Gürcüstan prezidenti “erməni soyqırımı abidəsi”ni ziyarət etdi .....                     Xarici vətəndaşın 1 il əvvəl yaratdığı 50 minlik şirkəti .....                     Saxta arayış qalmaqalına görə barəsində cinayət işi açılan .....                     Gürcüstan və Ermənistan prezidentləri görüşüblər .....                     Elnarənin təyyarə qəzasının qəhrəmanlarına “Hər şey yaxşı olacaq” ithafı .....                     Nazir məşhur cərraha vəzifə verdi .....                     Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü .....                     Samir Rzayev səfirlə görüşdü .....                     İcra başçısının müavini işdən çıxarıldı .....                     Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır .....                     Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... .....                     Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur .....                     Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? .....                     “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” .....                     55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu .....                     "Azəriqaz" daha bir məhkəməni uduzdu .....                     Ukrayna münaqişədən parçalanmış halda çıxacaq .....                     „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ .....                     Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır .....                     "Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" .....                     Azərbaycanda QSC yenidən təşkil ediləcək .....                     ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib .....                     Bakı səfərindən paylaşım etdi .....                     Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... .....                     Avarçəkmə yenidən Qarabağda .....                     Nazir rəisi təqaüdə göndərdi .....                     “Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır .....                     Problemli kreditlərdə 32 milyonluq artım .....                     TƏBİB-in ƏRKÖYÜNÜ... .....                     Artilleriya bölmələri ilə döyüş atışları keçirilib .....                     Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, .....                     Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... .....                     Azərbaycan-Çin münasibətləri yeni mərhələdə .....                     Xalq artisti arxivini tökdü ortaya... .....                     İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... .....                     “NORM”a yaxın şirkət yaradıldı .....                     “PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub .....                     44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... .....                     "Neftqazmaş" ASC kiçilib .....                     "Bakıtikişsənaye" ASC səhmdarlarına .....                 

“Məhkəmə qərarlarını məmurlar icra etmir, belə getsə...” - vəkildən SOS
Tarix: 2-03-2024, 10:12 | Çap et
“Məhkəmə qərarlarını məmurlar icra etmir, belə getsə...”
Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınacaqlıdır. Bu barədə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bununla bağlı çox sayda vətəndaş narazılığı var:

“Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda guya işlərinin çox olduğu və çatdıra bilmədikləri cavabını verirlər. Lakin həqiqətdə belə deyil”.

Qüdrət Həsənquliyev bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət çəkib: “Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdırlar. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”.

Bəs məhkəmə qərarının icra edilməməsinə görə məsuliyyət nədir?

2022-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət artırılıb. Məhkəmələr tərəfindən qəbul edilən, dövlət adından çıxarılan qətnamələr, qərardadlar və hökmlər mütləq qaydada icra olunmalıdır. Bu qərarların icra olunmasına birbaşa nəzarəti və təmin olunmasına nəzarəti icra məmurları həyata keçirir. İcra məmurları tərəfindən icra bildirişi daxil olduqdan sonra icraçı müvafiq qərarla icra işini başlayır. Tərəflərə, əsasən borclu tərəfə tələbin könüllü icra olunması ilə bağlı 10 günlük müddət tanıyır. Bu 10 gündən sonra tələb borclu tərəfindən icra olunmursa, o zaman icra məmuru tərəfindən müxtəlif icra hərəkətlərinin tətbiq olunması qaçılmaz olur.

Əgər icra məmuru tərəfindən müvafiq qətnamənin və ya məhkəmə qərarının icra olunması ilə bağlı, bütün tədbirlər boşa çıxdıqdan sonra borclu tələb icra olunmasından yayındığı hallarda və ya onu icra etmədikdə, icra məmuru tərəfindən müvafiq protokol tərtib olunmaqla məhkəməyə təqdim olunur. Məhkəmə inzibati qaydada və ya cinayət işi əsasında şəxsin barəsində qərar qəbul edir. Birinci növbədə şəxsin barəsində inzibati protokol tərtib olunur. İnzibati protokolun ardından şəxsin qeydiyyatda olduğu yerin rayon-şəhər məhkəməsi, şəxsin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən onu cərimə edə bilər və ya həmin şəxsin inzibati qaydada həbs olunması ilə bağlı qərar qəbul edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə görə, fiziki şəxslər 1000 manatdan 1500 manata qədər cərimə oluna bilərlər. Eyni zamanda şəxsin şəxsiyyəti nəzərə alınmaqla 2 ay müddətinə qədər inzibati qaydada həbs oluna bilərlər. Vəzifəli şəxslər 2500-4000 manata qədər, hüquqi şəxslər isə 5000-7000 manata qədər cərimə oluna bilərlər. Artıq şəxslər 2 ay müddətinə məhkəmə qərarlarının icra olunmamasına görə həbs oluna biləcəklər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, məhkəmə hökmünün, qərarının və ya aktının icra edilməməsinə görə borclu tərəf məhkəmə qətnaməsini, hökmünü və ya qərarını və ya əmrini qərəzli olaraq icra etməməyə görə 2000-4000 manata qədər cərimə oluna bilir, 320 saatdan - 480 saata qədər ictimai işlərə cəlb oluna, 2 ilə qədər islah işləri və 3 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılırlar. Elə məhkəmə hökmləri də var ki, ümumiyyətlə, məhkəmə icraçıları hər hansı bir tədbir görmür.

Belə hallarda vətəndaş nə edə bilər?

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, Azərbaycandan Avropa Məhkəməsinə göndərilən kütləvi şikayətlərin bir kateqoriyası məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır: “Bu, Azərbaycan məhkəmələrinin imicinə çox ciddi bir ziya vuran məqamdır. Məhkəmə Azərbaycan dövlətinin adından qərar verir və həmin qərarı icra etməli olan dövlət qurumları qərarın icra olunmasını təmin etmirlər. Avropa Məhkəməsində Azərbaycandan kütləvi surətdə məhkəmə qərarlarının icra olunmaması ilə bağlı şikayətləri alanda başa düşmürlər ki, necə ola bilər ki, dövlət adından çıxarılmış qərarların icrası dövlət qurumları tərəfindən təmin edilməsin?”

Ə.Mustafayev deyib ki, Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul edən 46 ölkə arasında məhkəmə qərarlarını icra etməyən tək ölkədir: “Digər ölkələrdən məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətə rast gəlməmişəm. Azərbaycanda bir çox hallarda məhkəmə qərarları dövlət qurumları, vəzifəli şəxslər tərəfindən icra olunmur. Bu, çox biabırçı bir haldır. Avropa Məhkəməsinin Azərbaycana qarşı qərar qəbul etdiyi işlər içində ən çox bu kateqoriyadan olan işlərdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərə baxır və Azərbaycana deyirlər ki, niyə öz adından çıxarılan qərarları icra etmirsən?”

Vəkil deyir ki, məhkəmə qərarlarının icra edilməsi üçün bir çox hallarda lazımi addımlar atılmır: “Halbuki qanunda konkret göstərilir ki, cavabdeh məhkəmə qərarını icra etmirsə, ona qarşı hansı qanuni addımlar atılmalıdır. İlk olaraq xəbərdarlıq edilir, məhkəmə qərarının könüllü icrası üçün zaman tanınır. Əgər şəxsin qərarı könüllü icrta etmirsə, icraçı onun əmlakına yönəlməlidir. Əmlakı yoxdursa, qazancına yönəlməlidir. Qazancı yoxdursa, ölkədən çıxışına stop qoyulur. Cavabdeh məhkəmə qərarını icra etmirsə, onun barəsində inzibati qaydada protokol tərtib olunur və cavabdeh inzibati həbslə cəzalandırıla bilər. Cərimə də oluna bilər. Bunlar təsir etməsə, qanunda var ki, cinayət məsuliyyətinə cəlb olunur. Cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən orada əmək fəaliyyətinə cəlb olunur və aldığı maaşdan onun vurduğu zərər ödənməlidir. Çox təəssüf ki, icraçılar bir çox hallarda qanunun tələbini yerinə yetirmirlər. İcraçılar bir qayda olaraq tələbkarlara deyirlər ki, işlə məşğuluq, cavabdehi çağırırıq. Amma konkret hansı qanuni tədbirləri gördüklərini demirlər. Çünki belə tədbirləri görmürlər. Bu halda düşünürük ki, burada korrupsiya əlamətləri var. İcraçı məhkəmə qərarlarının icrasını təmin etmək üçün maaş alır və işini görmür. Ortada Azərbaycan dövlətinin icraçıya verdiyi pul havayı gedir, Azərbaycan dövləti adından çıxarılan qərarlar havada qalır, dövlətin imici də yerə dəyir. Bu sahədə mütləq səyləri gücləndirmək lazımdır. İcraçıların məsuliyyət məsələsinə yenidən baxılmalı, məsuliyyət dəfələrlə artırılmalıdır ki, onlar üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər”.

Əsabəli Mustafayev qeyd etdi ki, bu və ya digər şəxslərin əməllərindən zərərçəkmiş vətəndaşlar ölkə daxilində məhkəmə qərarlarının icrasına nail ola bilmirlərsə, bu halda Avropa Məhkəməsinə müraciət hüquqlarından istifadə edə bilərlər: “Avropa Məhkəməsinin praktikasında ərizəçiyə dəymiş ziyanın dövlətdən tutulması praktikası tətbiq olunmur. Yəni vətəndaşa Azərbaycanda 100-200 min ziyan vurulubsa, məhkəmə qərarı ola-ola həmin pul alınıb borcludan, cavabdehdən zərərçəkənə ödənmirsə, bu halda dövlətdən o pulun tutulması praktikasına hələ ki müraciət olunmur. Bu halda konvensiyanın 6-cı maddəsi üzrə - ədalətli araşdırma hüququna əsasən Avropa Məhkəməsi qərar verir. Əgər məhkəmə hökmünün, qərarının icrası baş tutmursa, deməli, ədalətli araşdırma yoxdur. Qərar varsa, mütləq icra olunmalıdır. Avropa Məhkəməsi bu halda qərar çıxarır ki, məhkəmə qərarının icra edilməməsi qanunsuzdur və buna görə də ərizəçiyə müəyyən kompensasiya təyin edir. Məbləğ 5-7 min avro olur. Söhbət zərərin ödənməsindən getmir. Ancaq belə bir qərar çıxarılırsa, hökumət öhdəlik daşıyır ki, Avropa Məhkəməsinin qərarını icra etsin”.

Hüquqşünas deyir ki, hökumət, nəhayət, məhkəmə qərarlarının icrasının təmini ilə bağlı qəti addımlar atmalıdır: “Qərarların icrası üçün çox ciddi addımlar atmalı, bu məsələdə korrupsiya aradan qaldırılmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstan prezidenti “erməni soyqırımı abidəsi”ni ziyarət etdi - FOTO
Bu gün, 12:37
Xarici vətəndaşın 1 il əvvəl yaratdığı 50 minlik şirkəti - BAĞLANIR
Bu gün, 12:27
Saxta arayış qalmaqalına görə barəsində cinayət işi açılan "General Hospital" 6 min manat cərimələndi
Bu gün, 12:23
Gürcüstan və Ermənistan prezidentləri görüşüblər
Bu gün, 12:19
Elnarənin təyyarə qəzasının qəhrəmanlarına “Hər şey yaxşı olacaq” ithafı - VİDEO
Bu gün, 12:14
Nazir məşhur cərraha vəzifə verdi - FOTO
Bu gün, 12:07
Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü - FOTO
Bu gün, 12:04
Samir Rzayev səfirlə görüşdü - FOTO
Bu gün, 12:00
İcra başçısının müavini işdən çıxarıldı - BUNA GÖRƏ...
Bu gün, 11:59
Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır - FOTO
Bu gün, 11:57
Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... - NARAZILIQ VAR...
Bu gün, 11:53
Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur - ETİRAZ VAR...
Bu gün, 11:44
Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? – “Bu halda bankı məhkəməyə vermək olar”
Bu gün, 11:40
“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” - ÇAĞIRIŞ
Bu gün, 11:37
55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu - TƏFƏRRÜAT
Bu gün, 11:32
"Azəriqaz" daha bir məhkəməni uduzdu - 57 min manatı geri qaytaracaq
Bu gün, 11:27
Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"
Bu gün, 11:24
„Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ - Naxçıvandan SUAL EDİRLƏR...
Bu gün, 11:19
Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - “Hayeli Armenia”
Bu gün, 11:14
"Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" - İlyas İsmayılovun oğlu danışdı
Bu gün, 11:12
Azərbaycanda QSC yenidən təşkil ediləcək - TOPLANTI
Bu gün, 11:06
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO
Bu gün, 11:03
Bakı səfərindən paylaşım etdi - FOTO
Bu gün, 11:00
Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:57
Avarçəkmə yenidən Qarabağda - Füzulidə! (FOTO)
Bu gün, 10:44
Nazir rəisi təqaüdə göndərdi - FOTO
Bu gün, 10:38
“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir"
Bu gün, 10:34
Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?
Bu gün, 10:32
TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
Bu gün, 10:28
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
Bu gün, 10:13
Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, biri məhkəmə zalından həbs olunub
Bu gün, 10:08
Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... - İÇMƏLİ SU DƏRDİ...
Bu gün, 10:06
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə - MƏQALƏ
Bu gün, 09:57
Xalq artisti arxivini tökdü ortaya... - FOTO
Bu gün, 09:54
İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Bu gün, 09:51
“NORM”a yaxın şirkət yaradıldı - DETALLAR
Bu gün, 09:51
“PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 09:50
44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... - tert.am
Bu gün, 09:47
"Neftqazmaş" ASC kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU
Bu gün, 09:44
"Bakıtikişsənaye" ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 09:39
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
Bu gün, 09:36
İlham Əliyev regionda MEYDAN SULAYIR... - FAKT BUDUR!
Bu gün, 09:33
ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"
Bu gün, 09:29
Gəncədə icra hakimiyyətinin yaxınlığında QƏTL
Bu gün, 09:24
“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - RƏSMƏN ÖZBAŞINALIQDIR...
Bu gün, 09:20
"Kiçik məmurlar qudurğanlıq etməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 09:17
Əmək şəraiti ağır.. zərərli olan işlərdə... - Ekspert danışır...
Bu gün, 09:14
Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar - MƏQALƏ
Bu gün, 09:10
Dərin köklərə malik münasibətlər - İsrafil Kərimovun yazısı
Bu gün, 09:09
Ermənistan NƏ İSTƏYİR? - ƏGƏR...
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru