![Maaş və pensiyalarla bağlı müjdə: Yenidən artırılır? Maaş və pensiyalarla bağlı müjdə: Yenidən artırılır?](https://dia-az.info/uploads/posts/2024-02/thumbs/1708692859_0001.jpg)
“Büdcənin yenidən baxılması neftin qiymətindən asılıdır. Neft və qazın qiymətindən əlavə gəlirlər daxil olacaqsa, büdcəyə yenidən baxıla bilər”.
Bunu yerli mətbuata deputat Vahid Əhmədov deyib.
O bildirib ki, bu, qiymətlərin necə dəyişəcəyindən asılıdır:
“Baxaq görək qiymət məsələsində stabillik olacaq ya yox. Əlbəttə, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır. Hazırda isə neftin qiyməti yüksəkdir”.
Maraqlıdır, maaş və pensiyalar arta bilər?
Mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, may və iyun ayında büdcəyə təkrar baxılmalıdır:
“Bundan sonra maaş, pensiya və müavinətlərin artımı ilə bağlı qərar qüvvəyə minə bilər. Lakin bunun baş vermə ehtimalı çox azdır. Çünki Qarabağın bərpasına çəkilən xərclər kifayət qədər çoxdur. O xərclər olduğuna görədə maaş, pensiya və müavinətlərin artması qeyri-realdır. Amma istənilən halda büdcəyə yenidən baxılacaq. Ola bilsin ki, maaş, pensiya və müavinətlərin artmasını baş versin”.