Yeni icra başçısı Salyanın yollarının təmirini bu şirkətə həvalə etdi .....                     BU NƏDİ BELƏ: Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb .....                     Tarixin sonu və idarə olunan xaos: .....                     “Bank of Baku”nun saxtakarlığı niyə araşdırlmır? .....                     İnterpolun axtardığı fransız .....                     Azərbaycanlı BP-də yüksək vəzifəyə təyin olundu .....                     Misir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Köçəryan anonsunu verdi .....                     "Sənə pul lazım deyil? Pulunu ödəyirəm də..." .....                     Ziyafət Əsgərovun vəzifəsi ona həvalə edildi .....                     Azərbaycan təbii qazı Rusiyadan 185 dollara alıb, Türkiyəyə 310 dollara satıb .....                     General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL .....                     Rus əsgərləri gizli şəkildə Ukrayna ordusuna kömək edir .....                     Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Dilarə Kazımovadan şəxsi həyatı ilə bağlı ETİRAF .....                     BRİCS Bakıya nə verə bilər? .....                     Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb .....                     Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq .....                     "Azərbaycan kinosunu dövlət dəstəyi ilə sağaltmaq mümkündür" .....                     Generala ağır itki üz verdi .....                     Külli miqdarda rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərə hökm oxunub .....                     Bakıda olduğu deyilirdi… .....                     Şuşanın xarici su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq .....                     “Canını qoyursan, “sağ ol” demir, amma fonoqram oxuyanlara…” .....                     Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR... .....                     Azərbaycana qarşı İKİLİ STANDART .....                     “Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb .....                     BANM COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi oldu! .....                     `AAAF Park` sakinlərə bir də BELƏ ÇİLƏ YAŞADIR... .....                     İrəvanın havadarları bölgəyə yeni eskalasiya dalğası gətirməyə çalışırlar .....                     Ermənistan TƏXRİBATA HAZIRLAŞIR .....                     Azərbaycan Mərkəzi Bankı iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib .....                     Kiçik görünən böyük səhvlərimiz .....                     Qonşularımız yol ayrıcında: ölkə qaynayır .....                     Fəhlə işlədiyi şirkətdən 130 minlik oğurluq etdi: .....                     Aqil Abbasa futboldan danışmağı TÖVBƏ ELƏTDİRİRLƏR... .....                     Gədəbəydə vəzifəli şəxs qız qaçırıb .....                     "İranın hərbi obyektlərini vuracağıq" .....                     Azərbaycan əhalisi üçün təhlükə: Ermənilər elə silah alır ki... .....                 

Danışıqların növbəti raundundan sonra irəliyə getmək mümkün olacaqmı? - GƏLİŞMƏ
Tarix: 2-03-2024, 10:46 | Çap et
Danışıqların növbəti raundundan sonra irəliyə getmək mümkün olacaqmı?
Fevralın 28-29-da Berlində uzun fasilədən sonra reallaşan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri arasında iki günlük danışıqlar bitdi. Bu, Almaniya kansleri Olaf Şolstun az öncə Münxendən başlayan təşəbbüskarlığının davamı idi.

Azərbaycan XİN-dən verilən məlumata görə, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib. Səfər çərçivəsində nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüblər. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib. Ancaq müzakirələrin yekunu olaraq hər hansı şifahi ortaq bəyanat da qəbul edilmədi. Yenə “ağ qoşa” qoyuldu. Berlin təmaslarının davamı gələcəkmi və harada? Yoxsa Vaşinqton danışıqları kimi, o da fiaskoya məhkumdur? Sıra hansı paytaxtda? Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü yaxındamı? Bu mövzuda ekspertlərimizə müraciət etdik.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Berlin görüşünün baş tutması Azərbaycanın maraqlarına tam uyğundur: “Niyə uyğundur? Xatırladım ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində cənab Prezidentin keçirdiyi görüşləri, o sıradan da Almaniya kansleri cənab Şoltsun təşəbbüsü ilə baş tutan ikitərəfli Azərbaycan-Ermənistan danışıqlarını Fransa öz meydançasında qapısına vurulmuş qol kimi qiymətləndirdi. Və düzgün də qiymətləndirdi... Amma bundan qətiyyən guya havadarlıq etdikləri üçün düzgün nəticə çıxartmadı. Təcili olaraq Ermənistanın baş naziri Parisə dəvət edildi və prezident Makronun diktəsi ilə o, sülh danışıqlarını, bütövlükdə normallaşma prosesini sual altında qoyan bir sıra özünə xas boşboğazlıqlara yol verdi. Ümumiyyətlə, hiss olunurdu ki, rəsmi Paris Azərbaycan-Ermənistan danışıqlarının ikitərəfli formatda, özü də son üç ildə bu və ya digər dərəcədə onun Cənubi Qafqazdakı siyasətinə dəstək verən Almaniyanın təşəbbüsü ilə keçirilməsinin əleyhinədir. Buna müttəfiqinin də cəlb olunması ilə özünün ofsaytda saxlanılması kimi yanaşır. O baxımdan bu görüşün özü də Almaniyada baş tutması məhz Fransanın öz meydançasında ofsaytda saxlanması baxımından bir uğurdur.

Bu, bir daha onu göstərir ki, Fransanın bu regionla bağlı cəhdləri heç bir nəticə verməyəcək və versə də havadarlıq etdiyinin qətiyyən xeyrinə olmayacaq”. S.Alıyev əlavə etdi ki, görüşdə elə də böyük irəliləyişin olmayacağı əvvəlcədən bəlli idi və bu, heç kəs üçün sirr deyildi: “Çünki Ermənistan baş nazirinin Parisdəki açıqlamaları göstərdi ki, o, bu regionda sülh istəməyənlərin tam təsiri altındadır. Mən açığı, bu görüşlə bağlı konkret nələrin əldə edilib-edilməyəcəyinin 1 martda öz işinə başlayan Antalya Diplomatik Forumunda üzə çıxacağı fikrindəyəm. Əgər bu forumda Azərbaycan-Türkiyə-Ermənistan XİN rəhbərləri bir araya gələ biləcəklərsə, üçlü bir formatda görüş keçiriləcəksə, bu, o deməkdir ki, sülhün əldə olunması yolunda müəyyən bir irəliləyiş var. Çünki qardaş Türkiyənin birbaşa mövqeyi ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşmayınca, Türkiyə-Ermənistan əlaqələri də normallaşa bilməz”.

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Ermənistan sülh müqaviləsini imzalamaq istəmir: “Bu, onlar üçün məğlubiyyətin tam təsdiqi demək olardı. Qərb də sülh müqaviləsində maraqlı deyil. Belə bir müqavilə imzalanarsa, regionda sabitlik bərqərar olar. Sabitliyin bərqərar olması isə Qərbin regiona girməsi üçün əlverişli deyil. Məsələ həll olunmadıqca, Qərbin Ermənistana təsir imkanları da qalır. Qərb Ermənistandan alət kimi istifadə edib, Rusiyanı regiondan çıxarmaq, onun yerini tutmaq istəyir”.

A.Nağı əmindir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyanın da maraqlarına ziddir: “Hər şey yerini alarsa, normal münasibətlər yaranarsa, Rusiyanın da regionda qalmasına ehtiyac olmayacaq. Münasibətlərin normallaşması, sülhün əldə olunması Azərbaycanla Türkiyənin maraqlarına cavab verir. Bu, Azərbaycanın qələbəsinin təsbiti olar, Türkiyənin isə regionda dinc əməkdaşlıq fəaliyyəti üçün şərait yaradardı”. Partiya sədri bildirdi ki, Qərb Ermənistanı Avropaya inteqrasiya vədləri ilə şirnikləndirərək Rusiyaya qarşı aqressiv çıxışlara təhrik edir, Ermənistan isə sürətlə “Avropa ailəsi”nə daxil olmağa çalışır: “Onları sülh yox, bu məsələlər maraqlandırır. Berlin danışıqları da bunu aydın şəkildə göstərdi. Almaniya təşəbbüsü Fransadan almağa çalışır, Makronu az qala "boşboğazlıqda" ittiham edir. Çox danışıb, heç bir iş görməyən bu şəxsi arxa plana keçirmək istəyirlər".

A.Nağı bildirdi ki, Berlində ilk baxışdan xoş auralı görüş oldu: “Amma nəticəyə gələ bilmədilər, ənənəvi açıqlama ilə çıxış etdilər ki, bəzi məsələlər dəqiqləşdirilməlidir. Üstəlik, danışıqlar gedən zaman azaraq təmas xəttini keçən Azərbaycan əsgərini qarşı əsassız ittiham edib, həbsə atdılar. Bu yanaşma ilə sülhə nail olmaq mümkün deyil. Ola bilər ki, Berlin prosesi davam etdirilsin, amma nəticəsi olmayacaq. Başqa variant da effekt verməyəcək. O da mümkündür ki, Rusiya hər iki ölkənin liderini Moskvaya dəvət etsin, amma indiki şəraitdə Paşinyanın buna razılaşacağı inandırıcı deyil. Azərbaycan vasitəçisiz danışıqlara üstünlük verməli, güc amilini də nəzərdə saxlamalıdır. Böyük ehtimalla, onsuz keçinmək mümkün olmayacaq”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılovun sözlərinə görə, Qərb uzun müddətdir bölgədə müharibə hazırlıqları içərisindədir: “Konkret olaraq Fransanın rəhbərliyi altında Ermənistan ciddi şəkildə Azərbaycan əlyehinə qızışdırılır. Ermənistana Fransadan müxtəlif təxribatçı, təhrikedici dəstəklərin göstərilməsi, həmçinin sonuncu olaraq Fransa müdafiə nazirinin Ermənistanla hansısa anlaşma imzalaması və burada bölgə ilə bağlı təhdidkar bəhs etməsi, bütün bunların fonunda Avropa İttifaqı missiyası adı altında Ermənistan ərazilərində Qərb şəbəkəsinin ciddi şəkildə koordinasiya edilməsi regionda oynanılan təhlükəli oyunları göstərir. Belə olan təqdirdə bölgədə uzunmüddətli sülh və sabitlik mümkün olmur”. Ekspert qeyd etdi ki, əslində sülh və sabitlik buradakı regional layihələrin dirçəlməsinə, eyni zamanda yeni əməkdaşlıq platformalarının yaranmasına səbəb ola bilər: “Bunu yaxşı başa düşən Qərb burada Rusiya, Türkiyə, Çinin Azərbaycanın önəmli iqtisadi layihələr və yeni alternativ layihələrlə dirçəlməsini həzm etmək istəmir. Bu səbəbdən də Ermənistanı qızışdıraraq bölgədə regional layihələri sabotaj etməyə çalışır. Bu baxımdan da düşünürəm ki, Qərbin bütün addımları Ermənistanı növbəti dəfə savaşa sürükləmək deməkdir və baş verən tendensiyalar da göstərir ki, bu çox təhlükəli bir oyundur. Ermənistanda Nikol Paşinyan hakimiyyəti və onun çevrəsindəkilər qəsdən guya ölkədə revanşizm cəhdlərinin olması ilə bağlı bir fond yaratmağa çalışır. Bu revanşizm fondlarında da xarici güc faktorlarının qarşısında elə mənzərə yaradılır ki, guya Paşinyana qarşı Ermənistanın daxilində hansısa güclü bir narazılıq var. Ancaq reallıqda hamıya bəllidir ki, bu gün Ermənistan ərazilərində Paşinyana qarşı hansısa ciddi bir müqavimətdən söhbət getmir. Eyni zamanda məhz Ermənistan anlayır ki, Cənubi Qafqazda sabitlik, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün konstitusiyasında müəyyən düzəlişlər etməli və dəyişikliklərə getməlidir. Ona görə də Ermənistan məhz bu prosesdə vəziyyəti daha da gərginləşdirmək üçün xarici güc faktorlarının təsirlərindən istifadə etməyə çalışır. Guya cəmiyyətin içərisində hansısa bir gərginlik və narazılıq yüksək həddə imiş kimi bir görüntü yaratmağa çalışır”. T.İsmayılov hesab edir ki, burada hansısa revanşistlərin Paşinyana qarşı kiçik etirazları olsa belə, Nikol Paşinyan da bundan istifadə edərək vəziyyəti daha da dramatik bir formada beynəlxalq ictimaiyyətə çatdırmağa cəhd edir: “Hər halda, bu gün Ermənistanın hansısa güzəştlərindən yox, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyindən söhbət gedir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu olmayacağı təqdirdə regionda hansısa normal sülh şəraitinin yaranması qeyri-mümkündür. İstənilən halda isə Berlin danışıqları iki ölkə münasibətləri baxımından faydalıdır. Böyük dəyişiklik olmasa da, müsbət tendensiyaları ehtiva edir”.

Ekspertlərimizin də sadaladığı arqumentləri nəzərə alaraq demək olar ki, rəsmi İrəvanın davranışları prosesdə növbəti fasilənin yaranmasına gətirib çıxar bilər. Hazırda nəzərlər Antalyaya yönəlib. Ehtimal var ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında növbəti təmaslar Antalyada keçirilən Forum çərçivəsində, Türkiyənin təşəbbüsü ilə baş tuta bilər. Gözləyək...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni icra başçısı Salyanın yollarının təmirini bu şirkətə həvalə etdi - 766 minlik müqavilə
Bu gün, 13:25
BU NƏDİ BELƏ: Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:23
Tarixin sonu və idarə olunan xaos: - demokratiyanı necə dağıtmaq olar?
Bu gün, 13:21
“Bank of Baku”nun saxtakarlığı niyə araşdırlmır? - “Azər Aqro” və “Azər Kuban” şirkətlərinin rəhbər şəxslərindən ETİRAZ
Bu gün, 13:16
İnterpolun axtardığı fransız Azərbaycanda TUTULDU
Bu gün, 13:12
Azərbaycanlı BP-də yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 13:07
Misir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" - FOTO
Bu gün, 12:50
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:47
Köçəryan anonsunu verdi - “Bu, Ermənistanın sonu olacaq”
Bu gün, 12:46
"Sənə pul lazım deyil? Pulunu ödəyirəm də..." - ABB müştərilərini boğaza yığıb...
Bu gün, 12:43
Ziyafət Əsgərovun vəzifəsi ona həvalə edildi
Bu gün, 12:34
Azərbaycan təbii qazı Rusiyadan 185 dollara alıb, Türkiyəyə 310 dollara satıb - SİYAHI
Bu gün, 12:31
General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL - Dünənə qədər İSTİSMARI QADAĞAN İDİ...
Bu gün, 12:28
Rus əsgərləri gizli şəkildə Ukrayna ordusuna kömək edir – İDDİA
Bu gün, 12:24
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
Bu gün, 12:21
Dilarə Kazımovadan şəxsi həyatı ilə bağlı ETİRAF
Bu gün, 12:19
BRİCS Bakıya nə verə bilər? - AKTUAL
Bu gün, 12:17
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb
Bu gün, 12:15
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq - MƏQALƏ
Bu gün, 12:05
"Azərbaycan kinosunu dövlət dəstəyi ilə sağaltmaq mümkündür" - Əməkdar artist
Bu gün, 12:02
Generala ağır itki üz verdi - FOTO
Bu gün, 12:00
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıda olduğu deyilirdi… – İran həmlə etdi, İsrail şok yaşadı
Bu gün, 11:43
Şuşanın xarici su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq - 33,2 milyon manat ayrıldı
Bu gün, 11:36
“Canını qoyursan, “sağ ol” demir, amma fonoqram oxuyanlara…”
Bu gün, 11:30
Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR... - AXI NİYƏ?
Bu gün, 11:23
Azərbaycana qarşı İKİLİ STANDART - MƏQALƏ
Bu gün, 11:17
“Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb - DETALLAR
Bu gün, 11:03
BANM COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi oldu!
Bu gün, 11:02
`AAAF Park` sakinlərə bir də BELƏ ÇİLƏ YAŞADIR... - şirkətin borcu var deyə...
Bu gün, 10:57
İrəvanın havadarları bölgəyə yeni eskalasiya dalğası gətirməyə çalışırlar - FAKT BUDUR!
Bu gün, 10:52
Ermənistan TƏXRİBATA HAZIRLAŞIR - Təhlükəli SSENARİ məlum oldu!
Bu gün, 10:51
Azərbaycan Mərkəzi Bankı iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib
Bu gün, 10:48
Kiçik görünən böyük səhvlərimiz - REPLİKA
Bu gün, 10:46
Qonşularımız yol ayrıcında: ölkə qaynayır - GƏLİŞMƏ
Bu gün, 10:40
Fəhlə işlədiyi şirkətdən 130 minlik oğurluq etdi: - Müdirin kreslosunu da satıb...
Bu gün, 10:39
Aqil Abbasa futboldan danışmağı TÖVBƏ ELƏTDİRİRLƏR... - "O futbol deyildi..."
Bu gün, 10:35
Gədəbəydə vəzifəli şəxs qız qaçırıb - TƏFƏRRÜAT
Bu gün, 10:30
"İranın hərbi obyektlərini vuracağıq" - Netanyahu
Bu gün, 10:28
Azərbaycan əhalisi üçün təhlükə: Ermənilər elə silah alır ki... - “Alpha Defence”
Bu gün, 10:16
Barəsində cinayət işi açılan azərbaycanlı döyüşə getmək istəyir - Ukraynaya qarşı...
Bu gün, 10:11
Bu təşkilatdan Azərbaycana BÖHTAN - Elə bir şey etdilər ki...
Bu gün, 10:06
Deputatla deputatın dostluğu NİYƏ ALINMIR? - ÖZLƏRİ AÇIQLAYIR...
Bu gün, 10:05
Zəngəzur dəhlizinə görə aralarında yaranmış fikir ayrılığını da çox tez unutdular - ÇÜNKİ...
Bu gün, 09:57
Sabiq icra başçısı və digər vəzifəli şəxslər yenidən məhkəmə qarşısına çıxarılır - TƏFƏRRÜAT
Bu gün, 09:56
Fransa və Əlcəzairin bir sıra ərazisindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Bu gün, 09:52
Zəfər Qurbanovun gətirdiyi sistem... NARAZILIQ YARADIR...
Bu gün, 09:49
Putin gələn ay Bakıya gələcək? - Peskovdan CAVAB
Bu gün, 09:44
Ankaradan Paşinyana cavab: “Sülh qovşağı” yox, Türk dəhlizi - NƏ BAŞ VERİR?
Bu gün, 09:39
"Adamın başına kərpic səbəbsiz yerə düşmür"
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru