Kamala Harrisin Trampla mübarizədə davam gətirəcəyi inandırıcı deyil .....                     Generaldan maddi ziyan tələbləri artır .....                     “Volın məsələsi” həll olunmasa və ya Rusiyanın əlində oynamaq .....                     “Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən SƏBƏB .....                     LGBT şousundan və toyuq ayaqlarının ovundan "zövq alın": .....                     Sərdar Həmidovun oğlu Tərtərdən deputatlığa namizəd oldu .....                     Ermənistan Rusiya bazarından xaric edildi .....                     Kolonna ermənilərə görə sevincini gizlədə bilmədi .....                     “Azər Türk Bank” ASC səhmdarlarının Ümumi Yığıncağının tarixi dəyişdirildi .....                     “Kişi tezdən işə getsin, evdə olanda adam əsəbiləşir” .....                     Kürdəmirdə vəzifəli şəxs faciəli şəkildə ÖLDÜ .....                     Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi .....                     “Ermənistan sülh yox, yeni əməliyyatlara köklənib” .....                     Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? .....                     “Cəmiyyətə gül atıblar, gülüş atıblar, balta yox!” .....                     "Bir dəfə mənim dostlarım yenilik etsin, mən oğurlayım" .....                     Ermənistana münasibətdə İranla Qərbin sinxron siyasəti .....                     "Açılışa baxmaq fikrində deyildim..." .....                     Azərbaycanda qəbiristanlıqdakı mənzərə görənləri heyrətə gətirdi .....                     Ermənistanın “E”si də qalmayacaq, əgər... .....                     Zərdüşt Əlizadə Sərdar Cəlaloğlunu ittiham etdi: .....                     Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır .....                     “Yelo Bank”ın depozitləri azalıb .....                     "Hələ seçkiqabağı təşviqat başlamayıb..." .....                     “Azercell” yenə də öz ampluasındadır... .....                     "Təhükəsizliklə bağlı Parisin sadə qaydaları təmin etməməsi heç bir məntiqə uyğun deyil" .....                     “Səba” mənfəətdən zərərə keçdi .....                     Ukraynaya qarşı döyüşən azərbaycanlı əsir düşüb .....                     İndi də “Yarım gilə”mizi oğurladılar… .....                     Azərbaycanla Ermənistan arasında yeni müharibə: .....                     "Allah haqqı düzəlmir..." .....                     Bizdə TURİZM NİYƏ YOXDUR... .....                     Yaşa görə pensiya verməmək missiyası davam edir .....                     “Ermənilər noyabrda Bakıya gəlməsələr, “öz ayaqlarına güllə atmış” olacaqlar” .....                     Bu şirkət dərman satışı ilə bağlı 2 milyonluq .....                     Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub .....                     Ərdoğan bu tarixdə Əsədlə görüşəcək .....                     III Qarabağ savaşı başlayır? .....                     Qafqaz üçün məkrli plan... .....                     Onların dəqiqəsi qızıl imiş... .....                 

"Hakimin maaşı yüksək olmalıdır ki, başqa "yol"a meyl etməsin" - Ali Məhkəmənin sabiq hakimi BELƏ DEYİR...
Tarix: 23-02-2024, 17:45 | Çap et
 "Hakimin maaşı yüksək olmalıdır ki, başqa "yol"a meyl etməsin"
Dia-az.info Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyevin e-huquq.az-a müsahibəsini əqdim edir...

- Əsəd müəllim, hakimlik fəaliyyətinə necə başlamısınız? Fəaliyyətinizin ilk illərini necə xatırlayırsız?

- Hakimlik fəaliyyətinə Ağdam məhkəməsində başlamışam. O zaman mən əslində notarius vəzifəsində çalışırdım. Sadəcə Ağdam məhkəməsində hakimlərdən biri geri çağırılmışdı. Ona görə də məhkəmədə iş yükü 1 hakimin üzərində idi. Elə oldu ki, 1980-cı ildə məni hakim əvəzi kimi həmin məhkəməyə göndərdilər. Təxminən 1 il yarım burada çalışmışam. 1982-ci ildə isə Xaçmaz rayon məhkəməsinə hakim təyin olundum. 1985-1987-ci illərdə Ağsu məhkəməsində çalışmışam. 1987-ci ildə Salyan Rayon Məhkəməsinin sədri təyin olunmuşam. Fəaliyyətimin 13 ili bu məhkəmə ilə bağlıdır. 2000-ci ildən isə Ali Məhkəmənin Mülki kollegiyasının hakimi olmuşam və 2020-ci ildə təqaüdə çıxmışam.

Hakimlik fəaliyyətim ərzində çox yaddaqalan hadisələr olub. Belə hadisələrdən biri Xaçmaz rayon məhkəməsində çalışdığım dövrə təsadüf edir. Rayonda bir qətl hadisəsi baş vermişdi. Gənc oğlan həyat yoldaşının keçmişdə münasibəti olduğunu güman etdiyi şəxsi meşəlik ərazidə qətlə yetirərək meyitini basdırmışdı. Deməli, qətlə yetirilən şəxs itkin kimi axtarılırdı. Cinayət hadisəsini törədən adamın özü də bu axtarış işlərində fəal iştirak edib. Özünü elə aparıb ki, guya heç bir şeydən xəbəri yoxdur. Hətta belə bir şaiyə də yayıb ki, guya həmin oğlanın mərhum anasının ruhu onu öz yanına aparıb. Nəhayət, bir müddət sonra kənd təsərrüfatı işləri görülərkən ekskovatorun torpağı qazması nəticəsində həmin adamın meyiti aşkarlanmışdı. Hadisəni kimin törətdiyi məlum olduqdan sonra o özü də etiraf etmişdi və atasının da bu işdə ona kömək etdiyi ortaya çıxmışdı. Lakin məhkəmədə onlar istintaqa verdikləri ifadəni dandılar. Dedilər ki, bizi bu cür ifadə verməyə məcbur ediblər. Gənc oğlan hətta iddia etdi ki, cinayət hadisəsi baş verən gün rayonda olmayıb, Dərbənddə bazarda nar satırmış. Eyni kənddən olan bir neçə nəfəri də şahid kimi göstərdi ki, həmin gün onlar da bazarda olub. Biz həmin iki qadını şahid qismində dindirdik və oğlanın dediklərini təsdiq etdilər. Dəqiq ayın tarixini soruşduqda isə xatırlamadıqlarını bildirdilər. Növbəti prosesdə həmin qadınları bir də məhkəməyə dəvət etdik. Yenə də eyni fikirləri dedilər. Bu zaman qəfil onlardan soruşdum ki, həmin gün kəndinizdə nəsə əlamətdar bir hadisə və s. baş vermişdimi? Toy, nişan, kiminsə yas mərasimi və s. belə bir hadisə olmuşdumu? Bəlkə yadınızda olar. O andaca qadınlardan biri dedi ki, həmin gün biz Adilin qızı Simanın dəfn mərasimində iştirak etmişdik. Biz dərhal sorğular verdik və adıçəkilən şəxsin ölüm kağızına baxdırdıq. Müəyyənləşdirdik ki, birlikdə bazara getdikləri gün bizim araşdırdığımız cinayət hadisəsinin baş verdiyi gündən 3 gün sonra olub. Nəhayət, biz bütün sübutlar və faktlar əsasında həmin cinayətin məhz bu oğlan tərəfindən törədildiyini dəqiqləşdirə bildik və ona, eyni zamanda cinayət hadisəsini törətməkdə onunla əlbir olan atasına cəza təyin etdik.

Başqa bir hadisə isə Salyan rayon məhkəməsinin sədri olduğum dövrdə baş verib. Yenicə sədr təyin olunmuşdum ki, qəbula bir vətəndaş gəlmişdi və təkidlə ona xüsusi vaxt ayırmağımı istəyirdi. Mən onun xahişini nəzərə alıb şənbə günü qəbula gəlməsini bildirdim. Bünyad adlı bu gənc qəbula gələndə o qədər həyəcanlı idi ki, hətta özünə gəlmək üçün dərman qəbul edirdi. Nəhayət özünü toparlayıb başına gələnləri danışdı. Bildirdi ki, xalası oğlu ilə birgə Moskvada qiyabi təhsil alır. Yaz sessiyasında Moskvaya gediblər. Onlar parkda gəzərkən sprint lotereyası alıblar və Bünyad aldığı iki lotereyadan birində “QAZ 24” markalı avtomobil udub. Növbəti gün lotereyanı rəsmiləşdirmək üçün xalası oğlu ilə mərkəzi əmanət kassasına yaxınlaşıblar. Bünyad qısaqol köynək, onun xalası oğlu isə kostyum geyindiyindən Bünyadın pasportu və lotereya xalası oğlunun pencəyinin cibində olub. Xalası oğlu lotereyanı təqdim edən zaman Bünyadın pasportunu cibində saxlayıb, əvəzində öz pasportunu təqdim edib. Sənədləşmə başa çatan zaman avtomobilin xalası oğlunun adına sənədləşdirilməsini öyrənən Bünyad səs-küy salaraq sənədləşmənin onun adına aparılmasını tələb etsə də, xalası oğlu onu dilə tutaraq razı salıb ki, maşın sənədlə onun adına olsa da, Bünyadın hesab olunur. Eləcə də onun sürücülük vəsiqəsi olduğundan maşını Moskvadan sürüb apararlar. Bünyad da bununla razılaşıb. Rəsmiləşmə prosesindən sonra birgə universitetə gediblər. Xalası oğlu auditoriyaya girən kimi şad xəbəri elan edib ki, Bünyad avtomobil udub. Hamı onu təbrik edib, yığışıb birgə qeyd ediblər. Nə isə, sonradan elə olub ki, avtomobili Moskvada onlara verməyiblər. Deyiblər ki, biz Azərbaycana göndərəciyik və ünvan veriblər ki, gedib oradan götürərsiniz. Nəhayət, qayıtdıqdan sonra maşını götürüblər, lakin xalası oğlu avtomobili Bünyada verməkdən boyun qaçırıb. İddia edib ki, guya maşını özü udub. Bünyad nə qədər çalışsa da, onu razı sala bilməyib. Bütün rəsmi qurumlara edilən müraciətlər də nəticəsiz qalıb.

Mən sədr kimi müraciəti dinlədikdən sonra ona tövsiyə etdim ki, hadisəni təfsilatı ilə yazsın və iddia ərizəsi ilə məhkəməyə müraciət etsin. Ərizə məhkəməyə daxil olan kimi dərhal qərar qəbul edib həmin avtomobilin üzərinə həbs qoyduq. Daha sonra onların təhsil aldığı universitetə sorğu göndərdik. Çünki uduş olan gün qrup yoldaşları ilə birgə bu hadisəni qeyd etmişdilər. Moskvanın bir çox rayonlarına məhkəmə tapşırığı göndərdik ki, həmin tələbələr şahid kimi ifadə versin. Hamı bir nəfər kimi bildirmişdi ki, maşını Bünyad udub və xalası oğlunun adına rəsmiləşmə aparılıb. Moskvada onlarla birgə oxuyan həmkəndlilərini də şahid kimi cəlb etdik və nəhayət həqiqət ortaya çıxdı. Maşın xalası oğlundan alınaraq Bünyada verildi. Bu hadisə barədə o vaxt mətbuatda da məlumatlar dərc olunmuşdu. Bünyad arada maşınla gəlirdi məhkəmənin həyətinə, soruşurdu ki, nə qulluğunuz var? (red: gülür).

Bilirsiz, bu cür haqsızlıqlar aradan qalxanda bir hakim kimi adamın özünə də ləzzət edir. Bu hadisədən sonra camaatda da məhkəməyə qarşı çox böyük inam yaranmışdı. Ürəklə gəlib məhkəməyə müraciət edirdilər. Çünki bilirdilər ki, əgər haqlıdırlarsa, mütləq məhkəmədə qalib gələcəklər. Məhkəməyə inam çox böyük məsələdir, həqiqətən.

- 2020-ci ildən təqaüddəsiniz. Hazırda fəaliyyətiniz nədən ibarətdir?

- Təqaüdə çıxdıqdan sonra bir müddət heç bir fəaliyyətlə məşğul ola bilmədim. Bilirsiniz ki, pandemiya ilə əlaqədar olaraq karantin rejimi tətbiq olundu və 65 yaşdan yuxarı şəxslər üçün müəyyən məhdudiyyətlər var idi. Lakin ümumilikdə mən boş dayanmamışam, daim araşdırmışam, öyrənmişəm, yenilikləri izləmişəm, hüquqi məsləhətlər vermişəm. Hazırda Bakı Hüquq Təlim Mərkəzinin direktoruyam. Həmçinin Hüquqi İslahatlara Yardım Mərkəzinin İdarə Heyətinin üzvü və direktor müaviniyəm. Bildiyiniz kimi, 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Hakimlər İttifaqı təsis edilib. Mən bu İttifaqın İdarə Heyətinin üzvü, həmçinin Kommunikasiya Məsələləri Komissiyasının sədriyəm. Bundan əlavə, müxtəlif şirkətlərə hüquqi yardım göstərirəm. İnanın ki, heç boş vaxtım yoxdur. Hakim olanda iş yüküm necə idisə, elə indi də eynidir. Sadəcə bir şey var ki, indi sərbəstəm.

- Siz həm də Ali Məhkəmənin Elmi-məsləhət şurasının üzvüsünüz. Şuranın fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Açığını demək lazımdır ki, əvvəllər Elmi-məsləhət Şurası sadəcə kağız üzərində mövcud idi. Biz heç illərlə Şura üzvlərinin üzünü görmürdük. Amma indi əməlli-başlı fəaliyyətdə olan bir qurumdur. Bilirsiniz ki, Ali Məhkəməyə yeni sədr təyin olunduqdan sonra Şuranın tərkibi yenidən formalaşıb. Artıq bir neçə dəfə iclaslarımız keçirilib. Çox mühüm və aktual məsələləri müzakirə etmişik. Hesab edirəm ki, Şuranın fəaliyyəti hazırda çox səmərəlidir.

- Maraqlıdır, uzun illər hakim işləmiş şəxs kimi məsləhət üçün gənc hakimlər sizə müraciət edirmi?

- Hakimlər və vəkillər tərəfindən mənə çoxlu müraciətlər olur. Çətinlik çəkdikləri məsələlərdə tövsiyələr verirəm.

- Gənc hakimlərin fəaliyyətindən razısınız? Onlara əsas tövsiyəniz nədir?

- Mən həmişə demişəm, hakimin qazandığı hörmət onun ədalətindən asılıdır. Hakim ədalətli olmalıdır. Onun nüfuzu da, hörməti də ordan qaynaqlanır. Hər zaman hakimlərə tövsiyə edirəm ki, çox oxusunlar, öyrənsinlər, yeniliklərdən xəbərdar olsunlar. Çünki qanunvericiliyə tez-tez dəyişikliklər olunur. Bunların hamısını izləmək lazımdır. 1 həftə oxumadınsa, artıq geri qalırsan. Mən özüm də daim oxuyuram, yenilikləri izləyirəm, nə olsun ki, təqaüddəyəm. Hakim üçün mütaliə çox vacibdir. Bu, onların tərtib etdiyi qərarlarda da özünü göstərir. O hakim ki, mütaliə etmir, onun söz ehtiyatı da zəif olur. Baxırsan ki, tərtib etdiyi qərarlara da təsir edir. Qurduqları cümlələr adamı qane etmir. Mənə elə gəlir ki, indiki hakimlər kifayət qədər oxumurlar. Amma qınamaq da olmur onları. Çünki iş yükü çoxdur, heç əlavə nəsə oxuyub öyrənməyə vaxtları da yoxdur.

- Bildiyimizə görə, sizin bir oğlunuz hakimdir. Onun bu peşəni seçməsində sizin də rolunuz olub mu?

- Bəli, oğlum Ruslan Mirzəliyev Sabunçu Rayon Məhkəməsinin hakimidir. Düzünü desəm, mən onun hakim olmağını istəmirdim. Çünki bu işin çətinliyini yaşamışam, bilirəm ki, ağırdır. Özünə də demişdim. Amma onun bu peşəyə çox böyük həvəsi var idi.

- Bəs, oğlunuzun fəaliyyəti necə, sizi qane edirmi?

- Deyim ki, tam razıyam, yox. Çünki hələ yeni başlayıb. Mən istədiyim səviyyədə yetişməsi üçün zaman lazımdır. Məni ən çox qane edən tərəfi isə bu peşəni sevməsidir. Bu qədər iş yükünə baxmayaraq, Ruslan öz işini sevərək görür. Məncə, bu, çox önəmli amildir. Əgər bu sevgi varsa, deməli, daim öz üzərində işləyəcək, çətinliklərə də dözəcək. Mən ona ilk gündən sadəcə bir şey demişəm: ədalətsiz qərar qəbul etmək olmaz!

- Əsəd müəllim, hakimlərin maaşı məsələsi də tez-tez müzakirə olunan mövzulardandır. Bir çoxları hesab edir ki, hakimlərin tam obyektiv və ədalətli olması üçün maddi təminatları yüksək olmalıdır. Sizin bu barədə fikirləriniz necədir?

- Bəli, hakimlərin maaşı yüksək olmalıdır. Maddi təminatı yaxşı olmalıdır ki, başqa yola meyil etməsinlər. Bilirsiniz, hakim elə bir mövqedədir ki, ondan hər gün hər cür xahişlər olur. Maddi təminatı yüksək olsa, bu cür xahişlərin qarşısında da daha dözümlü olar. İndi cəmiyyətdə elə bir fikir var ki, hakimin hansısa qərarı qəbul etməkdə marağı olur və s. Elə deyil. Bu gün hakimlərimiz çox ədalətli, obyektivdilər. Əgər 1-2 nəfər başqa cür davranan hakim varsa, onlarla bağlı da lazımi tədbir görülür.

- Son olaraq, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını necə qiymətləndirirsiz?

- Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından sonra bu sahədə ardıcıl islahatlar həyata keçirilir. Çox mühüm əhəmiyyət kəsb edən bir sıra addımlar atılıb. Hakimlərin sayı artırılır. Bu da işlərə daha səmərəli baxılmasına xidmət edir. Çünki iş yükü işlərə kefiyyətli baxılmasına təsir edən amillərdəndir. Hakimliyə qəbul prosesi çox şəffaf qaydada keçirilir. Məhkəmə-Hüquq Şurasının yeni tərkibi formalaşıb. Məhkəmə-Hüquq Şurasına rəhərlik Ali Məhkəmənin sədri tərəfindən həyata keçirilir. Şuranın tərkibi də əsasən hakimlərdən ibarətdir. Bütün bunlar çox mühüm dəyişikliklərdir. İslahatlar bundan sonra da davam edəcək və biz müsbət nəticələri görəcəyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kamala Harrisin Trampla mübarizədə davam gətirəcəyi inandırıcı deyil - ÇÜNKİ...
Bu gün, 18:04
Generaldan maddi ziyan tələbləri artır - DETALLAR
Bu gün, 18:02
“Volın məsələsi” həll olunmasa və ya Rusiyanın əlində oynamaq - UNİAN
Bu gün, 17:58
“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən SƏBƏB - İLGİNC FAKTLAR
Bu gün, 17:52
LGBT şousundan və toyuq ayaqlarının ovundan "zövq alın": - Dünya mətbuatı Fransanı ələ salır
Bu gün, 17:49
Sərdar Həmidovun oğlu Tərtərdən deputatlığa namizəd oldu - "Tək gəlmişəm..."
Bu gün, 17:47
Ermənistan Rusiya bazarından xaric edildi - KİV
Bu gün, 17:43
Kolonna ermənilərə görə sevincini gizlədə bilmədi
Bu gün, 17:01
“Azər Türk Bank” ASC səhmdarlarının Ümumi Yığıncağının tarixi dəyişdirildi
Bu gün, 16:59
“Kişi tezdən işə getsin, evdə olanda adam əsəbiləşir” - VİDEO
Bu gün, 16:56
Kürdəmirdə vəzifəli şəxs faciəli şəkildə ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 16:54
Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi - FOTO
Bu gün, 16:46
“Ermənistan sülh yox, yeni əməliyyatlara köklənib” - deputat
Bu gün, 16:42
Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? - İLGİNC İDDİALAR...
Bu gün, 16:16
“Cəmiyyətə gül atıblar, gülüş atıblar, balta yox!” - Fazil Mustafa
Bu gün, 16:15
"Bir dəfə mənim dostlarım yenilik etsin, mən oğurlayım" - ATMACA
Bu gün, 16:09
Ermənistana münasibətdə İranla Qərbin sinxron siyasəti - İNCƏLƏMƏ
Bu gün, 16:07
"Açılışa baxmaq fikrində deyildim..." - AMMA...
Bu gün, 15:59
Azərbaycanda qəbiristanlıqdakı mənzərə görənləri heyrətə gətirdi - ŞOK İDDİA
Bu gün, 15:51
Ermənistanın “E”si də qalmayacaq, əgər... - Kritik payız
Bu gün, 15:30
Zərdüşt Əlizadə Sərdar Cəlaloğlunu ittiham etdi: - "Heç kim onun sədaqətinə inanmır"
Bu gün, 15:26
Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır
Bu gün, 15:16
“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib
Bu gün, 15:05
"Hələ seçkiqabağı təşviqat başlamayıb..." - MSK sədri UYARDI
Bu gün, 15:03
“Azercell” yenə də öz ampluasındadır... - "Borc yazırlar..."
Bu gün, 15:01
"Təhükəsizliklə bağlı Parisin sadə qaydaları təmin etməməsi heç bir məntiqə uyğun deyil" - deputat
Bu gün, 14:56
“Səba” mənfəətdən zərərə keçdi - HESABAT
Bu gün, 14:49
Ukraynaya qarşı döyüşən azərbaycanlı əsir düşüb - VİDEO
Bu gün, 14:32
İndi də “Yarım gilə”mizi oğurladılar… - AÇIQLAMA
Bu gün, 14:27
Azərbaycanla Ermənistan arasında yeni müharibə: - Blef, yoxsa reallıq?
Bu gün, 14:19
"Allah haqqı düzəlmir..." - GİLEY
Bu gün, 14:18
Bizdə TURİZM NİYƏ YOXDUR... - REPLİKA
Bu gün, 14:10
Yaşa görə pensiya verməmək missiyası davam edir - Pensiya yaşı artdıqca, pensiyaçı sayı azalır...
Bu gün, 14:02
“Ermənilər noyabrda Bakıya gəlməsələr, “öz ayaqlarına güllə atmış” olacaqlar” - FAKT BUDUR!
Bu gün, 14:00
Bu şirkət dərman satışı ilə bağlı 2 milyonluq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 13:56
Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub
Bu gün, 13:53
Ərdoğan bu tarixdə Əsədlə görüşəcək - Görüşün sürprüz məkanı...
Bu gün, 13:01
III Qarabağ savaşı başlayır? - "Bu cür silahlanmaya dözə bilmərik"
Bu gün, 12:58
Qafqaz üçün məkrli plan... - “Qərb Rusiyanın yerini tutmaq istəyir”
Bu gün, 12:54
Onların dəqiqəsi qızıl imiş... - SORĞU
Bu gün, 12:52
İranda "dil problemi" aradan qalxır? - AKTUAL
Bu gün, 12:41
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?” - Leyla Şıxlinskaya
Bu gün, 12:35
Saxta məhsul satmaları bir yana... - İSTEHLAKÇI HÜQUQU HARDA QALDI?
Bu gün, 12:33
Paytaxt ərazisində ahıl vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir şəxs saxlanılıb - VİDEO
Bu gün, 12:29
Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib - FOTO
Bu gün, 12:21
Rusiya şirkətinin erməni rəhbəri saxlanıldı
Bu gün, 12:17
Arabir güclənən şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:15
Rusiya izi araşdırılır: - Fransadakı təxribatın arxasında aşpaz Kiril dayanır?
Bu gün, 12:14
İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın - ÇAĞIRIŞ
Bu gün, 12:12
Ağcabədidə son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
Bu gün, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru