![Zərdab Rayon Polis Şöbəsinə yeni təyinat olub Zərdab Rayon Polis Şöbəsinə yeni təyinat olub](https://dia-az.info/uploads/posts/2024-02/thumbs/1708669406_0001.jpg)
Zərdab Rayon Polis Şöbəsinə (RPŞ) yeni təyinat olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Pərviz Hüseynov Zərdab RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
Qeyd edək ki, o, bu təyinata qədər Mingəçevir Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.