Naxçıvan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad edilib - ƏMR
Tarix: 23-02-2024, 11:02 |
Çap et
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad olunub.
diaaz.space xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Piri Nağıyev tutduğu vəzifədən azad olunub. O, nazirlikdə digər işlə təmin olunub.