Milyonların da olsa, sən Həccə gedə bilməzsən! - Şeyxin qudası
Tarix: 12-02-2024, 17:19 | Çap et
 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Sosial şəbəkələrdə qiymət müzakirələrə səbəb olub. Bir çoxları ziyarət qiymətinin yüksək olmasından şikayətlənib, bəziləri qiymətlərin normal olduğunu bildirib.
Sabiq deputat Hacı Qalib Salahzadə uzun illərdir ki, mütəmadi şəkildə Kəbə evini ziyarətə gedir və bir sıra insanları da öz şəxsi hesabına Həccə göndərir. Modern.az-ın əməkdaşı bunları nəzərə alaraq eks-deputatla həmsöhbət olub.
- Hacı, müqəddəs ziyarət üçün sənəd qəbulu yenidən başlayıb. Siz dəfələrlə Məkkədə olursunuz. Bu dəfə də Həcc ziyarətinə getmək barədə düşünürsünüz?
- Sözün düzü Ümrə ziyarətindən 2 ay olar ki, qayıtmışam. Amma indi Həcc ziyarətinə gedib-gəlmək mənim üçün çətin olar. Sağlıq olsun, sentyabr-oktyabr aylarında yenidən Ümrə ziyarətinə getmək fikrim var.
- Siz bəzi ehtiyac sahiblərinin, şəhid yaxınlarının da Həccə getməsinə kömək etmisiniz. Bəs bu il necə, kimlərinsə müqəddəs yolçuluğa çıxmasına şərait yaradacaqsınız?
- Hələlik mənə müraciət edənlər olmayıb. Əgər müraciət olsa, həmin şəxslərə kömək etmək barədə düşünərəm. Birdə ki, mən heç kəsi Həccə göndərməmişəm. Kiminsə, “mən filankəsləri Həccə yollamışam” deməyini də xoşlamıram. Şəxsin Həccə getməsini Allah istəyib, mən sadəcə, səbəbkar olmuşam. Bu təbiidir ki, insanlar Allahın çağırışına qaçır. Allahdan dəvət olmadıqca, heç kəs ziyarətə gedə bilməz. "Mən gedib-gələrəm" demək doğru deyil. Allahın dəvəti olmalıdır. Allah bütün Həccə gedənlərin ibadətlərini qəbul etsin.
- İndiyə kimi neçə dəfə Həccə ziyarətində olmusunuz?
- 1990-cı ildən bugünə kimi hər il Allahın evini ziyarət etmişəm. Mən Allahdan can sağlığı istəyirəm ki, Kəbənin ətrafında 2 rükət namaz qılım. 2 rükət namaz qılanda elə bilirəm ki, arzum yerinə yetdi. Vaxt olub ki, ildə iki dəfə Kəbəni ziyarət etmişəm. Hətta mən iki dəfə Kəbə evinin içərisində olmuşam. Allah bütün hacıların ibadətlərini qəbul etsin.
- Builki Həcc ziyarətinin qiymətləri açıqlanıb. Yəqin ki, siz də tanışsınız. Qiymətlərin qalxmasından şikayət edənlər çoxdur. Siz bu haqda nə deyə bilərsiniz?
- Vallah mən qiymətləri televiziyadan öyrənmişəm. Həcc ziyarətinə gedən adamlara qulluq etmək, onlara yüksək səviyyədə xidmət göstərmək lazımdır. Ona görə də Həcc ziyarətinin qiymətləri ildən-ilə dəyişir. Onu mən-sən dəyişdirə bilmərik. Orada otellərdə, binalarda, ümumiyyətlə elə dəyişikliklər var ki, bunların hamısı xərcdir. Ona görə də qiymətlərdə dəyişiklik olur.
- Bəziləri "o qədər pul verib Həccə gedincə, kasıb-kusuba kömək edib savab qazanmaq daha yaxşıdır" deyirlər. Bu fikirlərə münasibətiniz necədir?
- Bu fikirlə razılaşmıram. Yenə deyirəm ki, bu ibadət özəldir. O insanlar ki pulları var və “mən Həccə gedərəm” deyirlər, düz etmirlər. Çünki milyonların da olsa, sən Həccə gedə bilməzsən. Gərək Allah tərəfindən icazə olsun. Gözəgörünməz izn vermədikcə, heç kəs Həcc ziyarətini icra edə bilməz. Mən gedib gördüyüm hadisələri danışsam, deyərlər ki, belə də şey olar... Gözümün qabağında o qədər hadisələr olub ki... Yox-yox, gərək adamı Allah dəvət eləsin. Yoxsa ki, "mənim pulum var, gedirəm" kimi sözlərə mən inanmıram. Mən iki dəfə Kəbə evinin içərisində olmuşam. Kəbə evinin açarını əlində tutan şəxs iki dəfə mən öz evində qonaqlayıb. Halbuki, mən bu adamı tanımıram, o da məni tanımır. Bunların olmasını Allah istəyib. Yoxsa mən kiməm ki, qapını açıb desinlər ki, buyur Kəbənin içərisinə!


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ölkədə rəqabət yoxdursa, Rəqabət Məcəlləsi nəyə təsir edə bilər?"
Bu gün, 14:22 |
|
|
|
• İrəvandakı “Qarabağ nümayəndəliyi” bağlanacaq? - KİV
Bu gün, 14:10 |
|
|
|
• İrəvan ikibaşlı oynayır - BUNLAR AĞILLANAN DEYİL...
Bu gün, 14:02 |
|
|
|
• Moskva köhnə təklifi yenilədi: Rusiya vasitəçilik istəyində səmimidir? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanlıları Türkiyəyə yatırım etməyə nə vadar edir?
Bu gün, 13:58 |
|
|
|
• Minsk qrupu tezliklə ləğv olunacaq - GÖZLƏNTİ
Bu gün, 13:08 |
|
|
|
• ABŞ Rusiyanı sevindirəcək qərar verməyə hazırlaşır
Bu gün, 13:00 |
|
|
|
• Toyda zəhərlənmə şübhəsi ilə ümumilikdə 51 nəfər hospitalizasiya olunub - TƏBİB
Bu gün, 12:55 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:50 |
|
|
|
• "Nə etməli idim? - ...Üzündən öpərdim?"
Bu gün, 12:38 |
|
|
|
• Şəkili Yusifin qohumu da qumara görə həbs edilibmiş - Milyonluq işdə bəraət aldı
Bu gün, 12:33 |
|
|
|
• 32 nəfərin zəhərləndiyi restoranın məsul şəxsi danışdı: - “Yeməklər iki zala verilib, amma...”
Bu gün, 12:22 |
|
|
|
• "İkiniz də bayağısınız" - Qalmaqal böyüyür
Bu gün, 12:17 |
|
|
|
• Üç dost Bakının məşhur restoranında yeyib-içib qaçdılar - TƏFƏRRÜAT
Bu gün, 12:04 |
|
|
|
• “Ay camaat, içirsinizsə, təmiz araq için” – Rəşid həkim yenə çağırış etdi
Bu gün, 12:00 |
|
|
|
• “Horadiz” sərhədindən ölkəyə külli miqdarda narkotik gətirməyə cəhd edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 11:48 |
|
|
|
• "Dövlət... inşallah, öz sözünü deyəcək..." - FOTOFAKT
Bu gün, 11:45 |
|
|
|
• Paytaxtda növbəti dəfə geniştəmizlik işləri aparılıb - FOTO
Bu gün, 11:37 |
|
|
|
• “Neçə aydır ki, ət yemirəm”
Bu gün, 11:28 |
|
|
|
• Hərbi xidmətdən qaçan azərbaycanlı QAN TÖKDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:26 |
|
|
|
• 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev biznes qurub?! -Anar Bağırovun da adı hallanır
Bu gün, 11:19 |
|
|
|
• Türk telekanalında ermənicə serial - Barışıq başladı, yoxsa...
Bu gün, 11:12 |
|
|
|
• Manatın axırı NƏ OLACAQ?
Bu gün, 11:08 |
|
|
|
• Mingəçevirdə daşınmaz əmlak bahalaşdı - Qiymətlər rekord həddə çatdı
Bu gün, 10:56 |
|
|
|
• "Teleqramda mənim adımdan istifadə edərək tanışlarımdan və hətta anamdan belə pul alan bir dələduz var" - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51 |
|
|
|
• Məhkəmə Adəm Məmmədovun şikayəti ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:48 |
|
|
|
• Moskva İrəvana inanmır və "nəyəsə" ümid edir - GƏLİŞMƏ
Bu gün, 10:46 |
|
|
|
• Hadrutda yaradılmış şirkət nizamnamə kapitalını - KƏSKİN AZALTDI
Bu gün, 10:44 |
|
|
|
• Estetik həkimlərə icazə verildi, pasiyentlərə isə zəmanət yox - FAKT BUDUR!
Bu gün, 10:37 |
|
|
|
• Xarici dil DƏLƏDUZLARI: “3 aya ingilis dilini öyrən”, “4 aya rus dilində sərbəst danış” - elanlarına İNANAQ?
Bu gün, 10:32 |
|
|
|
• Bu nüanslar abituriyentlərin maksimum bal yiğmasına mane oldu - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• Qarabağda 467 milyon dollar pulu kimlər "yeyib"?.. - Erməni mediası
Bu gün, 10:25 |
|
|
|
• "Gecə ərimə deyim ki, məclis var, apar məni, kimsənin ürəyi istəyir"
Bu gün, 10:23 |
|
|
|
• Azərbaycan səhiyyəsində yeni trend: özünü “uzman” adlandıran həkimlərə inanaqmı? - NƏ ETMƏLİ?
Bu gün, 10:15 |
|
|
|
• Qazi-sahibkar nazirin ətrafından narazılıq edir - İlham Süleymanov və Azər Hacıyev...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ ilə ticarət müharibəsi Aİ-yə 1,1 trilyon avroya başa gələcək - ARAŞDIRMA
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda BOKT nizamnamə kapitalını müzakirəyə çıxarır - YIĞINCAQ
Bu gün, 09:57 |
|
|
|
• Tiflis və Bakının İrəvana birgə həmləsinin vaxtı çatıb - AKTUAL
Bu gün, 09:55 |
|
|
|
• Eldar Mahmudovun əlaltısı məni və övladlarımı ölümlə hədələyir - Qənirə Ataşova
Bu gün, 09:41 |
|
|
|
• XƏLVƏT Sabunçunun özbaşına BƏYLƏRİ... - Nə gəldi... Harda gəldi... Necə gəldi...
Bu gün, 09:35 |
|
|
|
• “Üç xurafatçı mollaya qulaq asıb ateist olur” - ETİRAZ
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanda 'ikinci çörək' bahalaşmaqda davam edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:28 |
|
|
|
• Anar Tağıyev Yevlaxı İFLİC VƏZİYYƏTİNƏ SALIB... - vətəndaş DAD DEYİR...
Bu gün, 09:22 |
|
|
|
• “Azercell”də nömrənin addan ada keçirilməsi 500 manat oldu - TƏFƏRRÜAT
Bu gün, 09:16 |
|
|
|
• Ermənilər yenə də mövqelərimizi ATƏŞƏ TUTUB - cavab tədbirləri görülüb
Bu gün, 09:09 |
|
|
|
• İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
Bu gün, 09:07 |
|
|
|
• Paşinyan qırmızı kepkada Azərbaycanla sərhədə gəldi - VİDEO
Bu gün, 09:03 |
|
|
|
• "Ədalətsiz mövqedəydilər və Ermənistanın tərəfin tuturdular" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:00 |
|
|
|
• Dilqəm Qəniyevdən hesab soran olacaqmı? - DAHA BİR BÜDCƏ GƏMİRİCİSİ...
Bu gün, 08:56 |
|
|
|
• Ağadadaş Ağayev qalmaqaldan sonra: Gecələr yatmıram… - ÖZÜ DANIŞIR...
Bu gün, 08:46 |
|
|
|
|