Naxçıvanın Nazirlər Kabineti ilə "Tural" şirkəti arasında nə baş verib? .....                     KTMT buna görə bizi məyus edib .....                     Rusiya televiziyaları Suriyadakı uğursuzluğa görə günahkarı tapdılar .....                     Putin Əsədi Suriyanın yeni hakimiyyətinə sata bilər .....                     Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Ermənilərlə işləmək asan məsələ deyil... .....                     "Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanda .....                     Azərbaycanda 2 min manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb .....                     General və polkovniklərin müsadirə olunan əmlakları .....                     Təbrizdə türkcə “Qarı nənə” uşaq tamaşası nümayiş olundu .....                     Repetitorluq qadağan olunarsa... .....                     Ermənistanın Suriya siyasətində durğunluq dövrü olacaq .....                     "İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər" .....                     Kreml Suriyadakı hərbi bazalarını qorumaq üçün tərəfdaş axtarır .....                     Suriyanın müvəqqəti hökumətinin rəhbəri vəzifəsinə Məhəmməd əl Bəşiri seçiləcək .....                     Mirqiyas Kazımov məhkəməyə .....                     Almaniya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı .....                     “Vialon”un rəhbəri deyir ki, dilinizi boğazınızdan çıxararam... .....                     Paşinyanın dediyi absurddur, Parisdə Trampla... .....                     “Azercell Telekom”da kommersiya üzrə yeni baş direktor təyin edilib .....                     Suriyanın bərpası neçəyə başa gələcək? .....                     Aynur Dadaşova ərinin xəyanətindən DANIŞDI .....                     Ukrayna və ABŞ Müdafiə nazirləri cəbhədə mövcud vəziyyəti müzakirə edib .....                     “Suriya Türkiyəyönlü silahlı dövlətə çevriləcək” .....                     "Ermənistan-Azərbaycan arasında davamlı sülh olmadan .....                     BDU-nun 6 tələbəsi qalib oldu .....                     Sabahdan bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır .....                     "Onlara demək istəyirəm ki... .....                     Salyanda "Dollar Rüstəm"in evinə hücum .....                     Mənbic şəhərində Azərbaycan bayrağı, Qarabağ yazısı görünüb .....                     İndiyə qədər 1531 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb .....                     10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi məktəbdə BATIB .....                     "20 Yanvar" yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq? .....                     Əməkdar artist kliniki ölüm keçiribmiş .....                     İki dairədə yeni seçki məntəqələri yaradılıb .....                     "Pul verməmək üçün hər şey edirlər" .....                     Ərdoğanın “bir Putin, bir mən” sözlərinin açması: Ankaradan Moskvaya kritik təklif .....                     Nazirlik qanunsuz çalışan plastik cərrahlara sertifiaktların verilməsində əməkdaşlarının .....                     ABŞ-nin NATO-dan çıxması onun azalan nüfuzuna daha böyük zərbə vura bilər .....                     Əsəddən sonrakı Suriya: .....                 

“Qara dəniz üzərindən Ermənistana silah daşınmasına göz yumulmayacaq, TÜRKİYƏ isə...” - İLGİNC DETALLAR
Tarix: 23-02-2024, 17:01 | Çap et
“Qara dəniz üzərindən Ermənistana silah daşınmasına göz yumulmayacaq, TÜRKİYƏ isə...”
Nikol Paşinyanın Fransaya səfəri zamanı fransızlar yaxın vaxtlarda Ermənistana hərbi texnika və silah-sursat göndəriləcəyini anons edib. Bununla bağlı Fransanın müdafiə naziri İrəvana gələcək.

Bundan əvvəl fransızlar Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərini Poti limanı vasitəsilə göndərmişdilər. Bu dəfə də silahların gəmi ilə Qara dəniz vasitəsilə göndəriləcəyi gözlənilir. Gürcüstanın Qərbin təzyiqi ilə yenidən silah-sursat və texnikanı Ermənistana buraxmayacağına zəmanət yoxdur. Qara dənizlə daşınan bu silahların Azərbaycana qarşı yönələcəyini nəzərə alsaq, bu məsələdə yəqin ki, qardaş Türkiyə nəzarəti gücləndirəcək, Qara dəniz hövzəsi ilə silah daşımalarına xüsusi diqqət edəcək.

İkinci marşrut İran ərazisi ola bilər, amma Tehranın regionda Ermənistanla Fransanın qurduğu oyundan artıq xəbəri var. Bəzi məlumatlara görə, İranın kəşfiyyat orqanları Fransanın Ermənistanda hərbi baza yaratmaq planları haqda dəqiq bilgilər əldə edib. Yəqin ki, İran öz sərhədində NATO bazasının yaradılması planının tərkib hissəsi olan Ermənistana silah daşımalarına imkan yaratmaz.

Mövzuya münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın şərti sərhəddə davamlı olaraq atəşkəsi pozması, o cümlədən hərbi ritorikanın artırılması üçüncü qüvvələr tərəfindən ötürülən tezislərin icrası istiqamətində atılan addımlar kimi dəyərləndirilməlidir.

Ekspertin fikrincə, hazırda əsas məqsəd Ermənistanı silahlandırmaq üçün bəhanə yaratmaqdan ibarətdir:

“Ermənistanın silahlandırılması təkcə Azərbaycana qarşı deyil, bütün bölgə dövlətlərinə qarşı yönəlmiş addımdır. Məqsəd bu ölkədən plasdarm kimi istifadə etməklə həm bölgədə Rusiyanın təsirini azaltmaq və Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq, həm də İrana qarşı bu və ya digər formada addımlar atmaqdan ibarətdir. Bəlli olduğu kimi, Ermənistanın sərhəddə baş verən bütün hadisələrə görə Rusiyanı ittiham etməsi, guya Azərbaycanla atəşkəsin pozulduğu ərazilərə Avropa İttifaqı müşahidə missiyasının daxil ola bilməməsi məsələsini qabartması və günahı rus sülhməramlıların üstünə atması da bunu açıq büruzə verir. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini tam, Gürcüstan ilə sərhədlərinin isə bir hissəsini Rusiya sərhədçiləri qoruyurlar. Onlar Rusiya sərhədçilərini uzaqlaşdırmağa və həmin ərazilərə xarici ölkələrin, o cümlədən Fransanın xüsusi xidmət orqanları, yaxud hərbçilərini yerləşdirməyə çalışırlar. Bu, Ermənistanın məhvinə aparan yolun başlanğıcı kimi dəyərləndirilə bilər”.

E.Mirzəbəyli hesab edir ki, silahların Ermənistana çatdırılması məsələsində ənənəvi güzəşt xarakterli addımlar olmayacaq:

““Bastion” zirehli avtomobilləri faktiki olaraq heç nəyə yaramır. Bundan sonra əgər söhbət raket, hava hücumundan müdafiə sistemləri, yaxud hücum silahlarından gedəcəksə, o zaman Qara dəniz üzərindən Ermənistana silah daşınmasına göz yumulmayacaq. Rusiya və Fransa arasında son günlər Qara dəniz müstəvisində yaranmış qarşıdurmanın təməlində həm də bu faktorlar var. Rusiya artıq bəyan edib ki, Fransanın hərbi təyyarələrinə qarşı güc tətbiq edə bilər. Bu, təkcə hərbi təyyarələr deyil, silah daşıyan gəmilərə qarşı da həyata keçirilə bilər. Güman edirəm ki, adekvat addımın Türkiyə tərəfindən sərgilənməsinə ehtiyac var, çünki bölgədə Ermənistan üzərindən həyata keçirilən siyasətin təməli bölgə dövlətlərinə qarşı yönəlib. Bir sözlə, siyasətin yalnız Azərbaycana qarşı yönəldiyini vurğulamaq doğru olmazdı”.

Qeyd edək ki, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Nazirlikdən verilən məlumata görə, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.

“Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik”, - Azərbaycan Müdafiə Nazirliyindən qeyd olunub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanın Nazirlər Kabineti ilə "Tural" şirkəti arasında nə baş verib? - TƏFƏRRÜAT
Bu gün, 21:03
KTMT buna görə bizi məyus edib - Mirzoyan
Bu gün, 20:58
Rusiya televiziyaları Suriyadakı uğursuzluğa görə günahkarı tapdılar
Bu gün, 20:56
Putin Əsədi Suriyanın yeni hakimiyyətinə sata bilər - Sensasion iddia
Bu gün, 19:23
Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib - Bu MADDƏ İLƏ....
Bu gün, 19:19
Ermənilərlə işləmək asan məsələ deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02
"Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanda Putinin həbsi ilə bağlı qərar icra oluna bilməz"
Bu gün, 19:00
Azərbaycanda 2 min manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 18:58
General və polkovniklərin müsadirə olunan əmlakları - SİYAHI
Bu gün, 18:47
Təbrizdə türkcə “Qarı nənə” uşaq tamaşası nümayiş olundu - BUNA DA ŞÜKÜR...
Bu gün, 18:06
Repetitorluq qadağan olunarsa... - “Ali məktəblər boş qalacaq”
Bu gün, 18:04
Ermənistanın Suriya siyasətində durğunluq dövrü olacaq - İrəvan üçün böyük itki
Bu gün, 17:58
"İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər" - deputat
Bu gün, 17:56
Kreml Suriyadakı hərbi bazalarını qorumaq üçün tərəfdaş axtarır
Bu gün, 17:54
Suriyanın müvəqqəti hökumətinin rəhbəri vəzifəsinə Məhəmməd əl Bəşiri seçiləcək - "Al Jazeera'
Bu gün, 17:41
Mirqiyas Kazımov məhkəməyə ÜZ TUTDU
Bu gün, 17:39
Almaniya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı
Bu gün, 17:36
“Vialon”un rəhbəri deyir ki, dilinizi boğazınızdan çıxararam... - ÖZBAŞINALIQ!
Bu gün, 17:34
Paşinyanın dediyi absurddur, Parisdə Trampla... - Voskanyan
Bu gün, 17:28
“Azercell Telekom”da kommersiya üzrə yeni baş direktor təyin edilib - buna qədər isə...
Bu gün, 17:23
Suriyanın bərpası neçəyə başa gələcək?
Bu gün, 17:16
Aynur Dadaşova ərinin xəyanətindən DANIŞDI - "Hər şeyə qulaq asdım"
Bu gün, 17:14
Ukrayna və ABŞ Müdafiə nazirləri cəbhədə mövcud vəziyyəti müzakirə edib
Bu gün, 17:04
“Suriya Türkiyəyönlü silahlı dövlətə çevriləcək”
Bu gün, 16:55
"Ermənistan-Azərbaycan arasında davamlı sülh olmadan Qərbi Azərbaycana dinc qayıdış mümkün deyil"
Bu gün, 16:52
BDU-nun 6 tələbəsi qalib oldu
Bu gün, 16:48
Sabahdan bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır - DİQQƏT!
Bu gün, 16:47
"Onlara demək istəyirəm ki... sizin gördüyünüz kimi deyil"
Bu gün, 16:45
Salyanda "Dollar Rüstəm"in evinə hücum - "Porsche"də 50 min dollar var...
Bu gün, 16:42
Mənbic şəhərində Azərbaycan bayrağı, Qarabağ yazısı görünüb - FOTO
Bu gün, 16:37
İndiyə qədər 1531 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb
Bu gün, 16:36
10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi məktəbdə BATIB – Hadisənin TƏFƏRRÜATI
Bu gün, 16:23
"20 Yanvar" yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq? - "Heç bir sənəd mövcud deyil..."
Bu gün, 16:21
Əməkdar artist kliniki ölüm keçiribmiş - AÇIQLAMA
Bu gün, 16:16
İki dairədə yeni seçki məntəqələri yaradılıb
Bu gün, 16:13
"Pul verməmək üçün hər şey edirlər" - Hüquqşünasdan "Meqa Sığorta" ilə bağlı şikayət
Bu gün, 16:11
Ərdoğanın “bir Putin, bir mən” sözlərinin açması: Ankaradan Moskvaya kritik təklif – Dörd bölgə…
Bu gün, 16:05
Nazirlik qanunsuz çalışan plastik cərrahlara sertifiaktların verilməsində əməkdaşlarının adlarının çəkilməsinə münasibət bildirib
Bu gün, 15:49
ABŞ-nin NATO-dan çıxması onun azalan nüfuzuna daha böyük zərbə vura bilər -ŞƏRH
Bu gün, 15:44
Əsəddən sonrakı Suriya: - “Yeni və daha mürəkkəb dövr başlayır”
Bu gün, 15:41
Trampın xüsusi nümayəndəsi HƏMAS-ı girovları azad etməyə çağırıb
Bu gün, 15:40
Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb
Bu gün, 15:34
Ömrülük məhbusun anasından rəsmi qurumlara MÜRACİƏT - “Oğlumu türmədə ölümə təhrik edirlər”
Bu gün, 15:32
Gürcüstan Aİ-yə inteqrasiyası dayandırılmayıb - Kobaxidze
Bu gün, 15:16
Səhiyyə sisemində TENDER YEYİNTİSİ... - İcazə verin şübhələnək...
Bu gün, 15:14
Yeni ili bölgələrdəki hotellərdə qarşılamaq neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 15:11
Putin Əsədlə nə vaxt görüşəcək? - Peskovdan açıqlama
Bu gün, 15:09
Məşhur plastik cərrahların sertifikatları ləğv olunur... - Ağır cəza gözlənilir
Bu gün, 15:07
Suriyanın müvəqqəti rəhbəri o oldu - BƏLLİ OLDU
Bu gün, 15:00
Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib - FOTO
Bu gün, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru