Habil Əliyevin xanımı da vəfat edib
Tarix: 2-03-2024, 10:31 |
Çap et
Xalq artisti, görkəmli kaman ifaçısı Habil Əliyevin ömür-gün yoldaşı Şərqiyyə Əliyeva vəfat edib.
Moderator.az-a açıqlama verən sənətkarın qızı Vəfa Əliyeva anasının bir neçə ay əvvəl dünyasını dəyişdiyini bildirib.
“Anam oktyabr ayının 25-də dünyasını dəyişib. Xəstəliyinin ağırlaşdığını mətbuata xəbər vermədik. Elə 2 günün içində vəziyyəti ağırlaşdı, komaya düşdü və rəhmətə getdi. Eynən atam kimi. Həm də atamın vəfat etdiyi yaşda anam rəhmətə getdi” deyə Vəfa Əliyeva bildirib.