![Xaçmazın baş həkimi vəfat edib Xaçmazın baş həkimi vəfat edib](https://dia-az.info/uploads/posts/2024-02/thumbs/1707737764_778.jpeg)
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov vəfat edib.
"Report"un Şimal bürosunun məlumatına görə, o, kəskin ürək çatışmazılığı səbəbilə həyatını itirib.
Qeyd edək ki, Abasov Lətif Bahadır oğlu 13.09.1965-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyətə başlayıb. 2006-cı ildən 2019-cu ilədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2020-ci ildən etibarən baş həkim vəzifəsini icra edib.