İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                     Röyal Axundov Bakı həbsxanasında .....                     "Bu nə fırıldaqdır?" .....                     SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... .....                     ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib .....                     “Bioloji müxtəlifliyin mühafizəsi: .....                     Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... .....                     NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır .....                     BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər .....                     "Atam komada deyil, səhv məlumat verilir" .....                     Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... .....                     “Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” .....                     Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar .....                     Ermənistanda qorxu, təlaş və ümidsizlik: .....                     EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... .....                     Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... .....                     Pezeşkian Kazanda Paşinyanla görüşüb .....                 

“Bravo”dakı basqında iştirak edənlər niyə polis olmaq istəyib? – Yeni faktlar
Tarix: 23-02-2024, 10:41 | Çap et
“Bravo”dakı basqında iştirak edənlər niyə polis olmaq istəyib?
Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Səbuhi Qurbanovun vəkili Cavanşir Qasımzadə vəsatətlə çıxış edib.

O, məhkəmə iclaslarında media nümayəndələrinin çəkiliş aparmasına etiraz edib. Qeyd edib ki, Konstitusiyanın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ var, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var, həmçinin şəxs özünün razılığı olmadan izlənilə bilməz.

Vəkil "Medai haqqında" qanunun 2-ci maddəsinə də istinad edib. Bildirib ki, çəkilişin dayandırılmasına həm onun özünün müdafiə etdiyi Səbuhi Qurbanov, həm də digər təqsirləndirilən şəxslər – Azər Məmmədov və Dəyanət Qüdrətov da etiraz edib.

Vəkilin sözlərinə görə, məhkəmənin özü qanunla nəzərdə tutulmuş qaydada çəkiliş aparır, bu da işin halları üçün kifayətdir.

Təqsirləndirilən Səbuhi Qurbanov vəkilinin vəsatəti ilə razı olduğunu deyib. Digər təqsirləndirilən şəxslər də, onların vəkilləri də bu vəsatəti dəstəkləyiblər.

Hakim Azad Məcidov bildirib ki, təqsirləndirilən şəxslər özlərini ittiham üzrə özlərini təqsirli bilmirlər: “Adətən təqsirsiz şəxslər medianı tələb edirlər ki, təqsirsiz olduqlarını cəmiyyətə təqdim etsinlər. Amma mən sizi başa düşmürəm”.

Vəsatətə münasibət bildirən prokuror isə bildirib ki, açıq məhkəmə iclası keçirilir. O, media tərəfindən çəkilişin aparılmasına etiraz etməyib.

Zərərçəkmiş Rüfət Həşimovun hüquqi varisi də məhkəmə iclasında media nümayəndələri tərəfindən çəkişilin aparılmasına etiraz etməyib: “Qoy hamı hər şeyi görsün”.

Müşavirə keçirən hakim heyəti isə Konstitusiyanın 32-ci maddəsinə əsasən, məhkəmə iclasında çəkilişin aparılmasının dayandırılması barədə qərar qəbul ediblər. Hakim Azad Məcidov deyib ki, məhkəmə iclasında yalnız foto və video çəkilişlərin aparılması dayandırılır. Mətbuat işçiləri məhkəmə iclaslarında iştirak edə, qeydlərlərini götürməklə iclasları işıqlandıra bilərlər.

Daha sonra şahid qismində ifadə verən Rasim Orucov bildirib ki, təqsirləndirilən şəxslərdən heç kimi tanımır. Onun sözlərinə görə, hadisədən əvvəl onun maşının dövlət qeydiyyatı nişanı oğurlanıb: “Bu da “Bravo”da baş verən hadisədən 2-3 gün əvvəl baş verib. Sonradan məni prokurorluğa çağırdılar, sorğu-sual etdilər. Məlum oldu ki, hadisə yerinə gedən maşına mənim avtomobilimin nömrəsini taxıblar”.

Digər şahid Ayaz Məmmədov bildirib ki, təqsirləndirilən Azər Məmmədovun qardaşıdır, o, qardaşının yanında usta köməkçisi işləyib. Hadisə günü qardaşı Azərlə bütün günü iş yerində olublar.

İfadə verən digər şahid Xəyal Ələkbərov isə bildirib ki, dönərxana işlədir, hadisə baş verən ərəfədə təqsirləndirilən Səbuhi Qurbanov onun yanında kuryer işləyib: “Hadisə günü Səbuhi Qurbanov bütün günü işdə olub. O, bizimlə uzun müddət işləməmişdi. Son günlər əvəzedici kimi işə başlamışdı. Çox utancaq idi. Hətta yemək yeməyədə utanırdı. Ona zorla nahar etmək üçün stol arxasına gətirirdik”.

Xəyal Ələkbərov deyib ki, təqsirləndirilən Dəyanət Qüdrətovu tanımır, Səbuhi Qurbanovun yanında Dəyanət Qüdrətovu görməyib.

Daha sonra təqsirləndirilən Dəyanət Qüdrətovun anası və atası ifadə veriblər. Onlar əməliyyat zamanı polisə müqavimət göstərdiyi üçün zərərsizləşdirilən Ruhlan İsmayılovu tanıdıqlarını söyləyiblər.

Dəyanət Qüdrətovun atası Canəli Qüdrətov bildirib ki, oğlu əsgərlikdən gələndən sonra mühafizəçi işinə düzəlib: “Mən özüm oğlumu işə aparıb-gətirmişəm. Həmişə ona nəzarət etmişəm. Axşamlar evə gec gəlməsinə etiraz etməmişəm. Oğlumun polisə düzəlməsi üçün sənəd toplayırdıq. Həmin ərəfədə Ruhlan İsmayılovu da gördüm. O da işə düzəlmək istədiyini bildirdi, amma dispanserdə qeydiyyatı olduğu üçün sənədlərinin işə düzəlməsi üçün uyğun gəlmədiyini dedi”.

Canəli Qüdrətovun sözlərinə görə, hadisədən bir həftə əvvəl oğlu Dəyanət ona işlədiyi şirkətin Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım aparcağını deyib: “Oğlum həmin hümanitar yardım aparan karvanda mühafizəçi kimi gedəcəyini dedi. Ondan soruşdum ki, bəs yol pulu necə olacaq, cavab verdi ki, hər şeyi şirkət həll edir”.

Şahid qeyd edib ki, hadisədən bir neçə gün əvvəl oğlu Dəyanəti həmişə olduğu kimi işə səhər özü aparıb: “Oğlum mənə dedi ki, ata, mən bir az evə gec gələcəm. Evə nə səbəbə gec gələcəyini soruşdum. Dedi, dostları ilə çay içməyə gedəcək. Kimlə çay içəcəyini soruşdum. Bildirdi ki, onlardan biri əsgərlik yoldaşı, digər isə “Opel” sürən oğlandır. “Opel”in sürücüsü deyəndə onun rəhmətlik Ruhlan olduğunu bildim”.

Daha sonra təqsirləndirilən Babək İsgəndərovun vəkil bəzi sənədlər təqdim edib. Vəkil bildirib ki, həmin sənədlər təqsirləndirilən şəxsin Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlığa görə təltif və medalları ilə bağlı sənədlərdir.

Hakim həmin sənədləri cinayət işinin materiallarına əlavə etdiyini deyib.

Növbəti proses martın 6-da davam edəcək.

İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.

Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO
Bu gün, 10:56
Ermənistanda qorxu, təlaş və ümidsizlik: - son sorğunun nəticələri nə göstərir?
Bu gün, 10:47
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...
Bu gün, 10:42
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM
Bu gün, 09:42
TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... - "120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə..."
Bu gün, 09:37
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir – Zakaryan
Bu gün, 09:34
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Bu gün, 09:31
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru