" "Aestethic lab" deyə kosmetoloji klinikadan necə şikayət etmək olar? Hər ay, hər bayram, fəqli nömrələrdən fərqli operatorlarına zəng etdirirlər. Hər dəfə maraqlı deyil, maraqlanmırıq silin nömrəmizi bir də narahat etməyin deməkdən bezdik. Amma, onlar anlamamaqda bezmir". dia-az.space bildirir ki, bu barədə "Müşərinin Səsi" sosial qrupundakı paylaşımında Fama adlı isifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "İllər əvvəl iş operator üçün ora getmişdim iş fəaliyyətlərinə bələdəm. Millətin başını bişirib 800-2000 manata terrorist is*railin zibil kremlərini sırımağa çalışırlar. Zənglərindən bezdirirlər. Neçə dəfə silin nömrəni deməkdən bezdik. Necə şikayət etmək olar? İstehlakçılarla bağlı quruma ya hara? Əminəm ki mənim kimi bezdirilən neçə nemə xanımlar da var. Yığışıb şikayət edilsə bəlkə təsiri olar..."