Berlindəki sülh masasından çıxan nəticə... - fikir ayrılıqları, detallarda ziddiyyətlər
Tarix: 2-03-2024, 14:00 | Çap et
28-29 fevral 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində “Villa Borsig”də danışıqlar aparılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) görüşlə bağlı yaydığı məlumatda qeyd edilib ki, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər. Nazir C.Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.
Nazirlərin görüşü ilə bağlı Almaniyanın XİN başçısı Annalena Berbok "X" hesabında paylaşım edib və bildirib ki, Almaniya mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyir: “Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli və eyni zamanda çətin bir yolla gedirlər. Biz federal hökumət olaraq mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik. Beləliklə, yaralar sağalar və insanlar sülh qazanar. O istiqamətə gedən yolda hər metr önəmlidir".
Nazirlərin Berlin danışıqları ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı deyib ki, görüşdən gözlənildiyi kimi, sülh müqaviləsinin detallarının razılaşdırılması üzrə danışıqların davam etdirilməsi nəticəsi çıxdı:
- Tərəflər arasında ziddiyyətli məqamlar da məhz detalların razılaşdırılmamasıdır. Həm kommuninasiyanın açılması, həm sərhədin delimitasiyası ilə bağlı fikir ayrılıqları nəinki azalır, əksinə, son dövrlər daha da kəskinəşib. Xüsusilə, Ermənistanın Fransanın timsalında Qərbdən dəstək imkanlarının artması istəklərindən geri çəkilməsi, ortaq məxrəcə gəlməsini çətinləşdirir. Bu baxımdan, Berlin görüşündə sülh prosesində ciddi rəliləyiş əldə edildiyini söyləmək çətindir.
- O zaman görüşün əhəmiyyəti nə idi?
- Bu görüş Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşünün davamı idi və prosesdə iştirak edən tərəflər – Qərb, Ermənistan və Azərbaycan üçün siyasi nəticələr baxımından önəmli idi.
Qərb Bakı-İrəvan münasibətlərinin normallaşmasında iştirakını qaytarmağa çalışır. Brüssel formatı Qərbin iştirakında müsbət nümunə idi, lakin Makronun Şarl Mişelin təşəbbüsünü mənimsəməsi və prosesi erməni maraqlarının məcrasına yönəltməsi Bakının haqlı geriçəkilməsinə səbəb oldu. Bundan itirən Qərbin özü idi. Avropa İttifaqı Almaniyanın iştirakı ilə prosesə yenidən qayıtmaq istəyir. Burada Berlinin Cənubi Qafqazda Parisin mövqelərinə sahib çıxmaq siyasəti də var. Çünki Fransanın Ermənistanda möhkəmlənməsi Azərbaycanla münasibətlərində problemlər yaradıb və Almaniya bu imkandan istifadə etmək niyyətindədir.
Ermənistan Qərb platformasına onun gündəliyinin qəbul edilməsi məkanı olaraq baxır. Avropada həm dəstəkçiləri var, həm də kommunikasiyanın hansı prinsiplə açılmasında mövqeləri yaxındır. Bu baxımdan, İrəvan Münxen və Berlin görüşünə danışıqlar prosesinin Qərb platformasına qaytarılması imkanı olaraq görür.
Azərbaycana gəlincə, burada iki məsələ əhəmiyyətldir. Birincisi, Fransaya qarşı Almaniyanı alternativ kimi istifadə edir və Parisi prosesdən bir qədər də uzaqlaşdırır. İkincisi, Qərb platformasında görüşlərdən davamlı imtina etmək burada Ermənistanın mövqelərinin güclənməsi ilə nəticələnə bilər, bu görüşlərdə iştirakla belə vəziyyətin yaranmamasına çalışır. Rəsmi Bakı ikitərəfli formatdan yana olmasına baxmayaraq, Qərb platformasında görüşə bu məqsədlə razılaşır.
- Almaniyanın XİN başçısı bildirib ki, Bakı və İrəvan sülhə doğru cəsarətli və çətin yolla gedirlər. Bu bəyanatla Almaniya nə demək istəyir?
- Almaniya Azərbaycan-Ermənistan danışıqlarında ən azı iştirak edən ölkələrdəndir. Görünür, Berlin görüşündə Berbok gündəlikdəki ziddiyyətlərlə daha ətraflı tanış olduğu üçün çətinlikdən bəhs edir. Digər tərəfdən, Almaniya bununla ondan nəticə gözləyən tərəflərə - Fransaya, ABŞ-a və s. nəticə əldə etməyin asan olmadığı mesajı verə bilər.
- Berlindəki görüşü ilə sülh danışıqlarının Qərb platformasında bərpa oldunduğunu söyləmək olarmı?
- Bu, başlanğıc idi, lakin davamlı olacağını demək çətindir. Görüşlərin davam edəcəyi istisna deyil, amma nəticənin əldə edilməsi sual altındadır. Bu baxımdan, sülh danışıqlarının Qərb platformasında davam edəcəyi ehtimalı azdır. Birincisi, nəticəsiz görüşlərin heç bir mənası yoxdur, əgər Qərb platformasında sülh sazişi üzrə nəticə əldə edilməsə, proses yenidən dalana dirənəcək.
İkincisi, Ermənistanın sərgilədiyi mövqe nəticənin əldə ediləcəyini sual altına salır. Azərbaycan gündəliyindən geri çəkilməyəcək, bu təkcə rəsmi Bakının haqlı olmasından irəli gəlmir, həm də müəyyən reallıqlar var. Əgər Azərbaycan ərazilərini müharibə yolu ilə azad edibsə və Ermənistan heç bir güzəştə getməyibsə, o zaman Ermənistana niyə güzəşt edilməlidir. Yaxud da sülh naminə sülh sazişini imzalamaq nə qədər bizim maraqlarımıza uyğundur?!
Üçüncüsü, hazırda Almaniyanın vasitəçiliyi ilə başlayan prosesdə Ermənistanın maraqlarının təmin edilmədiyi vəziyyət yaranacaqsa, Fransa prosesi pozmaq istiqamətində hərəkət edəcək və bu da nəticə əldə etməyin mümkünlüyünü sual altına salan amillərdən biridir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? - GÖZLƏNTİ
Bu gün, 19:02 |
|
|
|
• Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar - ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir - AKTUAL
Bu gün, 18:56 |
|
|
|
• Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək
Bu gün, 18:24 |
|
|
|
• Hücumun ikinci hissəsi başladı - Ukrayna ordusu Kurskda irəliləyir
Bu gün, 18:11 |
|
|
|
• Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
Bu gün, 18:01 |
|
|
|
• Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir?
Bu gün, 17:58 |
|
|
|
• Niderland şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 17:52 |
|
|
|
• Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar - VİDEO
Bu gün, 17:47 |
|
|
|
• Tıxacda qalan Bakı: - Problemdən çıxış yolu görünmür?
Bu gün, 17:36 |
|
|
|
• Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı – ŞOK GƏLİŞMƏ
Bu gün, 17:33 |
|
|
|
• Müəllimlərə yeni status verilir? - “Maaş və təqaüdləri artacaq”
Bu gün, 17:31 |
|
|
|
• Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib
Bu gün, 17:29 |
|
|
|
• Fransa İrəvana niyə qucaq acdı? - Detallar açıqlandı
Bu gün, 17:22 |
|
|
|
• Vəzifəli şəxs vəfat etdi
Bu gün, 17:18 |
|
|
|
• Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı - “Vəkil bizdən 5 min avro aldı, özü isə...”
Bu gün, 17:11 |
|
|
|
• Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək
Bu gün, 17:06 |
|
|
|
• Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib - FOTO
Bu gün, 17:00 |
|
|
|
• Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib - FOTO, VİDEO
Bu gün, 16:51 |
|
|
|
• Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? -RƏY
Bu gün, 16:48 |
|
|
|
• Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi
Bu gün, 16:47 |
|
|
|
• Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir
Bu gün, 16:43 |
|
|
|
• Rusiyanın `ƏT GÜCÜ`... ARTIRILIR...
Bu gün, 16:38 |
|
|
|
• ABŞ Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Bu gün, 16:35 |
|
|
|
• AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:20 |
|
|
|
• Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir
Bu gün, 16:16 |
|
|
|
• Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb
Bu gün, 16:14 |
|
|
|
• Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı - Ata-oğul avtomobili əzdilər
Bu gün, 16:13 |
|
|
|
• Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək - FOTO
Bu gün, 16:10 |
|
|
|
• Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” - İTTİHAM VAR...
Bu gün, 16:02 |
|
|
|
• Rektorun Fransa sevgisi: - Vazeh Əsgərov 1 milyonluq noutbuk alır
Bu gün, 15:58 |
|
|
|
• Hacı Şahinin övladı da məktəbə başladı
Bu gün, 15:56 |
|
|
|
• Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı - DETALLAR
Bu gün, 15:51 |
|
|
|
• Tokayevdən Şoltsa xəbərdarlıq: - "Rusiya yenilməzdir!"
Bu gün, 15:48 |
|
|
|
• Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu - BU NƏDİ BELƏ?!
Bu gün, 15:47 |
|
|
|
• "Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" - Ohanyan
Bu gün, 15:39 |
|
|
|
• Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu
Bu gün, 15:38 |
|
|
|
• Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib - DOSYE
Bu gün, 15:36 |
|
|
|
• Qobu məktəbində təhsil bazarı: - Direktorun dərs saatı bazarı və şagird aylığı
Bu gün, 15:32 |
|
|
|
• Bakıda həbsxanada ÖLÜM
Bu gün, 15:25 |
|
|
|
• Şübhəli narahatlıq... - AXI NİYƏ?
Bu gün, 15:24 |
|
|
|
• Səttar Möhbalıyevin QARA İŞLƏRİ... ondan sorulacaq... - İDDİA
Bu gün, 15:22 |
|
|
|
• Sərxan Kərəmoğlu Xalq artistinə “ənkə” dedi
Bu gün, 15:15 |
|
|
|
• Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTO
Bu gün, 15:11 |
|
|
|
• Böyükağa Şükürovun müəmmalı ölümü yenidən araşdırılacaq - DETALLAR
Bu gün, 15:09 |
|
|
|
• Təhlükəli məktəb işə başladı - Müəllimlərin sayı şagirdlərdən çoxdur
Bu gün, 15:06 |
|
|
|
• Revanşist Andranik Tevanyan Donetskə getdi
Bu gün, 15:00 |
|
|
|
• Xanım sərnişinə "gəl qabaqda yanımda otur..." dedi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Düzgün xidmət göstərməyən PROVAYDERLƏR - İnternetin sürəti niyə vəd edildiyi kimi DEYİL?
Bu gün, 14:52 |
|
|
|
• Fransız şansonu zirehli texnika ilə: Ermənistan “hamısını birdən” alır - BU NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 14:48 |
|
|
|
|