“Puta-Nəqliyyat-2” ASC ləğv olunur .....                     Tarixi Zəfər: .....                     Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? .....                     Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     ABŞ siyasətində YENİ DÖNƏM .....                     Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib .....                     Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb .....                     Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub .....                     Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar .....                     Sabahdan məktəblilərin 17 günlük tətili başlayır .....                     "Qara siyahı"-nın ləğv olunması absurddur .....                     İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib .....                     Makron hakimiyyətinin rəzaləti .....                     Azərbaycana qarşı iddia geri götürülür? .....                     İri holdinqin rəhbəri dəyişdirilib .....                     Natəvan Əmirova sertifikatsız çalışırmış .....                     Bayram günlərində leysan yağacaq .....                     Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi HARA BAXIR? .....                     Amerika Birləşmiş Ştatlarındakı seçkilər niyə çərşənbə axşamı keçirilir? .....                     Nazir onu müşavir vəzifəsindən azad etdi .....                     "Hər an uçmaq təhlükəsi var..." .....                     Gözdən əlil olan şikayətçi illədir ev növbəsindədir, amma... .....                     İrandan Trampın prezident seçilməsinə .....                     Tanınmış aparıcının SEVGİ MEYARI: .....                     “Bank VTB Azərbaycan”ın rəhbərliyinə təyinat olub .....                     Gəncə alüminium zavodunda nə baş verir? .....                     “Azərbaycanda yeni qiymətləndirmə standartları hazırlanacaq” .....                     Bu il banklar 6,2 milyard dollar valyuta alıblar .....                     Sülh planı müzakirəyə çıxarılır .....                     Avropa “qəflət yuxusu”ndan ayıla biləcək? .....                     “Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et! .....                     Şarl Mişel COP29-da iştirak edəcək .....                     Tramp Əliyev və Ərdoğana görə bunu etməyəcək .....                     “İrşad” müştəriyə satdığı qüsurlu malı dəyişdirmədiyi üçün cərimələndi .....                     İran Zəngəzur dəhlizinə qarşı: .....                     Trampın qələbəsi Azərbaycana nə vəd edir? .....                     Azərbaycan-Ermənistan sülh danışıqları üçün .....                     Sülh müqaviləsinin bütün bəndləri razılaşdırılıb .....                     İrəvan COP29-da iştirakı ilə bağlı hələ də qərar verməyib .....                 

Ermənistan İranı aldatdı: Molla rejimi günahkarı tapıb - Azərbaycandır
Tarix: 23-02-2024, 16:17 | Çap et
Ermənistan İranı aldatdı: Molla rejimi günahkarı tapıb
Azərbaycan-Ermənistan sülh danışıqlarının intensivləşməsi, daha əvvəl sərhəddə yaşanmış gərginlik İran tərəfdən diqqətlə izlənilir. İran prezidenti İbrahim Rəisi Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə deyib ki, İran problemlərin həlli bəhanəsi ilə regionda xarici mövcudluğa qarşıdır. O əlavə edib ki, kənar tərəflərin regional problemlərə qarışması böhrana son qoymur, əksinə daha ciddi problemlərə gətirib çıxaracaq. Bunu Ermənistana xəbərdarlıq kimi qiymətləndirən bəzi müşahidəçilər İrəvan və Tehran arasında münaqişə də proqnozlaşdırırlar.

Lakin Ermənistanın və Qərbdəki erməni lobbisinin İran üçün əhəmiyyətini, İranın Avropa və Rusiya ilə yükdaşımalarını şaxələndirmə siyasətini, eləcə də “Şimal-Cənub” dəhlizinin çıxış ölkəsi olan Hindistanın Ermənistanda maraqlı olmasını nəzərə alsaq, belə ciddi münaqişəni bəri başdan istisna etmək lazım gəlir.

Amma İran tərəfinin mövcud Paşinyan hökumətindən narazılıqları yetərincədir. İran tərəfi hesab edir ki, I Qarabağ savaşından üzü bəri Ermənistana verdiyi ciddi dəstəyin müqabilində indi Rusiyanın tədricən bölgədən, o cümlədən Ermənistandan geri çəkilməsi onun üçün fürsət yaratmalı, boşalan yeri o öz iştirakı ilə doldurmalıdır. Paşinyan hökumətinin açıq qərbçi siyasəti, Avroatlantik strukturlara can atması, Aİ müşahidəçilərinin Ermənistan-İran sərhədi boyunca da yerləşdirilmə ehtimalı Tehranı qıcıqlandırır. Lakin nədənsə İran KİV-ləri Paşinyan hökumətinin və ya Ermənistanın deyil, daha çox Azərbaycanın əleyhinə kökləniblər.

“Hammihanonline” xəbər verir ki, beynəlxalq hüquq professoru, Avrasiya məsələləri üzrə analitik Əhməd Kazemi, Ermənistan parlamentinin müxalif deputatları Lilit Qalestyan və Tiqran Abramyanın iştirakı ilə ötən bazar günü Tehrandakı Erməni İctimai Birliyində “İran və Ermənistanın milli təhlükəsizliyi təhdidlər və regional və qeyri-regional münaqişələr kölgəsində” adlı seminarı keçirilib. Tehran Universitetinin Qafqaz Araşdırmaları Fondu, Tərcümə İnstitutu və Müasir Dünya Araşdırmaları İnstitutu tərəfindən təşkil olunmuş seminarda Ə.Kazemi “Qafqaz və Qərbi Asiya böhranı qarşısında İranın milli təhlükəsizliyi Türkiyə, Azərbaycan, sionist rejim və NATO oxu qarşısında” mövzusunda çıxış edib. O deyib ki, İran və Rusiya arasında iki savaşda “Qafqazın bölünməsi” zamanı 200 min iranlı şəhid olub (söhbət Qızılbaş-Rusiya savaşlarında həlak olan azərbaycanlılardan gedir-C.Q) həmçinin İranın mifoloji və mistik ədəbiyyatında Qafqaz və Qaf dağları haqda nümunələri xatırladıb. Kazemi qeyd edib ki, İran, Çin və Rusiya üzərində formalaşan yeni nizama keçidi pozmaq üçün Qarabağ münaqişəsi vasitəsilə Qafqazda və Mərkəzi Asiyada geosiyasi dəyişiklik yaratmaq məqsədilə anglo-sakson ittifaqın (NATO-nun) sifarişi etdiyi böyük planı icra olunur.

Kazemiyə görə, II Qarabağ müharibəsindən (2020) sonra Qafqazda baş verən hadisələr tarixi anti-İran impulsları yaratmaq cəhdidir. Geosiyasi qəsdin iştirakçıları Türkiyə, Azərbaycan Respublikası və sionist rejimdir, təşkilatçı isə NATO-dur (əsasən İngiltərə): “Sionist rejimin əsas rolu regionda etnosentrizm və separatizmin dəstəkləməkdir. Moskvanın davamlı səhvləri nəticəsində Qafqazda rus nizamının ölümünə, Əliyev və Paşinyanın anqlosaksonizmin təbliğində bir-birini tamamlayan roluna da diqqət çəkmək lazımdır”.

Tiqran Abramyan “Ermənistanın xarici siyasəti kursunun dəyişdirilməsi və Türkiyə ilə münasibətlərin tənzimlənməsi” mövzusunda çıxış edib: “Ermənistanın xarici siyasətində dəyişikliklər 2018-ci ilin mayında baş verib. Bu ölkədə gedən daxili siyasi proseslər nəticəsində hakimiyyətə gələrək yeni prioritetlər müəyyən edən yeni hakimiyyət Ermənistanı kifayət qədər çətin vəziyyətə salıb. Bu dəyişikliklər mahiyyət etibarilə Qərblə Rusiya arasında seçimlə bağlı deyil, daha dərin xarakter daşıyır və yeni müstəqillik əldə etmiş Ermənistanın münasibətlərdə olduğu bütün ölkələrlə münasibətləri narahat edir. Məsələ Şimalın və ya Qərbin təqdim etdiyi ideyaların Ermənistana uyğun olmasında deyil, problem bu və ya digər dəyişikliyin arxasında dəqiq hesablamanın olub-olmaması, ən əsası isə Qərblə Rusiyanın seçimlərinin və ya qərarlarının üst-üstə düşməməsindədir.”

O deyib ki, İranda yaşayan ermənilərin İran cəmiyyətinə ciddi inteqrasiyası, onların rolu və əhəmiyyətinin həm hakimiyyət, həm də xalq tərəfindən layiqincə nəzərə alınması iki qardaş xalq arasında həqiqətən də isti münasibətlərin ifadəsidir: “İran bizim təbii müttəfiqimizdir, onun Ermənistan və regionla bağlı məsələlərdə çox aydın mövqeyi var və İranla əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlar var”.

Digər erməni parlamentari Lilit Qalestyan “Ermənistanın daxili siyasəti və mövcud böhrandan çıxmaq üçün lazımi tədbirlər” mövzusunda çıxışında da qeyd edib ki, hazırkı müharibə (2020-ci il və sonrakı) indiki rəhbərin əməllərinin nəticəsidir.

“Cahansanat” saytı isə “Azərbaycanın mübahisəli oyun tərzi” və onun İranın milli təhlükəsizliyinə təsirindən bəhs edir. Nəşr öz təhlilləri əsasında belə qənaətə gəlir ki, Azərbaycan bəzi sərhəd məntəqələrində hərbi əməliyyatlar keçirmək istəyir: ”Bu, cari gərginliyin artması riski yaradır, eyni zamanda regiondakı vəziyyət, onun nəticələri İranı da təhdid edə və Tehranı arzuolunmaz nəticələrlə üzləşməyə məcbur edə bilər. İranın Qafqaz qonşusu tərəfindən üzləşdiyi əsas təhlükələr arasında İsrailin bu ölkədə olması, Zəngəzur dəhlizi layihəsini başa çatdırmaq bəhanəsi ilə İran və Ermənistan arasında sərhəd bölgəsini işğal etmək qərarı kimi məqamlar var. Azərbaycanın hakimiyyət orqanları tərəfindən pantürkist ideyalarının təbliğ edilməsini də göstərmək olar”.

Xatırladılır ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və Ermənistanla ərazi mübahisələrində onu daima silah-sursatla təmin etməklə və diplomatik dəstək verməklə “Azərbaycan siyasətçilərinin ürəyindəki mövqeyini” möhkəmləndirib: ”Lakin bu mövcudluq Azərbaycanın xeyrinə deyil. Onun yan təsirləri İran kimi qonşularına da təsir edib. İsrailin Cənubi Qafqazda mövcudluğu ilə İranın şimal-qərbində təhlükəsizliyi etibarsız və bəzən gərgin vəziyyətə düşüb, bəzi hallarda bu məsələ hətta iki qonşu arasında münaqişələrə səbəb olub”.

Daha sonra İsrailin İranın nüvə obyektlərinin fotolarını çəkmək üçün Azərbaycan ərazisindən qalxmış pilotsuz təyyarələrdən istifadə etməsi haqda çeynənmiş yalan təkrarlanır. Nəşr Azərbaycanın Zəngəzuru işğal etmək istəməsi haqda İran mediasının ənənəvi yalanlarını da yada salandan sonra bunun İran üçün fəsadlarına da toxunur. “Əvvəla, bu məsələ İranın tarixi və təbii sərhədlərini dəyişəcək və buna qarşı heç bir reaksiya olmasa, gələcəkdə istənilən tərəf İranın sərhədlərini dəyişə bilər. İkincisi, Ermənistan İranla Avropanın əlaqə yollarından biridir və sərhədin işğalı bu əlaqəni əngəlləyir. Üçüncüsü, Bakının bu illərdəki davranışını -məsələn, “öz torpaqlarını İrana qarşı təhlükəsizlik istismarı üçün” İsrailə verməsi və zaman-zaman ictimaiyyət qarşısında səslənən pantürk şüarları nəzərə alsaq, deməliyik ki, bu regional oyunçuya etibar etmək mümkün deyil. Görünür, bu ölkənin siyasi liderləri tarixi yaxşı oxumayıblar və ya unudublar ki, buralar çoxdan İran ərazisinə daxil olan torpaqlardır, İranın Azərbaycanın Qarabağ üzərində suverenliyinə dəstək verdiyini nəzərə alaraq Bakı hakimiyyəti yaxşı olardı ki, daha diqqətli olaydılar”. Sonda etiraf olunur ki, bəzi müsəlman ölkələri, o cümlədən İran müəyyən məsələlərdə Azərbaycana vaxtında və səmərəli dəstək versəydilər, İsrailin regiona təsirinin qarşısı alınardı.

Qafqaz məsələləri üzrə ekspert Səlahəddin Xediv isə “Iskanews”a müsahibəsində İlham Əliyevin andiçmə mərasimindəki çıxışına istinad edərək proqnozlaşdırıb ki, Bakı Türkiyəyə arxalanaraq öz ekspansionist və aqressiv siyasətini davam etdirəcək: “Əliyevin İranla bağlı siyasətində ciddi dəyişiklik görməyəcəyik”. Onun fikrincə, Azərbaycan Qarabağ müharibəsində qazandığı qələbələrdən sonra region ölkələrinə münasibətdə güc mövqeyindən davranır və Bakı bütün mübahisəli ərazilər geri alınana qədər “təcavüzkar siyasətini davam etdirəcək”.

Ekspert iddia edir ki, İranın Azərbaycanla problemləri əslində Bakının Cənubi Qafqazdakı aqressiv siyasətindən qaynaqlanır, xüsusən də bu ölkənin İsraillə xüsusi münasibəti Tehranla Bakı arasında gərginliyə səbəb olur: “Bu çıxışda Əliyevin əvvəlki siyasətinin bütün əlamətləri, xüsusən də onun “Türk dünyasından başqa ailəmiz yoxdur” dediyi hissə var idi”. O, Azərbaycanın İranda səfirliyini açmaq üçün hansı şərtləri olduğunu bilmədiyini deyib və qeyd edib ki, daha kiçik qonşumuz daha böyük qonşu ilə güc balanssızlığından əziyyət çəkəndə səfirlik açılacaq. Lakin indi şərtləri diktə etmək üçün üstün mövqedən çıxış edir. Bu sözlərin adi dildə açması odur ki, o, rəsmi Tehrana Azərbaycana təzyiq etməyi təklif edir.

Cəmaləddin Quliyev, siyasi ekspert









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Puta-Nəqliyyat-2” ASC ləğv olunur
Bu gün, 00:02
Tarixi Zəfər: - Təkcə bayram yox, həm də milli hesabat
Bu gün, 00:00
Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI
Dünən, 19:00
Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 18:58
ABŞ siyasətində YENİ DÖNƏM – Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...
Dünən, 18:17
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib - SƏRƏNCAM
Dünən, 18:15
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN
Dünən, 18:13
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO
Dünən, 18:10
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar – Azərbaycana gələn fransızların sayı artır
Dünən, 18:04
Sabahdan məktəblilərin 17 günlük tətili başlayır - DİQQƏT
Dünən, 18:02
"Qara siyahı"-nın ləğv olunması absurddur - BU NƏDİ BELƏ?..
Dünən, 18:01
İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır
Dünən, 17:54
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib
Dünən, 17:52
Makron hakimiyyətinin rəzaləti – fransalı nazirin sayıqlaması
Dünən, 17:47
Azərbaycana qarşı iddia geri götürülür? – İrəvandan açıqlama
Dünən, 17:45
İri holdinqin rəhbəri dəyişdirilib - DOSYE
Dünən, 17:42
Natəvan Əmirova sertifikatsız çalışırmış - Klinika cəzalandırıldı
Dünən, 17:39
Bayram günlərində leysan yağacaq - belə deyirlər...
Dünən, 17:35
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi HARA BAXIR? - BU NƏDİ BELƏ?..
Dünən, 16:51
Amerika Birləşmiş Ştatlarındakı seçkilər niyə çərşənbə axşamı keçirilir? - Adət-ənənə, seçici fəallığı hesabı...
Dünən, 16:40
Nazir onu müşavir vəzifəsindən azad etdi - Səftər Rəhimli hara vəzifəyə gedir?
Dünən, 16:36
"Hər an uçmaq təhlükəsi var..." - BU NƏDİ BELƏ?..
Dünən, 16:21
Gözdən əlil olan şikayətçi illədir ev növbəsindədir, amma... - “Mənə deyirlər ki, 1 otaqlı ev yoxdur”
Dünən, 16:01
İrandan Trampın prezident seçilməsinə REAKSİYA
Dünən, 15:58
Tanınmış aparıcının SEVGİ MEYARI: - “Kişidə baxış, gözlər, bir də…”
Dünən, 15:53
“Bank VTB Azərbaycan”ın rəhbərliyinə təyinat olub - FOTO
Dünən, 15:48
Gəncə alüminium zavodunda nə baş verir? – İŞÇİLƏR BƏZİ RƏHBƏR ŞƏXSLƏRDƏN NARAZILIQ EDİR...
Dünən, 15:44
“Azərbaycanda yeni qiymətləndirmə standartları hazırlanacaq” - Vüqar Oruc
Dünən, 15:38
Bu il banklar 6,2 milyard dollar valyuta alıblar - SİYAHI
Dünən, 15:36
Sülh planı müzakirəyə çıxarılır - “The Wall Street Journal”
Dünən, 15:33
Avropa “qəflət yuxusu”ndan ayıla biləcək? - Bakunetwork
Dünən, 15:30
“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!
Dünən, 15:25
Şarl Mişel COP29-da iştirak edəcək - AÇIQLAMA
Dünən, 15:20
Tramp Əliyev və Ərdoğana görə bunu etməyəcək - Ermənilərə xəbərdarlıq
Dünən, 15:00
“İrşad” müştəriyə satdığı qüsurlu malı dəyişdirmədiyi üçün cərimələndi
Dünən, 14:55
İran Zəngəzur dəhlizinə qarşı: - Ermənidən çox erməniçilik edir
Dünən, 14:52
Trampın qələbəsi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 14:10
Azərbaycan-Ermənistan sülh danışıqları üçün hansı platforma daha səmərəlidir?
Dünən, 14:02
Sülh müqaviləsinin bütün bəndləri razılaşdırılıb - Bir məsələ qalır
Dünən, 14:00
İrəvan COP29-da iştirakı ilə bağlı hələ də qərar verməyib - KİV
Dünən, 13:37
Sabahdan Azərbaycanda altıgünlük bayram tətili başlayır - DİQQƏT
Dünən, 13:34
“Oleq Bakinski” haqda - Yeni qərar
Dünən, 13:12
“Toylarda geyinənlərə yox, soyunanlara çox pul verilir”
Dünən, 13:09
Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 13:00
ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı cinayət işlərinə son qoymaq istəyir – NBC
Dünən, 12:57
Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir - GƏLİŞMƏ
Dünən, 12:49
Tovuzda EKOLOJİ TERROR: Kənd sakinləri susuz qaldı... - ÖZBAŞINALIQ...
Dünən, 12:46
Zəngəzur dəhlizinin açılmasını istəmirik - Sübhani
Dünən, 12:41
İran Qarabağdan əl çəkmir: "ekspertləri" Ermənistanda... - “Miran Press”
Dünən, 12:38
Azərbaycan Mərkəzi Bankı "Meqa Həyat Sığorta"ya müddətsiz lisenziya verdi! - FOTO
Dünən, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru