Tramp prezident seçilərsə… .....                     Nexus ASEAN-nı gücləndirəcək .....                     “İbrahim anlaşması”nın TƏHLÜKƏSİ .....                     "Belə çıxır ki, biz heyvanıq, əlacsızlıqdan yaşayırıq..." .....                     Seçiciləriniz sizi tanımır, yoldaş Qafarov!!! .....                     Ehtiram Hüseynov buzlu su ilə sağalır .....                     Təbrizin "Traktor" klubu Emrelini transfer etmək istəyir .....                     Rəşad Nəbiyevin uğursuz taksi islahatı... .....                     "Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər" .....                     Təxribat üçün niyə yenə Tovuz seçildi? .....                     Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək? .....                     Arazdəyən kəndi ilə bağlı xəbər .....                     “25 min avro Qənimətə çatacaq, 10 min manat isə...” .....                     Vaşinqton təmsilçiləri “davamlı və ləyaqətli sülh” ifadəsi ilə nəyi demək istəyirlər? .....                     İrəvanda Nizaminin gizlədilən türkcə əsərləri var... .....                     "Payızda yeni müharibə başlayır, Ermənistan Zəngəzuru itirir" .....                     Zəfər Qurbanovu DURDURAN OLACAQMI? .....                     “Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı .....                     “Əhali məhsulun bahalaşmasını payızda hiss edəcək” .....                     Müdafiə Nazirliyi ÜSTÜÖRTÜLÜ DANIŞMADI... NET DEDİ... .....                     Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb .....                     “YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” .....                     "Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir... .....                     Ölkədaxili, regional və qlobal şərtlər dəyişir, amma... .....                     Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir .....                     Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb .....                     Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? .....                     Naftalanı yarıtmışdı ki... .....                     3 uşaq anası FƏRYAD EDİR... .....                     Avropa Azərbaycanla milyardlıq layihələrin izində .....                     SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır .....                     Göyçayın başçısı nə dərd dinləyir, nə də ki... .....                     “Bizim yüksəlişimizin Trampla əlaqəsi yoxdur” .....                     Çox pul qazansınlar deyə... QİYMƏTİ QALDIRIRLAR! .....                     Ağcabədi sakini ACINACAQLI DURUMDA... .....                     ƏDV ödənişi ilə bağlı açılan saxta saytlar vətəndaşın cibini "deşir" .....                     Bu məmurlar İSTEFA VERƏCƏK .....                     İrəvanı “dizə gətirmək” üçün... .....                     Paşinyan Bakıya “səfəri”ndən şou düzəldir .....                     Polad Bülbüloğlunu KİM ƏVƏZ EDƏCƏK? .....                 

VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN! - HƏQİQƏTƏN DƏ...
Tarix: 8-12-2022, 10:52 | Çap et
VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN!
Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV, APA) Xocalıya keçməsinə, ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədiblər. Azərbaycanlı jurnalistlər doğma ərazilərimizə buraxılmayıb. Nəticədə jurnalistlərlə sülhməramlılar arasında mübahisə yaşanıb. Jurnalistlər onlara nə qədər izah etməyə çalışsalar da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər həmkarlarımızı Xocalıya buraxmaq istəməyib.

Məsələ burasındadır ki, Azərbaycanın mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonuna yola düşüb. Lakin Rusiya sülhməramlıları nümayəndələri müşayiət edən jurnalistlərimizi buraxmayıblar. Rusların bu hərəkəti ölkə ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanıb və sərt şəkildə qınanılıb. Xüsusən, mətbuat nümayəndələri və ekspertlər sosial şəbəkədə öz mövqelərini paylaşaraq jurnalistlərə dəstək ifadə ediblər.

"Cümhuriyət" qəzeti və "cebhe.info" xəbər portalının rəhbəri Rəfael Becanov deyib ki, İctimai Televiziyanın jurnalist qrupunun Xocalıya buraxılmaması ərazi bütünlüyümüzə qarşı qəsddir. Onun sözlərinə görə, jurnalist kifayət qədər intellektual, hüquqi formada izah və bir az da riskli formada hərəkət edib:

"Amma onlar başa düşmək istəmədilər, inadlarından dönmədilər. Bir azərbaycanlının vətəndaşlıq, bir jurnalistin informasiya əldə etmək və yaymaq hüququnu pozdular. Sülhməramlılar İTV-nin jurnalistini oraya buraxmamağa yox, onun təhlükəsizliyini təmin etməyə borclu idi. Bizim ölkəmizdə hara və necə getmək hüququmuz konstitusiya ilə təsbit olunur. Hətta günü sabah gedib Xocalıda, Xankəndidə yaşaya da bilərik. Rus sülhməramlıları bizim orada təhlükəsizliyimizi təmin etməyə, hər hansı hücuma məruz qalmamağımıza cavabdehdir. Amma əksini yaşayırıq. Heç qonaq, jurnalist, turist kimi belə bizi oraya buraxmırlar. İrandan gələn təxribatçılar isə Xankəndiyə gedirlər. Onlara qanunsuz erməni hərbi birləşmələrinə təlim keçmək üçün şərait yaradılır. O birləşmələr ki, 10 noyabr bəyanatına görə, sülhməramlılar əraziyə gəldikdə ilk işləri onları tərksilah etmək olmalıydı. İndi bunlar sülhmərmalıdırlarmı?".

Baş redaktor vurğulayıb ki, ilk gündən deyirik ki, sülhməramlılar özlərini təyinatlarına görə yox, Xankəndi və ətrafında Rusiyanın zorla yerləşdirdiyi ermənilərin qəyyumu, himayəçisi kimi aparırlar:

"44 günlük müharibə zamanı nəinki ətrafda, heç Xankəndidə belə erməni yox idi. Qorxularından qaçıb getmişdilər, zorla qaytardılar. İndi də onların himayəçisi, təminatçısı rolundadırlar. Faktdır ki, rus sülhməramlıları ermənilərdən daha çox təxribat törədirlər. Azərbaycan Ordusunun Azərbaycan-Ermənistan sərhədindən kənarda dislokasiya olduğu əraziləri də atəşə tutmaqda qanunsuz erməni hərbi birləşmələrinə onlar dəstək verir. Bu gün baş verən kuliminasiyadır. Sülhməramlılar sülh yaratmaq deyil, ermənilərin maraqlarının təminatçısı funksiyasındadırlar. Real vəziyyət odur ki, sülhməramlılar öz işlərini görmür".

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan jurnalistlərini Azərbaycan torpağında əngəlləməsi artıq yeni bir yanaşma zərurətini ortaya çıxarıb:

"Bundan sonrakı mərhələdə bu məsələ masada müzakirə edilməli, sülhməramlılara şərt qoyulmalı və yalnız indi deyil, istənilən vaxt jurnalistlərimizin onların müvəqqəti nəzarəti altında olan torpaqlara getməsi üçün şərait yaradılmalıdır. Birmənalı olaraq bəllidir ki, Xankəndi başda olmaqla o torpaqlar Azərbaycanındır. Belə olan halda Azərbaycan media təmsilçilərinin ölkənin başqa ərazilərində olduğu kimi o yerlərdə də sərbəst hərəkəti təmin edilməlidir. Əlbəttə, risklər nəzərə alınmaqla bu işi sülhməramlılarla koordinasiya etmək şərti ilə. Necə olur ki, xarici ölkə vətəndaşları – Ermənistan əhalisi Qarabağın rusların nəzarətindəki kəsiminə rahat gəlib-gedə bilir, biz Azərbaycan vətəndaşları bunu edə bilmərik? Məntiq hardadır burda? Ona görə də məsələni hər şeydən öncə İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurası vasitəsilə müzakirəyə təklif edirəm".

Tanınmış jurnalist Elşad Paşasoy bildirib ki, Azərbaycan jurnalistlərini Xocalıya buraxmayan Volkov həddini aşıb:

"Media qurumlarımız, aidiyyəti orqanlarımız Rusiya kontingentinin özbaşınalığı ilə əlaqədar izahat istəməli, bu hallara son qoyulmasını tələb etməlidir. İnanırıq ki, bu baş verəcək. Xocalı bizim həssas nöqtəmizdir. Biz oranın donuz fermasına çevrilməsinə imkan verməyəcəyik! Volskinin xələfi Volkov və dəstəsi söz və mətbuat azadlığını, peşə fəaliyyətini məhdudlaşdırmaq üçün gəlməyib!".

Jurnalist Məhəmməd Türkmən qeyd edib ki, "sülhməramlı" Qarabağa girəndə də, dünən də, bu gün də belə idi:

"Elə bil etirazlara gec başlamışıq. Amma yenə də doğru addımdır. Jurnalistlərin sülhməramlılarla söz davası "proses başlayıb" mesajı verir. Gözdən salmaq, lazımsız olduqlarını göstərmək, vaxtından tez yola salmaq üçün proses sürətlə davam etməlidir".

"Azxeber.com" saytının baş direktoru Əfsələddin Ağalarov vurğulayıb ki, İTV və REAL TV müxbirlərinin Xocalıda və Xankəndidə göstərdikləri cəsarət örnəkdir:

"Burada fəaliyyət göstərən bütün həmkarlarımıza təşəkkür düşür. Bu görüntülər həm də illərdir ölkəmizdə gənc beyinlərə "Jurnalistin Vətəni, dili, dini, milliyəti yoxdur" kimi zəhər ifraz edən Sorosçuların dişlərinin sökülməsi effektini verdi. Azərbaycan jurnalisti təpədən dırnağa kimi milli kimliyi ilə bütövləşməli, dilini, həqiqətini peşə fəaliyyəti ilə hayqırmalıdır. Çünki bu bölgədə ideoloji savaş heç bir zaman durmayacaq. Bizim başqa yolumuz yoxdur! Bunun əksi faciədir, itkidir, milli ideologiyanın məhv etmək istəyən qüvvələrin çörəklərinə sürtülən yağdır!".

"Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı da deyib ki, Azərbaycan jurnalistlərinin Xocalıya daxil olmaq üçün rus sülhməramlılarına göstərdiyi cəsarət və prinsipiallıq alqışalayiqdir:

"Jurnalistlərimiz prosesdə sanki qələmlərini silaha çevirərək böyük qətiyyətlə əli avtomatlı rus əsgərlərinə Xankəndiyə, Xocalıya mütləq qayıdacağımızın mesajını verdilər".

Hərbi ekspert Ədalət Verdiyev də bildirib ki, rus sülhməramsızlarının nəzarət-buraxılış məntəqəsində Azərbaycan jurnalistlərini buraxmayan və "idite obratno" deyən hərbi geyimli şəxs böyük ehtimalla ermənidir: "Onun üzünü gizlətməsi üçün maskadan istifadə etməsi bu ehtimalı gücləndirir. Həmin hərbçinin geyim forması və fərqlənmə nişanları da rus kontingentin geyim forması və fərqlənmə nişanlarından fərqlənir. Hesab edirəm ki, bu və digər təxribatçı fəaliyyətlərin hesabı erməniməramlı general Volkovdan mütləq və ən qısa zamanda soruşulmalıdır".

Siyasi şərhçi Tural İsmayılov isə fikirlərini belə ifadə edib:

"İctimai TV-nin müxbiri rus sülhməramlılarına əsl kişilik dərsi keçdi. Həmçinin Real TV-dən dostumuz Kamran Qasımov sülhməramlıların qanunsuz müdaxiləsi ilə üzləşdi. Sual ritorikdir, necə olur ki, İran vətəndaşları Xankəndiyə gedə bilir, amma Azərbaycan jurnalistləri öz ərazilərimizə daxil ola bilməz? Heç bir beynəlxalq mandatı olmayan rus sülhməramlılarının ömrünə çox qalmayıb. Nitsşe olmaq lazım deyil, proses ancaq Rusiyanın ziyanına işləyir. Dəyişməsələr, bizim daha kəskin mövqelərimizi görəcəklər!".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp prezident seçilərsə… - ARAŞDIRMA
Bu gün, 11:08
Nexus ASEAN-nı gücləndirəcək - GƏLİŞMƏ
Bu gün, 11:03
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
Bu gün, 11:00
"Belə çıxır ki, biz heyvanıq, əlacsızlıqdan yaşayırıq..." - GİLEY
Bu gün, 10:58
Seçiciləriniz sizi tanımır, yoldaş Qafarov!!! - Bu dəfə də mandat versələr... BU LAP AĞ OLACAQ...
Bu gün, 10:54
Ehtiram Hüseynov buzlu su ilə sağalır
Bu gün, 10:50
Təbrizin "Traktor" klubu Emrelini transfer etmək istəyir
Bu gün, 10:43
Rəşad Nəbiyevin uğursuz taksi islahatı... - yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…
Bu gün, 10:39
"Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər" - Şeyx Əbdül
Bu gün, 10:30
Təxribat üçün niyə yenə Tovuz seçildi? - Ermənistanın şok planı üzə çıxdı
Bu gün, 10:27
Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək?
Bu gün, 10:26
Arazdəyən kəndi ilə bağlı xəbər Ermənistanı ÇALXALADI
Bu gün, 10:19
“25 min avro Qənimətə çatacaq, 10 min manat isə...” – Tofiq Yaqublunun işi
Bu gün, 10:17
Vaşinqton təmsilçiləri “davamlı və ləyaqətli sülh” ifadəsi ilə nəyi demək istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
İrəvanda Nizaminin gizlədilən türkcə əsərləri var... - Alimdən şok iddia
Bu gün, 10:14
"Payızda yeni müharibə başlayır, Ermənistan Zəngəzuru itirir" - Ərdoğana yaxın qəzetin rəhbərindən ŞOK yazı
Bu gün, 10:11
Zəfər Qurbanovu DURDURAN OLACAQMI? - ADAU adlı BAZAR...
Bu gün, 10:08
“Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı - İYRƏNCLİK
Bu gün, 10:00
“Əhali məhsulun bahalaşmasını payızda hiss edəcək” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Müdafiə Nazirliyi ÜSTÜÖRTÜLÜ DANIŞMADI... NET DEDİ... - SAVAŞ QAPIDADIR!
Bu gün, 09:48
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Bu gün, 09:44
“YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” – Bərdə sakini işdən şərlənərək çıxarıldığını deyir
Bu gün, 09:41
"Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir... - Adil Əliyevin MENYUSUNA...
Bu gün, 09:38
Ölkədaxili, regional və qlobal şərtlər dəyişir, amma... - İNCƏLƏMƏ
Bu gün, 09:36
Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir - AZAL
Bu gün, 09:30
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
Bu gün, 09:28
Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? - Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib
Bu gün, 09:27
Naftalanı yarıtmışdı ki... - İTTİHAM VAR...
Bu gün, 09:25
3 uşaq anası FƏRYAD EDİR... - "Nə gəlib yoxlayırlar..."
Bu gün, 09:22
Avropa Azərbaycanla milyardlıq layihələrin izində - ARAŞDIRMA
Bu gün, 09:15
SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır - NƏ ETMƏLİ?
Bu gün, 09:14
Göyçayın başçısı nə dərd dinləyir, nə də ki... - Hansı günə orda oturub?
Bu gün, 09:12
“Bizim yüksəlişimizin Trampla əlaqəsi yoxdur” - Ziya Məmmədovun qardaşından İLGİNC AÇIQLAMALAR
Bu gün, 09:06
Çox pul qazansınlar deyə... QİYMƏTİ QALDIRIRLAR! - BU FAKTDIR!
Bu gün, 09:05
Ağcabədi sakini ACINACAQLI DURUMDA... - "4-cü uşağa necə baxacağıq bilmirəm..."
Bu gün, 09:03
ƏDV ödənişi ilə bağlı açılan saxta saytlar vətəndaşın cibini "deşir" - "Pulsuz pendir siçan tələsində olur"...
Bu gün, 09:00
Bu məmurlar İSTEFA VERƏCƏK - Onların sırasında baş nazirin müavini də var...
Bu gün, 08:59
İrəvanı “dizə gətirmək” üçün... - ”Azərbaycan şərtləri sərtləşdirməlidir”
Bu gün, 08:58
Paşinyan Bakıya “səfəri”ndən şou düzəldir - Vasadze
Bu gün, 08:56
Polad Bülbüloğlunu KİM ƏVƏZ EDƏCƏK? - Təyinat seçkidən sonrayadır...
Bu gün, 08:55
Ermənilərin Hindistandan aldığı silahlar təkcə bizəmi qarşıdır? - AKTUAL
Bu gün, 08:52
İşçilər bildirirlər ki... - Ekspert danışır...
Bu gün, 08:51
İmişlidə 5 ədəd sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb
Bu gün, 08:46
Rusiyadakı repressiyalar: müharibənin qaçılmaz davamı - GƏLİŞMƏ
Bu gün, 07:27
Bakının Kremlin təklifinə müsbət reaksiyası… - Rus ekspert
Bu gün, 07:25
"Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam"
Bu gün, 07:20
“Ermənistan Konstitusiyası dəyişdirilməsə...” - İşxan Verdyan
Bu gün, 07:18
“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib
Bu gün, 07:14
"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" - Partiya sədri
Bu gün, 00:05
Bu şirkət dərman satışından 3 milyon qazanacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru