![Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi](https://dia-az.info/uploads/posts/2024-02/thumbs/1708696309_888.png)
Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb.
“Qafqazinfo”nun məlumatına görə, ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.
Onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, R. Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib.
Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.