda Goranboy rayonun Qaradağlı kəndindəki 90 yerlik uşaq bağçası dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilənlər sırasında yer alır. Lakin kənd sakinləri deyirlər ki, Qaradağlıdakı uşaq bağçasında heç vaxt əsaslı təmir işi aparılmayıb. Kəndin düz girəcəyində yerləşən və 1985-ci ildə istifadəyə verilən uşaq bağçasının ikimərtəbəli inzibati binası tamamilə yararsız haldadır. 2013-cü ilin may ayında təhsil müəssisəsinin əsaslı təmir olunacağı xəbəri yayılsa da, icra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Və bu proses bir-iki ildən bir təkrarlanıb, adına da “əsaslı təmir” deyilib.
Acınacaqlı durum
İcra hakimiyyətinin məlumatı ilə reallıq arasındakı fərq ortadadır. Bəs bu cür şəraitsiz uşaq bağçaları körpələrin təlim-tərbiyəsinə necə təsir edir? Bununla bağlı qəzetimizə açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, ümumən ölkədə məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət qənaətbəxş deyil. Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin balansına verildikdən sonra bağçalarda vəziyyət kifayət qədər acınacaqlı duruma düşüb: “Bağçaların böyük əksəriyyəti özəlləşdirilib, əraziləri iş adamlarına satılıb. Düzdür, Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif rayonlarda yeni uşaq bağçaları tikilib. Lakin Azərbaycan əhalisinin sayı hər il artdığından, sadəcə Fondun bu istiqamətdəki layihələri yetərli deyil, ölkəmizdə daha çox məktəbəqədər təhsil müəssisələrinə ehtiyac var. Uşaq bağçasına getməli olan xeyli sayda balacalarımız var. Onların heç də hamısı təhsilə cəlb oluna bilmirlər. Təhsil nazirliyi mövcud boşluğu doldurmaq üçün bu istiqamətdə bir layihə həyata keçirib. İcma əsaslı siniflər, məktəblər təşkil olunub”.
Məktəbəqədər təhsildə çətinliklər
Təhsil eksperti deyib ki, yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməsi, təmirə ehtiyacı olanların əsaslı təmir edilməsi lazımdır: “Əvvəllər tikilmiş, istismar müddətini başa vurmuş uşaq bağçalarının ümumi vəziyyəti müasir dövrlə ayaqlaşmır, infrastruktur baxımdan tələblərə cavab vermir. Bu, uşaqların təlim-tərbiyə prosesində xeyli çətinliklər yaradır. Məktəbəqədər təhsil müəssisələrinin təmir olunması, maddi texniki bazasının güclənməsi, yeni bağçaların tikintisi bilavasitə uşaqların təlim-tərbiyə prosesinə müsbət təsir göstərən faktorlardan biridir. Çünki bağçalarda uşaqların ilkin bilikləri formalaşır, onlara vətənpərvərlik aşılanır. Körpələr, eyni zamanda sosiallaşır ki, bu da gələcəkdə onların məktəbə adaptasiyası baxımından mühüm amildir”.
Xatırladaq ki, Prezident İlham Əliyevin 20 dekabr 2021 tarixdə imzaladığı sərəncamla dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması üçün yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu həkimləri hansı cəza gözləyir? – Nazirlik hərəkətə keçdi
Bu gün, 19:09 |
|
|
|
• ATƏT-in Azərbaycanla əlaqələrində yeni mərhələ başlaya bilər, lakin... - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Fransa səfirinin “fransızlığı”: - “Makrona xoş gəlmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində yer alıb
Bu gün, 18:35 |
|
|
|
• Ermənistan-Türkiyə sərhədində görüş – Tərəflər nəyi müzakirə ediblər...
Bu gün, 18:15 |
|
|
|
• Deputatlar buna görə TOPLAŞIR - SİYAHI
Bu gün, 18:13 |
|
|
|
• Suriyalılar geri qayıdır? – “Türkiyə nə istəsə, o da olacaq”
Bu gün, 18:08 |
|
|
|
• Ağdaş sakini: Son ümidimiz Mehriban Əliyevadır... - MÜRACİƏT
Bu gün, 18:05 |
|
|
|
• Ermənistan MSK Avropaya inteqrasiya ilə bağlı toplanmış imzaları etibarlı sayıb
Bu gün, 18:00 |
|
|
|
• “PAŞA Bank”da yeni təyinat - ƏMR
Bu gün, 17:59 |
|
|
|
• "Azərkontrakt"ın daha bir törəmə şirkəti ləğv olunur
Bu gün, 17:56 |
|
|
|
• Bakı ilə Ankara arasında SURİYA DANIŞIQLARI... - Prezidentlər TELEFONDA GÖRÜŞDÜ
Bu gün, 17:52 |
|
|
|
• “Dənizkənarı Milli Park” ləğv olunur
Bu gün, 17:50 |
|
|
|
• "Sosial mediada isə elə təqdim edirlər ki..." - "Azər Qasımlı İŞİ" ilə bağlı qarşı tərəf DANIŞDI
Bu gün, 17:44 |
|
|
|
• Yaponiyalı iş adamının Azərbaycandakı tütün şirkəti niyə cərimələnib? - TƏFƏRRÜAT
Bu gün, 17:38 |
|
|
|
• Ermənistan mütləq şəkildə öz konstitusiyasında dəyişiklik etməlidir - Bakının prinsipial şərtləri...
Bu gün, 17:36 |
|
|
|
• Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...” – Şok təfərrüat
Bu gün, 17:31 |
|
|
|
• “Nobel” mükafatı laureatlara təqdim edilib
Bu gün, 17:29 |
|
|
|
• Fransa ordusu Çaddan geri çəkilməyə başlayıb - "Reuters"
Bu gün, 17:14 |
|
|
|
• “Əsəd rejiminin devrilməsindən Suriya xalqı və Türkiyə qazanclı çıxdı, İran və Rusiya isə itirmiş oldu” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 17:10 |
|
|
|
• Bəşər Əsədə Rusiya vətəndaşlığı verilməsi təklif edildi - KİV
Bu gün, 17:01 |
|
|
|
• “Zəngəzur dəhlizinə razılıq BU TARİXDƏ verilib” - İDDİA
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə Dəməşqdə səfirliyin açılması istiqamətində işə başlayıb - “Star”
Bu gün, 16:56 |
|
|
|
• "İnsan haqqdan doğan bir nur parçasıdır..." - NHMT sədri
Bu gün, 16:49 |
|
|
|
• Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən qanunsuzluqların qarşısı nə vaxt alınacaq? – Zaur Mikayılova sual olunur
Bu gün, 16:44 |
|
|
|
• “417 min manatı mənimsəyib” - Vəzifəli şəxslərin adı keçən cinayət işi
Bu gün, 16:27 |
|
|
|
• "Suriyadakı mövqelərini tərk edən Rusiya, növbəti mərhələdə Ermənistanı və Ukraynanı da itirəcək"
Bu gün, 16:22 |
|
|
|
• Başım partladı, damarımı düz tikmədilər – Xalq artisti
Bu gün, 16:12 |
|
|
|
• İsrail haqlıdır, amma... - ŞƏRH
Bu gün, 16:08 |
|
|
|
• Türkiyə danışıqlara GÜCLÜ ƏLLƏ gedir... - GƏLİŞMƏ
Bu gün, 16:04 |
|
|
|
• Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:00 |
|
|
|
• “İran Ermənistana kömək etməyəcək”
Bu gün, 15:57 |
|
|
|
• Aİ Gürcüstana qarşı yeni tədbirləri nəzərdən keçirəcək
Bu gün, 15:57 |
|
|
|
• Mask “İlin adamı” olmaq istəmir
Bu gün, 15:29 |
|
|
|
• Polkovnik Mirzə Cəlilovun məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Yolu, şagirdi olmayan, təhlükəli məktəbi kim qoruyur? - Dövlət qurumları aciz qalıb...
Bu gün, 15:25 |
|
|
|
• Bu... Türkiyənin təbii haqqıdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:20 |
|
|
|
• Əziz Orucovun məhkəməsi başlayır
Bu gün, 15:16 |
|
|
|
• "Gül kimi ASAN-ı, DOST-u hörmətsiz edirsiniz..." - ETİRAZ VAR...
Bu gün, 15:15 |
|
|
|
• Gürcülər NƏ EDİRSƏ... - BİZƏ DƏ DƏXLİ VAR...
Bu gün, 15:07 |
|
|
|
• Suriyalılar TƏDBİRLİ İMİŞ... - BELƏ ÇIXIR...
Bu gün, 15:04 |
|
|
|
• Lukaşenko BƏYAN ELƏDİ: Belarusun nüvə silahı var - BELTA
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan yarımçıq sülhə nail olmağa can atır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 14:10 |
|
|
|
• BMT-nin yeni Baş katibi yaxından tanıdığımız şəxs olacaq? - FOTO
Bu gün, 14:02 |
|
|
|
• Mağazaların saxta kampaniyaları: endirimdə yararsız mallar... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• NATO-nun maliyyələşməsinin bütün gücü ABŞ-nin üzərinə düşməməlidir - Bunu Tramp hər zaman deyib...
Bu gün, 13:58 |
|
|
|
• Əsədin qayınatası ilə qayınanası da Moskvadadır? - KİV
Bu gün, 13:37 |
|
|
|
• Bəşər Əsədin əmisi oğlunu asdılar - HƏSSAS VİDEO
Bu gün, 13:09 |
|
|
|
• Memarlıq və İnşaat Universitetinin liftləri niyə tez-tez DAYANIR? - GİLEY
Bu gün, 13:03 |
|
|
|
• Axşam saatlarına Tiflisdə şəhərə çıxış QADAĞAN OLUNUR - “Mtavari arxi”
Bu gün, 12:59 |
|
|
|
|